46
. Orqanizm mühitlə çox mürəkkəb qarşılıqlı əlaqəyə girir. O bu mühitdən
özünə lazım olan maddələri alır və eyni zamanda maddələr mübadiləsi
məhsullarını həmin mühitə verir. Deməli, hər bir orqanizmin həyatı onu
əhatə edən mühitdən çox asılıdır. Orqanizm özü də ətraf mühitə təsir edir
və onu dəyişdirir. Mühit amillərinin bəziləri insan üçün çox vacib və
əhəmiyyətli, digərləri isə zərərli və məhvedicidir. Ona görə mühit şəraiti
və həyat şəraiti anlayışlarını fərqləndirirlər.
Belə ki, mühit şəraiti daha geniş anlayış olub, orqanizm üçün lazımlı olub-
olmamasından asılı olmayaraq, onu əhatə edən mühit amillərinin
məcmusudur.
Həyat şəraitinə isə yalnız mühitin o amilləri daxildir ki, bunlarsız
orqanizm öz həyatını davam etdirə bilməz. Mühitin orqanizmə təsir edən
ayrı-ayrı elementlərini ekoloji amillər adlandırırlar. Bu amillər iki qrupa
ayrılır: abiotik və biotik.
Abiotik amillərə, başqa sözlə, cansız təbiət amillərinə işıq, temperatur,
rütubət, su, hava, torpaq, iqlim və s. daxil¬dir. Biotik amillərə orqanizmi
əhatə edən mühitdəki bütün canlı varlıqlar (heyvan, bitki və
mikroorqanizmlər) aiddir.
Digər canlılar kimi insanlar da təbiət və cəmiyyətlə, yəni xarici mühitlə
sıx bağlıdır. Böyük rus fizioloqu
İ.M.Seçenov göstərirdi ki, «Orqanizm xarici mühit
*
olmadan yaşaya bilməz». insan orqanizmi həyat şəraitinə
digər canlılardan müqayisəedilməz dərəcədə çox uyğunlaşa
bilir və özünü bunlardan qorumaq qabiliyyətinə malikdir.
Digər canlılardan fərqli olaraq ali varlıq olan insan
downloaded from KitabYurdu.org
47
iki proqramın - bioloji və sosial proqramların nəzarəti
altında böyüyüb inkişaf edir.
Bioloji proqram insan orqanizminin quruluşunu,
fizioloji xüsusiyyətlərini müəyyən edir. O, uzun təkamül
prosesində əmələ gəlmişdir. Bioloji proqramın maddi
daşıyıcısı insana valideynlərindən keçən xromosomlardır.
Sosial proqram insanı əhatə edən xarici mühitin və
insanların təsiri ilə insan şəxsiyyətinin formalaşmasıdır.
»
insanın sosial mahiyyətini əxlaq, vicdan, borc, vətənpər¬vərlik, təhsil,
mədəniyyət və s. keyfiyyətlər təşkil edir.
Orqan və orqanlar sistemi
Başqa canlılardan fərqli olaraq, insan orqanizmi mürəkkəb quruluşa
malikdir. Onu təşkil edən orqan və ’ toxumalar bu və ya digər funksiyaları
icra edir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-
birinə
oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ
gətirir. Orqan (üzv) - bədənin müəyyən forması, quru¬luşu, yeri olan, bir
və ya bir neçə funksiyam yerinə yetirən hissəsidir. Orqanların bir qismi
bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir
orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə
çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir. Hər bir
orqanda qan damarları və sinirlər vardır.
Quruluşuna, vəzifəsinə və inkişafına görə bir-birinə oxşar orqanların
məcmusuna orqanlar sistemi deyilir. Ümumi funksiyanı birgə yerinə
downloaded from KitabYurdu.org
48
yetirən müxtəlif quruluşa və inkişafa malik ayrı-ayrı orqanların və ya
orqanlar sisteminin məcmusu aparat adlanır.
insan orqanizmi aşağıdakı sistem və aparatlardan ibarətdir: istinad-
hərəkət aparatı, qan sistemi, ürək-damar sistemi, tənəffüs sistemi, həzm
sistemi, sidik-cinsiyyət sistemi, daxili sekresiya vəziləri (endokrin
sistemi), duyğu orqanları sistemi, sinir sistemi.
istinad-hərəkət aparatı skeletdən və əzələlərdən ibarət olub, orqanizmin
dayağını və hərəkətini təmin edir.
Qan sisteminə qan və qanyaradıcı orqanlar aiddir.
Ürək-damar sistemi ürəkdən və qan damarlarından təşkil olunmuşdur.
Orqanizmin bütün toxuma və hücey¬rələrini oksigen və qanla təmin edir.
Tənəffüs sistemi burun boşluğundan, qırtlaq, traxeya, bronxlar,
ağciyərlərdən təşkil olunub. Qanı oksigenlə təchiz edir.
Həzm sistemi ağız boşluğundan, udlaq, qida borusu, mədə, bağırsaqlar,
qaraciyər, mədəaltı vəzidən ibarətdir. Qidanın qəbul edilməsini,
mənimsənilməsini və zərərli maddələrin xaric edilməsini təmin edir.
İfrazat sistemi böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalından
ibarət olub, orqanizmdə maddələr müba¬diləsi nəticəsində əmələ gələn
zərərli maddələri xaric edir.
Kişilərin daxili cinsiyyət orqanlarına xayalar, prostat vəzi və s., xarici
cinsiyyət orqanlarına kişi cinsiyyət üzvü,
qadınlarda daxili cinsiyyət orqanlarına yumurtalıqlar, uşaqlıq və s.. xarici
cinsiyyət orqanlarına cinsiyyət dodaqları, klitor və s. aiddir. Cinsiyyət
orqanlan nəsiltörətmə funksiyası daşıyır.
downloaded from KitabYurdu.org
49
Daxili sekresiya vəzilərinə hipofız, epifiz, timus, qalxanabənzər vəzi,
böyrəkiistü, cinsiyyət vəziləri və s. aiddir. Orqanizmin böyüməsinə və
inkişafına, orqanların işinə təsir edir.
Duyğu orqanlarına göz, qulaq, qoxu, dad orqanları, dəri aiddir.
Dəri və selikli qişalar orqanizmi xarici təsirlərdən qoruyur.
Sinir sistemi baş beynindən, onurğa beynindən və sinir¬lərdən təşkil
olunmuşdur. Orqanizmin fəaliyyətini tənzimləyir.
Bu sistemlər birləşib, bütöv orqanizmi əmələ gətir¬mişdir. Orqan və
orqanlar sistemi arasındakı sıx qarşılıqlı rabitəni isə sinir sistemi
yaratmışdır. Onların ahəngdar işləməsini sinir-humoral sistem tənzim
edir. Orqanizm xarici mühitlə də əlaqəni sinir sistemi vasitəsilə həyata
keçirir və onun köməyilə mühit şəraitinə uyğunlaşır.
Hüceyrə və toxumalar
Hüceyrənin quruluşu. Hüceyrə haqqında elm sito- logiya adlanır. Bu elm
hüceyrələrin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını, çoxalma və
inkişafını, ətraf mühit şəraitinə uyğunlaşmasım öyrənir.
XVII əsrin ortalarında ilk dəfə ingilis alimi Robert Huk «hüceyrə»
terminini işlətmişdir. Sonra 1680-ci ildə Anton Levenhuk mikroskopdan
istifadə edərək, bir- hüceyrəli orqanizmləri kəşf etdi.
XIX əsrin ortalarında alman fizioloqu Teodor Şvann (1839) hüceyrə
nəzəriyyəsinin əsasını qoymuşdur.
Hüceyrə bütün canlı orqanizmlərin struktur və funk¬sional vahididir.
Bütün birhüceyrəli
və
çoxhüceyrəli orqanizmlərin
hüceyrələri
quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyə¬tinin əsas təzahürünə və
maddələr mübadiləsinə görə oxşardır (homoloqdur).
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |