Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   2   3   4   5   6   7   8   9   ...   13

23
II.
Cİddİlİk HAQQIndA FƏSİl
21
Ciddilik, ölümsüzlüyə aparan yoldur. Yün-
güllük, ölümə aparan yoldur. Ciddilər ölmürlər. 
Yüngüllər ölü kimi bir şeydirlər.
22
Bunu aydın anlayaraq, müdriklər ciddidirlər. 
Ciddilikdən alırlar sevinclərini onlar. Nəciblərin 
zəmisində sevinirlər onlar.
23
Düşüncəli, inadkar, daima dəyanətli və müd-
rik olanlar, onlar bağlılıqdan azad və bənzərsiz 
Nirvanaya yetişənlərdir.
24
Əgər  ciddi  adam  özünü  ilhamlandırarsa, 
unut qan olmazsa, əgər onun əməlləri təmizdir və 
o şüurla hərəkət edirsə, özünü məhdudlaşdıra bi-
lir və qanuna uyğun yaşayırsa, onda onun şöhrəti 
daima artacaqdır.


24
25
Qoy,  müdrik  səylə,  ciddiliklə,  özünü  məh-
dud  laşdırma və nəzarətlə özünə elə bir ada dü-
zəltsin ki, sel dağıda bilməsin onu.
26
Axmaqlar  boş  şeylərin,  şər  müdrikliyin  ar-
xasınca  gedərlər.  Müdrik  isə  ciddiliyi  qiymətli 
xəzinə kimi qoruyur.
27
Yüngüllükdən qaçın, ehtirasdan və həzzlər-
dən çəkinin, zira, yalnız ciddi və düşüncəli olan 
böyük səadətə qovuşa bilir.
28
Müdrik,  ciddiliklə  yüngüllüyü  qovanda, 
o  qayğısız,  müdrikliyin  zirvələrinə  yüksələrək 
qüs sə ilə xəstələnmiş bəşəriyyətə dağda duranın 
dü zəndə  durana  baxdığı  kimi,  müdrikin  səfehə 
baxdığı kimi baxır.
29
Yüngüllər içində ciddi, yatanlar içində oyaq 
olan müdrik, yabını ötən kəhər kimi başqaların-
dan seçilir.
30
Göy  əhli  arasında  birinciliyi  Maqhavan
3
  öz 
ciddiliyi  ilə  əldə  etmişdir.  Ciddiliyi  tərifləyər, 
yüngüllüyü isə həmişə lənətləyərlər.


25
31
Ciddilikdə  məmnunluq  tapan,  yaxud  yün-
gül lüyə qorxu ilə baxan bhikşu
4
 böyük və kiçik 
düyünləri yandıran alov kimi özünə yol açır.
32
Ciddilikdə  məmnunluq  tapan,  yaxud  yün-
gül lüyə qorxu ilə baxan bhikşu yıxılmağa qadir 
deyil: zira, o, Nirvanaya yaxındır.


26
III.
Fİkİr HAQQIndA FƏSİl
33
Titrəyən, əsən, kövrək və zorla saxlanılan fik-
ri Müdrik oxçunun oxu yönəltdiyi tək yönəldir.
34
Sudan çıxardılaraq quruya atılmış balıq kimi 
əsir  bu  fikir:  təki  Maranın  hökmündən  qurtula 
bilsin.
35
Zorla saxlanılan, zərif, harda gəldi ilişən fik-
rin ram edilməsi xeyirdir. Ram edilmiş fikir səa-
dətə aparır.
36
Qoy, müdrik çətin dərk olunan, son dərəcədə 
incə, harda gəldi ilişən fikrini qorusun; qorunan 
fikir səadətə aparır.
37
Uzaqlarda  dolaşan,  tənha  avaralanan,  qey-
ri-maddi,  ürəkdə  gizlənən  fikirlərini  ram  edə 
bilənlər Maradan azad olacaqlar.


27
38
Fikri  dayanıqsız  olanın,  həqiqi  dhammanı 
bilməyənin,  imanı  tərəddüd  edənin  müdrikliyi 
kamilləşmir.
39
Əgər  insanın  fikirləri  dağınıq  deyilsə,  ağlı 
qarış mayıbsa, əgər o, xeyir və şəri düşünmürsə, 
beləcə oyaq olana qorxu yoxdur.
40
Bu bədənin palçıq olduğunu bilərək, bu fik-
ri  qalaya  çevirərək,  qoy,  o,  müdriklik  silahı  ilə 
Maranın üzərinə atılsın. Və qələbəni qorusun və 
bağlılıqlardan azad qalsın.
41
Eh!  Bu  bədən  yerdə  uzun  yaşamayacaq  - 
nəsibsiz, hissiyyatsız, faydasız, odun kimi.
42
Düşmən düşməninə, yaxud nifrətli nifrətliyə 
nə edir etsin, yanlış yönəlmiş fikir daha betərini 
etmək iqtidarındadır.
43
Ana, ata, yaxud başqa bir qohum nə edir et-
sin,  doğru  yönəlmiş  fikir  daha  yaxşısını  etmək 
iqtidarındadır.


28
IV.
GÜllƏr HAQQIndA FƏSİl
44
Bu yerə və Yamanın
5
 aləminə və göy əhlinin 
dünyasına  kim  qalib  gələcək?  Yaxşı  təlim  olun-
muş  dhamma  yolunu  kim  tapacaq,  ağıllı  adam 
gülü tapan kimi?
45
Şagird  qalib  gələcək  bu  yerə,  Yamanın  alə-
minə  və  göy  əhlinin  dünyasına.  Şagird  tapacaq 
yaxşı  təlim  olunmuş  dhamma  yolunu,  ağıllı 
adam gülü tapan kimi.
46
Bu bədənin köpüyə bənzər olduğunu bilən, 
onun ilğım təbiətini anlayan kəs Maranın güllərlə 
bəzədilmiş oxlarını sındıracaq və heç zaman ölü-
mü görməyəcəkdir.
47
Gül dərən, ağlı pərdəli olan insanı isə ölüm 
oğurlayır, sel yatmış kəndi yuyub aparan təki.


29
48
Gül dərən, ağlı pərdəli olan insanı isə ölüm 
özü nə  müti  edir,  o  hissi  əyləncələrdən  doyana 
qədər.
49
Necə ki, arı gülü, onun rəngini və ətrini zə-
də ləmədən şirələnib uçur, qoy, müdrik də özünü 
kənddə elə aparsın.
50
Qoy, o başqalarının nöqsanlarına, elədikləri 
və eləmədiklərinə baxmasın, özünün elədiklərinə 
və eləmədiklərinə baxsın.
51
Yaxşı deyilmiş söz, əgər insan özü ona əməl 
etmirsə, faydasızdır, xoş rəngli, lakin ətirsiz bir 
gözəl gül kimi.
52
Yaxşı deyilmiş söz, əgər insan özü ona əməl 
edirsə, məhsuldardır, xoş rəngli və ətirli gözəl gül 
kimi.
53
Bir topa güldən çoxlu çələng hörmək müm-
kün  olduğu  kimi,  beləcə  ölümlü  də  doğulanda 
çoxlu xeyirli əməllər edə bilər.
54
Güllərin  ətri  küləyin  əksi  istiqamətində 
yayılmır,  sandal  ağacında  da  belədir,  taqarda
6
 


30
da, jasmində də. Salehlərin ətri isə küləyin əksi 
istiqamətində də yayılır. Xeyirxah insan hər yerə 
nüfuz edir.
55
Sandal ağacı yaxud taqara, şanagüllə yaxud 
vassika
7
 – onların ətirləri içərisində ən üstün ola-
nı, xeyirli əməllərin ətridir.
56
Zəifdir  bu  ətir,  taqaranın  və  sandal  ağacı-
nın  buraxdığı.  Göy  əhli  arasında  əsən  xeyirli 
əməllərin ətri isə ən yaxşısıdır.
57
Nəciblərin, ciddiliklə dolanların və kamil bi-
lik vasitəsi ilə azad olanların cığırlarını Mara tapa 
bilmir.
58-59
Böyük  yola  tökülmüş  zibil  yığınında  şirin 
ətirli və ağılı sadlandıran şanagüllə çiçəyi bitə bil-
diyi  kimi,  beləcə  həqiqətən  nurlanmışın  şagirdi 
də kor bəsitlər arasında, zibilə bənzər məxluqlar 
arasında, öz müdrikliyi ilə seçilir.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə