ÜMUMĠ MƏLUMAT
ġuĢa 08.08.1930-cu ildə inzibati rayon statusu almıĢdır. Mərkəzi ġuĢa
Ģəhəridir. Ərazisi 0.29 min kv/km, əhalisinin sayı 29,0 min (01.01.2010) nəfərdir.
1992-ci il may ayının 8-də erməni birləĢmələri tərəfindən iĢğal edilmiĢdir.
ĠĢğaldan qabaq ərazidə 1 Ģəhər, 1 qəsəbə (TurĢsu), 37 kənd olub. Kəndləri
bunlardır - DaĢaltı, Göytala, Xanalı, Həsənabad, Ġmamqullar, Xəlfəli, Armudlu,
Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, ġuĢulu, Zamanpəyəsi, Böyük Qaladərəsi,
Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı QuĢçular, AĢağı QuĢçular,
Malıbəyli, Sarıbaba, Onverst
,
Səfixanlar, Allahqullar, Həsənqullar, Xanlıqpəyə,
ġırlan, Ağbulaq, Cəmillər, Çaykənd, Ġmanlar, MəmiĢlər, PaĢalar, Turabxan, Zarıslı,
Nəbilər.
ġuĢada Dövlət Dram Teatrı, ġuĢa televiziyası, Dövlət Qarabağ tarixi və ġuĢa
Ģəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın
xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin fılialı, Dövlət Rəsm
Qalereyası, dörd texnikum, iki institut filialı, texniki peĢə məktəbi, 25 orta məktəb, orta
və orta ixtisas musiqi məktəbləri, 7 uĢaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31
kitabxana, 40 tibb müəssisəsi, 2 sanatoriya, UĢaq sanatoriyası, UĢaq sağlamlıq məktəbi,
70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr,
ictimai iaĢə obyektləri fəaliyyət göstərirdi.
Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına
yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı Ģum yeri, 0,1 min
hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır.
Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41%-ə dənli və dənli
- paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və kartof,
53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məĢğul olunurdu. 5,2 min qara-mal,
15,2 min davar vardı (1986). QuĢçuluqla da məĢğul olunurdu.
ġərq musiqi alətləri fabriki, istehsalat kombinatı, çörəkbiĢirmə müəssisəsi,
məiĢət xidməti kombinatı, rayon Ġstehlak cəmiyyəti, Kurort ticarəti idarəsi, Bakı
“Radioqurma” istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3
№-li toxuculuq sexi, elektrik Ģəbəkəsi, rayon Maddi-texniki təchizat bazası,
Abidələri bərpa idarəsi, ġuĢa Tikinti birliyi, Təsərrüfatlar arası tikinti idarəsi,
Təmir tikinti idarəsi, Təsərrüfatlar arası təmir tikinti müəssisəsi, Yol istismar
idarəsi və s. var idi. Kurort təsərrüfatı inkiĢaf etmiĢdi.
Yevlax-Naxçıvan avtomobil yolu və qaz kəməri ġuĢa rayonundan keçirdi.
ġuĢa rayonu ilə Bakı arasında olan məsafə 373 kilometrdir.
ġuĢa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti
baxımından kurort Ģəhəridir. Bu baxımdan, nəinki Azərbaycanda, onun
hüdudlarından kənarda da ġuĢa öz səfalı yerləri, istirahət guĢələrinə görə məĢhur
idi.
ġuĢa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir
yerində bitmir. Təbiətin ġuĢa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır.
Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca
donub qalıb.
TurĢsu yaylaqları, Səkili bulağı, Ġsa bulağı, ġəmilin bulağı, əfsanəvi
“Cıdır düzü” yerli camaatın və oraya təĢrif buyuran qonaqların ən sevimli yeri idi.
TurĢsu istirahət və müalicə zonası kimi tanınırdı. ġuĢadan 40 km. aralıda -
Laçın yolunun üstündə yerləĢir. Sol tərəfdən isə DaĢaltı çayı axır. TurĢsu Ģəfalı və
müalicəvi vannaları ilə məĢhur idi.
ġuĢanın gəzməli görməli yerlərindən biri də Yuxarı DaĢaltı idi. Xalq
arasında bu istirahət yerinə ġəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus
xüsusiyyəti ondan ibarətdir ki, istirahət guĢəsi DaĢaltı çayının üstündə, “Ağzıyastı
kaha” yerləĢən Üçmıx dağının düz altında, çeĢmə ətrafında yerləĢir.
ġuĢaya təĢrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və
əsrarəngiz təbiətə malik əfsanəvi “Cıdır düzü” idi. “Cıdır düzü” nün qərb tərəfi bir-
birinin arxasında yerləĢən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı
verilib.
Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə
gəzintilərə çıxır, təbiətin ġuĢaya bəxĢ etdiyi gözəllik qarĢısında öz təəccüblərini
gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan “Cıdır
düzü”ndə hər il may aymda “Хаrı-bülbül” mahnı festivalları keçirilirdi. (ġuĢa-
Qədim Azərbaycan diyarı. Bakı-2009)
COĞRAFĠYASI
Ərazisi dağlıqdır (Qarabağ dağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs
dağıdır (2725 m.). Keçəldağ aĢırımı ġuĢa rayonundadır. Əsasən, Yura və TabaĢir
çöküntüləri yayılmıĢdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su
bulaqları (TurĢsu, ġırlan) var. Ərazinin əksər hissəsi qıĢı quraq keçən mülayim isti
və qıĢı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda - 4 °C-
dən, -1 °С-уə qədər, iyulda isə müsbət 16-19 °C, illik yağıntı 700-800 mm olur.
Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meĢə, çimli
dağ-çəməndir. Yüksək dağlıq sahədə subalp və alp çəmənlikləri ilə örtülüdür.
Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmıĢ meĢələrin yerində çəmənlər və kserofit
kolluqlar mövcuddur.
ġuĢa üzlük daĢı yatağı; ehtiyatları 397 min kub/m olan kərpic-kirəmit
istehsalına yararlı Keçəldağ (Lesoqor) gil yatağı, istismar ehtiyatları 389 min
kub/m/gün olan ġuĢa yeraltı Ģirin su yatağı, 342 min kub/m/gün və 70 min
Dostları ilə paylaş: |