ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n
Budda
Dhammapada
Budda
DHAMMAPADA
Vilhelm Reyx
108 səhifə.
Tərcümə:
Müşviq Şükürov
Redaktor:
Ümid Əhmədov
Kompüter dizaynı:
Yaşar Şahlaroğlu
Çap tarixi: 22.06.2013
Format: 70x90 1/32
Qiyməti: 2 AZN.
ISBN: 978-9953-8066-3-1
© Başla Kitab
Dhammapada. Bakı, 2013
D
hammapada – hind fəlsəfəsinin
mənbələrindən biri, Siddhartha Qa-
utamaya (Budda) aid edilən fikirlər
toplusudur. Buddizmin ana kitabı sayılan
Dhammapada ilk dəfədir ki, Azərbaycan oxu-
cusuna təqdim olunur.
7
İçİn d Ək İl Ər
Tərcüməçidən ...................................................................... 9
I. QOŞA BƏNDLƏR FƏSİLİ ......................................... 19
II. CİDDİLİK HAQQINDA FƏSİL ............................... 23
III. FİKİR HAQQINDA FƏSİL ....................................... 26
IV. GÜLLƏR HAQQINDA FƏSİL ................................. 28
V. AXMAQLAR BARƏDƏ FƏSİL ................................ 31
VI. MÜDRİKLƏR BARƏDƏ FƏSİL ............................. 34
VII. ARHATLAR
BARƏDƏ FƏSİL ................................ 37
VIII. MİN HAQQINDA FƏSİL ...................................... 39
IX. ŞƏR BARƏDƏ FƏSİL ................................................ 42
X. CƏZA BARƏDƏ FƏSİL ......................................... 45
XI. QOCALIQ BARƏDƏ FƏSİL ................................... 48
XII. ÖZ “MƏN” BARƏDƏ FƏSİL ................................ 50
XIII. DÜNYA BARƏDƏ FƏSİL ...................................... 52
XIV. NURLANMIŞ BARƏDƏ FƏSİL ............................ 54
XV. SƏADƏT BARƏDƏ FƏSİL .................................... 58
XVI. XOŞ OLAN HAQQINDA FƏSİL ........................ 61
XVII. QƏZƏB HAQQINDA FƏSİL ............................. 64
XVIII. ÇİRKAB BARƏDƏ FƏSİL .................................. 67
XIX. DHAMMAYA RİAYƏT EDƏN
BARƏDƏ FƏSİL ..................................................... 71
8
XX. YOL HAQQINDA FƏSİL ........................................ 74
XXI. MÜXTƏLİF BARƏDƏ FƏSİL ................................ 77
XXII. CƏHƏNNƏM BARƏDƏ FƏSİL .......................... 80
XXIII. FİL BARƏDƏ FƏSİL ............................................ 83
XXIV. MÜXTƏLİF BARƏDƏ FƏSİL .............................. 86
XXV. BHİKŞU BARƏDƏ FƏSİL .................................... 91
XXVI. BRAHMANLAR(ARHATLAR)
HAQQINDA FƏSİL .............................................. 96
9
Tərcüməçidən
B
udda kimi insanları xatırlayanda kə-
pə nəklər yadıma düşür. Bilirsiniz,
onlar əvvəl qurd kimi olurlar. Heç
inan mazsan ki, kəpənəklər bu qurdlardan do-
ğulur. Nəinki uçmağı, heç sürünməyi də düz-
əməlli bacarmayan bu varlıqlar xeyli yarpaq
yeyib doyandan sonra ətrafla rına barama do-
layaraq özlərini bu baramanın içərisinə həbs
edərlər. Bir müddət ətraf aləm üçün yox olarlar
bu qurdlar. Ölü olduqlarına daha tez inanar-
san, nəinki diriliklərinə. Heç bir həyat nişanəsi
göstərməzlər. Və... Günlərin bir günü barama ya-
rılar və içərisindən dünya gözəli kəpənək peyda
olar. Qeyri-adi rənglərdə, incəlik və zərafətdə.
Daha yerlə sürünməyəcək bu varlıq. Güldən-
gülə uçacaq, dünyanın gözəlliyinə gözəllik qa-
tacaq. Və bundan belə artıq onun yediyi yarpaq
yox, güllərin nektarı olacaqdır.
10
Nektar toplamağın mərifətini Budda belə an-
ladır: “Necə ki, arı gülü, onun rəngini və ətrini
zədələmədən şirələnib uçur, qoy, müdrik də özü-
nü kənddə elə aparsın” (49).
Budda, Lao-Tzı, Konfutsi, Zərdüşt, İsa,
Məhəmməd kimi adamlar kəpənəyə çevrilmiş
insanlardır, mənə görə. İnsanların əksəriyyəti yer
üzündə bir qurd həyatı yaşayır və ömrünün so-
nuna qədər həyatın mənasını tapa bilmirlər. Çün-
ki qurd həyatının heç bir mənası yoxdur. Qurd
- mərhələdir. Proses bitməyincə onun mənası
bilinməz. Qurdun həyatının mənası Kəpənəyə
çevrilməkdir. Bəs Kəpənəyinki? Kəpənəyin
həya tının mənası Gözəlliyə (Həqiqətə) xidmət!
Bəzən insanlar Kəpənəklər barədə hardansa,
natamam məlumatlar əldə edər və onlar kimi
Gözəlliyə xidmət eləməyə can atarlar. Lakin bu-
nun üçün əvvəlcə öz üzərlərində görməli olduq-
ları işi görməli, barama dövrünü yaşamalı və
gözəl bir kəpənəyə çevrilməlidirlər. Qurdun işi
başqadır...
Deyilənlərə görə, Budda iyirmi il meşədə,
Zərdüşt səkkiz il mağarada yaşadı. Məhəmməd
də Hira dağına çəkilərdi. İnanıram. Barama döv-
rü zəruridir.
11
25 əsr əvvəl bir gənc şahzadə eyni gündə üç
hadisə ilə rastlaşır: qocalıq, xəstəlik və ölümlə.
Yuxusu ərşə çəkilir. “Dünyada qocalıq, xəstəlik
və ölüm varkən ətrafdakı bu gülüşün, sevincin
səbəbi nədir?”- deyə sual edir özünə. Cavab isə
aydın idi. İdraki süstlük və həyasızlıq! Heç kim
bu məqamlar üzərində onun qədər ardıcıl dü-
şünmür, vəssəlam. Ətrafın resepti 25 əsrdə heç
dəyişmədi ki! “Fikir vermə! Dərin düşünmə! Ye,
iç kef elə!”
Şahzadə Siddhartha Qautama yeməyin,
içməyin və kef eləməyin nə olduğunu hamıdan
yaxşı bilirdi. Axı o, şahzadə idi. Saray həyatı ona
dünyanın nemətlərindən, eyş-işrətdən doyunca
bəhrələnməyə imkan vermişdi. Onun bu barədə
illüziyaları da tükənmək üzrə idi. Kasıblar var-
lı olmağa can atar və o həyatın gətirəcəyi illü-
ziyalarla özlərini ümidləndirərlər. Şahzadə isə
bütün bunlarla yaxşı tanış idi. O dərhal anladı
ki, sarayın dəbdəbəsi, hərəmxananın gözəlləri,
qızılla işlənmiş bərbəzəkli şah arabaları, ziyafət
məclisləri, bahalı geyimlər onu qocalığın, xəstə-
liyin və ölümün əlindən ala bilməyəcək. O bü-
tün bunların verdiyi xeyiri yaxşı tanıyırdı və bu
barədə illüziyası yox idi. Sonralar o, tələbələrinə
deyəcəkdi: “Nə dağların başında, nə düzlərin
Dostları ilə paylaş: |