deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar
rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI-IV
minilliyi əhatə edir, mənası “misdaĢ” dövrü adlanır) yaĢamıĢ, qədim əkinçilik və
maldarlıq mədəniyyətinə bələd olmuĢlar. Alim rayonun digər ərazilərində qədim
yaĢayıĢ məskəni olmuĢ Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji
tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı)
dulusçuluq, metal-əritmə, zərgərlik və digər sahələrə dair maddi-mənəvi abidələr
aĢkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmiĢdir ki, yerli əhali
oturaq həyat keçirmiĢ və yüksək əkinçilik mədəniyyətinə malik olmuĢdur.
Rayonun ərazisi tunc dövrü abidələri ilə də zəngindir. Göytəpə, Quzanlı, Kəngərli,
Bəyəhmədli, Gülablı və digər kəndlərində tunc dövrü (b.e.ə. III-II minilliklər)
abidələrinin, xüsusilə, qəbirüstü təpələrin (kurqanların) geniĢ Ģəbəkəsi aĢkar
edilmiĢdir. Təəssüflə bildirməliyik ki, bu ərazilərdəki tunc dövrü abidələri kifayət
qədər öyrənilməmiĢdi. Görkəmli Azərbaycan arxeoloqu, mərhum RəĢid GöyüĢov
“Qarabağın keçmiĢinə səyahət” kitabında qeyd edərək göstərmiĢdir ki, Qarabağın
Ağdam bölgəsi ərazisində 3-4 min il bundan əvvəl yaĢamıĢ əhalinin maddi-
mədəniyyət abidələrinin zənginliyini və onların öz
həyatlarını qoruyub saxlamaq üçün
Qafqazda ilk Ģəhər tipli yaĢayıĢ məskənlərinin salınması ilə nəticələnmiĢdir. Bu
məskənlərdən biri də Ağdam Ģəhəri yaxınlığında, Ağdamdan Ağcabədiyə gedən
magistral yolunun keçdiyi Üzərliktəpədir. Üzərliktəpə abidəsi tunc dövrünün sonu-
dəmir dövrünün öyrənilməsi üçün qismən tədqiq olunmuĢ abidələrdən biri idi.
Təpənin qərb hissəsi qəbiristanlığa çevrilmiĢdir. Ağdam-Ağcabədi yolu çəkilərkən
təpənin dağıdılmıĢ hissəsindən 3-4 min il bundan əvvələ aid xeyli maddi-mədəniyyət
qalıqları tapılmıĢdır. Qazıntılar nəticəsində məlum olmuĢdur ki, Üzərliktəpə uzun
əsrlər boyu yaĢayıĢ yeri olmuĢdur. Burda yaĢayıĢ arasıkəsilmədən təxminən iki min il
davam etmiĢdir. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində
tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk
Ģəhər tipli yaĢayıĢ məskəni və Zaqafqaziyada ən zəngin abidələrdən biri olmuĢdur.
Bu abidə nəinki Ağdamda, eləcə də bütün Azərbaycanda ibtidai icma quruluĢunun
sonu və sinifli cəmiyyətin yaranması prosesini öyrənmək baxımından böyük
əhəmiyyət kəsb edir. Təpə üzərində salınmıĢ yaĢayıĢ məskəni ətrafında qala divarları
çəkilmiĢ və sakinləri ətrafda özünümüdafiə tədbirləri üçün dərin xəndəklər qazmıĢlar.
80-ci illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında aĢkar edilmiĢ
son Tunc və Dəmir dövrünə aid (e.ə. XIV-XIII əsrləri əhatə edir) möhləĢəm kurqan
tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aĢkar edilən e.ə. XII-XIII
əsrlərə aid maddi tapıntılar sübut edir ki, bu abidə varlı bir insanın qəbri olmuĢdur. Bu
isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluĢunun dağılaraq sosial və əmlak
bərabərsizliyinin yaranmasına ən yaxĢı əyani sübutdur. Ağdam bölgəsinin də daxil
olduğu Kür və Araz çayları arasında yerləĢən, Aran Qarabağ torpaqları adlanan
əraziyə Qarabağın dağlıq və aran hissəsi, Gəncə-Qazax, XVIII əsrin I yarısında
Nadir Ģah ƏfĢar tərəfındən Gürcüstana verilmiĢ Borçalı, 1918-1920-ci illərdə
Rusiyanın köməkliyi ilə süni surətdə yaradılmıĢ Ermənistan ərazisinə birləĢdirilən
Zəngəzur, Göyçə, ġəmsəddin torpaqlarının əraziləri də daxil idi. Ağdam bölgəsinin
yerləĢdiyi Qarabağ torpaqları Kiçik Qafqaz dağları, Kür və Araz çayları arasındakı
düzənlikləri əhatə etdiyinə görə, elmi aləmdə və tarixi əsərlərdə bu ərazidə yaranmıĢ
qədim dövrə aid olan mədəniyyəti alimlərimiz Kür-Araz, Xocalı-Gədəbəy
mədəniyyəti adlandırmıĢlar.
Müasir Qarabağın Ağdam bölgəsi adlanan torpaqlarda dövri-qədimdən
türkdilli tayfalar məskun idilər. Türkdilli tayfaların Qarabağın Ağdam bölgəsində
yaĢadıqlarına dair bir çox tarixi dəlillər var. Eramızdan əvvəl I minillikdən ġərqi
Türküstanda və Qara dənizin Ģimal çöllərində yaĢayan türk tayfaları “ĠĢquzlar”
yunanlar tərəfındən “skif”, latınlar tərəfindən “skut” adlandırılırdı. Eramızdan əvvəl
VII əsrin axırlarında “ĠĢquzlar” ġərqi Avropa düzənliyində öz həmsoyları olan “Kəmərli”
tayfalarını sıxıĢdıraraq onları Cənubi Qafqaza köçməyə məcbur etdilər. Cənubi
Qafqaza köçən kəmərlilər eramızdan əvvəl 715-ci ildə Urartu ordusunu darmadağın
etdilər.
Qarabağın mərkəzində, yəni, Ağdam bölgəsində son antik və ilk orta
əsrlərdən yerli avtaxton türkdilli tayfalar məskun idilər. Ağdam daxil olmaqla
mərkəzi Qarabağ torpaqlarında Qarqar çayı boyunca yaĢayan qarqar tayfasının adı ilə
Qarqarlar ölkəsi adlanmıĢdır. Məlumdur ki, Azərbaycan ərazisində IV əsrin sonu, III
əsrin əvvəllərində Alban dövləti formalaĢır. Bu dövlətin tərkibinə daxil olan
tayfalardan ikisinin, о cümlədən, qarqarların və utilərin Ağdam və ona yaxın
ərazilərdə yerləĢməsi barədə çoxlu yazılı mənbə var. Нər iki tayfa ittifaqı Alban
dövlətinin həyatında mühüm yer tuturdu.
Ümumiyyətlə, antik dövrdə Ağdam ərazisində yeni yaĢayıĢ məskənləri,
xüsusilə, yeni Ģəhərlər meydana gəlir. Bunlardan biri ġahbulaq ərazisindəki
Tərnöyüt Ģəhəri idi. 16 hektara yaxın ərazini əhatə edən bu Ģəhər ġahbulaq dağından
baĢlayaraq eyni adlı kəndin ərazisində Ģərq-qərb istiqamətində uzanmıĢdır. AxtarıĢlar
göstərmiĢdir ki, Tərnöyüt Ģəhəri b.е.ə IV əsrdə ticarət yolu üzərində meydana gəlmiĢ və
utilərə məxsus Ģəhər olmuĢdur. Ġlk orta əsrlərdə çiçəklənmə dövrü keçirən Ģəhərlərdən
biri də rayonun Bəyəhmədli kəndi ərazisindəki Govurqala Ģəhəridir. Alban
hökmdarının yay iqamətgahı Aluen Ģəhərinin xarabalığı olduğu ehtimal edilən
Govurqala Ģəhəri yüksək təpə üzərində salınmıĢ narın qaladan və ətraf Ģəhərdən
ibarətdir. Su təchizatı sistemi olan bu Ģəhərin abad küçələri, xüsusi sənətkarlıq
məhəllələri, dini ibadət kompleksi vardı. ġəhərdə böyük məbəd fəaliyyət
göstərmiĢdir.
Qarqar tayfası Alban tayfa ittifaqına daxil olmaqla, Mil düzünün böyük
bir hissəsində yaĢamıĢdı. Qarqarlar barədə məlumat verən müəlliflər onları
Albaniyanın ən qədim və ən iri tayfasından biri hesab etmiĢlər. Onlar qarqarların
özlərinə məxsus eyniadlı Ģəhərin də mövcud olduğunu göstərmiĢlər.
Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var
idi ki, bunlardan da biri - yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam
Dostları ilə paylaş: |