Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə37/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   33   34   35   36   37   38   39   40   ...   103

zəif idi. Təsərrüfat rəhbərləri bu vəziyyəti aradan qaldırmaq

üçün təsirli tədbirlər görmürdülər. Buna görə də rayon par-



tiya komitəsi kolxozda səyyar büro keçirilməsini lazım

bildi. Pambıq əkinlərinin vəziyyəti diqqətlə yoxlanıldı.

Nöqsanları doğuran səbəblər araşdırıldı. Ayrı-ayrı kommu -

nistlər  və  kəndin  ağsaqqalları  ilə  fikir  mübadiləsi  edildi.

Yoxlamanın nəticəsi rayon komitəsinin kolxozda keçirilən

büro iclasında ciddi müzakirə edildi. Büroya dəvət olunmuş

kommunistlər, bitərəf fəallar, kolxoz idarə heyətinin üzvləri

partiya  təşkilatını  və  idarə  heyətini  ciddi  tənqid  etdilər,

nöqsanları doğuran səbəbləri açıb göstərdilər, faydalı təkliflər

irəli  sürdülər.  Səyyar  büro  pambığın  suvarılması  və

becərilmə sində yol verilən nöqsanları aradan qaldırmaq üçün

qərar qəbul etdi.

Bu qərarı yerinə yetirərək kolxoz idarə heyəti öz rəhbərlik

metodunu  dəyişdirdi,  tələbkarlığı  artırdı.  Kolxozçuların

qüvvəsi pambığın suvarılması və becərilməsi işinə səfərbər -

liyə  alındı.  Nəticədə  kolxoz  pambıq  təhvili  planını  artıq -

laması ilə yerinə yetirərək dövlətə 2.400 tondan çox yüksək



keyfiyyətli məhsul satdı. Rayon partiya komitəsi M. F. Ax-

undov adına, Lenin adına, Dmitrov adına kolxozlarda da

səyyar büro keçirmişdir.

Büro  və  plenum  iclaslarının  keçirilməsində  kollektiv

rəhbərlik prinsipinə ciddi surətdə əməl olunur. Bütün məsə -

lələrdə büro üzvləri tam və yekdil rəyə gəldikdən, məsələ

prinsipiallıqla  və  işgüzarlıqla  müzakirə  edildikdən  sonra

qərar  qəbul  olunur. Axı,  partiya  oqranlarında  məsələlərin

müzakirəsi səthi xarakter daşıyırsa, işlərin vəziyyəti tənqidi

Sahib Sailov

138



surətdə təhlil edilmirsə, kollektiv rəhbərlik prinsipinə əməl

edildiyini söyləmək olmaz. Həqiqi kollektiv rəhbərlik prin-

sipi  şəraitində  keçən  müzakirənin  məqsədi  nöqsanları  və

onları doğuran səbəbləri aşkara çıxarmaqdan, bütün qiymətli

fikir  və  mülahizələri,  təklifləri  işgüzarlıqla  götür-qoy

etməkdən, nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə

məşğul olan təşkilatları və adamları müəyyənləşdirməkdən

ibarət olmalıdır. Məhz bu prinsipi rəhbər tutaraq rayon par-

tiya komitəsi hər bir məsələnin diqqətlə öyrənilməsinə, hər

bir təklifə və tənqidi qeydə obyektiv yanaşılmasına xüsusi

diqqət yetirir.

İlk  partiya  təşkilatları  partiyanın  siyasətini  həyata

keçirməkdə, kommunistlərin tərbiyəsində, kütlələrlə əlaqənin

möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də

partiya komitəsi ilk partiya təşkilatları ilə daim əlaqə saxlayır,

onlara kömək edir, onların təkliflərini və tənqidi qeydlərini

nəzərə alır. İlk təşkilatların qabaqcıl təcrübəsinin ümumiləş -

dirilib yayılmasına xüsusi fikir verilir.

Keçən  il  oktyabr,  noyabr  aylarında  ilk  təşkilatlarda

hesabat-seçki yığıncaqları işgüzarlıq və fəallıq şəraitin-də

keçdi. Hesabat-seçki yığıncaqları göstərdi ki, partiya-təşkilat

işinin və siyasi-kütləvi işin təkmilləşdiril-məsi, partiya və

dövlət intizamının möhkəmləndirilməsi, dövlət planlarının

yerinə yetirilməsi, kommunistlərin avanqard rolunun artırıl -

ması uğrunda mübarizə partiya təşkilatlarının fəaliyyətində

başlıca yer tutmuşdur. Azərbaycan KP MK-nın son plenumla-

rının  qərarlarını  yerinə  yetirməyə  çalışan  ilk  təşkilatların

fəaliyyətində işgüzarlıq, tələbkarlıq xeyli artmışdır. Bunun



Zəkanın gücü

139


tənqid və özünütənqid ruhunda olan hesabat məruzələri və

konkretliyi ilə qərarlar da sübut edir.

Partiya  siyasətinin  yerlərdə  müvəffəqiyyətlə  yerinə

yetirilməsi ilk partiya təşkilatlarının fəaliyyətindən, rayko-

mun ilk partiya təşkilatları ilə möhkəm əlaqə saxlamasından

asılıdır. Rayon partiya komitəsi ilk təşkilatlarla əlaqəni öz

fəaliyyətinin əsas cəhətlərindən biri hesab edir, ilk təşkilatlara

yaxından  rəhbərlik  etməyə,  onların  səyini  ən  mühüm

təsərrüfat  quruculuğu  və  mədəni  quruculuq  vəzifələrinin

yerinə yetirilməsinə yönəltməyə çalışır. İlk partiya təşkilatları

ilə əlaqə vasitələrindən biri ilk təşkilat katiblərinin seminarla-

rıdır. Ayda bir dəfə keçirilən bu seminarlarda təşkilat işinin

və  ideoloji  işin  mühüm  məsələlərinə  dair  məruzə  və

mühazirələr  oxunur,  partiya  təşkilatlarının  katibləri  öz  iş

təcrübələrindən  söhbət  açır,  partiya  işinin  bu  və  ya  digər

sahələrinə dair geniş və işgüzar fikir mübadiləsi keçirilir.

Məsələn,  ilk  patiya  təşkilatı  katiblərinin  son  aylarda

keçirilmiş  seminarlarında  "Partiya  təşkilatı  və  qabaqcıl

təcrübə", "İlk partiya təşkilatlarında işin planlaşdırılması",

"Partiya təşkilatı və maddi maraq prinsipi", "Briqada və sex

partiya təşkilatlarında rəhbərliyin forma və metodları", "Par-

tiya təşkilatı və ateizm təbliğatı", "Yoldaşlıq məhkəmələri,

onların  hüquq  və  vəzifələri"  mövzularında  mühazirələr

oxunmuşdur.  Partiya  təşkilatlarında  kollektiv  rəhbərlik

məsələlərindən  ətraflı  danışılmış,  kommunistlərin  tərbiyə

məktəbi olan partiya yığıncaqlarının hazırlanıb keçirilmə -

sində büro üzvlərinin rolu şərh edilmişdir.

Hazırda rayonda 77 partiya təşkilatı, 47 briqada və sex



Sahib Sailov

140


təşkilatı, 29 partiya qrupu fəaliyyət göstərir. "Yaroslavl şəhər

partiya  təşkilatlarında  partiya  yığıncaqlarının  keçirilməsi

təcrübəsi haqqında" Sov. İKP MK-nın qərarından sonra par-

tiya yığıncaqlarının təsir gücünün artırılması sahəsində xeyli

iş görül-müşdür. Partiya yığıncaqlarının hazırlanmasına indi

daha çox kommunist cəlb edilir. Əvvəllər bəzi ilk partiya

təşkilatlarında hər bir məsələ haqqında adətən idarə müdiri

və partiya təşkilatının katibi məlumat verirdi. İndi bu cür hal-

lar aradan qaldırılmışdır. Rayon partiya komitəsi ayrı-ayrı ilk

partiya təşkilatlarında yığıncaqların hazırlanıb keçirilməsi

haqqında məsələ müzakirə etmiş, həm də yol verilən nöqsan-

lar ciddi tənqid edilmiş, partiya təşkilatları qarşısında konkret

vəzifələr qoyulmuşdur. Təkcə bir faktı göstərmək kifayətdir

ki, rayon mühafizə bölməsi ilk partiya təşkilatında keçən il

müzakirə edilən 16 məsələdən 9-u haqqında bölmənin rəisi

M. Hüseynov, 6-cı haqqında isə partiya təşkilatının katibi C.

Sərdarlı  yoldaşlar  məlumat  vermişdi.  Bu  cür  nöqsanlara

maliyyə-bank, Qazanbulaq məhəlli partiya təşkilatlarında da

yol verilmişdi.

Rayon partiya komitəsində ilk partiya təşkilatlarında par-

tiya  yığıncaqlarının  keçirilməsinə  dair  aylıq  qrafik  tərtib

edilir.  Raykomun  təlimatçıları,  şöbə  müdirləri,  büro  və

plenum üzvləri ilk təşkilatlarda yığıncaqların keçirilməsinə

yaxından kömək göstərir, yığıncaqlarda iştirak edirlər. Bu,

partiya yığıncaqlarında işgüzarlığı, tənqid və özünütənqidi

artırır, nöqsanları kommunist prinsipiallığı ilə aşkara çıxar-

mağa  və  aradan  qaldırmağa  kömək  edir.  Bu  cəhətdən

K.Marks  adına,  Kalinin  adına,  Orconikidze  adına,

Zəkanın gücü

141



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə