« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
58
Mütəmadi olaraq məlamilərin mütəsəvviflərə qarşı soyuq davranışları və
düşüncələrində olan fikir ayrılıqları da məlumdur. Məlamilər mütəsəvvifləri
ona görə sevmirdilər ki, təriqətçilərin ehtişamlı və dəbdəbəli təkkə tədbirləri,
ayinləri yerli camaatın maddi səviyyəsindən yüksəkdə dayanırdı və bu da
onları yaşadıqları cəmiyyətdən uzaqlaşdırırdı. Əslində məlamiliyin
yaranmasının kökündə dayanan amillərdən biri də məhz bu xəlqilik prinsipi idi.
Lakin bu o demək deyildir ki, onlar təsəvvüfü qəbul etmirdilər. Təsəvvüf
onların nəzdində əsl İslam, islamın özünü təşkil edirdi, çünki dinin əsas
meyarlarını təsəvvüfün sirlərinə vaqif olmadan bilmək omlazdı. İbadətləri
yerinə yetirmək vacib idi, lakin edilən ibadətlərin mahiyyətinə varmaq, zikirləri
qəlbən dərk etmək lazım idi, çünki səmimi qəlbdən edilən zikirlər möminin
qəlbindən Tanrıya doğru yüksələn yolun qapılarını açan açarlardır. Onun varlıq
və vəhdaniyyətində dərin təfəkkürə dalar və beləcə kamilliyə gedən yolda
olduqlarına inanarlar. Quranın əsrlər boyu elmi lədünni adlandırdığı
məlamilərə görə məhz Tanrının valığı və vəhdaniyyətindən bəhs edir ki, bu
elmə vaqif olan şəxs məlami kamilliyinə qovuşmuş hesab olunur.
Məlamiliyin daxili mahiyyətindən irəli gələn təvazökarlıq və digər
dinlərə qarşı anlaylışlı davranış meylləri də qeyd edilməlidir. Məlamilik digər
dinlərə qarşı kəskin mövqedə dayanıb onları lənətləmək və yaxud kafirliklə
günahlandırmaq təmayülündən uzaq olmuşdur. Məlamilər Quran ayələrinin
dərinliyinə nüfuz etməyi vacib bilərlər, onların nəzərində “möhkəm” və
“mütəşabih” ayələrin hər birinin xüsusi təvil və təfsir metodu və anlamları
vardır. Qısacası məlamiləri İslam mütəsəvvifləri kamillik yolunun yolçuları kimi
xarakterizə edir və bu yolda onların hər növ dərin elmi, dini biliyə vaqif
olmağın çətinliyindən çəkinmədiklərini bildirərlər.
“Elmi Lədün”nə çox dəyər verən məlamilər əslində onu bəşəriyyətin xəlq
olunmasının gizlin xəzinəsinə bir açar olduğunu qəbul edərlər. Tarix boyu
insanı yaratmaqda Allahın məqsədinin nə olması məsələsi bütün filosofları, əql
sahiblərini düşündürdüyü kimi, məlamilər də bunu bilmənin ən sadə yolunun
elm və mərifətdən keçdiyini deyirlər. Bilik sahibi olmaq istəyən şəxsin önündə
qapılar taybatay açılmalı, bu şəxsin xidmətində dayanılmalı və ona nəzakətlə
elmlərə yiyələnməsinə kömək edilməlidir, çünki onun başladığı yol bilik
tövhidində, “elmi lədünni”də quratarır sonra isə onun Tanrının varlığında
ərimə - “fəna fillah” mərtəbəsi başlayır. Bu müqəddəs amal və yoldur.
Onlara görə mürşid yalnız qapını göstərər, geri qalan məsuliyyət şagirdə
(mürid) aiddir. Allahın hər adama yaxın olduğunu və adamla Allah arasına
Mürşid də daxil olmaqla, heç kəsin girə bilməyəcəyi görüşünü müdafiə etmişlər.
Mürşid nə qədər məlumatlı və ərdəmli olursa olsun, o da digər insanlar kimi
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
59
quldur və qula aid xüsusiyyətlərlə xatırlanmalıdır. Mürşidlərindən dərs və
söhbət formasında təhsil etdikləri elm və tövsiyələrdən başqa bir təmənnaya
sahib olmayıb Hidayət, Şəfaət, Hümmət, Tövbə kimi istəklərin yalnız Allaha ərz
edilməsi lazım olduğunu müdafiə edirlər. Bu elmin müəllimləri də
şagirdlərindən əsla maddi bir qarşılıq tələb etmirlər. Elmi-tövhid (Tövhid elmi)
olaraq keçilən bu dərslərin nəticəsində "fənafillah" (Allahda yox olmaq) və
"Bəqabillah" (Allahla var olmaq) mərtəbələrinə çatmaq məqsədi güdürlər.
Məlamilərə görə Hz. Adəm həqiqətlərin axtarışına çıxan ilk insandır.
Adəmdən əvvəl neçə-neçə insanlar gəlib keçib. Məlaminin xislətində olan hər
insan varlığının var olma səbəbini anlamağa çalışır. Anlamağa çalışmaq insanın
özündən başlayır. İnsan əvvəl özündən soruşmalıdır. Mən kiməm, nəyəm,
necəyəm, mənim zatım nədir, kimi suallarla özünü anlamağa çalışmalıdır.
Həqiqətlərə çatan adam bütün varlığın var edicisi olduğunu düşünüb dərin
təfəkkürə dalsa başa düşər.
Məlamiliyi bir təriqət deyil, “məşrəb” (davranış tərzi) hesab edən təsəvvüf
alimləri bu cərəyan haqqında ziddiyyətli fikirlər irəli sürüblər. “Kəşfül-məhcub”
müəllifi (53), əsərinin altıncı fəslində məlamiliyin əsasları haqqında geniş
məlumat vermişdir. Hucviriyə görə, məlamilyin üç forması var. Bunlar
“istiqamət”, “qəsd” və “tərk”dir. Bunlardan birincisi normal məlamilərdir. Yəni
onların məlamiliyi “doğru yoldan gedib, öz işləri ilə məşqul olmaq, dinə uyğun
hərəkət edərək şəriət qanunlarını pozmamaqdan” ibarətdir. İkinci qrup
məlamilər “qəsd edənlər” adlanırlar. Onlar “xalqın onun haqqında yaxşı fikirdə
olduğunu görüb bu hörmətin ona zərər verəcəyindən ehtiyat edən və bu
məqsədlə də şəriət qaydalarını pozmadan xalqın ona qarşı sevgini azaldacaq
davranışlar nümayiş etdirənlərdir”. Üçüncü qrup məlamilər isə ifrat
məlamilərdir. Bunlar “şəriət qaydalarını tərk etdiyini açıqca dilə gətirib öz
məlamiliklərini izhar edərlər”. Hucviri əsərində əsas tənqidi fikirlərini də bu
üçüncü qrup məlamilər üzərində cəmləşdirir. Bu səbəbdən Hucviri onları sufi,
mütəsəvvüf və dərviş belə adlandırmır. Ona görə, məlamilər hələlik “vəhdət
sirrinə çatmayıb, xalqla məşğul olurlar” (54). Əbdürrəhman Cami də onlar
haqqında mənfi fikirlərə sahibdir. “Nəfəhatül-üns” əsərində məlamiləri sərt
tərzdə tənqid edir: “Məlamiyyəyə gəldikdə, onlar bir camaatdır ki, mənayı
ixlasa riayətdə və sidq qanununu qorumaqda həddindən artıq cəhd göstərirlər.
Bu tayfa hər nə qədər əziz bəndələr və şərəfli hal əhli olsalar da hələlik xalqın
gözündə örtünmək onların nəzərində kəşf hökmündədir. Bu səbəbdən də
tövhid üzünün müşahidəsində və təfrid gözünün təyinində üzürlü qalıblar. Nəfs
də əğyar cümləsindəndir. Bunlar hələlik öz vəziyyətlərinə nəzər edərlər. Əməl
və vəziyyətlərindən əğyarı xaric tuta bilməyiblər. Məlamətilərlə sufilər