Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


partiya  komitəsinin  bürosu  kollektiv  rəhbərlik



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə36/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   32   33   34   35   36   37   38   39   ...   103

Rayon  partiya  komitəsinin  bürosu  kollektiv  rəhbərlik

orqanıdır. O, rayon partiya komitəsinin bütün fəaliyyətinə

rəhbərlik edir, kommunistlərin təşəbbüs göstərmələri, onların

fəallığının  artması  qayğısına  qalır,  bunun  üçün  lazımi

tədbirlər hazırlayıb həyata keçirir. Həm də bu tədbirlər təkcə

rayon partiya komitəsinin büro və plenum iclaslarının vaxtlı-

vaxtında  çağırılması  ilə,  bu  iclaslarda  partiya  həyatının

müxtəlif sahələrinə dair məsələlərin müzakirəyə qoyulması

ilə  bitmir.  Kollektiv  rəhbərlik  prinsipi  rayon  partiya

komitəsinin ilk təşkilatlar, kommunistlər və bitərəf fəallarla

möhkəm əlaqə saxlaması ilə, onların irəli sürdükləri tələb və

təkliflərin nə dərəcədə nəzərə alınması ilə sıx rəhbərliyin

forma və metodlarından xeyli dərəcədə asılıdır. Bu üslub büro

və plenum iclaslarında hər bir məsələnin dərindən, hərtərəfli

və yaradıcılıqla müzakirə edilməsi üçün, obyektiv və təsirli

qərar çıxarılması üçün imkan yaradır. Belə qərar isə sözün

həqiqi mənasında kollektiv rəhbərliyin bəhrəsi olmaq etibarı

ilə  işin  daha  da  yaxşılaşması,  nöqsanların  işgüzarcasına

aradan qaldırılması və qarşıda duran hər hansı bir məsələnin

müvəffəqiyyətlə həll edilməsi ilə nəticələnir. Buna görə də

Qasım İsmayılov  Rayon Partiya Komitəsi büro və plenum

iclaslarının  işgüzarlıqla  və  yüksək  ideya-siyasi  səviyyədə

hazırlanıb keçirilməsinə çalışır, kollektiv rəhbərliyin və par-

tiyadaxili  demokratiyanın  Lenin  normalarına  əsaslanır.

Məlumdur ki, büronun normal fəaliyyət göstərməsi üçün bir-

inci  növbədə  iş  planının  düşünülmüş  surətdə  tərtib

edilməsinə,  müzakirə  üçün  günün  ən  vacib  və  mühüm

məsələlərinin seçilməsinə diqqət verilməlidir. İş planı büro-



Zəkanın gücü

135


nun fəaliyyət proqramı hesab edilir. Odur ki, plan bir nəfər

tərəfindən deyil, bütöv kollektivin rəy və təklifləri əsasında,

rayon partiya komitəsinin təlimatçıları, şöbə müdirləri, büro

və plenum üzvləri öz təklif və qeydlərini bildirdikdən sonra

tərtib edilib büronun təsdiqinə verilir.

Keçən il ərzində gördüyümüz işləri nəzərdən keçirdikdə

aydın  olur  ki,  iş  planında  nəzərdə  tutulan  tədbirlərin

əksəriyyəti yerinə yetirilmişdir. Belə bir nəticəyə gəlmək olur

ki, kollektivin iradəsini ifadə edən müsbət nəticə verir.

Biz  çalışırıq  ki,  büronun  müzakirə  edəcəyi  məsələlər

yalnız  rayon  partiya  komitəsinin  işçiləri  tərəfindən  deyil,

habelə plenumun üzvü olub, müxtəlif istehsal sahələrində

çalışan ayrı-ayrı kommunistlər tərəfindən hazırlansın. Belə

olduqda məsələ daha diqqətlə hazırlanır, müzakirə daha canlı,

daha işgüzar xarakter daşıyır. Tənqid və özünütənqid üçün

geniş meydan açılır. Məsələn, bildirdiyimiz 25 büro və 4

plenum iclasında təqribən 200-ə yaxın müxtəlif xarakterli

məsələ müzakirə olunmuşdur. Bu məsələlərin hazırlanmasına

təlimatçılardan və şöbə müdirlərindən başqa 130 nəfərdən

çox  plenum  üzvü  və  partiya  fəalı  cəlb  edilmişdir.  Yeri



gəlmişkən qeyd etmək lazımdır ki, məsələlərin hazırlan -

masında H. Abdullayev, H. Baxşəliyeva, H. Rüstəmov, X.

Süleymanov,  Q.  Qurbanov,  K.  Əsgərov,  R.  Vəliyev  və

başqa yoldaşlar xüsusilə fəal iştirak edirlər. Son aylarda

keçirilmiş bürolarda müzakirə edilən "Rayonun sovxoz və

kolxoz larında heyvandarlıq məhsulları istehsalı və dövlətə

satışında kommunistlərin iştirakı və sosializm yarışının təşkili

forma ları  haqqında",  "İlk  partiya  təşkilatlarında  üzvlük

Sahib Sailov

136



haqlarının toplanması və təhvil verilməsi haqqında", "Rayo -

nun kolxozlarında pambığın becərilməsində kommunistlərin

avanqard rolunun təmin edilməsində ilk partiya təşkilatlarının

fəaliyyəti  haqqında",  Rayonun  kolxozlarında  qış  aratının

gedişinə partiya təşkilatının rəhbərliyi haqqnda", "Sov. İKP-

nın  XXIV  qurultayı  şərəfinə  sosializm  yarışının  geniş -

ləndirilməsi  haqqında",  məsələlərin  hazırlanmasında  50

nəfərdən çox  plenum  üzvü  və  fəal  kommunist  iştirak

etmişdir. Plenum iclaslarının müzakirəsinə verilən "Yaroslavl

şəhər  partiya  təşkilatlarında  partiya  yığıncaqlarının

keçirilməsi təcrübəsi haqqında" Sov. İKP MK qərarının ilk

partiya təşkilatlarında yerinə yetirilməsinin gedişinə dair" və

"Zəhmətkeşlərin məktub, ərizə və şikayətlərinə baxılması

vəziyyəti  və  onu  yaxşılaşdırmaq  tədbirləri” haqqında

məsələlərin hazırlanmasına 45 nəfər plenum üzvü və fəal

kommunist cəlb edilmişdir.

Yerlərdə  səyyar  büroların  keçirilməsi  işdə  ciddi  dönüş

yaradılmasına kömək göstərir, adamlarda tapşırılmış iş üçün

məsuliyyət  hissini  yüksəldir.  Becərmənin  ilk  dövrü  idi.

Rayon partiya komitəsi bütün kolxozlarda pambığın suva -

rılması və becərilməsinin gedişini yoxlamaq və nöqsanları

ara dan  qaldırmaq  üçün  yerlərə  kənd  təsərrüfatı  mütəxəs -

sislərindən, təcrübəli pambıqçılardan, partiya fəallarından

ibarət nümayəndələr göndərdi. Yoxlamanın nəticəsi pambıq -

çıların  rayon  müşavirəsində  geniş  müzakirə  olundu.  Or-

conikidze  adına  kolxozda  pambığın  suvarılması  və

becə rilməsində  ciddi  nöqsanlara  yol  verilirdi.  Becərmədə

aqrotexniki qaydalar pozulurdu. Briqadalarda əmək intizamı

Zəkanın gücü

137



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə