156
Müctəba Sadət
(sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”.
168
Deməli, Peyğəmbərə itaət vacibdir. Öz ardıcıllarına şəriət qa-
nunvericiliyində, əlavə olaraq, başqa itaət də vardır ki, bir lider
və idarəçi kimi ona yönəlikdir, çünki Allah bunu əmr edib. Odur
ki, İslam hökuməti dinin önəmli məsələlərindəndir.
Peyğəmbərin vəfatı ilə camaatın beyni və zehnində (yeni
bir intelektual əlaqə) əmələ gəldi. O da bu idi: Bir tərəfdən
Peyğəmbərin müqəddəsliyi və İslam dininin təlimləri, digər
tərəfdən Peyğəmbərin xəlifəsinin, yaxud hakimiyyət kürsüsün-
də əyləşən kəsin müqəddəsliyidir. Səbəbi odur ki, Rəsulun xə-
lifəsinə (canişininə) hörmət və ehtiram edirlər, çünki o, ümmə-
tin
idarəçiliyində, dinin səhih əsasları üzərində qorunmasında
Peyğəmbərin vəzifəsini icra edir. Xəlifənin heybəti Allahın Rə-
sulundan qaynaqlanır. Bu isə Allah və Rəsulunun əmri ilə qanu-
ni, müəyyən xəlifə üçündür. Əslində xəlifə dini daha yaxşı bilən,
anlayan, daha təqvalı, daha etibarlı kəsdir. O, müsəlmanların
ixtiyar sahibidir, din və dünya işlərində onların rəsmi müraciət
etdikləri yerdir. Ancaq təəssüf olsun ki, qələbə qazanmaq, xə-
lifəliyi əldə etmək qəsbkarlıq və zor işlətmək yolu ilə yayılıb.
Beləcə, qanuni xəlifəliyin əzəməti qələbə çalmış xəlifəyə keçir
ki, hökmünün qanuni olmasının heç bir legitimliyi yoxdur. Bu-
rada yalnız bircə qüvvə qalır. Hərçənd xəlifə (hakim və ya əmir)
Peyğəmbərin xəlifəsi sayılsa da, o, Peyğəmbərin malik olduğu
bütün imkanlardan yararlanırdı. Həm də buna bir müqəd-
dəslik də qatmış olurdu ki, Peyğəmbərin xəlifəsinin vəs inə
aid idi. Bu qələbə çalan (qeyri-qanuni) xəlifənin müqəddəs-
liyi yavaş-yavaş insanların zehinlərində kök salmağa başladı.
Hətta hakimin vermiş olduğu təlim və istiqamətlər dinin əsas
təlimlərindən hesab olunmağa başladı. Səbəbi isə Peyğəmbər
xəlifəsi olması və bunun həzrətin müqəddəsliyinə əsaslanması
168
Nisa, 59