Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   38

 

 

52



Allah qərar verə bilər. Bu problem XX əsrin 30-cu illərində ABŞ-da və Böyük Britaniyada qalxmışdır. 1938-ci ildə 

yaradılan Amerika evtanaziya cəmiyyəti evtanaziya aktını insanın həyatına onun dəhşətli fiziki ağrılarının 

kəsilməsi məqsədilə son qoyulması kimi müəyyən edirdi. Nasist Almaniyasında da «reyxə» xeyir gətirməyənlərdən 

- xəstələrdən və qocalardan yaxa qurtarmaq mövqeyi tətbiq edilirdi (34, s.6,16,17). Uzun illər gizli saxlanılan və 

yalnız müəyyən dairələrdə  məlum olan evtanaziyanı  məhz bioetika üzə  çıxardı. 80-ci illərin sonunda evtanaziya 

müəyyən məhdudiyyətlərlə  bəzi ölkələrdə, məsələn, ABŞ-da, Fransada, Hollandiyada, Belçikada və Niderlandda 

bu və ya digər  şəkildə (həkimin məsləhəti və  xəstənin xahişi ilə) leqallaşdı. Lakin bu ölkələrin həkimləri

hüquqşünasları, ilahiyyatçıları  və filosofları tez-tez bu leqallaşmanın  əleyhinə  çıxırlar (34, s.5). Amerika Tibb 

Assosiasiyası insanın həyatına qəsdən son qoymağın əleyhinə olsa da, bəzi hallarda çarəsiz xəstələrin müalicəsini 

dayandırmağa icazə verir və bunu dolayı yolla hətta Hippokrat andı ilə də  əlaqələndirir. ABŞ-ın Oreqon ştatının 

«ləyaqətli ölüm haqqında» Aktında tibb işçilərinin köməyilə intihar etməyə (tibbi preparatın öldürücü dozada 

qəbulu vasitəsilə) icazə verilsə  də, könüllü aktiv evtanaziya qadağandır (34, s.18, 19). Evtanaziya ətrafında olan 

elmi və ictimai diskussiya onun hətta rəsmi surətdə  tətbiq olunduğu ölkələrdə  də davam edərək öz həllini 

tapmamışdır. İnsanın asan və ağrısız ölümü soyuqqanlı qətl vasitəsilə  də həyata keçə bilər. Bir çox xəstəliklər – 

şəkər, daltonizm və s. çarəsiz olsalar da, evtanaziya üçün səbəb deyil (34, s.6). Evtanaziya elə xüsusi hadisə ilə 

bağlıdır ki, bu zaman ölüm xəstə üçün ən yaxşı çıxış yolu sayılır. Bəzən insanın sağalmaz xəstəliyi ilə əlaqədar olan 

dəhşətli ağrıları  və ya koma vəziyyəti illərlə davam edir. Bu zaman həkim belə  vəziyyətə düçar olan insanın 

həyatını mümkün qədər uzatmağa çalışmalıdır, yoxsa ona ölməkdə kömək etməlidir? Bunu xəstə özü və ya onun 

qəyyumu seçə bilərmi? Əgər xəstə müalicədən imtina edərsə, bu, onun bilərəkdən ölümü seçməsi deməkdir. Bütün 

seçimlər zamanı həkim və xəstə, xəstə və qəyyum (müvafiq qərar verməkdə səlahiyyətli olan yaxın qohum və ya 

digər şəxs) münasibətlərinin obyektivliyinə diqqət yetirilməlidir. Əgər subyektiv münasibət, düşmənçilik, vərəsəlik 

qazanmaq məqsədi və s. müşahidə olunarsa, evtanaziyadan söhbət belə gedə bilməz. Evtanaziyanın nəticələri 

müxtəlif cür qiymətləndirilə bilər. Bu həm «ölməyə imkan yaratmaq», həm də «öldürmək» ola bilər. Bəzi Qərb 

ölkələrində  xəstənin qərarı evtanaziya üçün əsas olur. Bu zaman xəstənin yazılı izahatı aydın, qəti, təzyiqsiz 

olmalıdır. Xəstə öz qərarını  dəfələrlə göstərməli, onun öz xəstəliyi barədəki informasiyası dolğun olmalıdır. 

İkimənalı ifadələrə yol verilməməlidir.  İnsanın doğulması  və ölümünün onun arzusu ilə olmadığını  təsdiq edən 

evtanaziya tərəfdarları öz fikirlərini onunla əsaslandırırlar ki, insana doğulduğu vaxt kömək edildiyi kimi, öldüyü 

vaxt da kömək ola bilər. Bu zaman söhbət ölüm və həyat arasındakı seçimdən yox, ölümün müxtəlif formalarından 

gedir. Lakin bu zaman ölümün doğrudan da ağrısız olub-olmaması  məlum deyil. Çünki əgər insanın  şüuru 

üstündədirsə və o nə baş verdiyini anlayırsa (ona öldürücü narkotik doza verilir və ya onun həyatının qoruyucusu 

olan sistem söndürülür), həmin anda xəstə stress keçirir (34, s.6-7). Bəs Allahın verdiyi həyata insanın son 

qoymağa haqqı varmı? Bunu həyata keçirən həkim və ya buna qərar verən  şəxs ömrü boyu vicdan əzabı 

çəkməyəcəkmi? 

Pedaqoji etika da humanist aspektlərlə zəngindir. Bu etikada müəyyən normativlər və ənənələr çoxdan və 

əsasən kortəbii şəkildə əmələ gəlmişdir. Hələ antik dövrdə müəllimdən savadlı olmaq, uşaqları sevmək, təmkinli 

olmağı bacarmaq, nə  tərifi, nə  də  cəzanı asanlıqla «paylamamaq», şagirdlərə qarşı diqqətli olmaq, onlara dərsi 

yaxşı öyrətmək, öz əxlaqına nəzarət etmək, sərxoşluq etməmək (indi bizə qəribə gəlsə də, o dövrdə sərxoşluq geniş 

yayılmışdı) tələb olunurdu. O dövrdə müəllimin mövqeyi ata qədər, bəzən isə atadan da üstün olurdu. Müəllim 

daim öz mədəni səviyyəsinin yüksəlməsi qeydinə qalmalı, cəmiyyətdəki müstəsna rolunu dərk etməli idi. Çünki 

pedaqoji etika yalnız müəllim-şagird münasibətlərini deyil, həm də müəllim-müəllim, müəllim-cəmiyyət, müəllim-

dövlət, müəllim-valideyn münasibətlərini öyrənir. Buna görə  də müəllimin nəzakətli, öz yerini bilən, gözəl nitq 

mədəniyyətinə malik olan, öz fikrini aydın ifadə etməyi bacaran olması vacibdir. M.İ.Kalinin yazırdı ki, «müəllim 

nəinki öz fənnini yaxşı bilməlidir, həm də onu elə başa salmağı bacarmalıdır ki, şagirdlər o dərsi mənimsəyə 

bilsinlər» (102, s.330). Bununla yanaşı müəllim səlis nitq qabiliyyətinə, gözəl danışıq tonuna, zəngin dünyagörüş 

və leksikona malik olmalı, dərsi başa salarkən  əsas, vacib məsələləri vurğulamağı bacarmalıdır. Müəllim üçün 

vacib olan məsələlərdən biri də  uşaqların inamını qazanmaqdır. Pedaqoji prosesdə  əsas məqsəd yalnız uşaqların 

inamını qazanmaq yox, həm də  uşağın özünə etibar etməyi bacarmaqdır. Məşhur pedaqoq A.S.Makarenko öz 

pedaqoji fəaliyyətini həmişə tərbiyəsi ilə məşğul olduğu uşaqların inam və etibarı əsasında qururdu. Belə olduqda 

uşaq öz şəxsi ləyaqətini dərk edə bilir, onda öz gücünə əminlik hissi yaranır, ona göstərilən etimadı doğruldacağına 

inanır, özünün yaxşı cəhətlərini nümayiş etdirməyi və özünə tənqidi yanaşmağı öyrənir. N.A.Dobrolyubov yazırdı 

ki, «Müəllimə olan inam itərsə, ya heç olmasa bir balaca laxlayarsa, onun sözü o dəqiqə öz qüvvəsini itirər, tənqid 

və ya tərifinin əhəmiyyəti olmaz. Əvvəllər müəllimə olan hörmət və məhəbbətdən irəli gələn və böyük sevinc və 

həvəslə görülən işlər indi məcburiyyət və  cəza kimi görünür» (102, s.332). Müəllim öz kolleqasını  tələbələrin 

gözündən salmağa çalışanda da nüfuzunu itirir. Bu hal digər peşə sahiblərinə də aiddir. 

Alim etikası qaydaları elmin vəzifələrindən – bəşəriyyətin xoşbəxtliyi naminə həqiqət axtarışlarından irəli 

gəlir. Ona görə  də elm sahəsində  həqiqətdən  əxlaqi heç nə yoxdur. Alim tədqiqatçılıq qabiliyyətləri ilə yanaşı, 

müəyyən  əxlaqi keyfiyyətlərə  də malik olmalıdır. Yəni etdiyi kəşfin bəşəriyyətin xeyrinə  və ya ziyanına olub–

olmadığını dərindən düşünməli və yuxarıda deyildiyi kimi, əgər etdiyi kəşf insanların sağlamlığına və psixikasına 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə