29
• #
Osman və ya Omər Osmanoğlu (XI əsrin sonu - XII əsrin birinci yarısı)
Şamaxı şəhəri yaxınlığındakı Məlhəm adlı yaşayış məntəqəsində tarixdə
məlum olan ilk tibb məktəbini - «Mədrəseyi-tibb» adlanan Tibb
Akademiyasım yaratmışdır. Ömər Osmanoğlu o dövrdəki dini
qadağalarla əlaqədar təhlükəyə baxmayaraq, anatomiyanı öyrənmək üçün
insan meyiti yarmışdır. O, xəstəliyin mahiyyəti haqqında materializm
mövqeyindən mülahizələr yürütmüş¬dür. Bitkilərdən hazırlanmış dərman
maddələrinin təsirini və əks-təsirini ilk dəfə Ömər Osmanoğlu öyrənmiş,
onların təsnifatını verməklə farmakopeyanm əsasım qoymuşdur.
Azərbaycanda tibb elminin inkişafı qədimdən bədii ədəbiyyatda öz əksini
tapmışdır. Folklorumuzda, görkəmli şair və nasirlərimizin əsərlərində
bütün dövrlərdə tibb elminin nailiyyətləri, mövcud nəzəriyyələr barədə
məlumat¬lara rast gəlirik. Tibbi təhsili olan yazıçı və şairlərimiz
hakimliklə də məşğul olmuşlar.
Böyük şairimiz Nizami Gəncəvinin əsərlərindəki tibbə, səhiyyəyə dair
fikirlər onun bu sahəyə dərindən
yiyələndiyini, insanın anatomiyasını və fiziologiyasını yaxşı bildiyini,
tibbi ədəbiyyatla ətraflı tanış olduğunu göstərir. Nizami humoral təlimi
əsas götürmüş, qanın, daxili orqanların (ürək, qaraciyər və s.) bədənin
sağlamlığı üçün mühüm rolunu qeyd etmiş, müalicəvi məqsədlə işlədilən
bitki və digər maddələr barədə dəyərli fikirlər söyləmiş, bəzi xəstəliklərdə
musiqinin və mahnının müalicəvi təsirini göstərmişdir.
Azərbaycanın ensiklopedik alimi, Şərqdə intibah döv¬rünün görkəmli
nümayəndəsi tibbi təhsilə malik Məhəmməd İbn Həsən Nəsirəddin Tusi
(1201 - 1274) tibbi əsərləri ilə yanaşı, məşhur «Əxlaqi - Nasiri» əsərində
tibbə, o cümlədən, gigiyenaya dair fikirlər söyləmişdir. O, orqanizmin
həyat fəaliyyətində psixi amilin mühüm rolunu qeyd etmişdir.
downloaded from KitabYurdu.org
30
Tusi «Cavahirnamə» əsərində mikroelementlərin və qiymətli daşların
tibbdə rolu haqqında geniş izahat vermişdir.
Qeyd edək ki, müasir tibbdə böyük əhəmiyyət kəsb edən həmin problem
bu gün də aktual olub ATU-nun Patofıziologiya kafedrasında aparılan
elmi tədqiqatların əsas istiqamətini təşkil edir.
XIII əsrin əvvəllərində Seyfəddin Əbdül Mömin Urməvi dünyaşöhrətli
«Kitabi-ədvar», Məhəmməd Naxçı- vani «Dəstur əl-kitab fı təyin əl-
məratib», «Tibbnamə» əsərlərini yazmışlar.
XIII əsrdə Təbrizdə «Dar - üş - Şəfa» elmi-tibb şəhəri yaradılmış, Təbrizin
şimal-qərbində salınmış Rəşidi şəhərin¬də akademiya tipli universitet
təşkil edilmişdir. Orta əsrlərdə Elxani hökmdarı Qazan xanın vəziri,
görkəmli Azərbaycan tarixçisi, islahatçısı və həkimi Rəşidəddinin
təşəbbüsü ilə «Sağlamlıq evi» adlanan klinik mərkəzlər təşkil edilmişdir.
4
•
Bu işdə həkimə Mahmud ibn ilyas Şirvani yaxından
4
9
kömək etmişdir. Mahmud ibn ilyas 1260-cı ildə «Elmi təbabət kitabı»nı
yazmışdır. Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili, müəllifin
şəxsi həkimlik praktikası əsasında yazılmış və çap edilmişdir. Onun
eyniadlı oncildli əsərindən çıxarış olan kitab tibbin nəzəri və təcrübi
məsələlərinə
həsr
olunmuşdur. Müəllif xəstəliklərin
səbəblərinə, diaqnostika və müalicə üsullarına dair bir sıra dəqiq
məlumatlar vermişdir. Məsələn, nəbzin əmələ gəlməsinin izahı diqqəti
downloaded from KitabYurdu.org
31
cəlb edir: «Nəbz ürəyin yığılma və açılması nəticəsində ürək damarlarının
yaratdığı dalğavarı hərəkətdən başqa bir şey deyildir».
Əbdül Məcid Təbib Şərqdə geniş yayılmış «Kitab üt- tibb» (1307)
əsərində diaqnostikaya, bir çox xəstəliklərin (xüsusən sinir sistemi ilə
əlaqədar) müalicəsinə dair orijinal fikirlər irəli sürür, mənfi emosiyaların
orqanizmə ağır təsirini göstərir. O, belə hesab edir ki, insanın psixi
fəaliyyətinin mərkəzi beyiıı, onu ətraf aləmlə qovuşduran isə hiss
orqanlarıdır. Bunlar vasitəsilə müsbət və mənfi təəssüratlar yaranır. Mənfi
təəssüratlar üst-üstə yığılıb, ruhi əzab və sıxıntı yaradır ki, bu da dəliliyə
səbəb ola bilər. Kitabda ilk dəfə mamalıq sənətinə toxunulub, hamiləliyə
dair ayrıca fəsil ayrılıb, psixiatriyaya xüsusi yer verilib.
XV əsrin tanınmış alimlərindən olan təbib Ramazan İbn Şeyx Əli
Lənkəraninin Frensis 1409-cu ildə ərəb dilində yazdığı «Fərruxnameyi -
Cəmali» əsəri o dövrdə Azərbay¬canda tibb elminin inkişaf səviyyəsi
haqqında məlumat verən qiymətli mənbədir. Alimin orijinal tibbi
baxışlarını əks etdirən bu kitabda heyvanların orqanlarının, bitkilərin və
mineral maddələrin müalicəvi təsirindən bəhs edilir, diaqnostika
məsələlərinə toxunulur. 1594-cü ildə Möhübb Əli İbn Əhmədi Lənkərani
əsəri bəzi əlavələrlə farscaya tərcümə edərək, «Fərruxnameyi - Cəlali»
adlandırmışdır.
Orta əsrlərə məxsus əsərlərdə tibb elminin nəzəri
məsələləri, müalicə üsulları və farmakologiya problemləri
kompleks şəkildə araşdırılmışdır. Ayrı-ayrı dövrlərdə
fəaliyyət göstərən bir sıra tibb alimləri səhiyyənin təşkili ilə
• •
də ciddi məşğul olmuşlar. Mənsur ibn Məhəmməd ibn
Yusif İbn İlyas («Tibb»), Mahmud İbn İlyas («Tibbnamə»),
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |