Tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində, yəni е. ə. II minilliyin
sonunda artıq bu cür evlərin döĢəmə və divarlar xüsusi ağ maddələrlə suvanır və
böyük ailə evləri kiçik ailə evləri ilə əvəz olunur.
Bütün bımlar primitiv Ģəkildə də olsa, yerli əhalinin müxtəlif tikinti
texnikasına malik olmasını parlaq surətdə sübut edir.
Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop
tikililəri təĢkil edir. Əsasən yüksək təpələrdə və alçaq dağlarda bina edilmiĢ bu
abidələr yerli əhali tərəfindən hazırda Qalaça, Örtük daĢı, Hasar, Düzülü daĢ və s.
adlanır. Siklop tikililərinin xarakterik cəhəti ondan ibarətdir ki, bu abidələr yonulmamıĢ
iri daĢlardan suvaqsız olaraq müəyyən bir plana riayət olunmadan tikilmiĢdir. Bu
tikililər bəzən iki və hətta üçqat divarla əhatə olunurdu. Siklop tikililərdə qapı
yerləri üç sal daĢdan düzəldilib, üstündən isə hörgü davara etdirilmiĢdir. Bu
abidələr əsasən, e. ə. II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuĢdur.
Kiçik Qafqaz dağlarının köç yolları kənarında inĢa edilmiĢ siklop tikililərinin
heç də hamısı eyni məqsəd güdməmiĢdir və baĢlıca olaraq üç məqsəd daĢımıĢdır: 1) iri
ticarət yolları üzərində bu yolları müdafıə etmək məqsədilə; 2) düĢmən hücumları
zamanı əhalini müvəqqəti mühafızə etmək məqsədilə; 3) müqəddəs yerləri
əbədiləĢdirmək məqsədilə bina edilmiĢdir.
Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkiĢaf
səviyyəsini
öyrənmək üçün həmin mədəniyyətə məxsus
qəbir abidələri və qəbirlərdən
toplanmıĢ maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Arxeoloji
tədqiqatlardan aydın olmuĢdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir
abidəsi olmuĢdur
ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təĢkil edir. Qarabağ
düzlərinin bir növ təbii yaraĢığı olan bu kurqanlar müxtəlif quruluĢlu və müxtəlif
tərkibli hündür
təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə
tökülmüĢdür. Kurqanlar bəzən sadəcə olaraq torpaqdan, yaxud daĢdan, bir çox hallarda
isə daĢla torpağın qarıĢığından tökülmüĢdür.
Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlər də
müxtəlif olmuĢdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında “ev” tikilmiĢ,
dairəvi hasar çəkilmiĢ, bəzən isə daĢ qutular düzəldilmiĢdir. Xocalı kurqanlarında
aparılmıĢ qazıntılar nəticəsində müəyyən
edilmiĢdir ki, 3-4 min il bundan əvvəl bu
ərazidə iki cür dəfn adəti olmuĢdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək,
digəri isə ölünü yandıraraq dəfn etmək. Hər iki halda kurqanlar həm ailəvi, həm də
tək-tək Ģəxslərə məxsus düzəldilmiĢdir. Ailəvi kurqanlarda bəzən əllidən artıq skelet
aĢkara çıxarılmıĢdır.
Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmiĢdir və alimlərin
ehtimalına görə bu adət, qalıqları indi də dünyanın bir çox xalqları arasında mövcud
olan müqəddəs
ayin ilə əlaqədar idi. Lakin istər ölü yandırmaq, istərsə də ölünü olduğu
kimi dəfn etmə adətində kurqan qəbirləri üçün xarakterik olan ümumi bir əlamət
vardır. Bu əlamət həmin qəbirlərdə dəfn olunan adamın axirət dünyaya böyük var
dövlətlə yola salınması idi. Hər bir kurqan özü ayrılıqda bir xəzinəni xatırladır. Kurqan