Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə33/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   29   30   31   32   33   34   35   36   ...   103

6-16 yaşlı uşaqların dəqiq siyahısı aparılmış, qəsəbə və kənd

Sovetlərində dürüst ləşdirilmiş, 1970-1971-ci dərs ili üçün

məktəblərin təxmini şəbəkəsi tərtib edilərək respublikanın

Maarif Nazirliyinə təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, icbari təhsilin həyata keçiril mə -

sinə nəzarət etmək, məktəb yaşlı uşaqların təhsilə cəlb olun -

masını təmin etmək məqsədi ilə yerli Sovetlərin nəzdində

ictimai əsaslarla işləyən şöbələr yaradılmışdır. Həmin şöbələr

vaxtaşırı reydlər keçirmiş, yaşayış məntəqələrində məktəb

yaşlı uşaqların dəqiq siyahısını aparmış və tamamilə təhsilə

cəlb olunmasını təmin etmişlər. Keçən dərs ilində icbari təhsil

fondu  hesabına  ehtiyacı  olan  şagirdlərə  6500  manat

məbləğində yardım edilmişdir. Məhz bunun sayəsində cari

dərs  ilində,  xalq  təsərrüfatı  planına  görə  rayonun  62

məktəbinə  15830  nəfər  şagird  cəlb  edilməli  ikən,  16084

şagird  cəlb  edilmişdir  ki,  bu  da  xalq  təsərrüfatı  planında

nəzərdə tutulduğundan xeyli artıqdır.

Bu onun nəticəsidir ki, hələ yeni dərs ilinə başlamazdan

əvvəl rayon partiya komitəsi büroda məktəblərin işinə aid

məsələ müzakirə etmiş və lazımi tədbirlər görmüşdür. Sov -

xoz və kolxozların, idarə və müəssisələrin rəhbərləri, həm -

çinin ictimai təşkilatların nümayəndələri iştirak edən büro

iclasında dərs ilinə hazırlığın vəziyyətini yoxlamaq üçün 7

nəfərdən  ibarət  komissiya  ayrılmışdır.  Komissiya  üzvləri

vaxtaşırı yerlərdə və lazım gəldikdə konkret kömək göstər -

mişlər. Bu isə məktəblərin yeni dərs ilinə nəzərdə tutulduğu

vaxtdan xeyli əvvəl hazırlanmasına şərait yaratmışdır.

Məlumdur  ki,  icbari  təhsilin  müvəffəqiyyətlə  həyata



Zəkanın gücü

125


keçiril məsi və ümumi orta təhsilə keçilməsi, şagird kontin-

gentinin ildənilə artması məktəblərimizin maddi - texniki

bazasının genişləndirilməsini tələb edir. Təkcə son on ildə

rayonda şagirdlərin sayı 9 min nəfərə qədər artmışdır. Bütün

bunlar yeni məktəb binalarının, yardımçı sinif otaqlarının

tikilməsini sürətləndirməyi kəskin surətdə qarşıya qoyur. Biz

bu tələbi nəzərə alaraq, məktəb binaları tikintisini ildən-ilə

genişləndiririk. Qarşıdakı dərs ilində 3.500 nəfər şagird



yeri olan 9 məktəb binası və 4 məktəbdə yardımçı sinif

otaqlarının tikilib istifadəyə verilməsi nəzərdə tutulmuş -

dur.

Məktəblərin tikintisinə təkcə kolxozlar deyil, ictimai təşki -

latlar da yaxından kömək göstərirlər. Bu sahədə kolxozların

işi  xüsusilə  diqqətəlayiqdir.  Təkcə  bir  faktı  demək



kifayətdir ki, son iki il ərzində 214 min manat məbləğində

kolxoz vəsaiti hesabına yeni məktəb binaları və əlavə sinif

otaqları tikilib istifadəyə verilmişdir. Kalinin adına, Or-

conikidze adına, Lenin adına, Nizami adına kolxozlar,

"Oktyabr",  "Azərbaycan"  və  "Şəfəq"  kolxozları  yeni

məktəb binalarının tikintisində xüsusi fəallıq göstərirlər.

Lakin bir məsələni də qeyd etmək lazımdır ki, son 15 ildə

dövlətin kapital qoyuluşu hesabına, Qasım İsmayılov şəhə -

rində istifadəyə verilmiş 960 nəfər şagird yeri olan orta mək -

təb binası nəzərə alınmazsa, rayonda bir məktəb binası da

tikilməmişdir.  Məktəb  tikintisində  ancaq  kolxozlar  üçün

ayrılmış tikinti materialları və təmir üçün rayon xalq maarif

şöbəsinə verilmiş materiallardan istifadə edilmişdir.

Rayon partiya komitəsinin və rayonunun digər təşkilat -

Sahib Sailov

126



larının xalq maarifini inkişaf etdirmək sahəsində gördüyü

işlər partiya, hökumətimiz tərəfindən həmişə yüksək qiymət -

ləndirilir. Azərbaycan KP MK və respublika Nazirlər Soveti

1969-cu ildə məktəblərin yeni dərs ilində nümunəvi hazırlan -

masında rayonumuzun partiya, sovet işçilərinin və ictimaiy -

yətin  yaxşı  işini  qeyd  etmişlər.  Lakin  biz  əldə  edilən

mü vəf fəqiyyətlərə arxayınlaşmırıq.

Sov.  İKP  MK  və  SSRİ  Nazirlər  Sovetinin  1966-cı  il

noyabr tarixli qərarında göstərilir ki, xalq maarifini daha da

təkmilləşdirmək birinci növbədə müəllimdən, onun elmi və

ümumi  hazırlığından  asılıdır.  Bunu  nəzərə  alaraq  qərarda

müəllimlərin öz ixtisasını daim təkmilləşdirməsi üçün lazımi

şərait yaradılması mühüm bir məsələ kimi qarşıya qoyul muş -

dur. Eyni zamanda qərarda göstərilir ki, ümumtəhsil məktəb -

lə rinin  hazırki  inkişaf  mərhələsi  məktəblərə  rəhbərliyin

elmi-metodik səviyyəsini yüksəltməyə diqqəti artırmağı tələb

edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi həmçinin

yeni proqramlar və dərsliklər tətbiq olunması yolu ilə həyata

keçirilir.



Yeni proqramlara keçirilməsi ilə əlaqədar olaraq rayo -

nun 700 nəfərə yaxın müəllimi ali məktəblərin nəzdində

və  yerlərdə  təşkil  edilmiş  ixtisasartırma  kurslarında

iştirak  etmişdir. Lakin  iş  bununla  bitmir.  Çatışmayan

məsələlər  də  vardır.  Yeni  proqramla  tədris  prosesində

müəllimlərimizin dərslik və əyani vəsaiti vaxtında əldə edə

bilməməsi, dərslik lərlə proqramlar arasında meydana çıxan

uyğunsuzluq, rus dili, nəğmə və musiqi, əmək təlimi üzrə

ixtisaslı kadrların olmaması, müxtəlif fənlərin tədrisinə aid



Zəkanın gücü

127


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə