Sovetlər
dövründə
ermənilər
Dağlıq
Qarabağın
Ermənistana
birləĢdirilməsi üçün gizli iĢlər aparıldığı dövrdə (1960-1970-ci illərdə) mühüm
dövlət vəzifələrində iĢləyən Heydər Əliyev bunun qarĢısının alınması üçün bir sıra
tədbirlərin görülməsinə nail oldu. Azərbaycan KP MK Birinci Katibi seçildikdən
sonra Heydər Əliyev erməni separatçılarının mənfur niyyətlərinin qarĢısını almaq
məqsədilə DQMV-nin iqtisadi inkiĢafı və əhalisinin sosial Ģəraitini yaxĢılaĢdırmaq üçün
müəyyən tədbirlər həyata keçirərək onlara bəhanə yeri qoymadı. Bu da erməni
ekstremistlərinin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb oldu.
1969-cu ildən etibarən idarəçilik möhkəmləndirildi, iĢdə qanunlar öz yerini tutdu
və korrupsiyaya qarĢı ciddi mübarizə baĢlandı. Azərbaycanın hər yerində və bütün sahələrdə
irimiqyaslı inkiĢaf baĢ verdi. DQMV-nin inkiĢafı həmiĢə uzaqgörən dövlət baĢçısının diqqət
mərkəzində oldu. 1971-1985-ci illərdə Azərbaycan höküməti tərəfındən DQMV-nin
xalq təsərrüfatının inkiĢafına 483 milyon manat vəsait ayrılmıĢdı. Bu, son 15 ildəkindən
2,8 dəfə artıq demək idi. Həmin vəsait hesabına DQMV-də 15 yeni sənaye müəssisəsi
tikilmiĢ və məhsul istehsalı 1923-cü illə müqayisədə 912 dəfə artmıĢdı. Kənd
təsərrüfatının inkiĢafına isə 171 milyon manat vəsait ayrılmıĢ, 24 milyon 803 min manat
uzunmüddətli kredit verilmiĢdi. 1985-ci ildə DQMV-də 40 sovxoz, 33 kolxozun 1269
traktoru, 250 taxılyığan kombaynı, 1096 yük avtomobili var idi. DQMV-nin iqtisadi və
mədəni inkiĢafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev ġuĢa Ģəhərinin inkiĢafı
üçün bir neçə qərar vermiĢdi. Heydər Əliyevin təĢəbbüsü və bilavasitə rəhbərliyi altında
həyata keçirilmiĢ tədbirlər nəticəsində ġuĢa ümumittifaq səviyyəli kurort Ģəhərinə
çevrilmiĢdi. 1973-cü ildə Xankəndində APĠ-nin filialı əsasında Pedaqoji Ġnstitut açılmıĢ,
1979-cu ildə Ağdam-Xankəndi dəmir yol xətti çəkilmiĢdi. Beləliklə, Heydər Əliyevin
uzaqgörən siyasəti erməni separatizminin canlanmasına imkan verməmiĢdir.
Beləliklə 1988-ci ilin əvvəllərindən baĢlayaraq DQMV-də Ermənistanın
Azərbaycana qarĢı növbəti ərazi iddiaları qızıĢdırıldı. 1988-ci ildə erməni ideoloqları
“dənizdən-dənizə böyük Ermənistan” uydurmasını yenidən ortaya atmaqla növbəti
dəfə ərazi iddiaları irəli sürdülər. Bu problemi dünya ölkələrindəki erməni lobbisinin,
dini mərkəzlərinin və bəzi iri dövlətlərin irticaçı qüvvələrinin dəstəkləməsi
ilə əlaqədar
olaraq Ermənistan adlandırılmıĢ qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycanda
Azərbaycanlılara məxsus kəndlərin və qəsəbələrin dağıdılması prosesi baĢlandı, yüzlərlə
günahsız insan
öldürüldü, 10 minlərlə soydaĢımız öz tarixi-etnik ərazilərindən
vəhĢicəsinə qovuldu.
Moskvanın planı əsasında 1989-cu ildə DQMV-də A.Volskinin rəhbərliyi
altında “Xüsusi idarəçilik Komitəsi” yaradıldı və bununla da DQMV-nin Azərbaycanla
əlaqələri kəsildi. SilahlandırılmıĢ erməni quldur dəstələri Dağlıq
Qarabağ ərazisindən
yerli azərbaycanlı əhalini öz doğma yurd-yuvasından çıxardı.
ERMƏNĠSTANIN AZƏRBAYCANIN DAĞLIQ
QARABAĞ BÖLGƏSĠNĠ VƏ ƏTRAF RAYONLARINl ĠġĞALI
1991-ci ildə erməni silahlı birləĢmələri açıq hərbi əməliyyatlara baĢladılar.
1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum,
oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın yarandığını və müstəqilliyini elan etdilər. Buna
cavab olaraq 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti Dağlıq
Qarabağın Vilayət statusunu ləğv ctdi və “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını
bildirdi. 1992-ci ildə isə erməni silahlı birləĢmələri Yuxarı Qarabağda irimiqyaslı hərbi
əməliyyatlara baĢladılar. Erməni cəlladları tərəfindən tarixdə misli görünməmiĢ
vəhĢiliklər törətdilər.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləĢmələri
Rusiya Federasiyasının Stepanakertdə (Xankəndində) yerləĢən silahlı qüvvələrinin 366-
cı qvardiya motoatıcı alayının köməyi ilə əhalisinin hamısı (7 min) azərbaycanlı olan
DQMV-nin Xocalı Ģəhərini yerlə yeksan etdilər. Dinc mülki əhali dəhĢətli soyqırıma
məruz qaldı. Qadınlar, uĢaqlar, qocalar, xəstələr ağlasığmaz vəhĢiliklə məhv edildi.
Ermənilərin törətdikləri soyqırımı nəticəsində 613 dinc Xocalı sakini vəhĢicəsinə
öldürüldü. Həmin faciə zamanı 487 nəfər yaralanmıĢ, 1275 nəfər əsir götürülmüĢ, 150
nəfər isə itkin düĢmüĢdür.
Ermənilərin əsassız torpaq iddiası və bundan alovlanan müharibə nəticəsində
Azərbaycan ərazisinin 20 faizi iĢğal olundu, 30 min nəfərdən
artıq insan qətlə yetirildi, 1
milyonadək Azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, 4581 nəfər adam əsir və
itkin düĢdü.
Respublikamıza külli miqdarda maddi ziyan dəydi. Ermənistanın iĢğal etdiyi
Azərbaycan torpaqlarında 900-ə yaxın yaĢayıĢ məntəqəsi, 2389 sənaye, tikinti və kənd
təsərrüfatı obyekti (173 sənaye, 122 tikinti) 3225 ticarət obyekti, 131 min ev, 1025
məktəb, 798 səhiyyə ocağı təcavüzün
qurbanı olmuĢ, 280 min hektar meĢə, 1 milyon
hektar məhsuldar torpaq,
1200 km irriqasiya sistemi və s. iĢğalçıların əlinə keçmiĢdir.
Erməni vandalları mədəni irsimizə dağıdıcı zərbə vuraraq 927 kitabxananı, 100
arxeoloji abidəni, 454 tarixi abidə və muzeyi, 40 min muzey eksponatını qəddarcasına
məhv etmiĢlər. ĠĢğal olunmuĢ ərazilərdə nadir flora və faunaya malik meĢə sərvətləri
amansızcasına qarət edilərək Ermənistana daĢınmıĢdır. Ġlkin hesablamalara görə iĢğal
nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirmiĢ və ölkəyə 60 milyard
ABġ dollarında ziyan dəymiĢdir. Ermənistan bu gün də, Dağlıq Qarabağ ərazisində öz
iĢğalçılıq siyasətini
davam etdirir. Ermənilər
iĢğal olunan ərazilərdə yanğınlar törədir,
narkotik maddələr yetiĢdirir, yeraltı və yerüstü sərvətlərimizi mənimsəyirlər.
Q.Ə.Hacıyev
Azərbaycan MEA A.A.Bakıxanov adına
Tarix İnstitutıı Qarabağ tarixi
Şöbəsinin müdiri, tarix elmləri doktoru.