«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L


« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix26.10.2018
ölçüsü1,16 Mb.
#75722
1   2   3   4   5   6   7   8

 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

54 



məşrəb  hesab  olunur.  Amma  sufi  cərəyanlara  dərindən  təsir  edən  məlamilik 

xüsusilə  də  kübrəvilik  və  qələndərilik  kimi  orta  əsrlər  İslam Şərqinin  iki  güclü 

təriqətinin yaranmasına təkan verdi (31). 

Məlami  –  Səfəvi  münasibətləri.  İlk  dövr  səfəvi  şeyxlərinin  məlamiliklə 

güclü bağlarının  olduğunu təsdiq edən dəlillər var. Təəssüflər olsun ki, indiyə 

qədər tarixçilər Səfəvi-məlami əlaqələrinə diqqət yetirməyiblər. 

Səfəvi-məlami  əlaqələrini  isbat  edən  başlıca  üç  dəlil  mövcuddur.  Birinci 

dəlil,  Səfəvilərlə  İbrahim  ibn  Ədhəm  arasındakı  ailəvi  bağlara  söykənir.  Qeyd 

edək  ki,  tarixçilər  heç  bir  fakt  və  əsas  göstərmədən  Səfəvilərin  İbrahim  ibn 

Ədhəmlə qohumluğunu inkar edirlər. 

Səfəvilərin  mənşəyi  haqqında  məlumat  verən  ilk  mənbə  Təvəkkül  ibn 

İsmayıl ibn Bəzzaz tərəfindən qələmə alınmış “Safvətüs-səfa” əsəridir. Bu əsərin 

iki nüsxəsi mövcuddur. Bunlardan biri əsl, digəri isə saxta nüsxədir. Əsl nüsxə 

1337-ci  ildə  Təvəkkül  ibn  Bəzzazın  özü  tərəfindən  qələmə  alınıb. Saxta  nüsxə 

isə  1542-ci  ildə  əsərin  türkcə  tərcüməsi  zamanı  səfəvilərin  yeddinci  İmam 

Musa Kazımla qohumluq əlaqələrinin olduğu iddiasına    saxta şəcərənin kitaba 

yerləşdirilmiş variantıdır (32).   

Səfəvi  sülaləsinin  ilk  nümayəndəsi  Firuzdur.  “Safvətüs-səfa”da  ondan 

“Zərrinkülah  Firuz”  (və  ya  Qızıl  börklü  Firuzşah)  kimi  bəhs  edilir  (33).   

“Zərrinkülah”  adı  türkcə  “qızıl  başlıq”  (qızıl  tac,  qızıl  börk,  qızıl  dəbilqə) 

mənasına  gəlir. Firuzun bu adı almasının səbəbi bilinməsə də, “qızılbaş” adını 

daşıyan  ilk  Səfəvi  nümayəndəsinin  o  olduğu  aydındır.  Sonrakı  dövr  Səfəvi 

mənbələri  Firuzun  yeddinci  İmam  Musa  Kazımın  soyundan  gəldiyini  iddia 

edirlər.  Bununla  əlaqədar  verilən  məlumatları  qiymətləndirən  N.Musalı 

Səfəvilərin  seyyidliyi  haqqındakı  rəvayətləri  “Səfəvilər  hakimiyyətə  gəldikdən 

sonra  öz  hökmdarlıqlarının  legitimliyini  əsaslandırmaqdan  ötürü  bu  amildən 

geniş surətdə istifadə etdikləri” kimi    dəyərləndirmişdir (34). 

Firuzun  kimliyi  haqqında  iki  cür  məlumat  vardır.  Bəzi  mənbələr  onu 

“İbrahim  ibn  Ədhəm  övladından”,  digərləri  isə  “İbrahim  ibn  Ədhəmin 

nəvələrindən  olan  Sultan  Əhmədin  tərəfdarı”  kimi  tanıdırlar.  Ayrıca 

mənbələrdə  Firuzun  Azərbaycana  gəlmədən  əvvəl  “İmam  Rzanın  Məşhəddəki 

məqbərəsinin mühafizəçisi” olduğunu bildirirlər (35). “Safvətüs-səfa”nın türkcə 

nüsxəsində  bu  məlumat  belə  qeyd  olunub:  “Və  çün  Seyyid  Firuzşahun  nisbəti 



nəsəbün  zikrində  deyildi,  surəti  böylə  idi  kim,  ol  vəqt  kim,  bir  padişah  Sultan 

İbrahim  Ədhəmin  fərzəndələründən  Səncar  qolından  çıxüb,  ləşkəri  Azərbaycana 

çəkdi və ol yerləri qamu müsəxxər qıldı və Aran ilə Əlivan və Darbumun sakinləri 

qamu  kafir  idilər”  (36).  Kitabın  Süleymaniyyə  kitabxanasındakı  nüsxələrinin 


 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

55 



birində  İbrahim  ibn  Ədhəm  yerinə  Sultan  Əhməd  adı  işlədildiyindən  bəzi 

araşdırıcılar yanılaraq, Sultan Əhmədi ayrı şəxs hesab etmişlər (37). 

Belə  məlum  olur  ki,  Firuz  İbrahim  ibn  Ədhəm  nəslindən  idi.  Bu  məlumat 

Xandəmirin  “Həbibüs-siyər”,  İskəndər  Bəy  Münşinin  “Aləmarayi-Abbasi”  və 

Silsilətün-nəsəbi-Səfəviyyə” kimi mənbələr tərəfindən də təsdiqlənir (38). 

Səfəvi-məlami əlaqələrini təsdiq edən ikinci fakt Anadolu və ya ikinci dövr 

məlamiliyinin banisi Somuncu Baba Həmidəddinin təriqət silsiləsində üç səfəvi 

şeyxinin yer almasıdır. Bunlar Şeyx Səfiyəddin, Şeyx Sədrəddin və Xacə Əlidir. 

Somuncu  Baba  bunlardan  Xacə  Əlinin  mürüdü  və  tələbəsi  olmuş,  Ərdəbil  və 

Xoyda  onun  xidmətində  yer  almışdır.  Oğlanşeyxi  adlanan  üçüncü  dövr 

məlamiliyinin ən böyük sufilərindən olan İbrahim Əfəndi də “silsileyi-mənəvi” 

olaraq  adlandırdığı  məlamilər  silsiləsini  Şeyx  Səfiyəddin  Ərdəbilidən  başlayır 

(39). 

Səfəvi-məlami  əlaqələrini  təsdiq  edən  üçüncü  fakt  isə  ilk  dövr  Səfəvi 



dərvişlərinin bəzi məlami xüsusiyyətlərə malik olmasıdır. Misal üçün Elxanilər 

dövrünün  hakimlərindən olan  əmir Çoban Sulduz bir dəfə Şeyx Səfiyə: “bizim 

əsgərimizmi  çoxdur,  yoxsa  sənin  mürüdlərin”  dedi.  Şeyx  əmirin  sözünə  belə 

cavab  verdi:  “Sizin  əsgərləriniz  dəxi  cümləsi  bizim  mürüdümdüzdür.  Sadəcə 

Əcəmdə  sizin  hər  əsgərinizə  qarşılıq  bizim  100  müridimiz  var”  (40).  Bu 

məlamilər  kimi  səfəvilərdə  də  özünü  gizlətmək  anlayışının  varlığından  xəbər 

verir. 

Bundan başqa, məlamiliyin Azərbaycanda Təbriz, Həmədan, Xoy kimi güclü 



mərkəzlərinin  olduğu  məlumdur.  Bunu  həmin  şəhərlərə  nisbət  edilən  məlami 

sufilərinin  adlarından  başa  düşürük.  Özünü  gizlətmək  Səfəvi  şeyxlərinin 

inancında da diqqəti çəkir. Güclü fərqliliklərə rəğmən Şeyx Səfi, Şeyx Sədrəddin 

və  Şeyx  Əlinin  özlərini  sünni  şafii  inancında  təqdim  etmələri  buna  əyani 

sübutdur (41). 

Səfəvi-məlami  əlaqələrini  göstərən  başqa  bir  dəlil  də  səfəvi  dərvişliyinin 

məlami  dərvişliyi  ilə  olan  oxşarlığıdır.  Məlamilikdə  olduğu  kimi  səfəvi 

dərvişliyində  də  “dilənmək,  əl  açmaq,  başqasından  bir  şey  istəmək”  xoş 

qarşılanmırdı.  Səfəvi  dərvişləri  məlamilər  kimi  öz  ehtiyaclarını  özləri 

qarşılamalı idilər. Buna görə də, səfəvilikdə məlamilikdə olduğu kimi mürüdün 

bir məslək ərbabı olması şərti vardı (43). Qənaətimizcə, səfəvi dərvişlərindəki 

“qazi-sufi” anlayışının əsasında da məlami təsirləri vardır. 

Məlamiliklə  səfəvilik  arasındakı  ən  güclü  bağ  məlamilikdə  şiə  meyllərin 

olmasıdır. Lakin A.Gölpınarlının da qeyd etdiyi kimi məlami dərvişlərinin şiəliyi 

“mufaddıla”  səviyyəsində  olub  şiəlik  hesab  edilmir  (43).  Məlamiliklə  şiəlik 

arasında  diqqəti  çəkən  ən  mühüm  məlami  təriqət  silsilələrinin  İmam  Əliyə 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə