zəif idi. Təsərrüfat rəhbərləri bu vəziyyəti aradan qaldırmaq
üçün təsirli tədbirlər görmürdülər. Buna görə də rayon par-
tiya komitəsi kolxozda səyyar büro keçirilməsini lazım
bildi. Pambıq əkinlərinin vəziyyəti diqqətlə yoxlanıldı.
Nöqsanları doğuran səbəblər araşdırıldı. Ayrı-ayrı kommu -
nistlər və kəndin ağsaqqalları ilə fikir mübadiləsi edildi.
Yoxlamanın nəticəsi rayon komitəsinin kolxozda keçirilən
büro iclasında ciddi müzakirə edildi. Büroya dəvət olunmuş
kommunistlər, bitərəf fəallar, kolxoz idarə heyətinin üzvləri
partiya təşkilatını və idarə heyətini ciddi tənqid etdilər,
nöqsanları doğuran səbəbləri açıb göstərdilər, faydalı təkliflər
irəli sürdülər. Səyyar büro pambığın suvarılması və
becərilmə sində yol verilən nöqsanları aradan qaldırmaq üçün
qərar qəbul etdi.
Bu qərarı yerinə yetirərək kolxoz idarə heyəti öz rəhbərlik
metodunu dəyişdirdi, tələbkarlığı artırdı. Kolxozçuların
qüvvəsi pambığın suvarılması və becərilməsi işinə səfərbər -
liyə alındı. Nəticədə kolxoz pambıq təhvili planını artıq -
laması ilə yerinə yetirərək dövlətə 2.400 tondan çox yüksək
keyfiyyətli məhsul satdı. Rayon partiya komitəsi M. F. Ax-
undov adına, Lenin adına, Dmitrov adına kolxozlarda da
səyyar büro keçirmişdir.
Büro və plenum iclaslarının keçirilməsində kollektiv
rəhbərlik prinsipinə ciddi surətdə əməl olunur. Bütün məsə -
lələrdə büro üzvləri tam və yekdil rəyə gəldikdən, məsələ
prinsipiallıqla və işgüzarlıqla müzakirə edildikdən sonra
qərar qəbul olunur. Axı, partiya oqranlarında məsələlərin
müzakirəsi səthi xarakter daşıyırsa, işlərin vəziyyəti tənqidi
Sahib Sailov
138
surətdə təhlil edilmirsə, kollektiv rəhbərlik prinsipinə əməl
edildiyini söyləmək olmaz. Həqiqi kollektiv rəhbərlik prin-
sipi şəraitində keçən müzakirənin məqsədi nöqsanları və
onları doğuran səbəbləri aşkara çıxarmaqdan, bütün qiymətli
fikir və mülahizələri, təklifləri işgüzarlıqla götür-qoy
etməkdən, nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə
məşğul olan təşkilatları və adamları müəyyənləşdirməkdən
ibarət olmalıdır. Məhz bu prinsipi rəhbər tutaraq rayon par-
tiya komitəsi hər bir məsələnin diqqətlə öyrənilməsinə, hər
bir təklifə və tənqidi qeydə obyektiv yanaşılmasına xüsusi
diqqət yetirir.
İlk partiya təşkilatları partiyanın siyasətini həyata
keçirməkdə, kommunistlərin tərbiyəsində, kütlələrlə əlaqənin
möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də
partiya komitəsi ilk partiya təşkilatları ilə daim əlaqə saxlayır,
onlara kömək edir, onların təkliflərini və tənqidi qeydlərini
nəzərə alır. İlk təşkilatların qabaqcıl təcrübəsinin ümumiləş -
dirilib yayılmasına xüsusi fikir verilir.
Keçən il oktyabr, noyabr aylarında ilk təşkilatlarda
hesabat-seçki yığıncaqları işgüzarlıq və fəallıq şəraitin-də
keçdi. Hesabat-seçki yığıncaqları göstərdi ki, partiya-təşkilat
işinin və siyasi-kütləvi işin təkmilləşdiril-məsi, partiya və
dövlət intizamının möhkəmləndirilməsi, dövlət planlarının
yerinə yetirilməsi, kommunistlərin avanqard rolunun artırıl -
ması uğrunda mübarizə partiya təşkilatlarının fəaliyyətində
başlıca yer tutmuşdur. Azərbaycan KP MK-nın son plenumla-
rının qərarlarını yerinə yetirməyə çalışan ilk təşkilatların
fəaliyyətində işgüzarlıq, tələbkarlıq xeyli artmışdır. Bunun
Zəkanın gücü
139
tənqid və özünütənqid ruhunda olan hesabat məruzələri və
konkretliyi ilə qərarlar da sübut edir.
Partiya siyasətinin yerlərdə müvəffəqiyyətlə yerinə
yetirilməsi ilk partiya təşkilatlarının fəaliyyətindən, rayko-
mun ilk partiya təşkilatları ilə möhkəm əlaqə saxlamasından
asılıdır. Rayon partiya komitəsi ilk təşkilatlarla əlaqəni öz
fəaliyyətinin əsas cəhətlərindən biri hesab edir, ilk təşkilatlara
yaxından rəhbərlik etməyə, onların səyini ən mühüm
təsərrüfat quruculuğu və mədəni quruculuq vəzifələrinin
yerinə yetirilməsinə yönəltməyə çalışır. İlk partiya təşkilatları
ilə əlaqə vasitələrindən biri ilk təşkilat katiblərinin seminarla-
rıdır. Ayda bir dəfə keçirilən bu seminarlarda təşkilat işinin
və ideoloji işin mühüm məsələlərinə dair məruzə və
mühazirələr oxunur, partiya təşkilatlarının katibləri öz iş
təcrübələrindən söhbət açır, partiya işinin bu və ya digər
sahələrinə dair geniş və işgüzar fikir mübadiləsi keçirilir.
Məsələn, ilk patiya təşkilatı katiblərinin son aylarda
keçirilmiş seminarlarında "Partiya təşkilatı və qabaqcıl
təcrübə", "İlk partiya təşkilatlarında işin planlaşdırılması",
"Partiya təşkilatı və maddi maraq prinsipi", "Briqada və sex
partiya təşkilatlarında rəhbərliyin forma və metodları", "Par-
tiya təşkilatı və ateizm təbliğatı", "Yoldaşlıq məhkəmələri,
onların hüquq və vəzifələri" mövzularında mühazirələr
oxunmuşdur. Partiya təşkilatlarında kollektiv rəhbərlik
məsələlərindən ətraflı danışılmış, kommunistlərin tərbiyə
məktəbi olan partiya yığıncaqlarının hazırlanıb keçirilmə -
sində büro üzvlərinin rolu şərh edilmişdir.
Hazırda rayonda 77 partiya təşkilatı, 47 briqada və sex
Sahib Sailov
140
təşkilatı, 29 partiya qrupu fəaliyyət göstərir. "Yaroslavl şəhər
partiya təşkilatlarında partiya yığıncaqlarının keçirilməsi
təcrübəsi haqqında" Sov. İKP MK-nın qərarından sonra par-
tiya yığıncaqlarının təsir gücünün artırılması sahəsində xeyli
iş görül-müşdür. Partiya yığıncaqlarının hazırlanmasına indi
daha çox kommunist cəlb edilir. Əvvəllər bəzi ilk partiya
təşkilatlarında hər bir məsələ haqqında adətən idarə müdiri
və partiya təşkilatının katibi məlumat verirdi. İndi bu cür hal-
lar aradan qaldırılmışdır. Rayon partiya komitəsi ayrı-ayrı ilk
partiya təşkilatlarında yığıncaqların hazırlanıb keçirilməsi
haqqında məsələ müzakirə etmiş, həm də yol verilən nöqsan-
lar ciddi tənqid edilmiş, partiya təşkilatları qarşısında konkret
vəzifələr qoyulmuşdur. Təkcə bir faktı göstərmək kifayətdir
ki, rayon mühafizə bölməsi ilk partiya təşkilatında keçən il
müzakirə edilən 16 məsələdən 9-u haqqında bölmənin rəisi
M. Hüseynov, 6-cı haqqında isə partiya təşkilatının katibi C.
Sərdarlı yoldaşlar məlumat vermişdi. Bu cür nöqsanlara
maliyyə-bank, Qazanbulaq məhəlli partiya təşkilatlarında da
yol verilmişdi.
Rayon partiya komitəsində ilk partiya təşkilatlarında par-
tiya yığıncaqlarının keçirilməsinə dair aylıq qrafik tərtib
edilir. Raykomun təlimatçıları, şöbə müdirləri, büro və
plenum üzvləri ilk təşkilatlarda yığıncaqların keçirilməsinə
yaxından kömək göstərir, yığıncaqlarda iştirak edirlər. Bu,
partiya yığıncaqlarında işgüzarlığı, tənqid və özünütənqidi
artırır, nöqsanları kommunist prinsipiallığı ilə aşkara çıxar-
mağa və aradan qaldırmağa kömək edir. Bu cəhətdən
K.Marks adına, Kalinin adına, Orconikidze adına,
Zəkanın gücü
141
Dostları ilə paylaş: |