Humanist pedaqogika,inkluziv təhsilin pedaqogikası.Şagirdyönlü yanaşmanın təmin olunması



Yüklə 5,23 Kb.
tarix24.12.2023
ölçüsü5,23 Kb.
#160313
humanist pedaqogika.sagird yonlu yanasma


Humanist pedaqogika,inkluziv təhsilin pedaqogikası.Şagirdyönlü yanaşmanın təmin olunması
Humanist pedaqogikanın bir elm sahəsi olaraq pedaqoji prosesdəki rolu danılmazdır. İndi cəmiyyətin sosial-mədəni inkişaf parametrləri şəxsiyyətyönümlülük baxımından dəyərləndirilir. Milli-mənəvi dəyərlərimizə münasibət, yeniləşən, modernləşən, ictimai proseslərə humanist meyillərin gətirilməsi istiqamətində iş aparmaq ümumxalq və ümumdövlət səviyyəli bir işdir.
Yəni, hazırkı şəraitdə yeniləşən cəmiyyət humanist prinsiplər əsasında inkişaf etdiyi üçün - bu cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilən məktəb həyatı, müəllim fəaliyyəti də məhz, humanist dəyərlər zəminində formalaşmağı zəruri edir.
Xüsusən, pedaqoji proses təcrübəsində insan (tələbə, şagird) şəxsiyyətini formalaşdırmağın nəzəri-praktik qanunauyğunluqlarını bilməklə bu elmin modernləşmə imkanlarını reallaşdırmaq, insan-təbiət-cəmiyyət vəhdətinin təmin olunması yollarındakı vəziyyətlərini üzə çıxartmaq bu gün daha təkmil metod və vasitələrdən də bu istiqamətdə faydalanmağı zəruri edir.
İnklüziv təhsilin həyata keçirilməsində uşaqyönümlü pedaqoqikanın rolu böyükdür. Müxtəlif psixoloji və pedaqoji ədəbiyyatlarda da qeyd olunduğu kimi, eyni əlilliyə malik olan uşaqlar heç də eyni ehtiyaclara malik deyillər.
İnklüziv təhsilin tətbiq edilməsində ən çox müzakirə olunan nüanslar direktiv orqan və ya təhsil işçilərinin əlilliyi olan uşaqlar üçün xüsusi kurikulum hazırlaması zərurəti və əlilliyi olan uşaqların müvafiq akkomodasiyalar edilməklə eyni kurikuluma necə uyğunlaşa biləcəyidir.
Ancaq şagirdyönümlü pedaqoji yanaşmada təlimin səmərəsini artıran ən vacib amillərdən biri müəllimin davranışıdır. Belə ki, uşaqyönümlü yanaşmada müəllim sinifdəki resurslardan maksimum səmərəli istifadə edir, şagirdlərlə qarşılıqlı ünsiyyət qurur və onların öyrəndikləri bilikləri müxtəlif üsullarla qiymətləndirir.
Şagirdyönümlü təlim məkanlarının xüsusiyyətlərini bildikdə daha uğurlu təlim prosesi qurmaq olar. Belə ki, uşaqların sinif və məktəb daxilində sərbəst hərəkət edə bilmələri, fərdi və qrup şəklində işləmələri, ehtiyac olduqda təlim materiallarını maneəsiz əldə edə bilməsi üçün hər cür şərait yaradılmalıdır.
Şagirdlər dərslərin və məktəb fəaliyyətlərinin məqsədlərini başa düşdükdə daha çox motivasiya olurlar. Uşaqların gündəlik həyatları ilə bağlı nəyi və necə öyrənməni əlaqələndirmək mütləqdir. Bu yalnız müəllimlər şagirdləri ilə əlaqə qurarsa, onlar üçün nəyin mühüm olduğunu və uşaqların bir-biri və həmçinin müəllimi ilə mübadilə etməsi üçün təhlükəsiz hiss edəcəyi rahat bir atmosfer yaranarsa mümkün ola bilər.
Hər bir şagirdin özünəxas ehtiyacları olmaqla yanaşı digər insanlarla oxşarlıq təşkil edən ehtiyacları da olur. Bunu nəzərə alaraq, əlilliyi olan uşaqlar üçün xüsusi pedaqogikanın olmasını deyil, bütün uşaqların tələblərini qarşılayan uşaqyönümlü pedaqogikanın olması ideyasını əsas götürmək lazımdır.
Şagirdin ümumi və özünəməxsus ehtiyacları olmaqla yanaşı, əlillikdən irəli gələn müəyyən spesifik ehtiyacları da ola bilər. Eyni əlilliyi olan uşaqlar heç də eyni ehtiyaclara malik olmur, onlar bir çox baxımdan bir-birindən fərqlənirlər. Məsələn, müəyyən əlilliyi olan bir uşağın eyni əlilliyi olan başqa bir uşaqla deyil, əlilliyi olmayan bir uşaqla daha çox ortaq maraqları və ehtiyacları ola bilər.
Yüklə 5,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə