Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə34/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   30   31   32   33   34   35   36   37   ...   103

müəllimlərə kömək edə biləcək, metodik-pedaqoji ədəbiy ya -

tın tələbatdan az nəşr edilməsi və s. təbiidir ki, bəzi çətinliklər

törədir. Bu çətin likləri aradan qaldırmaq üçün rayon xalq

maarif  şöbəsinin  metodkabineti  bir  sıra  əməli  tədbirlər

hazırlamış, məktəb rəhbərləri və müəllimlərə lazımi istiqamət

vermişdir. Belə ki, bütün müəllimlərin şəxsi təhsilə cəlb olun -

ması təmin edilmiş, hər bir müəllimin öz üzərində işləmək

planlarının  nümunələri  hazırlanıb  məktəbə  çatdırılmışdır.

Təkcə bir faktı göstərmək kifayətdir ki, 949 nəfər müəllim

məktəblərarası  metodbirləş mələrin  məşğələlərində  iştirak

etmiş və oradan lazımi məsləhətlər ala bilmişdir. Metod bir -

ləşmələrin məşğələləri canlı və işgüzar şəraitdə keçirilmişdir.

Ötən dərs ilində rayonun bütün sinif və ixtisas müəllim lə -

rinin vaxtaşırı seminar-müşavirələri keçirilmiş, həmin semi-

nar-müşavirələrdə pedaqoji işə aid ən aktual məsələlərdən

danışılmışdır. Məsələn, ədəbiyyat müəllimlərinin seminar-

müşavirəsində "Ədəbiyyat dərslərində V.İ. Leninin ideyala -

rından  necə  istifadə  edirəm",  “Ədəbiyyat  müəllimlərinin

şəxsi təhsilinin artırılması yolları", tarix müəllimlərinin sem-

inar-müşavirəsində isə “Şagirdlərin ideya-siyasi tərbiyə -



sinin  yuksədilməsində  sinifdən  və  məktəbdənxaric

təd bir lərin rolu", “Tarix fənni üzrə mövzuların tədrisində

texniki  vasi tələrin  rolu",  “Müasir  dərs  və  ona  verilən

tələblər" mövzu larında məruzələr dinlənilmiş, geniş fikir

mübadiləsi edilmişdir.

Qiyabi  yolla  təhsil  alan  və  pedaqoji  fəaliyyətə  yeni

başlayan  gənc  müəllimlərə  kömək  məqsədi  ilə  qabaqcıl

təcrübə məktəblərinin, ictimai əsaslarla işləyən metodist və



Sahib Sailov

128


inspektorların fəaliyyətinə daim ciddi nəzarət edilir. Rayon

xalq maarif şöbəsi nəzdindəki metodkabinet son illər 32 nəfər

qabaqcıl müəllimin iş üsulunu öyrənmiş, ümumiləşdirmiş və

rayon  müəllimləri  arasında  yaymışdır.  Borsunlu  orta

məktəbinin  müəllimi  Mikayıl  Dəmirovun,  Dəliməmmədli

orta məktəbinin müəllimi Əli Qurbanovun, Cinliboluslu kənd

orta məktəbinin müəllimi Cavanşir Həşimovun və başqa -

larının  pedaqoji  iş  metodları  öyrənilib  Respublika  Müəl -

limləri  Təkmilləşdirmə  İnstitutuna  təqdim  edilmişdir.

Qabaqcıl müəllimlərin sayı rayonda getdikcə artır.



V.İ.Leninin  anadan  olmasının  100  illiyi  ilə  əlaqədar

olaraq  rayonda  bir  sıra  maraqlı  tədbirlər  həyata

keçirilmişdir. Xoylu, Səfikürd, Əzizbəyov, Qızılhacılı və

Dəliməmmədli qəsəbə orta məktəblərində keçirilən elmi-

nəzəri  konfranslarda  42  adda  müxtəlif  mövzularda

məruzə  və  mühazirələr  dinlənil mişdir.  Təlimin  effek-

tliliyini  yüksəltmək  məqsədi  ilə  bir  neçə  ildir  ki,  rayon

mərkəzində məktəb direktorlarının və direktor müavinlərinin

seminarları  təşkil  edilir.  Bundan  əlavə,  müəllimlərə  daha

yaxından kömək etmək üçün rayon xalq maarif şöbəsinin

metodist  və  inspektorları  vaxtaşırı  məktəb lərdə  olur,

müəllimlərin dərslərini dinləyib, təhlil edir və onlara lazımi

göstəriş və məsləhətlər verirlər.

Cari dərs ilində də qabaqcıl təcrübə, istinad məktəblərinin,

ictimai əsaslarla işləyən metodist və inspektorların, rayon və

məktəblərarası məntəqə və məktəbdaxili metodbirləşmələrin,

məktəb pedoqoji şuralarının, direktoryanı müşavirələrin iş

istiqaməti  rayon  müəllimlərinin  elmi-nəzəri,  pedaqoji-

Zəkanın gücü

129



metodik  ustalığının  daha  da  təkmilləşdirilməsinə,  təlim-

tərbiyənin yüksəldilməsinə yönəldilmişdir.

Müşahidə və yoxlamaların nəticəsi göstərir ki, hərtərəfli

hazırlığa malik olan, elmi-siyasi, metodik-pedaqoji biliyini

durmadan  təkmilləşdirən,  qabaqcıl  təcrübədən  bacarıqla

istifadə etməyə qadir olan məktəb direktorları və müəllimlər

yeni  proqramların  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq

təlim-tərbiyə sahəsində yüksək göstəricilər əldə edirlər. 

Xəsədərli kənd ibtidai məktəbinin müəllimi İ.Rəhimov,

Borsunlu kənd orta məktəbinin müəllimi S.Bədəlova, şəhər

2  nömrəli  orta  məktəbinin  müəllimi  M.İsmayılova  və

başqalarını belələrinə misal göstərmək olar. Onlar müasir

dərslərin təşkili üsulunu düzgün mənimsədikləri üçün dərs

dedikləri  şagirdlər  də  proqram  materiallarını  dərindən

mənimsəmiş,  nümunəvi  yazı  və  oxu  vərdişləri  qazanmış,

qrammatik qayda-qanunları düzgün dərk edə bilmişlər. Bütün

bunlar onunla izah edilir ki, həmin müəllimlər partiya və

hökumətimizin məktəb haqqındakı son qərarlarından irəli

gələn tələblərə cavab vermək üçün bütün bacarıq və imkan -

larından  lazımınca  istifadə  edərək  şagirdlərin  fəallaşdı -

rılmasını,  onların  müstəqil  işləmə  vərdişlərinin  qüvvət- 

lən dirilməsini  daha  səylə,  düşündürücü  və  tərbiyəedici

xarakterdə qurmağı bacarırlar.

Lakin  bunu  rayonun  bəzi  müəllimləri  haqqında  demək

olmaz. Hələ də elə müəllimlər vardır ki, onlar öz üzərində

işləmir,  qabaqcıl  iş  üsulunun  öyrənilməsinə  və  tətbiqinə

laqeyd münasibət bəsləyirlər. T.Əhmədova (Səfikürd kənd

orta  məktəbinin  müəllimi),  G.Qarayeva  (Qaşaltı  kənd

Sahib Sailov

130



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə