S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   24   25   26   27   28   29   30   31   32

96

NƏHƏCİR  -  Culfa  r-nunda  kənd  adı.  Kənd  əfsanəvi  Nuh  peyğəm­

bərin gəmisinin dayandığı yer kimi mənalandırılan Gəmiqaya dağının 

yaxınlığında  N əhəcər  dağının  (hünd.  1799  m)  adı  ilə  adlanmışdır. 

Kəndin  adının Naxçıvan  əyalətinin  icmal  dəftərində qeyd olunmama­

sı  göstərir ki, yaşayış  məntəqəsi  XVIII əsrdən də qabaq yaranmışdır. 

Bax: Nəhəcir dağı.

NƏHƏCİR - Culfa r-nunda dağ (hünd.  1799 m) adı. Naxçıvan ərazisin­

də xalq arasında qədimdən  dolaşan  toponim (Nuhun tufanı, "Gəmiqaya” 

və b.) yaranmışdır ki, onlardan biri də Nəhəcir (əsli Nuhəcir) oronimidir. 

Dağın adı əfsanə Nuh adından vo farsca c i r -  "yamac", "maili yer" sözün­

dən ibarət olub, "Nuhun" (peyğəmbərin) yamacı mənasındadır. 

NƏHƏCİRÇAY  -  Culfa  r-nunda  Naxçıvançayın  qollarından  birinin 

(uz.  14 km) adı.

NƏHƏCİR  BULAĞI  -  Culfa  r-nunda,  Naxçıvan  şəhərindən  18  km 

şimal-şərqdə Nəhəcir dağında  7 bulağın adı.

NƏCƏFLİDİZƏ -  Babək r-nunda kənd adı.

NƏCƏF QIŞLAĞI  -  İrəvan  əyalətinin  Şərur nahiyəsində  kənd adı1. 

"Əhalisi  Bayat  əşirətindəndir"  (yenə  orada).  "Nəcəf adlı  şəxsə məx­

sus qışlaq"  mənasındadır.

NƏCƏFQULUDİZƏ  -  Culfa  r-nunda  kənd  adı.  Nəcəfqulu  adlı  şəx­

sə məxsus dizə (kənd)  mənasındadır.

NƏCƏFƏLİBƏYDİZƏ  -  İrəvan  quberniyasının Naxçıvan qəzasında 

kənd a d ı*

 2 (indiki  Babək r-nunda Nəcəfəlidizə).

NOVDƏRƏ  -  Ordubad  r-nunda,  Gilançay  kəndindən  şimal-şərqdə 

dağ adı.

NOVUŞBAŞI  - Ordubad r-nunda Parağa kəndindən  şimalda dağ adı. 

NOVUŞÇU  - Ordubad  r-nunda Gilançayın  sağ qolunun adı. 

NOXUDDAĞ - Babək r-nunda Cuğa kəndinin şimal-şərqində dağ adı. 

NURSU  -  Şahbuz  r-nunda  kənd  adı.  Arxiv  mənbəyində  Naxçıvan 

əyalətinin Dərə  Şahbuz nahiyəsində kənd kimi qeyd olunmuşdur3 . 

NURSUÇAY -  Şahbuz r-nunda Naxçıvançayın sol  qolunun  adı  (uz.  13 

km). Mahmudoba kəndinin içərisindən axır. Nurs kəndinin adındandır. 

NUŞRƏVAN - Naxçıvan əyalətinin Azadciran nahiyəsində kənd adı4.

1  İrəvan  əyalətinin  icmal  dəfləri, s.72.



Paqiryev D.D.

  Göstərilən  əsəri, s.  183.

3  Yenə orada, s.  167.

4

Yenə orada, s.  30.

97

NÜRGÜT  -  Ordubad  r-nunda  kənd  adı.  Naxçıvan  əyalətinin  Dərə- 



nürgüt  nahiyəsində  kənd  adı'.  Monqolca  nohur  və  xut  -   "düşərgə", 

"dayanacaq"2 sözlərindən ibarətdir.

NÜSNÜS -  Ordubad r-nunda kənd adı. Mənbədə Naxçıvan əyalətinin 

Şorluq  nahiyəsində  kənd  adı  \   Fars  dilində  nəsa  -   "güney",  "dağın 

gündüşən  tərəfi"  və ərəb dilində (əsli  yunanca  -  naos  "məbəd") naus 

-  "Zərdüşt qəbri üzərində tikinti"4 sözlərindən  ibarətdir.  İranda  Sasa­

nilər  sülaləsinin  (III-VII  əsrlər)  hakimiyyəti  illərində  və  islamın  ilk 

illərində  Zərdüşt  qəbirləri  üzərində  tikilən  tikinti  naus  adlanırdı5. 

Kəndin ərazisində həqiqətən  də güney tərəfdə qədim məbəd qalıqla­

rı  vardır.

OVRATLI  - Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı6.  "Digər 

adı İshaqlı" (yenə orada).

OĞLANQALA  -  Şərur  r-nunda  Qaratəpə  dağının  üstündə  qədim 

qalanın  adı.  Qədim  türk  dillərində  oğlan  həm  də  hökmdarın  qvardi­

yasının  döyüşçüsü  mənasında  idi.  Ehtimal  etmək  olar  ki,  Oğlanqala 

"hərbi  dayanacaq (düşərgə)"  mənasındadır.  Lakin qalanın bu adı  son- 

ralar  yaranmışdır.  Ona  görə  ki,  Oğlanqala  Şahtaxtı  yaxınlığında  nə­

həng,  kobud yonulmuş dördkünc  daşlardan  hörülmüş  tsiklonik  tapın­

tıdır ki, tədqiqatçılar belə qalaçaları Tunc dövrünə aid edirlər. 

OĞLANGOZ  -  Ordubad  r-nunda  Qoşadizə  kəndindən  qərbdə  dağ 

(hünd.  1144 m) adı.

OĞLANŞAHLI  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  adı.7 

"Digər adı  Xəlfəkənddir" (yenə orada).

OĞUZKƏND  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Naxçıvan 

MR-in  Şərur r-nunda) kənd adı*. Oğuz etnonimindən  ibarətdir.  Oğuz­

lar  Azərbaycan  ərazisində  məskunlaşmış  qədim  türk  mənşəli  etnos 

adıdır.



Paqiryev D.O.

  Göstərilən  əsəri, s.  32.



Budaqov L

 Z.  Göstərilən  lüğoti,  II, s. 144.

3  İrəvan  əyalətinin  icmal  dəftəri, s.  148.

4

Бартольд B.B.



  Соч.  том  И,  ч  1, с  212.

5  Y enə orada.

Yenə orada, s.72.

Yenə orada,  c.  37.

Y enə orada.


98

OĞUZDAŞI - Naxçıvan əyalətinin Şərur nahiyəsində başqa bir kənd 

adı'. Kənddə cəmi  iki ailənin yaşadığı  qeyd olunur2.

OĞULŞALI - Naxçıvan qəzasının Şərur nahiyəsində kənd adı3. 

OYUQLUCAQAYA  -  Naxçıvan  əyalətinin  Dərə-Şahbuz  nahiyəsin­

də yaylaq adı4.

OYUQLU  -  Ordubad  r-nunda  Düylün  kəndinin  şimal-qərbində  dağ 

adı.


ORDUBAD  -  Naxçıvan  MR-do  şəhər  adı.  Ordubad  inzibati  r-nun 

mərkəzidir.  Ambaras,  Kürdəsər,  Mingis,  Sərşəhər  və  Hüştərəngə 

məhəllələrindən  ibarət  şəhər  idi.  Dəqiq  mənası  indiyədək  müəyyən 

edilməmişdir.  Bir  mülahizəyə  görə  toponim  qedim  türk  dillərində 

ordu  -   "xan  düşərgəsi",  "xanın  alaçığı  qurulan  yer",  "şəhərcik",5  bir 

sıra  qədim  toponimlərdə  əksini  tapmış  İran  mənşəli  abad  -   "kənd", 

"yaşayış məntəqəsi"  sözlərindən ibarətdir.

ORDUBADÇAY  -  Ordubad  r-nunda Nüsnüs  kəndindən qərbdə  olan 

çay (uz.  24 km)  adı.

ORTAKƏND -  Naxçıvan əyalətinin Dəreşam nahiyəsində kənd adı.6 

ORUCDİZƏ  -  Babək  r-nunda  kənd  adı.  Bu  kənd  Kalba  Orucdizə 

adlandırılıb.

OVRATLI  - Naxçıvan əyalətinin  Şərur nahiyəsində kənd adı.7 *

 

ÖKÜZBATIR  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  adı/ 



Mənbədə  kəndin  Dünbili  tayfasının  məskunlaşması  nəticəsində  ya­

randığı qeyd  olunmuşdur.9 Dünbili  tayfası  barədə bax:  Tumbil  k.'°



'  İrəvan  əyalətinin  m üfəssəl  dəftəri,  s.  327  .

2  Yenə  orada.

3  Yenə orada,  s.  168.

4  Yenə orada.



Şopen İ

  Göstərilən  əsori.  s.  385.

Mahmud Qoşqari

,  l , s .   124.

7  Naxçıvan  sancağının  m üfosse 1 dəftəri,  s.  329.

J

Paqiryev D.D.

  G östərilən  əsəri,  s.  16.

9

Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  325.



10  İrəvan  əyalətinin  icmal  dəftəri, s.  146.

99

PAYIZ -  Babok  r-nunda kənd  adı.  Naxçıvan əyalətinin  Mülki-Arslan 



nahiyəsində  kənd  adı.1  Qədim  türk-monqol  dillərində  bays,  bayz  -  

"sıldırım"2 sözündən təhrifdir.3

PARAĞA  -  Ordubad  r-nunda  kənd  adı.  Naxçıvan  əyalətinin  Azadci- 

ran nahiyəsində  kənd adı.4 Türk dillərində «para» pul mənasındadır. 

PARAGAÇAY  -  Ordubad  r-nunda  Gilançayın  sol  qolunun  (uz.  21 

km) adı.  Parağa kəndinin adı  ilə adlanmışdır.  Bax:  Parağa k. 

PARAĞAÇAY  -  Ordubad  r-nunda  yeni  qəsəbə  adı.  Parağaçayın  kə­

narında molibdcn  mədonlori  əsasında yaranmışdır.

PARAD AŞ  -  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində  məzrə  adı.  Para 

(parçalanmış  mənasında)  vo  daş  (qaya)  sözlərindən  ibarət  olub,  «parça­

lanmış qaya», «pul-pul olmuş daş» olan yerdə əkin yeri mənasındadır.5 

PARDUQDAG  -  Ordubad  r-nunda  Unnis  kəndinin  şərqində  dağ  su- 

ayrıcının adı.6

PARÇI  - Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı.7 

PEKAN QIŞLAĞI - Naxçıvan əyalətinin Şərur nahiyəsində qışlaq adı/ 

PƏZMƏRİ  - Ordubad  r-nunda kənd adı.

PİYAZBAŞI  -  Ordubad  r-nunda  Urmis  kəndinin  cənubunda  dağ 

(hünd.  2610 m) adı.  Fars dilində piyaz -   "soğan"  vo azərbaycanca  baş 

sözlərindəndir.

PİLƏSƏR  -  Culfa  r-nunda  Kərimquludizə  kəndinin  şimal-qərbində 

dağ suayrıcının  adı.

PİLOVTƏPƏ  -  Babək  r-nunda  Naxçıvan  şəhərindən  şimalda  yerlə­

şən  dağın  adı  (hünd.  1033  m  ).  Bu  ad  təpəyə  xarici  görkəminə  görə 

verilmişdir.

PİRVERDİ  QIŞLAĞI  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi

Naxçıvan MR Şərur r-nunda) kənd adı.  Qışlaq adı.9

PİRÇAY -  Şahbuz  r-nunda çay adı. Bu,  Səlosüz çayı  da adlanır.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  144.

~  Yenə  orada,  s.  142.



Qeybullayev Q.O.

  Həzz  toponiminin  mənşəyi  haqqında.  " Tarix  və  onun  problemləri",  1997, 

№ 2 ,  s. 135-139.

4

  .



İrovan  əyalətinin  icrııal  doftori,  s.  147  və  179.

5  Yeno orada.

Yenə  orada.

7  Yeno  orada.

Yenə  orada.

9

Yenə  orada,  s.  182.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə