Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

 
Kəlbəcər ərazisindəki qədim  Alban  abidələri bunlardır: Tərtər, Tutquçay, 
Seyidlər  dərələri  boyunca  yerləĢən  “Xudavəng”,  “Laçınqaya”,  “Lev”,  “Uluxan”, 
“Qalaboynu”,  “Comərd”.  Bu  abidələrin  içərisində  nisbətən  salamat  qalanı 
“Xudavəng” məbədidir. 
“Хudavəng”  abidə  kompleksi.  Bu  abidə  kompleksi  Kəlbəcərdən  Ģərqdə, 
Ağdərə-Kəlbəcər  magistral  yolunun  sahilindəki  Bağlıpəyə  kəndindən  aĢağı,  yəni 
Ağdərəyə  tərəfdə,  Kəlbəcər  rayonunun  29  kilometrliyindədir.  Ġndiki  “Xudavəng” 
abidə  kompleksi  Vl-VII  əsrlərdə  Alban  kinyazı  tərəfindən  tikilib  XV  əsrlərdə  bu 
abidə  Alban  knyazlığının  dini  məbədi  olub.  Sonralar  məbəd  bir  neçə  dəfə  təmir 
edilib, əlavələr olunub və nəhayət Alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən 
inĢa edilib. Məlumatlar göstərir ki, onun arvadı Minə Xatun Burada dəfn olunub, 
anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Muxtar QoĢ bu məbəddə olmuĢ və 
xatirə üçün niĢan daĢları qoymuĢdur. Maraqlısı odur ki, üstü gümbəz kimi tikilmiĢ 
bu  binaların  tikintisində  ağac  materialından  istifadə  olunmuĢdur.  Binanın 
divarlarında yağlı boya ilə çəkilmiĢ Çoxlu Ģəkillər və yazılar var idi. Ağdərədən və 
Baserküçərdən  gələn  ermənilər  həmin  xaç  və  yazıları  balta  ilə  çaparaq  yox  etmiĢ  və 
beləliklə,  tarixdən  izini  silməyə  çalıĢmıĢlar.  Abidənin  tikintisində
 
istifadə  olunmuĢ 
daĢlar  Tərtər  çayının  sahilindən  bir  dərədə  yığılaraq  suxurlaĢmıĢ  və  və  kiristallaĢmıĢ 
gildən əmələ gəlmiĢdir. 
Həmin  abidənin  son  illər  ermənilər  tərəfindən  “qorunması”  göz  qabağında 
idi.  Ağdərə  RPK  katibinin  göstəriĢi  ilə  abidə-kompleks  taxtadan  çəpərlənmiĢdi. 
Lakin  Kəlbəcər  camaatı  həmin  çəpəri  dağıtmıĢlar.  Amma  ermənilər  уеnə  də  baĢqa 
vasitələrdən istifadə edərək  xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla alban 
abidəsini  erməni  kilsəsi  kimi  təqdim  edir  və  ulu  Arsaxın  maddi-mədəniyyət 
abidəsinin  türklər  tərəfındən  dağılması  haqqında  dünya  ictimayyətinə  saxta  tarixi 
məlumatlar çatdırırlar. Nisbətən salamat qalmıĢ məbəddə heç bir xiristianlıq niĢanəsi 
yoxdur. 
Kəlbəcərin ərazisində belə məbədlərlə yanaĢı yaĢı 7-8 min illiyə gedib çıxan 
qəbiristanlıqlar da az deyildi. 
Kəlbəcər  ərazisində  çayların  üzərində  çoxlu  tağbənd  DaĢ  körpülər 
olmuĢdur.  Bunlardan  çoxu  məhv  olmuĢ,  bəzilərinin  qalıqları,  bir  neçəsi isə  salamat 
qalmıĢdır. Məsələn: Bağlıpəyəyə 3 km qalmıĢ Tərtər çayının üzərində salınmıĢ qədim 
körpünün bir tərəfınin divarı qalmıĢdır. 
QamıĢlı  kəndindən  yuxarı  çayın  üzərində  qurulmuĢ  iki  körpünün  divarları 
yerində dururdu. 
Tərtər çayının üzərində salınmıĢ tağbənd DaĢ körpü salamat qalırdı və ondan 
istifadə  edilirdi.  Bu  körpü  ġurtan  kəndindən  aĢağı,  Soyuqbulaq  kəndinə  gedən  yolun 
səmtində idi. 
Zəylik kəndi çayında da DaĢ körpüdən istifadə edilirdi. 
 


KƏLBƏCƏR RAYON  
TARĠX-DĠYARġÜNASLIQ MUZEYĠ 
 
Ġçərisində  30  mindən  artıq  tarixi  əhəmiyyətli  əĢyalar  olan  Kəlbəcər  tarix-
diyarĢünaslıq muzeyi abidəsi 1980-cı illərin əvvəllərində yaradılmıĢdır. Müzeyin həyəti 
900 kv/m artıq idi. Müzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiĢ 
salonundan  və  içərisində  30  mindən  çox  eksponat  olan  bir  fonddan  ibarət  idi. 
Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daĢlardan istifadə edilib, divarlarda da 
bir  muzey  yaradılmıĢdır.  Bu  divarlarda  daĢdan  düzəldilmiĢ  müxtəlif  naxıĢlar,  kənd 
təsərrüfatı abidələri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əĢyaların 
daĢdan  çəkilmiĢ
 
Ģəklini  görmək  olardı.  Muzeyin  həyətində  daĢdan  yonulmuĢ  14 
qəbirüstü At və Qoç heykəlləri nümayiĢ etdirilirdi. Burada “Bəzir daĢı” deyilən iki qədim 
abidə nəzərə çarpırdı. Dəyirman daĢlarından 10 dəfə böyük olan bu bəzir daĢlarını qoĢqu 
vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmıĢlar. 
Mütəxəssislər  və  tamaĢaçılar  haqlı  olaraq  bu  muzeyi  həm  də  geologiya, 
arxelogiya, incəsənət və səs muzeyi adlandırırdılar. 
Bolqarıstan,  Hindistan,  Çin  Xalq  Respublikası,  ABġ,  Almaniya,  Ġtaliya, 
Kanada,  Avstraliya,  Ġran,  Finlandiya  və  bir  çox  baĢqa  ölkələrin  150-dən  çох  alimi 
Kəlbəcər  muzeyinə  maraqla  baxmıĢ,  qiymətli  rəylər  yazmıĢ  və  bu  muzeyin 
zənginliyinə ürəkdən valeh olmuĢlar. 
 
AĞDƏRƏ 
 
KeçmiĢ Ağdərə rayonunun əksər hissəsi Kəlbəcər rayonunun inzibati ərazi 
vahidliyinə keçirilmiĢdir. Ona görə də Ağdərə haqqında burada məlumat veririk. 
Ağdərə  rayonu  57  kəndi  əhatə  edib.  Səthi  əsasən  dağlıq,  Ģərq  hissəsi  isə 
düzənliklərdən ibarətdir. Faydalı qazıntıları - Mehmana polimetal  yatağı, əhəngdaĢı 
və  gipsdən  ibarətdir.  Mehmana  yatağının  fılizlərinin  tərkibində  sink,  qurğuĢun  və 
digər qiymətli metallar var. (Asan saflaĢır, sənaye əhəmiyyətlidir). 
Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su 
qovĢağı yaradılmıĢdır. Tərtər kompleksi həm elektrık enerjisi almaq, həm də suvarma 
məqsədilə  qurulmuĢdu.  Anbarda  suyun  həcmi  560  min  kub  metr,  ildə  125  milyon 
kilovat  saat  elektrik  enerjisi  verirdi  və  düzən  Qarabağın  və  dağətəyi  zonanın  120 
min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. ĠĢğaldan əvvəl 78  min 
hektar əkin sahəsi suvarılırdı.  
Rayon ərazisinin 75,59 min hektarı və yaxud 44 faizini meĢələr tuturdu. 
Ağdərə  Dağlıq  Qarabağın  mühüm  kənd  təsərrüfatı  rayonlarından  idi. 
Ġqtisadiyyatında  üzümçülük,  taxılçılıq,  tütünçülük  və  heyvandarlıq  əsas  yer  tuturdu 
(1988-ci il). 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə