böyük rol oynamıĢ və dağlıq ərazilərdə də yaĢayıĢa ehtiyac yaranmıĢdır. Yeni
heyvan növlərinin əhlilləĢdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması
böyük əhəmiyyət kəsb edir.
Kür-Araz mədəniyyətinin son inkiĢaf mərhələsində artıq Azərbaycanın
bütün dağlıq zonalarında (XoĢbulaq kurqanları və Xoləzək (Kəlbəcər), Ġstisu
yaylaqlarında yaĢayıĢ məskənləri) məskunlaĢma baĢa çatmıĢdır.
Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir.
Saxsı qablar üzərində çəkilmiĢ naxıĢlar bunu bir daha təsdiqləyir. Qobustan (BöyükdaĢ,
Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (QoçdaĢda) qayaüstü
rəsmlərdə heyvanat aləmi, məiĢət və ov səhnələri, əyləncə və magiya (Ģamanlıq)
təsvir olunmuĢdur.
Kəlbəcər də qədim insan məskənlərindən biri olmuĢdur. Burada ilk məskən
salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə
kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi.
Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun
“Qaragöl” və “Zalxa gölləri” sahillərində, “Ayıçınqıllı” və “Pəriçınqıllı” dağlarında
qayalarda həkk edilmiĢ təsvirlər 1968-ci ildən öyrənilməyə baĢlanılmıĢdır.
1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləĢdiyi ərazinin yaxınlığında
Azərbaycanda ilk dəfə olaraq yaĢayıĢ yeri aĢkar edilmiĢdir. Burada diametri təqribən
20 metr olan dairəvi tikili qalığı üzə çıxarılmıĢdır. Mürəkkəb quruluĢlu bu tikilinin
divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daĢlarından hörüldüyü bir
daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olmuĢdur. Çünki о cür nəhəng
qaya parçalarını sonrakı nəsil çətin ki yerindən tərpədə bilsin.
Həmin yaĢayıĢ yerlərində о dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab
qırıqları, dən daĢları, dəvəgözü və çaxmaqdaĢından hazırlanmıĢ bıçaqlar, ox ucluqları və s.
də tapılmıĢdır. Burada aĢkar edilmiĢ qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaĢayıĢ yerli
tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaĢayıĢ məskənləri, 6
min il yaĢı olan qaya təsvirləri, çöp Ģəkilli qədim türk əlifbası nümunələri aĢkar
edilmiĢ, bütün bunlar barəsində mətbuatda geniĢ yazılar dərc olunmuĢdur. Ərazi
demək olar ki, qəbirüstü at, qoç, sandıq fiqurları ilə, daĢ üzərinə həkk olunmuĢ yazı
və rəsmlərlə doludur. DaĢ abidələr ġimali Azərbaycanda atəĢpərəstliyin,
xristianlığın, VII əsrdən isə Ġslamın yayıldığı dövrlərdə yaradılmıĢdır. AtəĢpərəstlik
dövründə yaranmıĢ bir daĢ abidə diqqəti daha çox cəlb edir: rəsmdə solda yuxarıda
GünəĢ parlayır. Bir nəfər atı yedəkləyib GünəĢə doğru çəkir, bir nəfər isə əlində
qılınc atın arxası ilə addımlayır. GünəĢə qurban aparırlar. Bu rəsmə baxdıqda “tarixin
atası” Herodotun yazdıqlarını xatırlayırsan. (b.c.ə. 490-480-cı illər): “Onların sitayiĢ
etdikləri yeganə Allah GünəĢdir. GünəĢə onlar atları qurban verirdilər. Onlar bu cür
qurbanvermənin mənasını bunda görürdülər ki, ən sürətli Allaha dünyada mövcud
olan ən sürətli canlını qurban vermək lazımdır”.
Rayonda “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var.
Bunların ən böyüyü TirkeĢəvənd, Kəlbəcər, Zar və s. kəndlərin ərazisidir.
Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmıĢ forma və ölçü ilə bir-birindən fərqlənən
at, qoç, sandıq qəbirüstü fıqurlar, baĢdaĢı və günbəzlərlə zəngindir.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənĢəlidir. Bir sıra qədim
türk tayfalarının adı bu gün də bu toponimlərdə yaĢayır. Bunlardan 20-dək kəndi əhatə
edən Ayrım dərəsini, 10-dək kəndi əhatə edən Qılınclılar, 6-7 kəndi əhatə edən Alxaslı,
4 kəndi əhatə edən Qaraçanlı bölgələrini, eləcə də tayfa adı daĢıyan Çıraq
(TürkeĢkənd), Qanlıkənd, Əsrik, Çovdar, Çorman, Təkəqaya, Barmaq, Çəpli, Zar,
Zivel, YanĢaq, Söyüdlər (biz Seyidlər deyirik) və bir sıra yaĢayıĢ məntəqələrini,
Çiçəkli, Söyüdlü, Abdal, Qaraxanlı, Bağırxan, Taxta və b. yaylaqları, Qaramanlı,
Xəndək, Güzdək, Tələlər, Aluluq, Quturlu (Qoturlu kimi iĢlədirik), Tərtər, Dəlidağ,
Keyti, TamaĢa, QoçdaĢ, Dikyurd, Yellicə, Aydoğan, QoĢqar və s. dağ, dərə, əkin-
biçənək adlarını - türkmənĢəli toponimləri göstərmək olar.
Ağdaban kəndinin qədim alban tayfasının adını daĢıdığı güman edilir. “Alban”
adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuĢ adlarından birinin də
Ağban olması istisna deyil.
XI əsrdən baĢlayaraq, bir sıra tarixi səbəblərdən, xarici təcavüzkarların
basqınlarından oğuz türklərinin vaxtaĢırı yerdəyiĢməsi baĢ vermiĢdir. Bu səbəbdən bir
sıra tayfalar öz adlarını qonĢu dövlətlərin ərazilərində də əbədiləĢdirirmiĢlər. Buna
görə də Kəlbəcərdəki toponimlərə ölkənin baĢqa rayonlarında, həmçinin qonĢu
dövlətlərin ərazisində də rast gəlinir.
Kəlbəcərlilərin ulu babalarının bağlı olduqları köklər və məskənlər barədə
yazılı məlumata malikdirlər. Onlar əsillərinin əsas aran və dağ Qarabağla, Cənubi
Azərbaycanla, Zəngəzurla, Dərələyəzlə, Qazax-Tovuzla və s. bağlı olduğunu
söyləyirlər. Ən qədim kökləri isə Cənubi Azərbaycana gedib çıxır.
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var.
Bunların ən böyüyü TirkeĢəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisidir.
Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmıĢ, forma və ölçüləri ilə bir-birindən
fərqlənən at, qoç, sandıq qəbirüstü fıqurlar, baĢdaĢı və günbəzlərlə zəngindir.
Kəlbəcər rayonundakı “Qayaüstü təsvirləri” ən çox “Sərçəli dağ”,
“Qurbağalı çay”, “Gəlin qayası”, “Soltan Heydər”, “Ağ çay”, “Ayı çınqılı”, “Zalxa
gölü”, “Dəvəgözü dağı” adlanan yerlərdə idi.
Kəlbəcər Tarix-diyarĢünaslıq muzeyi 3500-dən çox “Qayaüstü təvirlərini”
qeydə almıĢ və onlardan bir çoxlarının foto-Ģəkillərini çəkmiĢdir.
“Qayaüstü təsvirlər” ən çox kustar Ģəkildə bazalt daĢına həkk edilmiĢ
keçələrdən, ov səhnələrindən, yallıya bənzər oyunlardan, göy cisimlərindən, qədim
heyvanlardan və s. ibarət idi.
Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan qədim bir
diyar kimi də tanınmıĢdir. Belə ki, bu ulu insan məskəninin hər hansı tərəfınə ayaq
bassan, orada qədim insan məskənləri olan mağaralar, qalalar, abidələr görərsən.
Dostları ilə paylaş: |