Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə32/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   28   29   30   31   32   33   34   35   ...   103

yeni insan tərbiyəsi vəzifələrini həyata keçirmək məqsədilə

bütün imkanlardan istifadə etməyə çalışır. Buna nail olmaq

üçün məktəb ilk partiya təşkilatları ilə müntəzəm surətdə iş

aparırıq. Bu da təbiidir. Çünki məktəbdə xalq maarifinə qayğı

partiya  işinin  ayrılmaz  hissəsidir.  Bunu  nəzərə  alaraq  biz

məktəb ilk partiya təşkilatı katiblərinin vaxtaşırı seminarını

keçirir, burada şagirdlərə dərin bilik vermək, onlarda yüksək

kommunist  ideyalılığı  tərbiyə  etmək,  şagirdlərin  şüurlu

surətdə  peşə  seçməyə  hazırlanması  sahəsində  partiya

təşkilatlarının  vəzifələrini  müəyyənləşdirən  məsələlərdən

ətraflı danışılır, onları maraqlandıran aktual problemlərdən

geniş şəkildə bəhs edilir. İlk partiya təşkilatlarına metodik

kömək  göstərmək  məqsədi  ilə  təbliğat-təşviqat  şöbəsi

tərəfindən  ayrı-ayrı  rüblərə  aid  hazırlanmış  nümunəvi  iş

planları seminarlarda onlara çatdırılır ki, bu da öz işlərini

daha yaxşı qurmaqda partiya təşkilatlarına istiqamət verir.

Şübhəsiz, belə seminarlar partiya təşkilatlarının təşkilatçılıq

işinin səmərəliliyini yüksəldir.

Sov. İKP XXIII qurultayının xalq maarifinə aid qərarla -

rının yerinə yetirilməsi bizdən bütün qüvvələri səfərbərliyə

almağı, hər bir kommunist müəllimi tapşırılan iş üçün yük -

sək məsuliyyət hissi ruhunda tərbiyə etməyi tələb edir. Çünki

hərtərəfli inkişaf etmiş nəslin tərbiyə edilib yetişdirilməsi

kommunizm  quruculuğu  işinin  mühüm  tərkib  hissəsidir.

Məhz  buna  görə  də  rayon  partiya  komitəsi  ilk  partiya

təşkilatları və digər ictimai təşkilatlarla birlikdə məktəb işinə

aid  olan  bütün  məsələləri  dərindən  öyrənir,  nöqsanları

doğuran səbəbləri müəyyənləşdirdikdən sonra büro, plenum



Sahib Sailov

122


iclaslarında  və  ya  maarifyanı  şurada  müzakirə  edir,  nöq -

sanları aradan qaldırmaq üçün konkret tədbirlər görür.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, büro və plenum

iclaslarında məktəblə əlaqədar müzakirə olunan məsələlər

ətrafında  qəbul  edilmiş  qərarlar  bir  qayda  olaraq  bütün

məktəb partiya təşkilatlarının ümumpartiya yığıncaqlarında

kommunistlərə  çatdırılır.  Mövcud  nöqsanların  aradan

qaldırılmasına yönəldilən tədbirlər müəyyənləşdirilir ki, bu

da təlim-tərbiyə işinin yüksəldilməsi, icbari təhsil qanununun

həyata keçirilməsində pedaqoji kollektivlərin məsuliyyətini

artırır.

Keçən dərs ili ərzində rayon partiya komitəsi bürosunda

Qarqucaq  kəndindəki  səkkizillik  məktəbdə  təlim-tərbiyə

işlərinin, fəhlə və kəndli gənclər məktəblərində tədrisin və -

ziy yəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında, Baxça kürd

orta və Xanlar səkkizillik məktəblərində aparılmış yoxla -

manın  nəticələri,  Qızılhacılı  kənd  və  Qasım  İsmayılov

şəhər 1 nömrəli orta məktəb ilk partiya təşkilatlarının

şagirdləri arasında apardığı ideya-siyasi tərbiyə işlərinin

vəziyyəti haqqında məsələlər müzakirə edilmiş, müşahidə

olunan  nöq san ların  aradan  qaldırılması  üçün  əməli

tədbirlər görül müşdür.

Qarqucaq kənd səkkizillik məktəbində aparılan yoxlamada

müəyyən  edilmişdir  ki,  müəllimlər  arasında  lazımi  səmi -

miyyət yoxdur, şagirdlərin təlim-tərbiyəsi üzərində nəzarətin

olmaması,  müəllimlərə  lazımi  tələbkarlıq  göstərilməməsi

işdə  çox  ciddi  nöqsanlara  gətirib  çıxarmışdır  ki,  bu  da

şagirdlərə proqram materialının zəif öyrədilməsinə, onlara

Zəkanın gücü

123



şişirdilmiş  qiymətlər  verilməsinə  səbəb  olmuşdur.  Bu

vəziyyət rayon partiya komitəsinin bürosunda ciddi müzakirə

edilmiş,  təlim-tərbiyə  işlərini  başlı-başına  buraxdığına  və

təlim-tərbiyə  işində  ciddi  nöqsanlara  yol  verdiyinə  görə

məktəbin  direktoru Y.  Qasımov  vəzifəsindən  götürülmüş,

tədris işləri üzrə direktor müavini Q.Hüseynovaya xəbər -

darlıq edilmişdir. Bu tədbirdən sonra məktəbdə işlər tam qay-

daya düşmüşdür. Ümumiyyətlə, rayon partiya komitə sinin

büro  iclaslarında  müzakirə  edilən  məsələlər  məktəblərdə

təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, müəllimlərdə məsu -

liyyət  hissinin  artırılmasına  müsbət  təsir  göstərir.  Bu  isə

onunla əlaqədardır ki, rayon partiya komitəsi məsələlərin

daha dərindən hazırlanmasına, müzakirənin yüksək səviy -

yədə və işgüzar şəraitdə keçməsinə nail olur.



Sov.  İKP  MK  və  SSRİ  Nazirlər  Sovetinin  "Orta

ümum təhsil  məktəbinin  işini  daha  da  yaxşılaşdırmaq

tədbirləri haqqında" qərarı sosialist xalq maarifinin inkişafı

üçün  böyük  proqram  sənədidir.  Səkkizillik  ümumi  icbari

təhsilin həyata keçirilməsi və orta təhsilə keçilməsi həmin

proqramın əsasını təşkil edir. Ümumi icbari təhsilin yerinə

yetirilməsində ictimai təşkilatların, xüsusən şəhər, kənd və

qəsəbə sovetləri icraiyyə komitələrinin məsuliyyət hissi də

yüksəldilmişdir. Rayonun partiya, komsomol fəalları, yerli

sovetlərin depu tatları müəllim kollektivləri ilə sıx surətdə

əlaqə  saxlayır,  onlara  daim  kömək  göstərir,  məktəb  işini

doğma iş, ümumxalq işi hesab edirlər. Bunu ondan görmək

olar ki, hələ yanvar ayında müəllimlərin yaxından iştirakı,

yerli partiya, sovet və komsomol təşkilatlarının köməyi ilə



Sahib Sailov

124


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə