Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

COĞRAFĠYASI 
 
Ağdam  rayonunun  ərazisi  Kiçik  Qafqaz  dağları  ilə  Kür-Araz  ovalığının 
təmas  zonasında  yerləĢir.  Rayon  əsasən,  Qarabağ  düzünün  dağətəyi  hissəsində 
yerləĢir. 
Ağdam ərazisi Qarqar, Xaçın, Qabartı, Papravənd, Gülablı çaylarının dərəsi 
boyunca  15-16  km  Qarabağ  silsiləsinin  ġimal-ġərq  ətəklərinə  uzanır.  Bu  yerlərdə 
mütləq  yüksəklik  600-700  m-ə  qədər  çatır.  Maksimum  hündürlük  1365  m-dir 
(Kolanı).  Rayonun  bu  hissəsi,  xüsusilə,  Xaçın  çayının  aĢağılarında,  Dərbənd 
çökəkliyində çox geniĢlənir. Dağların Ağdam rayonu ərazisinə düĢən hissəsində bir 
sıra  silsilə,  tirə  və  təpələr  yerləĢmiĢdir.  Bunlardan  ən  əsası  Ağdərə  ilə  Tərnöyüt 
kəndi  arasında  meridiana  yaxın  istiqamətdə  20  km  məsafədə  uzanan  ġahbulaq 
silsiləsidir.  Silsilə  təbaĢir  dövrünün  əhəng  daĢlarından  təĢkil  olunmuĢ  və  kəskin 
simmetrik quruluĢa malikdir. Silsilənin ən yüksək yeri (820 m) onun Ģimal hissəsinə 
müvafıq gəlir və cənub-Ģərq istiqamətində 500 m-ə  qədər alçalır. Silsilənin Xaçın, 
Qabarlı,  Gülyataq  çaylarının  dərələri  kəsib  keçir.  Dərələrin  dərinliyi  çayların  axım 
əmsalına müvafiq olaraq 100-180 m. arasında dəyiĢir və maksimum dərinliyə (180 
m) Xaçın çayında çatır. 
ġahbulaq silsiləsi cənub-Ģərqdə Ağdam Ģəhəri yaxınlığında kəskin görünür 
və  Çullu,  Qiyaslı,  Xıdırlı  kəndləri  yaxınlığında  nisbi  yüksəkliyi  10-25  metrə  çatan 
qayalı təpələr yaradır. 
Ağdam Ģəhərindən bir qədər cənub-qərbdə Qarqar çayı dərəsində ġahbulaq 
dağının  geoloji  əsası  qövsvari  əyilir,  gömülür  və  parçalanır.  Alçaqdağlılığın  və 
dağətəyinin  burda  əmələ  gətirdiyi  qövsün  qabarıq  hissəsi  cənub-qərbə  Xankəndi 
çökəkliyinə  doğru  yönəlmiĢ,  xeyli  alçalmıĢ  və  Əsgəran  keçidini  əmələ  gətirmiĢdir. 
Relyefin belə quruluĢu Qarabağ düzü arasında hava, rütubət  və istilik  mübadiləsini 
xeyli asanlaĢdırır. 
Qarqar çayının sağ sahilində yerləĢən Mantar (580 m) dağı və ġelli, Qasımlı, 
ġıxbabalı  kəndlərinin  bağlarında  müĢahidə  edilən  və  təbaĢir  əhəng  daĢından  təĢkil 
olunmuĢ,  nisbi  yüksəkliyi  5-15  m  arasında  dəyiĢən  təpələr  ġahbulaq  silsiləsinin 
geoloji davamında yerləĢmiĢdir. Bu təpələr sırası Mərzili kəndindən cənubda yerləĢən 
Qızılqaya  tirəsi  istiqamətində  yönəlmiĢdir.  Mərzilidən  cənub-Ģərqdə  Ağdam-
Xocavənd  yolu  üstündə  təbaĢirin  mergellərindən  təĢkil  olunmuĢ  və  mütləq 
yüksəkliyi  416  metrə  çatan  Pirbulaq  tirəsi  uzanır.  Bu  tirədən  Ģimalda  mütləq 
hündürlüyu 100-150 m arasında dəyiĢən Ergi maili düzü yerləĢmiĢdir. 
Ağdam rayonu ərazisi quru subtropik iqlim zonasında yerləĢmiĢdir. Burda 
əsasən,  qıĢda  quru  keçən  mülayim-isti  iqlim  tipi  hakimdir.  Bu  iqlim  tipi  mülayim 
nəmliyi,  qıĢının  yağıntılı  və  yumĢaq,  yayının  isə  mülayim-isti  keçməsi  ilə 
səciyyələnir. 


Havanın  orta  illik  nisbi  rütubəti  69%  olub,  il  ərzində  50-80%  arasında 
dəyiĢir.  Ġllik  yağıntının  miqdarı  400-500  mm-dir.  Yağıntılar  çox  bitkilərin  vegetasiya 
dövrünə düĢür. 
Güclü  küləklərin (saniyədə  15  m)  illik  sayı  bir  gündür.  Ağ  yelli  günlərin 
sayı  20-25-ə  çatır.  Qarla  torpağın  örtülü  günlərinin  illik  miqdarı  10-15-dən  çox 
olmur. Ġl ərzində  cəmi 1-2 gün dolu düĢür.  Rayon  ərazisində  relyef,  iqlim  və  bitki 
örtüyünün  xüsusiyyətlərindən asılı olaraq  Ģabalıdı torpaqların  müxtəlif  növləri,  dağ-
meĢə,  qəhvəyi  torpaqlar  yayılmıĢdır.  Qəhvəyi  torpaqlar  rayonun  alçaq  dağlıq  və 
dağətəyi  hissəsində,  seyrək  meĢə  və  kolluqlar  qırılmıĢ  və  torpaqlar  bozqırlaĢmaya 
məruz  qalmıĢdır.  Düzənliklərin  dağətəyi  hissəsində  tünd  Ģabalıdı,  ondan  aĢağıda  isə 
Ģabalıdı  torpaqlar  yayılmıĢdır.  Rayonun  Ağcabədi  və  Bərdə  rayonları  ilə  sərhəddə 
yaxın yerlərində boz torpaqlara rast gəlinir. 
Ağdam  rayonu  ərazisində  təbii  landalar  demək  olar  ki,  bütünlüklə 
antropogen  landalarla  əvəz  edilmiĢdir.  Burda  taxıl  zəmiləri,  pambıq  tarlaları, 
üzümlüklər, meyvə bağları,  yem bitkiləri əkini, biçənək və örüĢlər geniĢ sahə tutur. 
Təbii  bitki  örtüyü  yovĢanlı-Ģoranlı  otlu  quru  çöllərdən,  çəmənliklərdən,  ağotlu 
çöllərdən,  kollardan  və  seyrək  meĢələrdən  ibarət  olmuĢdur.  MeĢələr  yalnız  dağ 
ətəklərində və alçaq dağlıq  yerlərdə yerləĢib, 1,7 min hektar sahə tutur. Sultanbud 
yaxınlığında  hazırda  qorunan  saqqız  ağacı,  püstə  seyrək  meĢələri  saxlanmıĢdır. 
Heyvanat  aləmi  əhalinin  sıxlığı  və  insanın  əmək  fəaliyyəti  ilə  əlaqədar  olaraq  çox 
kasaddır.  Burda  heyvanlardan  çaqqala,  tülküyə,  dovĢana,  canavara,  sürünənlərə, 
quĢlardan  kəkliyə,  çilə,  turaca,  və  s.  rast  gəlinir.  Rayon  ərazisində  faydalı 
qazıntılardan əhəng daĢı, gil, çaqıldaĢ, qum, gillicə daha çoxdur. 
 
 
AĞDAMIN TARĠXĠNDƏN 
 
Azərbaycanın  ən  qədim  guĢələrindən  biri  də  Ağdamdır.  Qarabağın  ürəyi 
sayılan  Ağdamın  qədim  tarixi  əsrlərin  minillik  keĢməkeĢli  illərindən  keçərək  bu 
günə  qədər  gəlib  çatmıĢdır.  Rayonun  ərazisində  50-ci  illərdən  baĢlayaraq  aparılan 
arxeoloji tədqiqat iĢləri zamanı məlum olmuĢdur ki, Ağdam ərazisi qədim insanların 
yaĢayıĢ  məskənlərindən  biridir.  Ağdam  rayonu  ərazisində  aparılan  arxeoloji 
tədqiqatlar nəticəsində müəyyən edilmiĢdir ki, bu yerlərdə insanlar təxminən 8-10 
min il bundan əvvəl
 
məskunlaĢmıĢlar. Ağdam rayonu ərazisində ən qədim abidələrin 
böyük kolleksiyası eneolit (mis-daĢ) dövrünə aiddir. Bu cəhətdən ən möhtəĢəm yaĢayıĢ 
məskənləri  rayonun  Xındırıstan,  Qərvənd,  Sarıcalı,  Ağdamkənd,  ZəngiĢalı,  Kəngərli 
və  digər  kəndlərində  qeydə  alınmıĢ  və  qismən  tədqiq  edilmiĢdir.  Bunların  içərisində 
Ağdam-Ağcabədi  yolunun  17-ci  km-də  yerləĢən  Çalağantəpə,  Orta  Qərvənd 
kəndindəki  Ġlanlı  təpə  abidələri  ağdamlıların  həyat  Ģəraitini  öyrənmək  baxımından 
böyük  əhəmiyyət  kəsb  edir.  TanınmıĢ  arxeoloq  Ġdeal  Nərimanovun  Üçoğlan  təpə 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə