Naxçıvan Muxtar Respublikasının
80
illiyinə həsr olunur
Elmi redaktoru
SəfərəU BABAYEV
Redaktoru
Roza KƏRİMOVA
B.Budaqov, Q.Qeybullayev. Naxçıvan diyarının yer yaddaşı.
Bakı, "Nafta-Press", 2004, 120 s.
Naxçıvan MR ərazisindəki coğrafi adlar haqqında çox yazılsa da, bu
mövzu ayrıca tədqiqat obyekti olmamışdır.
Təqdim edilən əsərdə müəlliflər bölgənin siyasi və etnik tarixi ilə
coğrafi adların yaranma tarixi arasında əlaqəni araşdırmış, hər bir coğrafi
adm izahmı verərkən mövcud ədəbiyyat materiallarına istinad etmişlər.
4602030000
071(2004)
- 3
Qrifli nəşr
© "Nafta-Press" nəşriyyatı, 2004
3
G İ R İ Ş
Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış coğrafi ad
ların bir qrupu uzaq tarixi keçmişdə meydana gəldiyi halda, başqa bir
qrupu orta əsrlərdə və qismən müasir dövrdə yaranmışdır. Coğrafi
adların tarixi, dilçilik, coğrafi baxımdan tədqiqi onların yaranma vax
tının aydınlaşdırılması, mənalarının aşkarlanması, paralellərinin
müəyyənləşdirilməsində və coğrafi yerləşməsinin aşkarlanmasında
mühüm elmi əhəmiyyət kəsb edir. Deməli, toponirnlər tarixi dəlilsiz
köksüz, etimologiya baxımından izahsız lal, coğrafi cəhətdən araşdı
rılmadan isə məkansızdır.
Əsərdə Naxçıvan Muxtar Respublikasının coğrafi adlarının
tədqiqində coğrafi amillərlə yanaşı, tarixi faktlara və linqvistik mən
bələrə xüsusi fikir verilmişdir.
Naxçıvan MR ərazisindəki coğrafi adlar haqqında bir çox alimlər
yazsalar da, tam halda bu mövzu xüsusi tədqiqat predmeti olmamışdır.
Təqdim etdiyimiz bu əsər dərin elmi-tədqiqat materialları əsasında yazıl
dığından hər bir toponimin arxasında nadir tarixi dəlillər durur. Toponim
lərin tədqiqində, onlann yaranmasında türk dillərinə mənsub olan arxaik
sözlərin də aşkar edilməsi onların məna çalarlığını açıqlayır.
Toponimlərin mənasının açılışında elmi istiqaməti olan etimo
logiyadan, bir də elmi əsası olmayan ehtimalogiyadan istifadə edilir.
Ehtimologiya coğrafi adı eşitdiyi kimi (onun elmi kökünü araş
dırmadan) izah etməyə çalışır. Belə halda əfsanələrə və ya coğrafi
adın zahiri görünüşünə daha çox istinad edilir.
Bir neçə misal çəkək. Salvartı oykonimində birinci «sal»
sözünü çox vaxt biz «sal daş» mənasında işlədirik. Əslində isə sal
həm də qədim türk tayfalarından birinin adıdır. Deməli, biz «sal»
sözünü ancaq «sal daşla» izah etsək, onda həmin kəndi salmış tayfa
nın adını inkar etmiş oluruq.
-
Çox zaman «Keçili» (Şahbuz rayonu) kəndinin adını keçi sax
lanan kənd kimi izah edirlər. Əslində Keçililər Kəngərlilərin bir qolu
olmaqla etnotoponimdir (bax: Keçili).
Bəydili (Şərur rayonu) coğrafi adını səhvən bəylo bağlayırdı
lar. Əslində bu, Səlcuq oğuz tayfalarından olan Bokdili tayfasının
adındandır (bax: Bəydili). Qutandağ oronimində olan «qutan» sözü
müasir Azərbaycan dilində çox nadir hallarda işləndiyindən bu ad
sirli ad kimi başa düşülür. Əslində «qutan» «yaylaqda qoyun saxlanı
lan ağıl», «tövlə» mənasındadır. Nehrəm coğrafi adı ərəb dilində
4
«nəhr - axar su» və «əm - camaat, xalq, icma» sözlərindən ibarət
olduğundan «icma su»yu mənasındadır.
Uzun müddət sirli bir coğrafi ad kimi qalan Nəhəcir toponimi
nin birinci komponenti nəh yox Nuh peyğəmbərin adından imiş.
Onun ikinci komponenti cir - farsca «yamac» demək imiş. Deməli,
Nəhəcir - Nuhun (peyğəmbərin) yamacı demək imiş.
Bəzi coğrafi adların elmi izahından görünür ki, o adlar hansı
diyardan buraya gətirilmişdir. Məsələn, Oğuzdaşı (Şərur r-da kənd
adı) coğrafi adı göstərir ki, oğuzlar XI-XII əsrlərdə Azərbaycan əra
zisinə gəldiyi vaxtlarda meydana gəlmişdir.
Çox vaxt Kükü kəndinin adını xörək növlərindən birinin adı ilə
adlandırırlar. Ədəbiyyat materialları göstərir ki, kükünün əsl (tarixi)
adı kükü yox, kiqidir. XII əsrə aid ədəbiyyatda göstərilir ki, kiki adı
Türkiyənin Van gölündən şimalda yerləşən Kiqi mahalından gətiril
miş oykonimdir (bax - Kükü).
Bizlər Qarabağ etnoniminin mənasını açmağa bəzən çətinlik
çəkirik. Əslində Qarabağ Qarabay etnoniminin təhrif olunmuş yazılı
şıdır. Deməli, Qarabağlar əslində Qarabaylar mənasında imiş. Qara
bay peçeneqlərdən ayrılan tayfalardan biridir.
Naxçıvanda tədqiq edilmiş bir çox coğrafi adlarda əsasən tür
mənşəli arxaik sözlərə tez-tez rast gəlinir. Məsələn, Sadar (çılpaq,
bitkisiz təpələr), çataq (iki dağın bir-birinə qovuşduğu yer), kezen
(aşırım, dağ keçidi), bayz (sıldırım), qapı (keçid, aşırım), Qarabaş
(əlçatmaz zirvə), kömür (dağın zirvəsində dar, yarğanlı yer), teyl (tə
pə), vayz (sıldırım qaya), qarqa (daş yığını, çınqıl), yam (liman mən
təqəsi, çaparxana), kirka (şaxələnmiş dağ suayrıcı), kora (qışlaqda
mal-qara üçün tövlələr) və s.
Topalaq (Babək r-nu) oronimindo olan «top» sözü dağın zirvə
sinin yumru formada olmasını göstorir. Moldovada quru çöl (step)
iqlimə malik olan alçaq dağlıq əraziləri «qırtop» adlandırırlar. Burada
qır- quru çöl (step), top isə hamar relyefdir.
Kitabda mövcud coğrafi adlardan başqa «İrəvan əyalətinin
icmal dəftəri»nə (300 il bundan əvvəl yazılmışdır) daxil olmuş, an
caq indi mövcud olmayan coğrafi adları da vermişik.
Naxçıvan MR ərazisində mövcud olan coğrafi adlardan bir
qrupunun adı türkdilli xalqların yaşadığı ərazilərdə də tarixən kök
salmışdır. Odur ki, müəlliflər yeri gəldikcə, həmin toponimlərin pa
ralellərinin də adını çəkir və onların coğrafi mənasını göstorir. Nə
ticədə oxucu yeni mənşəyə malik olan coğrafi adların zaman və mə
kan daxilində miqrasiyası haqqında tarixi məlumat alır.
5
Tarixən əhalinin miqrasiyası çox dinamik olub. Bu yerdə
türkdilli xalqlar da miqrasiyaya məruz qalmışlar. Bu tarixi faktı təs
diq edən əsas dəlillərdən biri eynimənşəli coğrafi adların öz mənala
rını dəyişməsi faktıdır.
Naxçıvan MR izahlı lüğətində biz demək olar ki, bu ərazidə
erməni dilinə mənsub olan heç bir coğrafi ada rast gəlmədik. Demə
li, Naxçıvan MR ərazisində olan ermənilər azərbaycanlılardan azad
edilmiş Azərbaycan kəndlərində (ilkin adı saxlamaq şərtilə) yaşamış
və sonradan o kəndləri tərk etmişlər.
Lüğətin tərtibində biz «Kitabi-Dədə Qorqud» dastanında olan
coğrafi adların dərin tədqiqatçısı, AMEA-nın müxbir üzvü, professor
S.Y.Babayevin əsərindən də istifadə etmişik.
Oxuculara təqdim olunan bu əsərin birinci bölməsini yazmaqda
əsas məqsəd Naxçıvan bölgəsinin siyasi və etnik tarixi ilə coğrafi adla
rın yaranma tarixi arasında əlaqəni araşdırmaqdan ibarətdir.
İkinci bölmə tədqiq olunan ərazilərin toponimlərinin coğrafi
məsələlərini özündə əks etdirir. Burada yaşayış məntəqələri adları
(oykonimlər), relyef bildirən adlar (oronimlər), çay vo göl adları
(hidronimlor), heyvanat aləmini bildirən adlar (zoonimlər) və bitki
aləminə (fitonimlor) aid coğrafi adlar verilmişdir. Biz Naxçıvan MR
ərazisində çox geniş yayılmış ayrıq (kövşən) coğrafi adlarına da ilk
dəfə olaraq öz münasibətimizi bildirmişik.
Təbii sərvətləri özündə əks etdirən coğrafi adlar haqqında fikir
söyləmək müəlliflərin elmi uğurlarındandır.
Əsərin sonunda - üçüncü bölmədə Naxçıvan MR-do mövcud
olan toponimlərin izahlı lüğəti verilmişdir.
Bu bölməyə daxil edilmiş hər bir coğrafi ad mövcud ədəbiyyat
materialları əsasında yazılmışdır. Başqa sözlə, buradan hər bir topo
nimin mənşəyinin izahı özülündə elmi baxımdan əsaslanmış ilkin
ədəbiyyat məxəzləri durur.
Göründüyü kimi, kitabın ərsəyə gəlməsi üçün gərgin alim
əməyi sərf edilmişdir.
Bizco, "Naxçıvan diyarının yer yaddaşı" əsəri etnik tariximizin
qaranlıq səhifələrinin aydınlaşdırılmasmda tədqiqatçılara yeni elmi
dəlillər verəcək, habelə geniş oxucu dairəsi tərəfindən maraqla qarşı
lanacaqdır.
Akademik B.Ə.BUDAQOV