130
276,aşağı isə 174 olduqda belə.“Qızıl mütənasibliyin” pozulması
isə həyacan siqnalı kimi qəbul olunmalıdır.
Nişi dünyada mövcud olan belə bir ümumi fikirə şərikdir
ki, qan təzyiqi -sağlamlığın barometridir. Lakin Nişi tam əmindir
ki, yuxarı təzyiqin qalxıb enməsi deyil, “qızıl mütənasibliyin”
pozulması fəsad verir. Məhz bu hal narahatlıq doğurmalıdır.
Öz təcrübəmə arxalanaraq,sizi əmin edirəm:kifayət qədər
çiy meyvə-tərəbəz yeyən,gündə 2-3 litr çiy su,yaxud təzə meyvə
və tərəvəz şirəsi,itburnu dəmləməsi içən,kifayət qədər faydalı
hərəkət edən şəxs-qan təzyiqi haqqında əsla düşünmədən sakit
yaşıya bilər.
ÜRƏYİN ROLU VƏ FUNKSİYASI
Bir daha yada salıram: Nişi təkidlə bizi inandırır ki,
orqanizmdə nasos rolunu ürək deyil, kapilyarlar oynayır. Bəs
onda ürəyin rolu nədən ibarətdir? Qələm əhlinin,ələlxüsus da
şairlərin ağzından və qələmindən düşməyən ürək, qeyri-poetik
formada desək, hər kəsin öz yumuruğu boyda olan bir əzələ
orqanıdır, sağ və sol hissələrdən ibarətdir. Bu hissələr də çəpərlə
yuxarı kameraya (qulaqcığa) və aşağı kameraya (mədəciyə)
bölünüblər. Onların arasında klapanlar yerləşib. Daha nazik
divarı olan sağ hissə sıxıla bilir, ona görə də sağ qulaqcıq və
mədəcik vena ilə müqayisə oluna bilər.
Ürəyin sol hissəsi-qulaqcıq və mədəcik daha qalın divara
malikdir, arteriya kimi uzana bilirlər.Üstəlik,onlar ağ ciyər
venası (bu vena arteriya qanını ağ ciyərdən ürəyin sol hissəsinə
daşıyır) ilə arteriya arasında yerləşib. Ona görə sol qulaqcığı və
mədəciyi arteriya ilə müqayisə etmək və arteriya sisteminin
tərkib hissəsi kimi qiymətləndirmək düzgün olar.
Ürək nasos rolunu oynasaydı, o zaman bu prosesdə bütöv
ürək deyil, yalnız sağ kameralar iştirak edərdilər, çünki sol
kameralar sıxılma (gəriləmə) qabiliyyətinə malik deyillər. Bunlar
131
daha çox arteriya sisteminə yaxındırlar - dartıla və uzana bilirlər.
Beləliklə də,ürək iki funksiyanı yerinə yetirir: sıxılmaq (gəril-
mək) və uzanmaq funksiyalarını.Nişi göstərir ki, əl nə qədər
yuxarı qalxarsa, sağ qulaqcıqda təzyiq bir o qədər yüksələr, vena
axınının həcmi bir o qədər artar. Bu o deməkdir ki, sağ qulaqcığ
vena axınına reaksiya verir, buna görə də ürək təzyiqi güclənir.
Təzyiqin qollarda ölçülməsi buna əsaslanır: qol venasının
dolğunluq dərəcəsi(yuxarı qaldırıldıqda)-sağ qulaqcıqdakı təzyiq
dərəcəsini göstərir.Bütün təbiblər bilir: ürək ritmik şəkildə sıxılıb
açılır, lakin heç kəs izah edə bilmir: nə üçün? 1930-cu ildə elmi
ədəbiyyatda “əyalət ürək” (“periferiçeskoe serdse”) termini
işlədildi. Bu anlayış özündə arteriyanı, venanı və kapilyarları
birləşdirir.
Ürəyin sağ kameraları vena sistemi ilə bağlıdır, qanı
orqanlardan ürəyə daşıyır, sözün tam mənasında, onu ikinci ürək
adlandırmaq olar. Bəs onda sol kameralar, yəni sol qulaqcıq və
sol mədəcik nəyi təmsil edir? Nişi təklif edir ki, onlara
təmizlənmiş qan üçün “çən”, yaxud “sumka”, ya da “əzələ
kisəsi” kimi baxaq.
Kapilyarlar işə düşüb arteriyadan qan soranda - arteriya
vakuum sahəsində əmələ gələn qüvvəyə tab gətirmir və yığılmaq
məcburiyyətində qalır.Sonrakı anda arteriya uzanır və sol
mədəcikdən qanı sorur.Mədəcik boşalır və yığılır.Lakin dərhal
da, öz vərdişi hesabına,uzanır və sol qulaqcıqdan qan sorur. Nişi
sübut etmişdir ki, güclü qan axınını hərəkətə gətirən əsas qüvvə
kapilyarlarda, ikinci dərəcəli qüvvə isə vena sistemində, bir də
sağ ürək kamerasında (qulaqcıq və mədəcikdə) yerləşib.
Sağlamlıq-təkcə qanın təmizliyindən və faydalı element-
lərlə zəngin olmasından deyil,həm də qanın maneəsiz və rahat
dövr etməsindən asılıdır.Ağacları yaşadan su nə qədər təmiz və
mierallarla zəngin olursa olsun,arx zir-zibillə dolubsa,su gedib
ağaclara çatmırsa,onun ağaca bir faydası dəyməz.Qan da
belədir,o,hardasa yubanırsa,o zaman qan korlanır və toxumaları
zədələyir.Biz sağlam olmaq üçün-kapilyarları daima sıxılıb
132
açılmağa sövq etməliyik ki qan yaxşı dövr eləsin.Nişi öyrədirdi:
əliniz zədələnibsə, qanı axırsa, qolunuzu iplə boğun ki, qanaxma
kəssin. Sonra zədələnmiş əli ürək səviyəsindən yuxarı qaldırın,
10-15 dəqiqə yırğalayın. Yara dərhal sağalacaq. Dərman
vurmağa, tikiş qoymağa lüzum qalmayacaq. Mən bu əməliyyatı
bir neçə dəfə həyata keçirmişəm və onun dürüstlüyünə
inanmışam.Sağalma mexanizmi çox sadədir:əlin ürək səviyyə-
sindən yuxarı qalxması və silkələnməsi kapilyarların yığılıb -
açılmasına(gərilməsinə) səbəb olur,zədələnmiş hissədən keçməli
olan qan geri çəkilir.Professor K.Nişi bu hadisəni bilavasitə
qlomusun funksiyası ilə bağlayır.
SOL MƏDƏCİYİN ƏHƏMİYYƏTİ
Uzun illər ürəklə məşğul olan həkim Lyüdviq Aşoff
birinci dünya müharibəsi zamanı bu qənaətə gəlmişdir ki, adam
öləndən 30 dəqiqə sonra ürək daşlaşır.O, belə hesab edir ki,
həmin vaxt ərzində ürəyin sol mə'dəciyinin sıxılması davam edir.
L.Aşoffun bu fikiri Nişini ciddi məşğul etdi. Nişi bilirdi ki,
ürəyin sol mə'dəciyi infeksiyalı xəstəliklərdən sonra zəyifləyir.
Nişi L.Aşoffun müşahidəsini şərh edərkən yazırdı: orqanizmə
infeksiya keçəndə hüceyrələr zəhərlənmiş qan püskürür, bütün
bu vaxt ərzində qlomus (nəzarətçi) əzgin və lırt qalır, arteriyadan
qanı fəal sormur, nəticədə sol mə'dəciyin və arteriyanın qanla
dolması müxtəlif şəkildə baş verir.Ona görə də belə xəstələrin
sol mə'dəciyi genişlənir. Nişi kapilyarların rolunu sübut etmək
üçün «Andral simptomu» deyilən misala müraciət edir: plevrit
xəstəliyinə tutulmuş adam ilk vaxtlar sağlam tərəf üstə yatmağa
və bununla da ağrıdan qaçmağa çalışır, özü də bilmədən zədəli
tərəfdəki kapilyarları və venanı gərilməyə məcbur edir, bu
münvalla qan axınını qlomusdan keçirir.
Dostları ilə paylaş: |