Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə47/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   43   44   45   46   47   48   49   50   ...   103

tutur. Belə kommunistlərə isə təəssüf ki, hələ də rast gəlinir.

Son il yarım ərzində Sov. İKP Nizamnaməsinin tələblərini bu

və ya digər formada pozan, cinayət törədən 73 nəfər Sov. İKP

üzvü və namizədi müxtəlif partiya cəzası almış və ya partiya

sıralarından xaric edilmişlər. Məsələn, Sov. İKP üzvü İmran

Şəfiyev Dəliməmmədli qəsəbə Sovetinin katibi işləyərkən

qanunsuz olaraq 0,46 hektar ictimai torpağı zəbt etdiyinə və

sənədsiz inşaat materialları alaraq ev tikdirdiyinə görə Sov.

İKP sıralarından xaric edilmişdir.

Hazırda  partiya  sənədlərinin  dəyişdirilməsinə  hazırlıq

dövründə ilk partiya təşkilatları cəzası olan kommunistlərin

işinə daha ciddi diqqət yetirməyə başlamışlar. Nəzərdə tutul -

muşdur  ki,  verilən  cəzadan  lazımi  nəticə  çıxararaq  əməli

işində dönüş yaradan, kollektivin, partiya təşkilatının ictimai

həyatında  daha  fəal  iştirak  edən  kommunistlərin  cəzaları

götürülsün. Əsas diqqət ona verilir ki, kommunistlər partiya

tənbehinin tərbiyəvi əhəmiyyətini başa düşsünlər, cəzadan

öz ləri üçün lazımi nəticə çıxarsınlar. Əgər kommunist cəza -

dan lazımi nəticə çıxarsa, deməli, partiya üzvü adını doğrul -

dur.


Rayon  partiya  komitəsi  Sov.  İKP  XXIV  qurultayı  qə-

rarlarını  həyata  keçirmək  üçün  əsas  özək  olan  ilk  partiya

təşkilatlarının  mübarizliyini  artırmaq  üçün  partiya  işinin

qabaqcıl təcrübəsindən geniş istifadə edir, bundan sonra da

istifadə edəcəkdir.

Qasım  İsmayılov  rayon  partiya  komitəsinin  həyata

keçirdiyi  tədbirlər  sırasında  Naftalanın  abadlaşdırılması,

yaşıllaşdırılması, yeni üslubda qurulması və müasir kurort



Zəkanın gücü

175


şəhərinə çevrilməsi üçün bir sıra tədbirlər görmüşdür. Son 5

il müddətində rayon partiya komitəsinin bürosunda Naftalan

kurortuna aid müntəzəm olaraq bu və ya digər məsələlər (26

dəfə) müzakirə edilmişdir. Partiya komitəsi sanatoriyalarda

kadrların seçilib yerləşdirilməsinə xüsusi fikir vermiş və bir

neçə dəfə bu məsələ yoxlanaraq müzakirə edilmişdir. Sanato -

ri yaların tam həkim və tibb işçilərinə olan tələbatı ödənilmiş,

istilik  sistemi  qaydaya  salınmış,  təmir  və  tikinti  işlərinin

sürəti xeyli artırılmış, müalicə, sağlamlıq işləri yaxşılaş dı -

rılmış, mədəni-məişət, ticarət, rabitə və şəhərin yaşıllaş dırıl -

ması sahəsində müəyyən işlər görülmüşdür. Sanatoriyalarda

xəstələrə tibbi xidmətin vəziyyəti yaxşılaşdırılmış, müalicə

korpusları genişləndirilmişdir.

Rayon partiya komitəsi müzakirəyə çıxardığı məsələlərdə

kurortun işində olan ciddi nöqsanları aşkara çıxarmış və onun

aradan qaldırılması üçün əməli tədbirlər görmüşdür. Hazırda

sanatoriyada  kadrların  seçilib  yerləşdirilməsi  və  tərbiyə

edilməsində, əmək intizamının möhkəmləndirilməsində və

respublika təşkilatlarının qarşısında duran məsələlərin həll

edilməsi üçün bir sıra tədbirlər görülür.

Son dövrdə Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi

şurası,  Respublika  Kurortlar  İdarəsi  Şurası  Naftalan

sanatoriyası  ilə  daha  müntəzəm  məşğul  olur,  mövcud

nöqsanların  aradan  qal dırılması  üçün  əməli  tədbirlər

görür. Ümumittifaq əhəmiy yətli kurort şəhərində işlərin qay-

daya  salınması,  müalicəyə  gələnlərin  artan  tələbatının

ödənilməsi,  sanatoriya  işçilərinin  şəxsi  mədəniyyətinin

yüksəldilməsində müəyyən işlər görülmüşdür.



Sahib Sailov

176


Etiraf etməliyik ki, son illərdə görülən tədbirlər öz müsbət

nəticəsini vermişdir. Artıq müalicə işlərindən şikayət yoxdur.

Lakin ümumittifaq əhəmiyyətli Naftalan sanatoriyasında hələ

görüləsi işlərimiz çoxdur. Bu, əlbəttə, birinci növbədə partiya

təşkilatından asılıdırsa, lakin elə məsələlər vardır ki, onlar

respublikanın əlaqədar təşkilatlarından asılıdır. Mən birinci

növbədə şəhərdə aparılan tikinti işlərinin üzərində dayanmaq

istərdim. Şəhərdə aparılan tikinti işləri keyfiyyətsiz aparılır,

xüsusilə inşası yarımçıq qalmış rabitə evinin, mehmanxana

binasının, pansionatın, 9 və 5 mərtəbəli yaşayış binalarının,

təyyarə limanının işini sürətləndirmək və nəzərdə tutulan

obyektlərin vaxtında istifadəyə verilməsini respublika Kənd

Tikintisi Nazirliyindən xahiş edirik. Tikintinin vaxtında başa

çatdırılması üçün lazımi tədbirlərin görülməməsi nəticəsində

keçən  il  2.323  min  manata  qarşı  1.652  min  manatlıq  iş

görülmüşdür ki, bu da ümumi planın 71,5 faizini təşkil edir.

İşdə olan ciddi nöqsanlardan biri, müalicə olunanların su

ilə təmin edilməməsidir. Respublika Nazirlər Soveti yanında

Yeraltı Suları Mühafizə və ondan istifadə Komitəsi Tərtər -

çay dan Naftalana su aparılması ilə yaxşı məşğul olmadığı

üçün vaxtında istifadəyə verilməsi mümkün olmayacaqdır.

Şəhərdə görülən əsas tədbirlərdən biri, şəhərin yaşıllaş dı -

rılmasıdır.  Lakin  Respublika  Meşə  Təsərrüfatı  Komitəsi

demək olar ki, əsaslı heç bir iş görməmişdir, orada yaranmış

olan xüsusi Meşə təsərrüfat idarəsinin heç bir maddi texniki

bazası yoxdur. İlbəil əkilən ağaclar susuzluqdan tələf olur.

Hazırda Naftalan sanatoriyasında ən çox narazılıq əmələ

gətirən məsələlərdən birisi təchizatdır. Sanatoriyaların lazımi



Zəkanın gücü

177


ərzaq məhsulları ilə vaxtında təmin edilməməsi nəticəsində

bişirilən xörəklərin keyfiyyətinin aşağı olması, xüsusi kartof,

kələm, meyvə və ət məhsullarının çatışmaması xəstələrin

haqlı narazılığına səbəb olur. Sanatoriyanın təzə ətlə təmin

edilməsi ciddi bir məsələdir. Bu məsələ respublika təşkilatları

qarşısında  qaldırılmasına  baxmayaraq,  respublika  Ticarət

Nazirliyi, Ət və Süd Sənayəsi Nazirliyi bu iş üçün lazımi ölçü

götürmür. Hətta respublika Ət və Süd Sənayesi Nazirliyi Naf-

talan kurortunun təzə ətlə təmin edilməsi üçün təşkil edilən

malkəsmə  məntəqəsini  rayon  partiya  komitəsi  ilə  məslə -

hətləşmədən  respublika  Nazirlər  Sovetinin  razılığı  ilə

özbaşına bağlamış, onun əvəzində isə nazirlik üçün sərfəli

olan rayonda yeni məntəqə təşkil etmişdir. Bu məsələ respub-

lika təşkilatları qarşısında qaldırılmış, lakin heç kəs nazir

Məmmədovu öz inadından döndərə bilməmişdir. Ümumiy -

yətlə, xəstələrin süd məhsulları ilə, təzə tərəvəz, meyvə və ət

ilə təmin edilməsi ciddi bir problem olaraq qalır.

Naftalan sanatoriyasında müalicəyə gələnlərə tibbi xidməti

yaxşılaşdırmaq,  xəstələrin  mədəni  istirahəti  üçün  normal

şərait yaratmaq, zəhmətkeşlərə ticarət, mədəni-məişət, rabitə

və nəqliyyat xidməti günün tələblərindən geri qalır.

Yaxşı olar ki, şəhərin baş planı başa çatdırılsın, su kəmə -

ri nin tikintisi sürətləndirilsin, təyyarə meydançasının tikintisi

başa çatdırılsın, ticarət obyektləri genişləndirilsin, xüsu silə

yeyinti malları artırılsın, yardımçı təsərrüfat bərpa edilsin,

təmir-tikinti sahəsi idarəyə çevrilsin.

Bu gün burada bizim ünvanımıza deyilən tənqid tamamilə

doğrudur.



Sahib Sailov

178


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə