Sağlamlıq hür şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/98
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9618
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

 
151 
ALTINCI QAYDA:  
    kürək və qarın üçün təmrin  
 
Dizlərinizi  döşəməyə  dayayıb,  pəncələrinizin  üstündə 
oturun.  Fəqərə  sütununu  düzəldib  şux  görkəm  alın.  Bədənin 
bütün  ağırlığını  baldırların  üstünə  salın.  Heç  yana  əyilməyin. 
Qulaqlarınız  çiyinlər  üzərində  asılıb,  diliniz  üst  damağa 
söykənib,  dodaqlarınız  kip  qapanıb,  gözləriniz  gen  açılıb, 
tənəffüs rəvan və sakitdir. Bu vəziyyəti aldıqdan sonra dərindən 
nəfəs alın və təmrinin hazırlıq hissəsinə başlayın. 
1.  Çiyinlərinizi 10 dəfə mümkün qədər çox yuxarı qaldırıb, 
aşağı  salın.  Bunun  ardınca  2  hissədən  ibarət  olan  hərəkətləri 
(onlara şərti olaraq nəqarət adı vermişik) həyata keçirin: 
a)
 
əllərinizi  qabağa  uzadın,  kəskin  hərəkətlə  çönüb,  sol 
çiyin  üstdən  geriyə,  büzdümünüzə  baxın,  xəyalən  fəqərələrinizi 
aşağıdan yuxarı, boyunadək seyr edin (və yaxud aramla 10-dək 
sayın). Başınızı əvvəlki vəziyyətə gətirib, eyni hərəkəti sağ çiyin 
üzərindən  təkrar  edin.  Hər  çiyin  üzərindən  bir  dəfə  etmək 
lazımdır. 
b)
 
əllərinizi  dik  qaldırın,  bədəni  yuxarı  dartıb,  qəddinizi 
düzəldin, bayaqkı qaydada hər iki çiyin üzərindən büzdümünüzə 
baxın  və  fəqərə  sütununu  aşağıdan  yuxarı  seyr  edin  (və  yaxud 
aramla 10-dək sayın). 
«Nəqərat»i bu qaydadakı hər əsas hərəkətdən sonra təkrar 
edin. 
 2. Başı 10 dəfə sağa, 10 dəfə sola əyib düzəldin. 
          3. Başı 10 dəfə qabağa, 10 dəfə arxaya əyib düzəldin. 
          4. Başı 10 dəfə sağa-geri, 10 dəfə sola-geri çcvirin. 
 
          5.  Başı  10  dəfə  sağa  əyib,  qulağı  çiyinə  toxundurmağa 
çalışın.  Boynunuzu  mümkün  qədər  çox  uzadaraq,  başı  geriyə 
fırladın,  fəqərə  sütununa  çatdırmağa  çalışın.  Bunu  edərkən 
yoxlayın:  başınız  son  həddə  qədər  əyilibmi?  Eyni  hərəkəti  10 
dəfə sola edin. 
          6.  Qollarınızı  çiyin  bərabərində  açın.  Əllərinizi  baş  üstə 
dik  qaldırın.  Dirsəkləri çiyin  önündə  bükün,  yumruqları  düyün-
ləyin,  başınızı  son  həddədək  geri  atın,  çənəni  tavana  tuşlayın. 
Bunu  edərkən  7-yə  qədər  sayın  və  dirsəklərinizi  kürəyə  tərəf 


 
152 
dartın. Sanki onları bir-birinə yapışdırmaq istəyirsiniz: 10 dəfə. 
Hazırlıq  mərhələsi  başa  çatdı.  İndi  əsas  təmrinə  keçmək 
olar.  Qollarınızı  bir  qədər  boşaldın.  Bədəninizi  düzəldin.  Başı 
əymədən  gövdəni  sağa-sola  yellədin.  Bu  an  qarını  irəli-gcri 
verin: qarınla nəfəs alın. Vaxt 10 dəqiqə. 
Bu  hərəkəti  edərkən  deyin:«Mən  sağlamam!  Əhvalım 
yaxşıdır! Sabah bundan da yaxşı olacaq!Hər bir hüceyrəm təzələ- 
nir!  Qanım  təzələnir,  qanım  saflaşır.  Daxili  sekresiya  vəzilərim 
əntiqə  işləyir!  Əzələlərim,damarlarım,dərim  sağlam,möhkəm  və  
elastik  olur.Bütün  orqan  və  sistemlər  beynimə  tabedir.  Beynim 
əntiqə işləyir. Beynim bütün orqan və sistemləri çox gözəl idarə 
edir.Mən daha sağlam,daha müdrik, daha rəhmdil, daha xeyirxah 
oluram.  Mən  istedadlıyam,böyük  yaradıcılıq  işləri  üçün  qadir 
oluram. Əhvalım yaxşıdır! Sabah bundan da yaxşı olacaq!”.  
Bu  mətnə  istədiyiniz  hər  hansı  bir  əlavəni  edə  bilərsiniz. 
Yuxarıda  dedim  ki,  mən  hər  səhər  və  hər  axşam  bizi  yaradan 
Tanrıya  dua    və  şükr  edirəm,ondan  dilək  diləyirəm.Bunu  hər 
biriniz  edə  bilərsiniz.Vacib  deyil  ki,siz  dindar  olasınız,oruc 
tutub,namaz qılasınız.Vacib budur ki,Allaha sidqi-dildən inanıb, 
onunla ünsüyət bağlayasınız,bunun köməyi ilə içinizdəki şeytanı 
qovasınız,daxili  inamı  gücləndirəsiniz,iradənizi  möhkəmlədəsi- 
niz,o  zaman  təmrinlər  və  təbii  qida  daha  yaxşı  fayda  verəcək. 
 
İnam-hər  bir  işdə  qüdrətli  silahdır,amma  müalicədə 
onun,sadəcə,  əvəzi  yoxdur.Allaha  inanan-Ana  Təbiətin 
qüdrətinə  inanır,Ana  Təbiətə  inanan  özönə  inanır.Özünə 
inanan-hər bir xəstəliyə qalib gələ bilir. 
 
 
 
 
 
 
 
 
 
 
   


 
153 
Hazırlıq hissəsi 
 
 
 
 
 
 
 
 
Hazırlıq hissəsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                         O rta  vəziyyət                                                                           Əsas hissə 
 
Şəkil 15. Kürək və qarın üçürn təmrin. 


 
154 
 Altıncı  Qayda  hər  şeydən  əvvəl,  turşu-qələvi  tarazlığını 
bərpa  edir.Təmrin,əsasən,fəqərə  sütunu  ilə  edilərkən  orqaniz-
mdəki  mayenin  təzyiqi  azalır.  Bunun  qarşısını  almaq  üçün  Nişi 
eyni  vaxtda  qarın  vasitəsilə  nəfəs  almağı  tətbiq  edib- 
yırğalanarkən qarını dombaldıb çəkmək lazım gəlir. 
Əsəb sistemini qaydaya salan,tənzimləyən,koordinasiya edən 
Altıncı Qayda bizə böyük xidmət göstərir. Onun əhəmiyyətindən 
danışarkən bir incə mətləbi açmaq lazım gəlir. 
Əsəb sistemini iki yerə bölürlər: heyvani əsəblər və bitki əsəb 
–lər.Heyvani əsəblər-üzdə yerləşir. Bitki,yaxud vegetativ əsəblər 
isə  daxildə.Heyvani  əsəblər  əllərin,  üzün,  ayaqların,  boyunun, 
döşün,qarın boşluğunun əzələlərində yayılmış olur. Bitki əsəbləri 
isə  daxili  orqanlarda,damarlarda,vəzilərdə  yerləşir.Biz,  lazım 
gələndə,əlimizi uzadıb,üzümüzü,boynumuzu qaşıya, əsəblərimizi 
sakitləşdirə  bilirik.  Lakin  daxili  orqanları,  damarları,  vəziləri 
qaşımağa imkanımız yoxdur.Burda Altıncı Qayda dadımıza çatır. 
Eyni  vaxtda  həm  fəqərə  sütununun,  həm  də  qarnın  hərəkət 
etməsi  simpatik  (daxili)  və  parasimpatik  (üzdə  olan)  əsəblərin 
qarşılıqlı  surətdə  razılaşdırılmış  əlaqəsini  təmin  edir.  Onlar  öz 
funksiyalarını  -hormonik  funksiyalarını,  diplomatlarm  dili  ilə 
desək,  qarşılıqlı  anlaşma  şəraitində  yerinə  yetirirlər.  Buradan 
aydın  olur  ki,  Nişinin  Sağlamlıq  Sistemi  öz  qarşısında  fiziki 
sağlamlıqla  yanaşı,  həm  də  mə'nəviyyata  tə'sir  etmək,  insanın 
hormonik,  iste'dadlı,  yüksək  əxlaqi  keyfiyyətlərə  malik  bir 
şəxsiyyət kimi formalaşmasına kömək etmək vəzifəsi də qoyub. 
İnsan  sağalacağına,  xəstəliyə  qalib  gələcəyinə  ürəkdən  inanır, 
daha  cəsarətli,  daha  rəhmdil,  daha  xeyirxah,  gülərüz,  zarafatcıl 
olur.  Öz  təcrübəmdən  deyə  bilərəm:  Nişi  Sistcmi  ilə  yaşayan 
sağlam həyat tərzi keçirən adam çox qısa vaxtda pis vərdişlərdən 
asanlıqla  ayrılır,  mə'nən  güclü  olur,  öz  gücünə  inamı  qat-qat 
artır,  onun    üzü  həmişə  gülür.  Nişi  tam  əmindir:  sağlam  əsəb 
sistemi  hər  cür  tufana,  qasırğaya,  həyatın  hər  cür  eybəcərliyinə 
qalib gəlməyə qadirdir. Sağlamlaşma və saflaşma barədə sözləri 
ürəyinizdə  pıçıldayarkən,  hökmən  inanın:  sabah  bu  gündən 
sağlam, gümrah, ağıllı, iradəli, iste'dadlı və xeyirxah olacaqsınız. 
Ona  görə  inanın  ki,  bunların  hamısı  baş  verəcək.  Xərçəng 
xəstəliyindən  Nişi  Sisteminin  köməyi  ilə  yaxa  qurtaran 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə