Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə20/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   16   17   18   19   20   21   22   23   ...   103

YÜKSƏLİŞ YOLLARINDA

1

Partiyamızın  XXIII  qurultayının  tarixi  qərarları  ilə

silahlanmış  xalqımız  təsərrüfatın  və  mədəni  quruculuğun

bütün  sahələrini  inkişaf  etdirmək,  ölkədə  məhsul  bolluğu

yaratmaq və beləliklə, kommunizmin təntənəsini sürətləndir -

mək üçün böyük ruh yüksəkliyi ilə çalışır. Bu zəfər yürüşün -

də inamla irəliləyirlər.

Son illərdə rayonumuzda tərəvəzçiliyə böyük diqqət ye-

tirilir. Əgər 1959-cu ildə rayonda cəmi 453 hektar tərəvəz

əkilmiş və hər hektardan 106 sentner məhsul götürülmüş -

düsə, 1966-cı ildə əkin sahələri 2.269 hektara və məhsul -

darlıq  143,1  sentnerə  çatdırılmışdır.  Həmin  il  1959-  cu

ildəkindən  təqribən  28  min  ton  artıq  məhsul  istehsal

olunmuşdur.

Heyvandarlıq, çayçılıq və təsərrüfatın digər sahələrində də

ciddi  müvəffəqiyyətlərimiz  vardır.  Əgər  1959-cu  ildə  hər

hektardan 9,34 sentner yaşıl çay yarpağı yığılmışdısa, keçən

il  bu  rəqəm  15,7  sentner  olmuşdur.  Həmin  illərdə  çay

plantasiyaları 130 hektar genişləndirilmişdir.

Bütün bu müvəffəqiyyətlər rayon partiya komitəsi və ilk

partiya  təşkilatlarının  geniş  təşkilatçılıq  fəaliyyətinin

nəticəsidir. Rayon partiya komitəsi öz fəaliyyətində birinci

növbədə kommunistlərə və bitərəf fəallara arxalanır. Rayonda

1.400  nəfərdən  çox  kommunist  vardır.  Onlar  təsər rü fatın

həlledici  sahələrində  yerləşdirilmişlər.  Təsərrüfatların

hamısına  kommunistlər  başçılıq  edirlər.  Kənd  kommu -



Zəkanın gücü

75

                                                      

“Kənd həyatı” jurnalı, Bakı, 1967-ci il, №7, səh14-16 


nistlərinin 648 nəfəri bilavasitə istehsalatda çalışır: manqa,

briqada  və  şöbələrə,  maşın-traktor parklarına  rəhbərlik

edənlərin 493 nəfəri kommunistdir.

Sovxozlarımız mütəxəssis kadrlarla kifayət qədər təmin

olunmuşdur. İndi təsərrüfatımızda çalışan ali və orta təhsilli

kənd təsərrüfatı mütəxəssislərinin sayı 228 nəfərdir. Sovxoz

direktorlarından on bir nəfəri ali təhsilli, bir nəfəri isə kənd

təsərrüfatı  elmləri  namizədidir.  Baş  aqronomların  yeddi

nəfərinin natamam ali təhsili vardır. 14 iqtisadçının hamısı

iqtisadi təhsilə və çoxillik təcrübəyə malikdir.

İşin gedişində çox zaman elə məsələlər ortaya çıxır ki,

bunların operativ həlli bu və ya digər təsərrüfatın fəaliyyəti

üçün həlledici əhəmiyyət kəsb edir. Belə məsələlərin həllində

kommunistlər rayon partiya komitəsinə yaxından köməklik

göstərirlər.  Məsələn,  keçən  il  sovxozlarda  mal-qaranın

qışlamasına hazırlığın vəziyyətini yoxlamaq lazım idi. Rayon

partiya komitəsi bu məqsədlə xalq nəzarəti komitəsinin sədri

H. Əliyev yoldaşın rəhbərliyi ilə rayon istehsalat idarəsinin

rəisi M. İbrahimov, rayon komsomol komitəsinin birinci

katibi  F.  Bağırov,  baş  zootexnik  Ə.Babayev  və

başqalarından  ibarət  komissiya  təşkil  etdi.  Yoxlama

nəticə-sində "Partiyanın XXII qurultayı", "Sosializm", sub-

tropik bitkilər sovxoz larında və Kuybışev adına sovxozda

ciddi nöqsanlar ortaya çıxdı. Yoxlamanın nəticəsi rayon par-

tiya komitəsinin bürosunda müzakirə edildi və nöqsanların

aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirildi:

bütün tövlələr təmir edilib, qışa tam hazır vəziyyətə gətirildi.

Mal-qaranın  düzgün  zootexniki  qaydada  yemlənməsi



Sahib Sailov

76


üzərində nəzarət gücləndirildi, fermalarda gecə növbətçiləri

təşkil olundu. Eyni zamanda fermalara gedib-gəlmək üçün

nəqliyyat  vasitələri  ayrıldı,  çobanlar  qəzet  və  jurnallarla

təmin olundu, onların mədəni-məişət şəraiti yaxşılaşdırıldı.

Bu  tədbir  öz  nəticəsini  göstərdi:  sovxozlarda  iş  qaydaya

düşdü. Süd istehsalı artdı və dövlətə məhsul satışı planları

yerinə yetirildi.

Aranda yerləşən 11 sovxozun hamısı rentabelli işləyir.

Lakin dağ zonasındakı Kuybışev adına, "Komsomol" 

"Sosializm" sovxozları haqqında bu sözləri demək olmaz. Bu

təsərrüfatlar  zərərlə  işləyirlər.  Buna  görə  də  biz  ən  yaxşı

iqtisadçı və mütəxəssislərdən ibarət briqadalar təşkil edib

həmin  sovxozlara  göndərmişik.  Onlara  təsərrüfatların

iqtisadiyyatını  dərindən  öyrənmək  və  həmin  sovxozları

qabaqcıllar  sırasına  çıxarmaq  üçün  təkliflər  hazırlamaq

tapşırılmışdır. Briqada hazırda ciddi iş aparır.

Raykom  son  illərdə  adamların  tərbiyəsinə,  onlarda

məsuliyyət hissinin artırılmasına, habelə kadrların düzgün

seçilib yerləşdirilməsinə diqqəti xeyli artırmışdır. Mən buna

aid bir misal göstərəcəyəm.



A.Əliyev, Astara rayonundakı subtropik bitkilər sovxozu-

nun direktoru belə demişdir: Qoy həmişə bahar olsun!

Sovxozun keçən il kommunist əməyi kollektivi adına layiq

görülmüş, bu il isə yüksək dövlət mükafatı-Qırmızı Əmək

Bayrağı ordeni ilə təltif olunmuşdur. Bir sözlə, təsərrüfa -

tımızda bayram-bayrama, şadlıq-şadlığa qarışmışdır. Yaradıcı

əməyə göstərilən qayğıya görə fəhlələrimiz doğma Kommu-

nist Partiyası və Sovet hökumətinə dərin minnətdardılar.



Zəkanın gücü

77


Təsərrüfatımız  qoca  Talışın  ən  mənzərəli  guşələrindən

birində yerləşir. Vaxtilə bu yerlər keçilməz bataqlıq, vəhşi

heyvanlar oylağı idi. İndi burada özgə cah-cəlal vardır. Xoş

iqlim, gözəl ab-hava kəndimizi subtropik bitkilər məskəninə

çevirmişdir.  Burada  həmişə  bahardır.  Həmişəyaşıl  sərv,

göylərə  baş  çəkən  evkalipt,  mimoza,  oleandra,  pekan  -

Amerika  qozu  və  başqa  nadir  ağaclar  qəsəbəmizə  xüsusi

yaraşıq verir, onun qışını da bahara döndərir. Biz Eldar şamı,

muşmula (yapon əzgili), Cənubi Braziliyada bitən maqnoliya,

yasəmən gülü kimi bitkilər də yetişdiririk. Lakin əlbəttə,



limon,  narıngi,  portağal,  feyxoa,  nəcib  dəfnə  yarpağı,

tunq bitkiləri sovxozumuzun iqtisadiyyatının əsası olaraq

və sürətlə inkişaf etdirilir.

Fəhlələrimiz  dövlət  planlarına  ləyaqətlə  əməl  edirlər.

Təkcə keçən il dövlətə plandan əlavə 93 ton narıngi, 142 min

ədəd  limon  təhvil  vermiş,  77  ton  dəfnə  yarpağı,  142  ton

feyxoa istehsal etmişik.

Çayçılığın da inkişafına xüsusi diqqət yetiririk. Hazırda

103 hektar çay plantasiyamız vardir. Beşilliyin sonunadək

çay sahəsi dana 50 hektar artırılacaqdır. Keçən il dövlətə

plandan əlavə 18 ton yaşıl çay yarpağı təhvil vermişik.

Arıçılarımızın, heyvandarlarımızın, tərəvəzçimizin də işi

fərəhlidir. Bildir dövlətə 70 ton əvəzinə 134 ton süd təhvil

verilmiş, tərəvəz təhvili tapşırığı 112 faiz ödənilmişdir.

Qarşıdakı  el  bayramı  və  yüksək  hökumət  mükafatı

fəhlələrimizi daha yaxşı işləməyə, məhsul istehsalını artırmaq

uğrunda mübarizəyə ruhlandırmışdır. Bu il dövlətə plandan

əlavə 9 ton yaşıl çay yarpağı, 600 ton faraş tərəvəz, çoxlu



Sahib Sailov

78


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə