həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. Ġstisu bulağı üstündə 80-ci
illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmiĢdir. Həmin zavod sutkada
800 min litr su istehsal edirdi.
Rayonun Ġstisu (Kəlbəcər) qəsəbəsində keçmiĢ SSRĠ-də Ümumittifaq
əhəmiyyətli 1 və 2 nömrəli Ġstisu sanatoriyaları fəaliyyət göstərirdi. Нər il orada 50
min nəfər müalicə olunur və istirahət edirdi. Ġstisu mineral suyu rayon büdcəsinə ən
çox gəlir gətirən təbii sərvətlərdən biridir. Azərbaycan neftinin çıxarılmasına külli
miqdarda vəsait xərclənir. Hətta xarici Ģirkətlərin köməyindən də istifadə olunur.
Təbii bulaq olan Ġstisunun illik axımı 600 milyon litrə bərabərdir. Ancaq bu suyun
cəmi 10 faizindən istifadə olunurdu. Müalicəvi əhəmiyyətinə görə Çexiyanın
Karlovu Vari suyundan üstün olan Ġstisuya Ģəfa tapmaq üçün müxtəlif ölkələrdən
turistlər gəlirdi.
COĞRAFĠYASI
Səthi dağlıqdır (Murovdağ, ġahdağ, ġərqi Sevan, Vardenis, Mıxtökən,
Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvəsi CamıĢ
dağı (3724) və Dəlidağdır (3616). Ərazidə Yura, TabaĢir, Paleogcn, Neogen və
Antropogen çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmıĢdır. Ən böyük
çayı Tərtər və onun qolları (Lev çayı, Tutqunçay və s.) Bazarçayın da mənbəyi
Kəlbəcər rayonu ərazisindədir. Rayonun mərkəzi və Ģimal hissəsində enliyarpaqlı
meĢələr, meĢə-çöl bitkiləri, yüksək və qismən orta dağlarda alp və subalp
çəmənlikləri geniĢ yer tutur. MeĢələrinin ümumi sahəsi 32774 hektardır. Qaya keçisi,
qonur ayı, çöl donuzu, daĢlıq dələsi, ular, qartal və sair faunasını zənginləĢdirir.
Ġri yaĢayıĢ məntəqələri Kəlbəcər Ģəhəri, Ģəhər tipli Ġstisu qəsəbəsi, BaĢlıbel,
Zəylik, Zar, Qılıclı və Zülfüqarlı kəndləridir.
Kəlbəcər rayonu zəngin meĢələri ilə fərqlənir. Kəlbəcər meĢə
təsərrüfatının ərazisi 32774 hektar təĢkil edirdi.
Kəlbəcər rayonunun ərazilərində yerləĢən meĢələr I qrupa aid olub, su
saxlayıcı və gigienik, hava təmizləyici əhəmiyyətə malikdir.
Onlardan: Qiymətli balıq hövzəsinin olduğu çayları ətrafında yerləĢən
qoruq meĢələri - 13471 hektar, ətraf mühitin müvafizəsi üçün əhəmiyyətli meĢələr
- 15531 hektar, Ģəhər və kənd məntəqələrinin ətrafındakı yaĢıllıqlar - 274 hektar,
meĢə park zonası - 80 hektar. Hər tərəfdən dağlarla əhatə olunmuĢ rayon ərazisi
üçüncü və dördüncü dövrün vulkanizm, lava axınına məruz qalmıĢdır. Kəlbəcər
rayonundan baĢlayaraq Tərtər çayının sol sahili boyunca lava axaraq bazalt-andezit
sütunları möhtəĢəm qayalıqlar, gözəl təbii mənzərələr yaradır. Sonrakı geoloji
dövrlərdə çoxbucaqlı bu sütunlar aĢınmaya məruz qalmıĢ və tikinti materialları olan
çınqıllar əmələ gətirmiĢdir. Bu təbii çınqıllar son illərdə bütün rayonun
abadlaĢmasında təbii xammal kimi istifadə olunurdu. Çay boyunca yumĢaq süxurlar
erroziyaya məruz qalmıĢ və Kiçik Qafqazın ən böyük kanyonunu yaratmıĢdır.
Ehtiyatı həddindən çox olan perlitdən Ġstisu kurortu və Kəlbəcərin son dövrlərdə
istifadəyə verilmiĢ inzibati binalarında, Heydər Əliyev adına sarayda istifadə
olunmuĢdur. Xalkozin, azurit, yaĢma, oniks, lazurit, obsidian kimi qiymətli daĢlar
zərgərlik üçün əvəzolunmaz xammal ehtiyatları olaraq əhəmiyyətinə görə dünyada
yeganə olan Ġlmen mineral qoruğundan heç də geri qalmırdı. Geoloqların
tədqiqatlarına görə Kəlbəcər rayonunun ərazisində 77 növ mineral var. Təkcə
travertinin ehtiyatı 309 milyon kub metrdir. Azərbaycanın Gürcüstandan aldığı pemza
(süngər daĢı) Kəlbəcərdə kifayət qədərdir. Son illərdə mərmər və miĢar daĢlarından da
istifadə olunurdu. Ġsti və soyuq havanı buraxmayan, atom radiasiyasının qarĢısını
alan obsidian qızdıqda həcmini 18 dəfə artırmaq qabiliyyətinə malikdir. Hörgü
iĢlərində və arakəsmələrdə çox nadir tikinti materiallıdır. Kəlbəcər rayon Tarix-
diyarĢünaslıq muzeyinin, rayon Ģahmat məktəbinin bütün ətraf divarları Kəlbəcərin
qiymətli daĢları ilə tikilmiĢdir. Tərtər çayının hövzəsində 412-уə qədər mineral su
yataqları mövcuddur.
Kəlbəcər həm də fıliz ehtiyatları ilə zəngindir. Zod aĢırımı və Söyüdlü
yaylağı, Keytidağda qızıl, Göydərədə xromit, Ağyataq, Qaraqaya, ġorbulaqda civə
(kinovar), Bağırsaq (yuxarı) dərəsındə uran yataqları perspektivli əlvan metallurgiya
xammallarıdır.
Rayonun iqlimi aĢağı hissələrdə mülayim, 200 m-dən yüksəklikdə isə soyuq
dağ iqlimidir. Yayı sərin, qıĢı nisbətən soyuq keçır. Yağıntıların çox hissəsi ilin soyuq
vaxtında və yazın əvvəlində düĢür.
Kəlbəcər rayonunun suları qapalı Xəzər hövzəsinə aiddir. Əvvəlki geoloji
dövrlərdə tekeonik çökmə nəticəsində Göyçə gölü ilə əlaqədə olan Alagöllərin
Sarımsaqlıçay vasitəsilə Tərtərlə əlaqəsi yaranmıĢdır. Zod aĢırımında, Söyüdlü
yaylağında, Murovun cənub ətəkllərində, Qarabağ vulkanik yaylasında çoxlu tektonik
və vulkanik göllər mövcuddur. Ən böyük göl dərinliyi 9 m-ə çatan Böyük
Alagöldür. Onun sahələrinin uzunluğıı 14 km-dir. Gölə tökülən yeddi çaydan ən
böyüyü Azadçaydır.
Aprel, May aylarında qarın əriməsi və yaz yağıĢları zamanı çaylarda ən yüksək
səviyyə qeydə alınır. Avqust və Yanvar aylarında çaylarda suyun səviyyəsı aĢağı olur.
DaĢlı və daĢlı-palçıqlı sellər son illər balıqlarm qırılmasına səbəb olurdu. Tərtərin
dərəsindən dağlara qalxdıqca hündürlük qurĢaqları bir-birini lvəz edir. Qara ağac,
Qaratikan kolları enliyarpaqlı meĢələrlə əvəz olunur. MeĢələrdə palıd, fisdıq, vələs,
ağcaqayın, göyrüĢ, qozqara, söyüd, yemiĢan, hündür yerlərdə isə tozağacı bitirdi.
1800-2000 m-dən hündürlükdə subalp, alp çəmənlikləri gəlir.
Subalp çəmənlikləri biçənək, alp çəmənlikləri isə yay otlaqları üçun
istifadə olunurdu. Murovun və Dəbdağın hündür zirvələri ətrafında çılpaq
yaylaqları ilə fərqlənən dağ-tundra iqlimi gəlir. MeĢələrdə insanların sağlamlığının
keĢiyində duran çoxlu cır meyvə ağacları (alma, armud, əzgil, yemiĢan), giləmeyvə
(qarağat, zirinc, böyürtkən, moruq, həmərsin) bitirdi. Bu bitkilər müharibənin ağır
Dostları ilə paylaş: |