Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə28/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   24   25   26   27   28   29   30   31   ...   103

kommunizm quruculuğunun hazırki mərhələsində kommu -

nistlərdə və bütün sovet adamlarında intizam və məsuliyyət

kimi mühüm keyfiyyətlər tərbiyə etmək partiya təşkilatlarının

əsas vəzifəsidir.

Məsuliyyət və intizamı bir-birindən ayrı təsəvvür etmək

mümkün deyildir. Onlar üzvi vəhdət kimi kommunistlərə,

zəhmətkeşlərə xas olan sifətlərdir. Məsuliyyət vətənə, xalqa

sədaqətlə xidmət etmək, kommunizm quruculuğu uğrunda

fədakarlıqla mübarizə aparmaq deməkdir. Bu səbəbdən də

kommunist həmişə ön cərgədə getməli, ən çətin vəzifələrin

öhdəsindən şərəflə gəlməlidir.

Kommunistin partiyalılığı, onun ideya inamı, partiya və

xalq qarşısında məsuliyyəti ilk növbədə onun ümumi işdə

necə  iştirak  etməsi,  istehsalın  inkişafına  nə  verməsi,  öz

təşkilatının işində fəal iştirakı ilə müəyyənləşdirilir. Vladimir

İliç Lenin dönə-dönə göstərirdi ki, partiya üzvü əmək inti -

zamında hamıdan irəlidə getməli, Nizamnamənin pozul ması

hallarına  barışmaz  olmalıdır.  Qarşıda  duran  əzəmətli

vəzifələri  siyasi  cəhətdən  başa  düşməklə  yanaşı,  həm  də

həmin vəzifələrin həyata keçirilməsində fəal iştirak etməlidir.

"Bu halda hər bir adi fəhlə… deyər: "Sən elə daim göstərirsən

ki,  necə  qurmaq  istəyirsən,  sən  işdə  göstər  ki,  necə  qura

bilirsən.  Əgər  qura  bilmirsənsə,  onda  bizim  yolumuz  bir

deyil, rədd ol!". Həm də o haqlı olar" ( V. İ. Lenin, Əsərləri,

33-cü cild, səh. 57).

Qasım İsmayılov Rayon Partiya Komitəsi dahi rəhbərin

göstərişlərinə  əməl  edərək  kommunistlərdə  məsuliyyət

hissinin artırılması, təsərrüfatda və istehsalatda onların avan-



Zəkanın gücü

107


qard rolunun təmin edilməsi sahəsində xeyli iş görmüşdür.

İndi rayonumuzda olan 74-75 ilk patiya təşkilatı 2.206 Sov.

İKP üzvünü və üzvlüyə namizədi birləşdirir. Kommunistlərin

1.180 nəfəri kənd təsərrüfatının müxtəlif sahələrində çalışır,

192 nəfəri isə fəhlədir. Onlar maddi nemətlər istehsalında

əmək xariqələri yaradır, əkinçiliyin mədəniyyətini durmadan

yüksəldir, məhsul istehsalını artırırlar. Bizdə elə bir kolxoz,

sovxoz,  briqada,  ferma  tapılmaz  ki,  orada  kommunistlər

irəlidə  getməsinlər.  Bütün  kolxozlara,  74  tarlaçılıq  briqa -

dasına, 30 taxılçılıq və yemçilik briqadasına kommu nistlər

başçılıq edirlər. Rayon partiya komitəsi təsərrüfatın bütün

sahələrində kommunistlərin fəallığının artırılmasına, onların

qabaqcıllığının təmin edilməsinə ciddi fikir verir. Buna görə

də onlar beşilliyin dördüncü ilində kənd təsərrüfatını inkişaf

etdirməkdə daha yüksək göstəricilərə nail olmuşlar. Kənd

əməkçilərinin  əlbir  səyi  nəticəsində  keçən  il  dövlətə  illik

pambıq satışı planı 104,5 faiz, taxıl satışı planı 125,3 faiz,

üzüm satışı tapşırığı 5,7 dəfə, ət satışı planı 126 faiz, süd

satışı  planı  124  faiz  yerinə  yetirilmişdir.  Sənaye

müəssisələrimizin  kollektivləri  də  ili  qələbələrlə  başa

vurmuşlar.  Rayonumuzdakı  elektrik  avadanlığı  zavodu,

pambıq təmizləmə zavodu, ixtisaslaşdırılmış Naftalan neft

mədəni, geoloji kəşfiyyat idarəsi, daş karxanası, subartezian

quyuları idarəsi bir qayda olaraq aylıq planları artıqlaması ilə

yerinə yetirir. Bu müəssisələrdə çalışqan kommunistlər sözün

əsl mənasında kollektivin avanqardı kimi hərəkət edirlər.

Rayon partiya komitəsi tapşırılmış iş üçün kommunist lərin

məsuliyyət hissinin artırılması sahəsində özünü doğrultmuş



Sahib Sailov

108


formalardan istifadə edir. Belə formalardan biri büro iclas -

larında, yığıncaqlarda kommunistlərin hesabatının dinlənil -

məsidir. Kommunist necə işlədiyi, nəzəri və ideya hazırlığını

artırması, ixtisasını təkmilləşdirməsi və s. barədə öz yoldaş -

larına məlumat verir.

Əlbəttə, deyəcəksiniz əvvəllər belə hesabatlar dinlənil -

mirdi? Dinlənilirdi. Amma necə? Əgər iclasda və yığıncaqda

kommunisti dinləyirdilərsə, deməli, həmin şəxs nə isə bir

qəbahətə yol vermişdi. İndi isə belə deyildir. Kommunistlər

öz yoldaşlarının partiya Nizamnaməsi tələblərini necə yerinə

yetirmələrinə nəzarət edir, ona ağıllı məsləhətlər verir, öz

tənqidi qeydlərini bildirirlər. Hesabat ayrı-ayrı kommunist -

lərin işində və davranışında olan nöqsanı vaxtında görməyə

və onun qarşısını almağa imkan verir. Belə bir ölçü Sov. İKP

XXIII qurultayı tələblərini yerinə yetirməyə də uyğundur.

Qurultaya  Mərkəzin  hesabatında  göstərilir:  "Vəzifə  öz

təşkilatında və bütünlükdə partiyada işlərin vəziyyəti üçün

hər  bir  kommunistin  məsuliyyət  hissini  yüksəltməkdən,

partiyanın bütün üzvlərinə tələbkarlıq göstərməkdən, partiya

və dövlət intizamını pozanlar barəsində, öz partiya vəzifə -

lərini unudan və partiyaya mənsubiyyətin guya ona müəyyən

imtiyazlar verdiyini güman edənlər barəsində liberalizmə yol

verməkdən ibarətdir". Rayon partiya komitəsi bəzi ilk partiya

təşkilatlarının bu sahədə qazandıqları müsbət təcrübəni təbliğ

etməyi lazım bilmişdir.

Kommunistlərin məsuliyyət hissinin artırılması nəticəsidir

ki,  keçən  ilki  əlverişsiz  iqlim  şəraiti  bizim  üçün  qorxulu

olmadı. Rayon zəhmətkeşləri böyük əzmkarlıqla çalışaraq



Zəkanın gücü

109


əvvəlki illərdən daha çox məhsul götürdülər.

Adamlarda məsuliyyət hissinin artırılmasına təsir edən ən

sınanmış  formalardan  biri  tez-tez  yerlərdə  olub  onlarla

görüşməkdir. Belə görüşlər, yerlərdə olan nöqsanları aşkara

çıxarmağa imkan verir, onların vaxtında aradan qaldırıl ma -

sını asanlaşdırır. Bir qayda olaraq rayon partiya komitəsinin

katibləri, büro üzvləri və təlimatçılar tez-tez yerlərə gedir,

vəziyyəti öyrənir, təşkilat və təsərrüfat məsələlərinin həllində,

plan və öhdəliklərin yerinə yetirilməsində, kadrların seçilib

yerləşdirilməsində ilk partiya təşkilatlarının rolunun və ayrı-

ayrı kommunistlərin məsuliyyətinin və fəallığının artırılması

işinə kömək göstərirlər.

Məsuliyyətin, intizamın artırılmasına, adamların fəallığı -

nın yüksəldilməsinə təsir edən mühüm amillərdən biri də

maddi həvəsləndirmə tədbirləridir. Keçən il götürdüyümüz

öhdəlikləri  vaxtında  və  artıqlaması  ilə  yerinə  yetirmək

məqsədi ilə bir sıra mühüm tədbirlərimiz olmuşdur. Pambıq

əkinlərinin becərilməsi zamanı mexanizatorların, suçuların

və  kənd  təsərrüfatı  mütəxəssislərinin  zona  müşavirələri

keçirilmiş, qabaqcıl suçular qiymətli hədiyyələrlə mükafat -

landırılmış,  "Əlaçı  suvarma  ustası"  döş  nişanı  ilə  təltif

edilmiş,  24  nəfər  suçuya  rayon  partiya  komitəsinin  Fəxri

Fərmanı verilmişdir. Taxıl yığımına hazırlıq dövründə isə

kombaynçıların 2 dəfə zona toplanışı keçirilmişdir. Rayonda

çıxan "Mübariz" qəzetində və ayrıca bülletendə pambıq çılara

və taxılçılara müraciət dərc edilmişdir. Bütün bunlar kütlələri

yüksək məhsul uğrunda mübarizəyə səfərbərliyə almaqda

həlledici rol oynamışdır. Təsərrüfata partiya rəhbərliyinin



Sahib Sailov

110


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə