Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə39/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   35   36   37   38   39   40   41   42   ...   103

görüldü. Büronun qərarı hazırda kolxoz kommunistləri tərə -

findən icra edilir. Ərizə və şikayətlərin sayı xeyli azalmışdır.



Lenin adına kolxozda əmək intizamının zəifliyi, ərizə və

şikayətlərin  artması  bizi  narahat  edirdi.  Raykomun  büro

üzvləri bu məsələ ilə ciddi məşğul oldular. Aydın oldu ki,

kolxozun  rəhbərləri  arasında  cəmiyyət  yoxdur,  kollektiv

rəhbərlik  prinsipinə  əməl  edilmir,  partiya  təşkilatının  işi

zəifdir.  Bundan  istifadə  edən  ayrı-ayrı  intriqaçılar  işi

pozmağa cəhd edirlər. Rayon partiya komitəsi həmin kolx-

ozda  səyyar  büro  keçirdi.  Büroya  kommunistlərlə  yanaşı

bitərəf fəallar, kolxoz idarə heyətinin üzvləri də dəvət olundu.

İclas kommunistlərin tam fəallığı şəraitində keçdi. Hər kəsin

qüsuru üzünə deyildi, nöqsanların səbəbi göstərildi. Büro

düzgün və obyektiv qərar çıxardı. Ayrı-ayrı kommunistlər öz

səhvlərini  başa  düşdülər.  Kənd  zəhmətkeşləri  dövlət

planlarının və sosialist öhdəliklərinin müvəffəqiyyətlə yerinə

yetirilməsi  üçün  bütün  imkanlardan  geniş  istifadə  edərək

vədlərinə əməl etdilər.

Rayon  partiya  komitəsi  təşkilatlardan  daxil  olan

məlumatlara xüsusi fikir verir. Biz partiya məlumat-larının

köməyi ilə yerlərdə olan vəziyyətdən müntəzəm xəbər tutur,

zəhmətkeşlərin ehtiyac və tələblərini öyrənir, faydalı məslə -

hət və təklifləri nəzərə alırıq. Raykoma daxil olan məlumat -

ların ən mühüm forması zəhmətkeşlər tərəfindən göndərilən

məktub, ərizə və şikayətlərdir. Biz zəhmətkeş məktublarına

böyük əhəmiyyət verir, hər bir şikayət və məktuba həssaslıqla

yanaşır, bunların səbəblərini araşdırıb öyrənirik. Bu barədə

rayon  partiya  komitəsi  bürosunun  iclaslarında  vaxtaşırı

məsələ müzakirə edir, nöqsanların aradan qaldırılması üçün

Zəkanın gücü

145



tədbirlər görürük.

Lakin açıq deməliyəm ki, bu sahədə rayonumuzda hələ

ciddi nöqsanlar vardır, ayrı-ayrı kommunistlər ancaq yüksək

vəzifə tutmağa, az işləməyə və dövlətdən çox qoparmağa can

artırlar.  Belələrindən  Yaqut  Süleymanovanı,  İsaq

Rüstəmovu, Əmir Aslanovu, Məmmədəli Salahovu, Al-

lahverdi Vəliyevi, Əmir Qarayevi və başqalarını göstərmək

olar. Məhz belə adamlar ərizəbazlıqla məşğul olur, özlərinə

yer açmaq üçün hara gəldi yazır, hamını ləkələməyə çalışırlar.

Məsələn, Lenin adına kolxozda Kamal Paşayev 1963-cü



ildən sədr vəzifə sində işləyir. Bu müddət ərzində yazılan

ərizələr əsasında kolxoz respublika Kənd Təsərrüfat Nazir-



liyi,  Daxili  İşlər  Nazirliyi,  Rayon  partiya, sovet  və

təsərrüfat  orqanları  tərəfindən  dönə-dönə  yoxlanmış,

ərizələrin doğru olmadığı aşkar edilmişdir. Belə yersiz yoxla-

malar, şübhəsiz, işə mənfi təsir göstərir.

İlk partiya təşkilatlarından gələn protokolların öyrənilməsi

də büronun işinə müsbət təsir göstərir. Biz, kommunistlər

tərəfindən deyilmiş tənqidi qeydləri və təklifləri həmin pro-

tokollardan götürüb ümumiləşdirir, işdə nəzərə alırıq.



Sov. İKP MK dekabr (1969-cu il), Azərbaycan KP MK

avqust, dekabr (1969-cu il) və mart, avqust, dekabr (1970-

ci il) plenumlarının qərarlarında partiya təşkilatlarının

vəzifələri müəyyən edilmişdir. Rayon partiya təşkilatı öz

səyini həmin qərarların yerinə yetirilməsinə yönəldir. Büro

və plenum iclaslarında Sov. İKP MK və Azərbaycan KP MK-

nın son plenum-larının qərarlarından irəli gələn vəzifələrlə

əlaqədar  məsələlərin  müzakirəsinə  daha  çox  yer  verilir.

Tələb-karlığın yüksəldilməsi, partiya və dövlət intizamının



Sahib Sailov

146


möhkəmləndiril məsi,  tapşırılmış  iş  üçün  hər  bir  işçinin

məsuliyyət hissinin artırılması indi xüsusi əhəmiyyət kəsb

edir.  Biz  hər  hansı  bir  işçini  irəli  çəkərkən  onun  şəxsi

keyfiyyətlərinə, təşkilatçılıq bacarığına və işgüzarlığına xü-

susi  diqqət  yetiririk.  Son  zamanlar  rayonun  bir  sıra

təsərrüfatlarına, idarə və müəssisə lərinə rəhbərliyə zəngin

təcrübəsi, təşkilatçılıq bacarığı, yüksək mənəvi keyfiyyətləri

ilə  fərqlənən  kadrlar  seçilib  irəli  çəkil-mişdir.  Belə

yoldaşlardan  kənd  təsərrüfatı  idarəsinin  rəisi  Hüseyn

Rüstəmovu, subartezian quyuları istismarı idarəsi rəisinin

müavini Kərəm İbrahimovu, M.F. Axundov adına kolxozun

sədri  Zöhrab  Əhmədovu,  Telman  adına  kolxozun  sədri



Şahmalı Babayevi, Dimitrov adına kolxozun sədri Orucəli

Kazımovu və başqalarını göstərmək olar.

"Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək

tədbirləri  həqqında"  Sov.  İKP  MK-nın  və  SSRİ  Nazirlər

Sovetinin 1970-ci il 23 iyul tarixli qərarı respublikamızın

bütün əməkçilərinin, o cümlədən Qasım İsmayılov rayonu

zəhmətkeşlərinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur.

Partiya və hökumətimizin fədakarlıqla işləyərək beşilliyin so-

nuncu ili tapşırıq-larını və sosialist öhdəliklərini layiqincə

yerinə yetirmişlər. Yarışda pambıqçılarımız xüsusilə fərqlən -

mişlər.  Dövlətə  14.500  ton  əvəzinə  16.634  ton  pambıq

satılmışdır ki, bu da illik planın 114,7 faizi deməkdir. Dövlətə

taxıl  satışı  planı  158.5  faiz,  üzüm  satışı  planı  2,8  dəfə

artıqlaması  ilə  yerinə  yetirilmişdir. Adamlarımız  heyvan -

darlıq  məhsulları  istehsalı  və  satışında  da  1970-ci  ili

qələbələrlə başa çatdırmışlar. Dövlətə ət satışı planı 144 faiz,

süd satışı planı 109 faiz, yun satışı planı 104 faiz, yumurta



Zəkanın gücü

147


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə