Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


partiya  komitəsi  bizim  qarşıda  duran  vəzifələri



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə48/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   44   45   46   47   48   49   50   51   ...   103

Rayon  partiya  komitəsi  bizim  qarşıda  duran  vəzifələri

yerinə  yetirmək  üçün  Naftalan  sanatoriyasında  işləyən

kommunistlərin  məsuliyyətini  artıracaq  və  bundan  sonra

lazım  olan  bütün  tədbirləri  görəcəkdir.  Partiya  təşkilatı

mərkəzi Komitənin yoxlamasından sonra bu məsələni bütün

idarə, müəssisə rəhbərlərinin və partiya təşkilatlarının iştirakı

ilə 16 fevral 1973-cü il tarixdə geniş müzakirə etmiş, mövcud

nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görmüş

və partiya rəhbərliyini möhkəmləndirmişdir. Mən, Azərbay -

can  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  bürosunu

əmin  edirəm  ki,  Naftalan  sanatoriyasında  lazım  olan

tədbirlərin həyata keçirilməsi üçün Mərkəzi Komitənin bu

günkü bürosunda qəbul edilən qərarı əldə rəhbər tutacaq, re-

spublika təşkilatlarının yaxından köməyi ilə lazım olan bütün

tədbirləri həyata keçirəcəkdir.

Zəkanın gücü

179



ƏMƏLDƏN DOĞAN ARZU

1

Sovet xalqının zəngin tarixinə yubiley ili kimi daxil olan

1972-ci il respublikamızın kənd zəhmətkeşləri şərəflə başa

vurdular. Keçən il ölkəmizin bütün millət və xalqlarının tarixi

birliyinin 50 ili tamam oldu. Sov. İKP XXIV qurultayının

qərarlarını müvəffəqiyyətlə həyata keçirən vətənimizin bütün

zəhmətkeşləri kimi, rayonu-muzun əmək adamları da SSRi-

nin təşkil edilməsinin 50 illiyi şərəfinə sosializm yarışını daha

da genişləndirərək yubiley ilini müvəffəqiyyətlə başa çatdır -

maq üçün səylə işləmiş, təsərrüfatın müxtəlif sahələrində yeni

nailiyyətlər  əldə  etmişlər.  Onların  gərgin  əməyi  yüksək

qiymətləndirilmiş, respublikamızın kənd təsərrüfatı qabaqcıl -

ları sırasında rayonumuzun tarla bahadırlarının böyük bir

qrupu SSRİ-nin orden və medalları ilə təltif edilmişdir. Ray-

onun ən qabaqcıl təsərrüfatlarından biri olan "Azərbaycan"

kolxozu  Sov.  İKP  MK-nın,  SSRİ  Ali  Soveti  Rəyasət



Heyətinin, SSRİ Nazirlər Sovetinin və ÜİHİMŞ-in Yubi-

ley Fəxri nişanına layiq görülmüşdür.

"Azərbaycan"  kolxozu  doqquzuncu  beşilliyi  dörd  ildə

yerinə yetirmək uğrunda rayonumuzda genişlənən yarışın

önündə gedir. Bu təsərrüfat son illərdə plan və öhdəliklərini

qısa  müddətdə  yerinə  yetirmək  sahəsində  bir  növ  rekord

müəyyən etmişdir. Kolxozun üzvləri yubiley ilində xüsusilə

fərqlənmişlər. Onlar dövlətə pambıq satışı planını 161 faiz

yerinə yetirərək hər hektardan orta hesabla 40 sentnerə yaxın

məhsul götürmüşlər. Yusif Həmidov, Rza Əliyev və Cəmil

Sahib Sailov

180

                                                      

"Kənd həyatı"jurnalı.Бakı, 1973-cü il, № 2,S.9-11. 



Namazovun başçılıq etdikləri briqadalar daha yüksək göstə -

ricilərə  nail  olmuş,  hər  hektardan  42-48  sentner  pambıq

toplamışlar. Kolxoz yuibley ilini təsərrüfatın digər sahələri

üzrə də yüksək nəticələrlə başa vurmuşdur. Taxıl, üzüm, süd,

yun, yumurta istehsalı və satışı planları da vaxtından qabaq

və artıqlaması ilə yerinə yetirilmişdir. Burada hər inəkdən

2100 kiloqram süd sağılmış, hər 100 baş inəkdən 99 bala

alınmış, hər qoyundan 2,5 kiloqramdan çox yun qırxılmışdır.

Keçən  il  kolxozun  700  min  manatdan  çox  ümumi  gəliri

olmuşdur. Təsərrüfatın rentabelliyi nəzərdə tutulan 20 faiz

əvəzinə 54,2 faizə çatmış, hər adamgünün dəyəri natura ilə

birlikdə 5 manatadək yüksəlmişdir.

İctimai  gəlirin  artması  kolxozçuların  həyat  səviyyəsini

yüksəltməyə,  təsərrüfatın  əhatə  etdiyi  kəndlərdə  tikinti-

abadlıq işlərini xeyli genişləndirməyə imkan yaratmışdır. Son

illər ərzində kolxozun mərkəzi malikanəsi Sarov kəndinə su

kəməri çəkilmiş, mədəniyyət evi, uşaq bağçası inşa olunmuş,

yeni  tipli  heyvandarlıq  binaları,  tarla  düşərgələri  tikilib

istifadəyə verilmişdir. Yubiley ilində Dəliməmmədli qəsəbə -

sindən kolxozun mərkəzinə asfalt yol çəkilmişdir.

Bütün  bu  nailiyyətlər  heç  də  təsadüfi  olmayıb,  kolxoz

idarə  heyətinin,  partiya,  komsomol  və  həmkarlar  ittifaqı

təşkilatlarının uzun illərdən bəri apardığı səmərəli təsərrüfat-

təşkilatı fəaliyyətinin nəticəsidir.

Kolxoz partiya təşkilatı kadrların seçilib yerləşdirilməsi

məsələsinə xüsusilə böyük fikir verir. Kolxozda ən çətin, ən

əsas sahələr kommunistlərə etibar edilmişdir. Onların hamısı

təsərrüfat işlərindən yaxşı baş çıxaran, işgüzar, təşkilatçı, hər



Zəkanın gücü

181


şeydən əvvəl nüfuzlu adamlardır. Məsələn, briqadirlərdən

R.Əliyev, Z.Namazov, S.Məmmədov, ferma müdirləri Q.

Hüseynov, S. Əliyev, baş mühasib F.Rüstəmov 10-12 ildir

ki, həmin vəzifələrdə çalışırlar. Kolxoz sədri Ə. İsayevin

zəngin  iş  təcrübəsi  vardır.  Kolxoz  idarə  heyəti  üzvləri

arasında vəzifə bölgüsü aparılmış, onların hər biri müəyyən

bir sahəyə təhkim olunmuşdur. 

Rayon  partiya  komitəsi  "Azərbaycan"  kolxozu  idarə

heyətinin  və  ilk  partiya  təşkilatının  təsərrüfata  rəhbərlik

sahəsində  əldə  etdiyi  müsbət  təcrübəni  ümumiləşdirib

yaymağı məsləhət bilmişdir.

"Azərbaycan" kolxozunun ardıcılları sırasında K.Marks

adına təsərrüfatın üzvlərini xüsusilə qeyd etmək lazımdır. Bu-

rada istehsalın Sov. İKP XXIV və Azərbaycan KP XXVIII

qurultaylarının  tələbləri  səviyyəsində  qurulması,  kommu -

nistlərin təsərrüfatda avanqard rolunun təmin edilməsi kolx-

ozun  yüksək  nailiyyətlər  qazanmasında  çox  böyük  təsir

göstərmişdir. Beşilliyin ikinci ilində burada dövlətə 1250



ton əvəzinə 1656 tondan çox pambıq satılmışdır. Sosialist

Əməyi  qəhrəmanı  Mansur  Kərimovun  başçılıq  etdiyi

kompleks tarlaçılıq briqadasının üzvləri bu il 70 hektar

sahənin  hər  hektarından  37  sentnerdən  çox  məhsul

götürmüşlər.

Yubiley ilində kolxoz partiya təşkilatının böyük siyasi və

təşkilatçılıq fəaliyyəti yüksək qiymətləndirilmiş, ilk partiya

təşkilatı katibi Allahyar İmamquliyev Qırmızı Əmək Bayrağı

ordeni ilə təltif edilmişdir. İndi S.Vurğun adına kolxoz ilk

partiya  təşkilatının  katibi  Jenya  Qriqoryanın  da  sinəsini



Sahib Sailov

182


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə