Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə12/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   8   9   10   11   12   13   14   15   ...   103

inkişaf  etdirərək  sənayeni  əkinçiliyin  hərəkətverici  amili

adlandırır  və  deyirdi  ki,  yalnız  sənaye  kənd  təsərrüfatı

istehsalını irəli apara bilər.

Sosializm cəmiyyəti bütün üzvlərinin yaxşı güzəra-nını və

hərtərəfli mənəvi inkişafını təmin edir. V.İ. Lenin göstərirdi:

"Keçmişdə insanın bütün zəkası, onun bütün dühası yalnız,

bəzilərinə texnika və mədəniyyətin bütün nemətlərini ver -

mək, başqalarını isə ən zəruri şeydən – maarif və inkişafdan

məhrum  etmək  üçün  yaradırdı.  İndi  isə  texnikanın  bütün

xariqələri, mədəniyyətin bütün nailiyyətləri ümumxalq malı

olacaqdır və bundan sonra insan zəkası və dühası heç bir

zaman zorakılıq vasitəsinə, istismar vasitəsinə çevrilməyə-

cəkdir".

Sosializm ictimai quruluşunun ən ümdə nailiyyətlərindən

biri  vaxtilə  geridə  qalmış,  dağınıq  kəndli  təsərrüfatlarını

güclü istehsal vasitələrinə əsaslanan, texnikaya arxalanan

kollektiv təsərrüfatda birləşdirmək oldu.

Sov. İKP Proqramında deyilir: "Kolxoz forması, kənddə

müasir  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsinə  və  tələ -

batına tamamilə uyğundur, yeni texnikanı və elmin nailiy -

yətlərini səmərəli surətdə tətbiq etməyə, əmək mənbələrindən

faydalı şəkildə istifadə etməyə imkan verir… Kolxoz quru -

luşundakı imkanlardan və üstünlüklərdən hərtə rəfli istifadə

etmək lazımdır"



1

.

Sov. İKP fevral (1964-cü il) Plenumu kənd təsərrüfatında



istehsal-iqtisadi  bazanın  kökündən  dəyişməsi,  kolxoz  və

sovxozların texnika üzrə daha yaxşı təchiz edilməsi və gözəl



Zəkanın gücü

45

                                                      

Sоv. İКP Prоqrаmı. Аzərnəşr, 1961, S.73


kadrlar yetişməsini nəzərə alaraq intensivləşdirməni daha da

gücləndirməyi təxirə salınmaz vəzifə olaraq irəli sürdü. Sov.

İKP-nin  oktyabr  və  noyabr  (1964)  Plenumlarından  sonra

partiyanın  bu  sahədəki  işi  daha  da  konkretləşdi.  Mərkəzi

Komitənin mart (1965) Plenumunun qərarları partiyanın bu

istiqamətdəki işinə gözəl nümunədir.

Lenin  komsomolu  həmişə  olduğu  kimi,  partiyanın

müəyyən etdiyi bu vəzifələrin də həyata keçirilməsində par-

tiya  təşkilatlarının  köməkçisi  olmuşdur.  O,  partiyanın  bu

çağrışına da böyük əmək nümunələri ilə cavab vermişdir. Bu

sahədə  ÜİLKGİ  MK-nın  mart  Plenumu-nun  (1964)  və

Azərbaycan  LKGİ  MK-nın  sentyabr  (1964)  Plenumunun

qərarları xüsusi əhəmiyyət kəsb etmişdir.

Sov. İKP fevral (1964-cü il) Plenumundan sonra keçirilən

ÜİLKGİ  MK  V  plenumu  ümumxalq  işində  -  kənd

təsərrüfatının intensivləşdirilməsi işində Lenin komsomolu-

nun, sovet gənclərinin konkret iştirakı məsələlərini müzakirə

etdi. 1964-cü ilin sentyabrında Azərbaycan LKGİ MK III

plenumu intensivləşdirmə ilə əlaqədar olaraq "Respublikanın

kənd komsomol təşkilatları tərəfindən qəbul edilmiş öhdə -

çiliklərin yerinə yetirilməsi haqqında" məsələni müzakirə

etdi.  Plenum  göstərdi  ki,  vəzifə  gübrələri  geniş  istifadə

etməklə hər hektardan yüksək məhsul götürməkdən, suvar -

manı,  kompleksli  mexanikləşdirməni  inkşaf  etdirməkdən,

elmi və qabaqcıl təcrübənin nailiyyətlərini tətbiq etməkdən

ibarətdir.  Plenum  komsomol  təşkilatlarını  Özbəkistan

gənclərinin nəcib təşəbbüsünə qoşularaq, qarğıdalıdan ildə

iki  dəfə  məhsul  götürməyə  çağırdı  və  başqa  sahələr  üzrə



Sahib Sailov

46


mübariz vəzifələr irəli sürdü.

Buna cavab olaraq respublikanın kolxoz kəndinin oğlan

və qızları bu sahədə böyük işlər görmək əzmində olduqlarını

göstərdilər. Respublikamızın kolxoz və sovxozlarının bərə -

kətli tarlalarında məhsul uğrundakı mübarizədə gənclər ön

sırada gedirdilər. Respublikanın komsomolçuları kənd təsər -

rüfatının intensivləşdirilməsi vəzifəsinə uyğun olaraq 1964-

cü ildə 80 min hektar pambıq sahəsinin becərilməsini, hər

hektardan  25  sentner  məhsul  götürməyi,  30  min  ton

məhsulun ma-şınla yığılmasını öhdələrinə aldılar. Daha sonra

suvarılan torpaqların hər hektarından 35-40 sentner qarğıdalı

dəni, 3000-4000 sentner yaşıl kütlə, 40-50 sentner çəltik və

20-25 sentner taxıl əldə etmək, 70 heyvandarlıq fermasını

mexanikləşdirmək və 4500 gənci heyvandarlıq fermalarına

göndərmək haqqında öhdəçilik müəyyən edildi.

Kənd təsərrüfatı istehsalını intensivləşdirmədə kimyanın

rolu  böyükdür.  Sov.  İKP  MK  dekabr  (1963-cü  il)  Plenu-

munda irəli sürülən "Böyük kimya yaratmaq" şüarı komso-

molun mübariz şüarına çevrildi. 350 nəfər gənc, komsomol

putyovkası  ilə  Sumqayıt  superfostfat  zavoduna  daimi  işə

göndərildi. Respublikada dövrəvi komsomol nəzarəti təşkil

edildi. Gübrələrin zavodda istehsalından nəqliyyat vasitəsi

ilə daşınması və torpağa verilməsinə qədər bütün proses kom-

somol nəzarəti altına alındı. Kimya biliklərinin təbliğinə xü-

susi fikir verildi. Həmin ilin yay tətili günlərində 4.000 nəfər

ali məktəb tələbəsi zəhmətkeşlər qarşısında mühazirələrlə

çıxış etdilər.

Əmək məhsuldarlığını yüksəltmək amillərindən biri də



Zəkanın gücü

47


mədən və üzvi gübrələrdən düzgün istifədə etməkdən ibarət

idi. Gübrənin saxlanması və səmərəli tətbiqi məsələləri də bu

dövrdə  komsomolun  diqqət  mərkəzində  olmuşdur.  Azər -

baycan  LKGİ  Mərkəzi  Komitəsi  mədən  gübrələrindən

hərtərəfli və düzgün istifadə olunması işini yaxşılaşdırmaq

məqsədilə bir sıra tədbirlər müəyyən etdi. Azərbaycan LKGİ

Mərkəzi Komitəsi, Kənd Təsərrüfatı Məhsulları İstehsalı və

Tədarükü Nazirliyi, Azərbaycan Kənd Təsərrüfatı Texnikası

Birliyi  mədən  gübrələrinin  istehsalat  idarələri  arasında

düzgün bölünməsinə nəzarət etdi. Azərbaycan SSR Elmlər

Akademiyası və Azərbaycan  Dövlət Universitetinin aspi rant -

ları, tələbələri kolxoz və sovxozlarda aqrokimya xəritələrinin

hazırlanmasına cəlb olundu.

Respublika  komsomolu  gübrələrin  saxlanılması  işini

hamiliyə  götürdü.  Bu  sahədə Azərbaycan  LKGİ  Mərkəzi

Komitəsinin oktyabr (1963) Plenumunun qə-rarları mühüm

rol oynayırdı. Plenum gübrələrdən isti-fadə edilməsinin və

saxlanılmasının  yarıtmaz  olduğunu  göstərdi.  Plenumun

materiallarında göstərilirdi ki, "Yeddiilliyin beşinci ilində 190

min hektar dənli bitkilər sahəsinə (xüsusən buğda sahələrinə)

gübrə  verilməli  idi.  Lakin  cəmi  26,  7  min  hektara  gübrə

verilmişdi.  Daşın-mış  gübrədən  1.000  tonundan  istifadə

olunmamış, yəni daşınıb sahələrə verilməmişdir.

Azərbaycan LKGİ MK bu plenumunun qərarları əsasında

komsomol təşkilatları gübrənin saxlanması üçün kolxozların

və briqadaların nəzdində mərkəzləşdirilmiş anbarlar tikilməsi

təşəbbüsünü  irəli  sürdülər.  Salyan  rayonundakı  Şaumyan

adına kolxoz komsomol təşkilatı briqadalar nəzdində gübrə



Sahib Sailov

48


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə