Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 

 

50



 

 

4.2. PEŞƏ ETİKASI 

 

Peşə etikası insanların peşə  fəaliyyəti ilə  əlaqədar aralarındakı münasibətlərin mənəvi xarakterini təmin 



edən davranış kodeksidir. Bir çox əxlaq normalarının ümumbəşəri xarakter daşımasına baxmayaraq (yəni bu 

prinsiplərin hər bir insana aid olması, məsələn, bütün fəaliyyətin borc, vicdan, sədaqət prinsipləri, dostluq, 

yoldaşlıq münasibətləri əsasında qurulması, böyüklərə hörmət etmək, yalan danışmamaq, xəyanət etməmək, ziyan 

vurmamaq və s.), müxtəlif peşələrlə əlaqədar fəaliyyət növlərinin də özünəməxsus davranış normaları var. İnsanın 

mənəvi həyatı  rəngarəng olduğu üçün bəzən gündəlik həyatda nəinki yüksək mənəvi dəyərlərə, hətta adi əxlaq 

normalarına da riayət etmək asan olmur. Məsələn, işin xeyri üçün insan yalan danışır, münasibətləri düzəltmək 

naminə nəyi isə başqasına xəbər verməli olur, həqiqəti üzə çıxarmaq üçün şantaj üsuluna əl atmağa məcbur olur və 

s. Bəzi peşə sahibləri isə bu problemlərlə daha tez-tez rastlaşdıqları üçün onların işi xüsusi gərginlik tələb edir və 

mənəvi prinsipləri həyata keçirmək mürəkkəbləşir. Rəhbər işçinin, müəllimin, həkimin, hüquqşünasın, din 

xadiminin fəaliyyəti bu qəbildəndir. Məhz peşə etikası müxtəlif peşələrin  əxlaq problemləri ilə  əlaqədar konkret 

hadisələri öyrənir, təhlil edir və müəyyən tip peşələrin mürəkkəb və qeyri-adi fəaliyyəti zamanı əxlaqi dəyərlərin 

gerçəkləşməsinə  və  həyata keçməsinə kömək edir. Lakin peşə etikası  əxlaqi  şüura aid yeni prinsip və anlayışlar 

yaratmır. O, bunları insanın həyat fəaliyyəti ilə bağlı müvafiq sahələrlə uyğunlaşdırır. Beləliklə, peşə  əxlaqını 

öyrənən peşə etikası  əxlaq mədəniyyətinin  əsas komponentidir. Peşə  əxlaqının prinsip və normaları nisbi 

müstəqilliyə malik olduğu üçün peşə etikası özü də müstəqildir. 

Peşə latınca «professio» sözündən olub, mövcudluq mənbəyi sayılan və  əmək fəaliyyətinin müəyyən 

hazırlığa ehtiyacı olan ixtisas, rəsmi məşğuliyyət mənasını verir. Peşə  əxlaqının prinsip və normaları  cəmiyyətin 

inkişafının müəyyən mərhələsində yaransa da, dəyişməz deyil. Peşə  əxlaqı normaları sivilizasiyanın,  əxlaq 

mədəniyyətinin, insan münasibətlərindəki humanizmin inkişafı ilə bağlı olub əxlaqi tərəqqinin bir forması kimi də 

nəzərdən keçirilə bilər. Peşələr mövcud olduqca tarixən formalaşmış peşə etikası normaları da yaşayacaq. Bunlar 

hər kəsi öz çalışdığı sahədə  məsuliyyətli olmağa sövq edir. Peşə etikasının bəzi prinsipləri hər bir cəmiyyətin, 

millətin bu və ya digər prinsipləri ilə uyğun gəlsə də, müəyyən konkret şəraitdə dəyişikliyə məruz qalaraq fərdiləşə 

bilər. Hər bir peşənin öz ictimai funksiyaları, ictimai məqsəd və  vəzifələri var. Bu peşə qruplarının daxilində 

insanların bir-birinə  və gerçəkliyə müəyyən münasibətləri yarandığı üçün konkret əxlaq qaydaları  və normaları 

məhz bununla əlaqədar formalaşır. 

Peşə etikası ictimai şüur formaları, o cümlədən  əxlaqın özü kimi quldarlıq cəmiyyətində ictimai əmək 

bölgüsünün, peşələrin, spesifik peşə əxlaqının meydana gəlməsi ilə əlaqədar yaranıb. Peşələr hamısı eyni zamanda 

yaranmadığı üçün peşə qrupları da müxtəlif vaxtlarda formalaşıb. Yeni-yeni peşələrin  əmələ  gəlməsi insanlar 

arasında da xüsusi münasibətlər yaradırdı. Əməyin obyektindən, istifadə etdiyi alətdən, metod və üsullarından asılı 

olaraq insan bənzəri olmayan situasiyalarla rastlaşır ki, bu da müvafiq metod, ritm, hərəkət, psixoloji reaksiya tələb 

edir. Hər bir peşənin məhz özünəməxsus ziddiyyətləri və bu ziddiyyətlərin dəf edilmə üsulları var ki, burada 

insanın subyektiv münasibətləri, mənəvi aləmi özünü göstərir. Peşə münasibətləri ilə əlaqədar çoxsaylı situasiyalar 

içərisində nisbətən tez-tez təsadüf olunanlar həmin peşələrə aid əxlaq normalarının spesifikasını formalaşdırır. 

İnsanlar öz davrvnışlarını müvafiq situasiyalarda bu normalara uyğun qurmalı olurlar. Bütün bunlar peşə etikası və 

peşə  əxlaqı problemlərinin mühüm əhəmiyyətə malik olmasını göstərir. Peşə  əxlaqı  məsələləri antik dövrdən 

mövcud olsa da, nə antik filosoflar, nə  də onlardan sonrakılar bu problemləri lazımi səviyyədə  işıqlandıra 

bilməmişlər. 

Hal-hazırda mövcud olan peşələrin sayı 40 minə yaxındır. Bunlardan daha qədim tarixə malik olanlar 

həkim və müəllim peşələridir. Həkimlik etikası (tibbi etika) anlayışı e.ə. VI-V əsrlərdən yaranmağa başlayaraq 

XIX-XX  əsrlərədək həkimlik  əxlaqı anlayışı ilə sinonim kimi işlənirdi. Bu anlayış tibb işçilərinin gündəlik 

fəaliyyəti, davranış  və  hərəkətlərindəki mənəvi dəyərlərini bildirir. Həkimlik etikası anlayışına həkimin borcu 

haqqında təlim – həkimlik deontologiyası da daxildir. Həkimlik deontologiyası normaları yalnız həkim və  xəstə 

arasındakı münasibətləri, həkimlik etikası isə  həkimin kollektiv, cəmiyyət, dövlət, digər tibb işçiləri ilə 

münasibətlərini tənzimləyir.  İlk elementar, ümumtibbi normalar, həkimlərin qarşısına qoyulan əxlaqi tələblər 

haqqında yazılar Qədim Misir və Çinə aiddir. Həkimin davranış normalarının nisbətən sistemləşdirilmiş variantı 

e.ə. VIII-VI əsrlərdə  Qədim Hind həkimlərinin təlimlərində verilib. Bu yazılardan məlum olur ki, həkimlər 

xeyirxah olmalı, xəstəyə ürəyi yanmalı, özünü itirməməli, təmkinli, dözümlü olub xəstəyə atalıq etməli, sağalmağa 

doğru gedənləri qorumalı, sağlamların dostu olmalı, hamının sağalmasına ümid verməlidirlər. Qədim Hind 

etikasının başlıca tələbləri bu gün də maraq doğurur: «Təcrübə vaxtı  uğur qazanmaq istəyən həkim sağlam, 

dözümlü, təvazökar, xoşagəlimli olmalı, qısa saqqal saxlamalı, dırnaqları  səliqə ilə tutulmuş  və  təmizlənmiş, 

geyimi ağ və ətirli olmalı, evdən çıxarkən çəlik və çətir götürməli, qadınlarla zarafat və boşboğazlığa qətiyyən yol 

verməməli, onlarla bir çarpayıya oturmamalıdır. Həkimin nitqi asta, xoşagələn və həvəsləndirən olmalıdır. Onun 

təmiz və başqalarını düşünən ürəyi, sakit temperamenti olmalıdır. O daim xeyirxahlığa və müdrikliyə can 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə