Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə25/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   21   22   23   24   25   26   27   28   ...   103

dim,  orada  MK-nin  rəhbərliyindən  gəlmiş  MK-nin  katibi

Qənbər  Kazımov  RPK-nin  Təşkilat  Plenumunu  keçirdi.

Təşkilat Plenumunda məni RPK-nin birinci katibliyindən və

büro üzvlüyündən azad etdilər. Mənim yerimə nəzərdə tutu-

lan İstehsalat İdarəsinin rəisi, RPK-nin büro üzvü Məmmə -

dağa İbrahimov birinci katib seçildi. Səhərisi gün RPK-nin

bütün aktivi RPK-nə gələrək məni yola saldılar. Seçilən yeni

birinci katib Məmmədağa İbrahimov başda olmaqla RPK-nin

Plenum üzvləri və aparatın işçiləri, kolxoz və sovxozların

sədr və direktorları yola salanlar arasında idilər. Beləliklə,

RPK-nin aktivi məni Lənkəranın Nərimanabad qəsəbəsinə

qədər maşın karvanı ilə yola saldılar. Mən həmin qəsəbənin

yaxınlığında magistral yolda düşüb, bütün yoldaşların geri

qayıtmasını xahiş etdim. Beləliklə, iki maşın və bir neçə nəfər

yoldaşlar məni axıra kimi müşayiət edilər. 

***

Qasım  İsmayılov  rayonunda  birinci  növbədə  ən  çətin

sahələrdən  biri  olan  pambıqçılığın  inkişafı  məsələləri  ilə

məşğul olmağa başladım. O zaman Qasım İsmayılov (Goran-

boy)  rayonu  14.200  ton  pambıq  verirdi.  Pambıqçılığın

inkişafı üçün ən çətin sahələrdən biri su çatışmamazlığı idi.

Əsas məsələ dağ çaylarından gələn yağış sularının vasitəsilə

və  subartezian  quyuları  istismar  idarəsinin  təşkil  etdiyi

sistemlə Artezian quyularının fəaliyyətini nizamlamaq idi.

Bu  çox  böyük,  qlobal  problem  olduğu  üçün  Respublika

Nazirlər Sovetinin, Respublika Su Təsərrüfat Nazirliyinin

qarşısında məsələ qaldırdıq. 



Zəkanın gücü

95


***

Rayonda kənd təsərrüfat işləri ilə yanaşı, bir çox mühüm

məsələlərlə də məşğul olmalı idim. Birinci növbədə Partiya

Aparatında sağlam, işgüzar şəraitin yaradılması, kadrların

seçilib yerləşdirilməsi, ilk partiya təşkilatlarına rəhbərlik, ray-

onun  maarif  səhiyyə  sahəsində  olan  gerilikləri  aradan

qaldırmaq,  səhiyyə  şöbəsində  kadr  dəyişiklikləri,  maarif

şöbəsində  məktəblərin  tikintisi  və  kadr  dəyişiklikləri  ilə

məşğul  olmaq,  yerində  olmayan  təsərrüfat  rəhbərlərinin,

xüsusilə kolxoz sədrlərinin dəyişdirilməsi vacib məsələ idi.



***

Rayonda  sağlam  əhvali-ruhiyyə  yox  idi.  Hələ  MK-də

söhbətdə olarkən Qasım İsmayılova getməyimi eşidən inzi-

bati orqanlar şöbəsi məni şöbəyə dəvət etdi. Şöbənin müdir

müavini  Vasili  Quluşenko  inzibati  orqanlar-  prokurorluq,

məhkəmə və milis orqanlarının rəhbərləri arasında gedən in-

triqa və yazışmaların qovluğu ilə məni tanış etdi. Material-

larla tanış olarkən aydın oldu ki, uzun müddətdir prokurorla

məhkəmə yola getmir, aralarında olan qeyri-sağlam əhvali-

ruhiyyə rayon milis şöbəsinin işinə də mənfi təsir göstərir.

Mən  birinci  növbədə  prokuror  Şakir  Kərimovla,  hakim

Hüseynovla, milis rəisi Mustafayevlə ayrı-ayrılıqda və axırda

birlikdə söhbət etdim. Belə qənaətə gəldim ki, prokuror və

məhkəmənin sədri bu rayondan getməlidir. Bunların hər ikisi

yeni kadrlarla əvəz olunmalıdır. Bu barədə MK-nin inzibati

orqanlar şöbəsinə müraciət etdim. MK-nin inzibati orqanlar

şöbəsi RPK-nin təklifini qəbul edərək prokurorun başqa rayo -

Sahib Sailov

96



na göndərilməsi, yeni kadrla əvəz edilməsi, eləcə də hakimin

yerinin dəyişdirilməsi məsələləri ilə razılaşdı. Rayona yeni

prokuror kürd C.Allahverdiyev, xalq hakimi Seyid Bayramov

göndərildi. Milis rəisi Mustafayevə isə yerində saxlanılaraq

nöqsanları düzəltməsi haqqında tapşırıqlar verildi. Bu zaman

RPK-ni ən çox narahat edən məsələlərdən birisi rayondan

gedən ərizə və şikayətlər idi. Ərizə və şikayətlər məndən

qabaq işləmiş Qədim Əhmədov və başqa məsələlər haqqında

idi. Xüsusilə PK-nin düzgün olmayan qərarlarından şikayət

olunurdu.  AKP  MK-nin  partiya  komissiyası  Tamara

Mıkırtıçovanın  rəhbərliyi  ilə  yoxlama  materiallarını

aydınlaşdırmaq  üçün  rayona  gəldi.  Aparılan  yoxlama

nəticəsində nöqsanların aradan qaldırılması üçün büro mü-

vafiq tədbirlər gördü. Açıq etiraf edim ki, RPK-nin aparatında

da sağlam əhval ruhiyyə yox idi. Onun nəticəsi olaraq RPK-

nin ikinci katibi Təfildar Əliyev Gülsüm Mehdiyeva ilə əvəz

olundu. Təsərrüfat və təşkilat üzrə katib Firuzə Rüstəmovanı

Rəsul Baxşəliyevlə əvəz etdik. Rayon İstehsalat İdarəsinin

rəisi Məcid Süleymanovu Hüseyn Rüstəmovla əvəz etdik.

Təxminən rayonda kadrların seçilib-yerləşdirilməsi üçün bir

il vaxt lazım oldu. Bu müddət ərzində bir sıra kolxoz sədrləri,

idarə  rəhbərləri,  xüsusilə  maarif  sahəsində  Maarif  şöbə

müdirinin, məktəb direktor larının, xüsusilə səhiyyə sahəsində

Səhiyyə şöbə müdirinin və digər əlaqədar təşkilatların kadr

islahatları  həyata  keçirildi.  Çəkdiyim  bu  əziyyət  artıq  bir

ildən  sonra  öz  bəhrəsini  verməyə  başladı.  Rayonun  kənd

təsərrüfatı  sahəsində  çalışan  kolxoz  sədrləri,  pambıqçılıq

briqadirləri,  heyvandarlıq  fermalarının  müdirləri  seçilib



Zəkanın gücü

97


yerləşdirildikdən sonra işlər nizama düşdü.

Rayonda  pambıqçılığın,  heyvandarlığın,  taxılçılığın

inkişafında mühüm mərhələ başladı. Ciddi intizam qaydası

yaradıldı. Hər kəs öz yerini bildi, vəzifəsinin icrasına diqqətlə

yanaşdı. Mən etiraf etməliyəm ki, o vaxtı Qasım İsmayılovda

işləyən  bir  çox  kolxoz  sədrləri  raykom  katibi  vəzifəsi

səviyyəsində işləyirdilər. O cümlədən Karl Maks kolxozunun

sədri Azərbaycan KP-sı Mərkəzi Komitəsinin plenum üzvü

Qurban Qurbanov, Azərbaycan kolkozunun sədri Əliş İsayev,

Telman kolxozunun sədri Zöhrab Əhmədov, Jdanov kolxozu-

nun  sədri  Manya  İsayeva  və  başqaları  intizam  nümunəsi

göstərərək  çalışırdılar.  Lakin  özündən  razı  olan,  kolxoz

əmlakını dağıdan elə adamlar da vardı ki, düşünürdülər ki,

onları  məsuliyyətə  cəlb  etmək  qeyri  mümkündür.  Belə

təsərrüfat rəhbərlərindən biri Mirzə Fətəlli Axundov adına

kolxozun  sədri  Oruc  Kərimov  idi.  Kolxozun  təsərrüfat

fəaliyyəti yoxlanıldıqdan sonra RPK-nin bürosunda müzakirə

olundu,  materiallar  prokuraturaya  verildi,  Oruc  Kərimov

qaçıb gizlənsə də 4 aydan sonra tapılıb gətirilərək öz layiqli

cəzasını aldı. 



***

Həmişə insanlar pis və ya yaxşı əməlləri ilə yadda qalır.

Qasım İsmayılov rayonunda (indiki Goranboy) işləyəndə inz-

ibati orqanların yola getməyib intriqa apardıqlarını yazmış -

dım. Bəzən kadr dəyişikliyi də yaxşı nəticə vermir. Rayona

yeni təyin olunmuş prokuror kürd Cəfər Allahverdiyev əvvəl -



Sahib Sailov

98


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə