S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

30

Yarpaqlı  dağı,  Biyanlı  kövşəni,  Armuddüzü,  Alçalıq  (Ordubad  r-nu), 

Almalıdağ  (Şahbuz  r-nu),  Alça  dağı  (Culfa  r-nu),  Ardıc  (Şərur  r-nu) 

və bu kimi başqa coğrafi adları  fitonimlərə misal göstərmək olar.

Bu coğrafi adlardan görünür ki, Naxçıvan MR ərazisində ardıc, 

şam  ağacları  bitir.  Deməli,  həmin  quraqlıqsevər  yerli  ağac  növlərin­

dən  istifadə  edib  o  ərazilərdə  meşə  sahələri  yaratmaq  olar.  Bu  ba­

xımdan  fitonimlərin əhəmiyyəti  böyükdür.  Ola bilər ki, bu və ya dig­

ər  bitki  adları  fitonimlərin  yaranmasında  iştirak  etsin,  ancaq  onların 

özləri  Naxçıvan  MR-in  təbiətində  saxlanılmasın.  Bu  baxımdan  da 

həmin bitki növlərinin bərpası  xüsusi əhəmiyyət kəsb etmiş olur.

Naxçıvan  MR ərazisində  olan  fitonimlərdən ümumi coğrafi  ad 

yaradan  bitki  kompleksli  adlar  da  vardır.  Məsələn,  Qoruqlar  kəndi 

(Ordubad  r-nu),  Çimən  kəndi,  Qarabağlar  kəndi  (Şərur  r-nu),  Qara- 

çimən  kövşəni  (Culfa  r-nu)  kimi  coğrafi  adlar  bir  qrup  (eyni  tipli) 

bitkilərin cəmindən yaranır.  Çəmən adlanan ərazi  eyni növ ot bitkilə­

rinin yayıldığı  sahəyə deyirlər.

Məlumdur  ki,  qoruq  dedikdə  qorunan  ərazi  nəzərdə  tutulur. 

Keçmişdə  qoruq  əsasən  yuxarı  zümrədən  olan  adamlara  (sultanlara, 

xanlara,  feodallara və  s.) məxsus  otlaq  və əkin yerlərini  əhatə edirdi. 

Sıravi  adamlar orada ot biçə,  gəzə, yaxud  qaramal,  qoyun sürüsü ota­

ra bilməzdilər.  Bizcə,  Qoruqlar kəndinin  adı,  "lar"  cəm  şəkilçisindən 

göründüyü  kimi,  XII  əsrdə  monqolların  tərkibində  gəlmiş  türkmən- 

şəli  karık  tayfasının  adı  ilə  bağlıdır.  Qoruq  sahiblərindən  başqa  isti­

fadəsi  qadağan  olunmuş  ərazilərin  qorunması  son  nəticədə  təbiətin 

qorunması  xatirinə olmuşdur.

Bu  və ya  digər ərazidə  daim  hər hansı  bir kənd  təsərrüfatı  bit­

kilərinin  əkilməsi  ilə  həmin  ərazilər  o  floranın  adı  ilə  adlandırılırdı. 

Arpaçuxur kövşəni  (Culfa  r-nu)  "çuxurda  arpa  əkilən  yer",  Qavaxlı  - 

dağ  (Culfa  r-nu)  "qovaq  ağacının  bitdiyi  sahə",  Noxuddağ  (Babək  r- 

nu)  çox  güman  ki,  "noxud  əkilən  yer",  fitonimləri  buna  misal  ola 

bilər.  İndiyədək  Culfa  rayonundakı  Darıdağ  oronimini  fitotoponimik 

oronim hesab edir və dağın orada darı bitkisinin əkilməsi ilə əlaqədar 

olaraq Darıdağ adlandığını yazırdılar.

Dağ  çayı  yamacının  ətəyi  boyu  axan  çayın  sahilində  salınmış 

bağa  Güneybağ  çayı  adı  vermişlər  (Ordubad  r-nu).  Tək  bitən  ağac 

əsasında Yalquzağac kövşəni  (Ordubad r-nu) adı  yaranmışdır.

Bitki  adlarının  iştirakı  ilə  yaranmış  toponimlər  bir  tərəfdən 

həmin  ərazidə  hansı  bitkilərin  coğrafi  yayılmasından  xəbər  verir,

31

digər tərəfdən  isə  bu  və  ya  digər bitkinin  hansı  ərazilərdə  daha  çox 



rast gəlindiyinə  işarə edir.

Təbii  sərvətləri  əks  etdirən  toponimlər.  Azərbaycan  Res­

publikasının  ərazisi  təbii  sərvətlərlə  zəngindir.  Respublikamızda ye­

raltı  sərvətlərlə yanaşı, yerüstü sərvətlər də boldur.  Şübhəsiz ki, təbii 

ehtiyatların  hər biri  təbii  sərvətdir.  Yeraltı  sərvətlərə, əsasən,  faydalı 

qazıntılar daxildir.

Azərbaycan  Respublikası  ərazisində  yanacaq  (neft,  qaz,  torf, 

yanar şist),  metal  (dəmir,  arqans,  titan,  xromit,  mis,  polimetallar,  ko- 

balt,  arsen,  qızıl,  gümüş,  molibden),  qcyri-metal  (İslandiya  şpatı, dağ 

bülluru,  kükürd,  barit,  alunit,  kopal,  andaluzit,  bitum,  duzlar (qlauber 

duzu,  daş  duz,  çökmə  duz),  müxtəlif tikinti,  odadavamlı  və  bir  çox 

başqa faydalı qazıntı yataqları vardır.

Azərbaycan  Respublikasının  faydalı  qazıntı  yataqları  baxımın­

dan  ən  zəngin  guşələrindən  biri  də  Naxçıvan  MR-in  ərazisidir.  Na­

xçıvan  MR ərazisində  metal  yataqları  əsasən  Ordubad,  Culfa  və  Şə­

rur  rayonları  ərazisindədir.  Arpaçayının  üzərində  tikilmiş  su  anbarı­

nın  şərq  hissəsində,  Əlincə  çayının  orta  axınında,  Gilançayın  yuxan 

axınında polimetal yataqları  vardır.

Naxçıvan  MR  ərazisinin  cənub-şərq  qurtaracağında  mis,  molib­

den,  mərgümüş,  andaluzit  yataqları  vardır.  Naxçıvan  çayının  yuxarı 

axınında,  vulkanogen  süxurlarının  inkişaf etdiyi  ərazilərdə  yanar  şist, 

tikinti daşları, kükürd və başqa faydalı qazıntı yataqları müşahidə edilir. 

Naxçıvan  MR-in  düzənlik  və  dağətəyi  regionu gips,  travertin,  daş  duz, 

tikinti  daşlan,  gillər,  çınqıl.  Yüksək  keyfiyyətli  travertindən  tikintidə 

əsasən  üzlük daşı  kimi  istifadə  edilir.  Şərur  və  Babək  rayonları  ərazi­

sində  travertin  daş  karxanaları  vardır.  Naxçıvan-Mincivan  dəmir  yolu 

bağlanana  qədər  Azərbaycanda  Şahtaxtı  ərazisindəki  travertindən  res­

publikada gedən  tikintidə geniş  istifadə edilirdi.  Erməni  millətçilərinin 

işğalçı  siyasəti  nəticəsində  Azərbaycan  Respublikasının,  o  cümlədən 

onun ayrılmaz tərkib hissəsi  olan Naxçıvan MR-in  iqtisadiyyatına ciddi 

ziyan dəymişdir və bu,  indi  də davam edir.

Naxçıvan  MR-dəki  faydalı  qazıntılar  o  yerlərdə  yaşayan  əha­

liyə  tarixi  keçmişlərdən  məlum  olduğundan  həmin  ərazilərə müvafiq 

faydalı qazıntıların  adını  vermişlər.

Naxçıvan  MR-in  Şərur  və  Babək  rayonları  ərazisində  zəngin 

duz  yataqları  vardır.  Onların  bir  hissəsi  dağ  ətəklərində  olan  alçaq 

dağlıq ərazidə üzə çıxan və son beş min il ərzində  istismar edilən duz




32

mədənləridir.  Duzdağ  oronimi  Babək  və  Şərur  rayonları  ərazisində- 

dir.  Babək  rayonu  ərazisindəki  yeni  duz  yataqları  sahəsində  olan 

dağlardan birini  Təzəduzdağ adlandırmışlar.

Şərur  rayonunun  şimal-şərqində  Arpaçayır  dərəsinin  son  ya­

macında  polimetal  yataqları  tapılmışdır.  Polimetal  yataqlarında  olan 

faydalı  qazıntılar  içərisində  gümüş  daha  çox  olduğundan  yatağa 

Gümüşlü  adı  verilmişdir.  Gümüşlü  yatağım  tədqiq  edən  geoloqların 

qəsəbəsi  də Gümüşlü adlandırılmışdır.

Ordubad  rayonu  ərazisinin  şimal,  şimal-şərqində,  Zəngəzur 

silsiləsinin  suayrıcında olan dağ zirvələrindən biri  Dəmirlidağ adlan­

dırılır.  Eyni  adlı  dağ  (Dəmirdağ)  Culfa  rayonu  ərazisində  də  vardır. 

Əlincəçay  dərəsində  (Ərəfsə  kəndi  yaxınlığında)  hidrogeoloqların 

qazdırdığı  kəşfiyyat  quyusundan  çıxan  dəmirli  suyu  da  "Dəmirli- 

bulaq"  adlandırırlar.

Şübhəsiz  ki,  dəmir  (dağ)  və  ya  dəmirli  (dağ,  su)  toponimləri 

ilk növbədə dəmir faydalı qazıntıları  və onların yer səthində müşahi­

də olunması əsasında yaranmışdır.

Culfa  rayonu  ərazisindəki  Sürmə  gilin  qara  rəngdə  olması 

(bənzətmə yolu  ilə)  ilə bağlı  ola bilər.  Sürmənin (lilin)  başqa mənası 

etnonimdir  (Sürməli).  Bu  toponim  başqa  regionlarda  da  (Türkiyənin 

şərqində,  indiki  Ermənistanda və s.) müşahidə edilir.

Biləvəçay (Şərur r-nu) həm quru dərəyə, həm də dağa verilmiş 

addır.  Bundan  əlavə,  Biləv (büloy) dağ süxurları  (daş) adını da özün­

də  əks  etdirir.  Biləv,  bilöv  bıçağı  və  başqa  dəmir  alətləri  itilətməyə 

yararlı daşdır.

Muncuqlu  (təpə)  ərazisinin  adı  (Şərur  r-nu)  təsərrüfat  işləri 

zamanı  qədim  yaşayış  və ya  qəbiristan yerlərində müxtəlif daşlardan 

düzəldilmiş,  qadınların  boyunlarına,  qollarına  taxdıqları  və  onlarla 

birlikdə  dəfn  olunmuş  muncuqların  tapıldığı  yerdir.  Azərbaycanda 

Muncuqlu yer adlarına təsadüf edilir.

Ayrıq  (kövşən)  coğrafi  adları.  Azərbaycan  coğrafi  adları  sıra­

sında,  B.Ə.Budaqova  görə,  əsasən  mikrotoponimlərdən  ibarət  olan  aynq 

(kövşən) adlan xüsusi yer tutur.  Aynq coğrafi adlannın Naxçıvan MR əra­

zisində xüsusilə çox olmasını nəzərə alaraq biz aynca bölmədə onlar haq­

qında danışmağı qərara aldıq.

Tədqiq olunan ərazidə əllidən artıq aynq adı məlumdur. Aynq ad- 

lannın  elmi  izahı  göstərir  ki,  onlann  böyük  əksəriyyəti  yaxınlıqdakı

33

coğrafi adlardan deyil, sərbəst toponimlərdən yaranmışdır. Deməli, aynq 



adlan mənşə etibarilə mikrotoponimlər əsasında əmələ gəlmişdir.

Qaracamal  aynq  adı  (Babək  r-nu)  Kiçik  qara  nalın  (bənzətmə) 

oxşarlığından  yaranmışdır.  Rəng  bildirən  coğrafi  adlar  (B.Budaqova 

görə,  xromonimlər)  topoformantlar  əsasında  yaranmışdır.  Sarıbulaq 

kövşəninin (Şərur r-nu) adı  da sarı  ilə bulaq adlarının birləşməsindən 

əm ələ gəlmişdir.

Aynq  coğrafi  adları  aşağıdakı  zəngin  topoformantlar  əsasında 

yaranmışdır:  qaraca,  nal,  sarı,  bulaq,  ağıl,  dəli,  baş,  quzey,  qəmər, 

güney,  külək,  göy,  yaşıl,  araz,  dəyən,  bəndər,  qoç,  yurt,  gəlin,  qaya, 

əyri,  qar, dağ, qızıl, qəndil,  təpə, daş,  qala,  qazan,  yayla,  sal,  arx,  üst, 

çürük,  çanax,  qar,  qamçı,  çart,  dərə,  bal,  donuz,  qala,  çəp,  ağ,  qaya, 

kilsə,  biçənək,  sev, kar və s.

Yuxarıda  sayılan  topofonnantlar əsasında  bir qrup  toponimlər, 

o  cümlədən  Qaracanal,  Qarabaş,  Güney,  Quzey,  Külək,  Yaşıllı,  Qa- 

radaş,  Balçamdərə,  Qazanyayla,  Çürükdaş,  Sel,  Daşqala  (Babək  r- 

nu),  Sarıağıl,  Sarıbulaq,  Daşarxüstü  (Şərur r-nu),  Çanaqlar,  Qəndiltə- 

pə  (Ordubad  r-nu),  Qəmərquzey,  Güney,  Ağqaya,  Çəpdərə,  Ya- 

macyurt,  Yurt,  Sevkar,  Gəlinqaya,  Göylük,  Əyridağ,  Əyriqar,  Araz- 

dəyən,  Bəndər (Şahbuz r-nu) kimi  kövşən adları yaranmışdır.

Bu  toponimlər bu  və ya digər coğrafi  adlan,  həmin obyektin  real 

xarici  görünüşünü,  rəngini  və ya zahiri  formasını  özündə əks etdirmişdi. 

Deyilənlərə misal olaraq Qaradaş,  Əyriqar,  Qazanyayla,  Sanağıl,  San- 

bulaq  və  s.  göstərilə  bilər.  Bir  qrup  toponimlər  günəş  şüasının  yamacı 

döyüb  güneyi  döyməməsi  (Quzey),  yelin  çox  əsməsi  (Külək),  daşın  sa- 

həvi  olması,  süxurun  intensiv  aşınması  (Çürükdaş),  müvəqqəti  yaşayış 

yeri  olması (Yurt)  ilə əlaqədar toponimlərdir.  Belə coğrafi adlar təbiətin 

xarici  görkəmini  və  hətta  orada  gedən  fiziki  prosesləri  xarakterizə  edir. 

Arazdəyən  (Arazdöyən)  coğrafi  adı  o yerdə  Araz  çayı  dərəsinin  dar ol­

ması  səbəbindən  suyun  bir  sahilə  istiqamətlənməsindən,  onu  yumasın­

dan  yaranmışdır.  Yaxud  uca  təpənin  qaşında  və  ya  üstündə  yerləşən 

coğrafi  obyektə  Qəndiltəpo  adı  verilmişdir.  Bəzən  xalq  əfsanələrində 

"nə yerdədir,  nə göydə,  qəndildədir,  qəndildə"  kimi  ifadə  işlədilir.  Şah­

buz  r-da  olan  bir  kövşənin  adı  erməni  dilindən  (sev-qara,  kar-daş) 

götürüldüyündən Sevkar adlanır.

Rəng  bildirən  coğrafi  adları  B.Ə.Budaqov  xromonimlər  adlan­

dırmışdır.  Buna Qaradaş,  Sarıbulaq,  Göylük,  Ağqaya  və başqa coğrafi 

adlar misal ola bilər.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə