Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


səkkizillik məktəbinin müəllimi),C. Cəfərov (Şıxlar kənd



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə35/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   31   32   33   34   35   36   37   38   ...   103

səkkizillik məktəbinin müəllimi),C. Cəfərov (Şıxlar kənd

ibtidai  məktəbinin  müəllimi),  M.Quliyeva  (Barqucaq

kənd səkkizillik məktəbinin müəllimi) belə müəllimlər -

dəndir.

Partiya  və  hökumətimiz  ərizə  və  şikayətlərə  vaxtında

baxılması, vətəndaşların qəbulu işinin yaxşılaşdırılması üçün

daim qayğı göstərir və bu sahədə partiya təşkilatları qarşı -

sında  mühüm  vəzifələr  qoyur.  Rayon  partiya  komitəsi

məktəblərdən, habelə məktəb işi ilə məktəblərdən, habelə

məktəb işi ilə əlaqədar olan başqa təşkilatlardan göndərilən

ərizə  və  şikayətlərə  vaxtında  baxılıb  həll  edilməsinə

həssaslıqla yanaşır və göstərilən faktların aradan qaldırılması

üçün təsirli tədbirlər görür. Ərizə və şikayətlərə bəzi hallarda

rayon  partiya  komitəsinin  bürosunda,  şöbələrində  və  ya

maarifyanı  şurada  baxılır.  Bununla  belə,  hələ  də  bəzi

məktəblərin pedaqoji kollektivləri arasında olan qeyri-sağlam

münasibət, çəkişmələri ərizə və şikayətlərin artmasına səbəb

olur. Rayon partiya komitəsinin bu ilin iyun ayında ərizə və

şikayətlərə  həsr  olunmuş  plenumunda  Xoylu  kənd  orta,

Yolqulular ibtidai və Dəliməmmədli qəsəbə orta məktəblə -

rinin işi ciddi tənqid edilmişdir.

Biz xalq maarifi sahəsində görülən işlərin təbliğinə xüsusi

diqqət yetiririk. Büro iclaslarında, maarifyanı şurada qabaqcıl

müəllimlərin və pedaqoji kollektivlərin iş üsullarından ətraflı

danışılır,  yerli  radio  vasitəsilə  təlim-tərbiyə  işlərinə  aid

maraqlı  verilişlər  təşkil  edilir.  Bu  sahədə  rayonda  çıxan

"Mübariz" qəzetinin rolunu da qeyd etmək lazımdır. Qəzetdə

"Məktəb  həyatı"  rubrikası  altında  son  altı  ay  ərzində

Zəkanın gücü

131



"Məktəbimiz  dörd  ildə",  "Ziyalılarımızın  böyük  dəstəsi",

"Qabaqcıl müəllim, fəal ictimaiyyətçi" və s. başlıqlar altında

onlarca maraqlı yazı verilmişdir. 

Məktəblərimizdə  yeni  dərs  ili  başlanmışdır.  Hər  yerdə

dərslər mütəşəkkil surətdə gedir. Rayon partiya komitəsi ide-

oloji işimizin çox mühüm sahələrindən biri olan xalq maar-

ifinin  daha  da  inkişaf  etməsi  üçün  bütün  tədbirləri  görür,

məktəblərimizin işinin daha məzmunlu, yüksək səviyyədə

olmasına hər vasitə ilə çalışır. Rayonumuzun bütün zəhmət -

keşləri ilə birlikdə xalq maarifi işçiləri, müəllimlərimiz rayon

partiya təşkilatının rəhbərliyi və yaxından köməyi ilə yüksək

biliyə  və  nümunəvi  əxlaqa  malik  nəsil  tərbiyə  edib

yetişdirmək sahəsində yeni-yeni nailiyyətlər qazanmaq üçün

var qüvvə ilə çalışırlar. Onların bu səyi, bu şərəfli fəaliyyət

və  mübarizəsi  xalq  maarifinə,  məktəbə,  pedaqoji  kollek -

tivlərin fəaliyyətinə partiya işinin çox mühüm sahəsi, tərkib

hissəsi kimi baxan rayon partiya komitəsi tərəfindən daim

istiqamətləndirilir, müdafiə olunur.



Sahib Sailov

132


PARTİYA RƏHBƏRLİYİNDƏ 

KOLLEKTİVÇİLİK

1

Kollektivçilik partiya rəhbərliyinin yüksək prinsipidir. Bu

prinsip  marksistleninçi  partiyanın  təbiətindən  irəli  gəlir.

Kollektivçiliyi partiyadaxili demok-ratiyanın ən mühüm prin-

sipi  hesab  edən  V.İ.Lenin  hələ  bolşevik  partiyasının

yaradılması  ərəfəsində  yazırdı:  "Bütün  partiya,  siyasətin

bütün  məsələləri  haqqında  öz  fikrini  söyləmədən  və

mübarizənin  ayrı-ayrı  təzahürlərinə  istiqamət  vermədən,

siyasi  mübarizə  aparmaq  mümkün  deyildir.  Bütün  bu

məsələləri mərkəzi orqanda müzakirə etmədən, işi aparmaq

üçün  müştərək  surətdə  müəyyən  formalar  və  qaydalar

hazırlamadan,  hər  bir  partiya  üzvünün  bütün  partiya

qarşısında məsuliyyətini mərkəzi orqan vasitəsi ilə müəyyən

etmədən,  inqilabi  qüvvələri  təşkil  etmək,  onları  intizamlı

etmək və inqilabi iş texnikasını inkişaf etdirmək mümkün

deyildir" (Əsərləri, 4-cü, səh.215)

Kollektiv  rəhbərlik  ən  mühüm  məsələlərin  təkbaşına

həllində labüd olaraq ortaya çıxan birtərəfliliyin, məhdudlu -

ğun, səhv və nöqsanların qaşısını almaqla bərabər, bütün işçi -

lərin fəallığının, özfəaliyyətinin artmasına, onların işgüzarlıq

göstərmələrinə zəmin yaradır, bu da nəticə etibarı ilə hər bir

adamın irəli sürdüyü ağıllı fikrin, faydalı təklifin xeyirxah -

lıqla qarşılanıb həyata keçirilməsinə təminat verir.

Buna görə də rayon partiya komitəsi təsərrüfat qurucu -

luğuna  və  mədəni  quruculuğa  əngəl  törədən  nöqsanları

Zəkanın gücü

133

                                                      

“Azərbaycan Kommunisti” jurnalı. Bakı, 1971-ci il, № 1, səh. 71-78



aradan qaldırmaq üçün büro üzvləri, təsərrüfat rəhbərləri ilə

həmişə məsləhətləşir, çətin məsələləri kollektivin müzaki -

rəsinə verir. Məlum olduğu kimi, keçən il havaların quraq

keçməsi təsərrüfat üçün ciddi çətinlik törətmişdi. Tarlaları su-

varmaq üçün təxirəsalınmaz tədbirlər görmək lazım idi. Biz

məsləhətləşib bu məsələni rayon partiya komitəsi bürosunun

üzvü H.Səfərova tapşırdıq. İşgüzarlığı ilə kollektivin hör -

mətini  qazanmış  H.Səfərov bütün  artezian  quyularının

fasiləsiz işləməsi üçün tədbirlər hazırladı. Sudartan nasosları

təmir edən emalatxanada üçnövbəli iş təşkil olundu. Gecə

reydləri keçirildi. Su itkisinin qarşısı alındı, tarlaların vaxtlı-

vaxtında suvarılması təmin edildi. Bitkilərin becərilməsinə

diqqət artırıldı. Pambıqçılıqda böyük müvəffəqiyyət qaza -

nıldı.


Partiyamızda rəhbərliyi tək-tək adamlar deyil, komitələr,

bürolar-kollektiv rəhbərlik orqanları həyata keçirir. Təcrübə

göstərir  ki,  inzibatçılıq,  kollektivə  arxalanmadan,  onunla

məsləhətləşmədən,  fikir  mübadiləsi  etmədən  təkbaşına

sərəncamlar verilməsi işçilərin özfəaliyyətini məhdudlaşdırır,

onların öz qüvvələrinə inamını sarsıdır, mexaniki icraçılığa

səbəb olur. Kollektiv rəhbərlik prinsipinin pozulması işə ciddi

ziyan vurur.

Kollektiv rəhbərliyə dair V.İ.Lenin müddəaları Sov. İKP

Nizamnaməsində öz əksini tapmışdır. Nizamnamədə deyilir:

"Partiya  rəhbərliyinin  ali  prinsipi  rəhbərliyin  kollek-

tivçiliyidir  ki,  kadrların  düzgün  tərbiyə  edilməsi  üçün

kommunistlərin fəallığının və təşəbbüskarlığının artırılması

üçün vacib şərtdir".



Sahib Sailov

134


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə