Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə44/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   40   41   42   43   44   45   46   47   ...   103

təşkilatı katibləri burada əsasən partiya quruculuğu, təsər -

rüfata partiya rəhbərliyi, təşkilat-partiya işi, partiya təsərrüfatı

məsələlərini  və  sair  bu  kimi  məsələləri  öyrənir,  təcrübə

mübadiləsi aparırlar. "Sov. İKP XXIV qurultayı və partiya

quruculuğu  məsələləri",  "Partiya  üzvlüyünün  Lenin  prin -

sipləri", Partiya işi ilə təsərrüfat işinin əlaqələndirilməsi",

"Partiya  işinin  səmərəliliyi",  "Partiya  yığıncağı-kommu -

nistlərin  tərbiyə  məktəbidir",  "Protokolların  yazılması

qaydası", “Partiya üzvlük haqlarının vaxtında verilməsi ən

ciddi intizamdır" və s. mövzularda oxunmuş mühazirələr,

aparılan söhbətlər ilk təşkilat katiblərinə əməli işdə çox xeyir

vermişdir.

Rayon partiya komitəsinin bürosunda ilk partiya təşkilat -

larının tez-tez hesabatı dinlənilir. Bu, onların fəaliyyətini,

mübarizliyini daha da artırır, nöqsanların vaxtında aşkara

çıxarılmasına, qüvvələrin əsas istiqamətdə cəmləşdirilməsinə

kömək edir. Müzakirə zamanı ilk partiya təşkilatı katibinə

məsləhətlər  verilir,  qarşıda  duran  başlıca  vəzifələri  həll

etməyin  konkret  yolları  göstərilir.  Bu  il  rayon  partiya

komitəsinin  bürosunda  S.Vurğun  adına,  B.  Bağırova

adına,  Jdanov  adına,  H.Aslanov  adına  kolxozların  və

"Azərbaycan"  kolxozunun,  habelə  rayon  icraiyyə

komitəsinin, Naftalan Şəhər İcraiyyə Komitəsinin, sub-

artezian  quyularının  istismarı  idarəsi  ilk  Partiya

təşkilatlarının  və  başqalarının  Sov.  İKP  XXIV  və

Azərbaycan  KP  XXVIII  qurultaylarının  kənd  təsər -

rüfatını  inkşaf  etdirmək,  əhalinin  maddi  rifahını

yaxşılaşdırmaq sahəsində qarşıya qoyduqları vəzifələri

Sahib Sailov

164



necə yerinə yetirdikləri barədə hesabatlar dinlənilmişdir.

Təcrübə  göstərir  ki,  rayon  partiya  komitəsi  ilk  partiya

təşkilatlarına tələbkarlığı artırdıqda, nəzarəti gücləndirdikdə

hər bir kommunistin əmək və ictimai fəaliyyəti də gündən-

günə artır. Belə bir misal göstərək. İlin əvvəlində "Azərba -

can"  kolxozu  ilk  partiya  təşkilatının  hesabatı  dinlənilirdi.

Müzakirə  çox  işgüzar  keçdi.  Təşkilat  katibinə  faydalı

məsləhətlər verildi. Büronun müzakirəsindən sonra aparat

işçiləri kolxoz kommunistlərinin yığıncağında oldular, rayon

partiya  komitəsinin  qərarını  kommunistlərə  çatdırdılar.

Yığıncaqda  kommunistlər  də  çıxış  etdilər:  məhsuldarlığı

artırmaq  yollarından,  ölkəyə  daha  çox  kənd  təsərrüfatı

məhsulları  və  xammal  satmaq  üçün  daxili  ehtiyatlar-dan,

əməyə şüurlu münasibətdən, müvəffəqiyyətlərin əsası olan

polad intizamdan danışdılar, bir sıra təkliflər irəli sürdülər.

Rayon partiya komitəsi bürosunun qərarı yekdilliklə bəyə -

nildi. Bunun, əlbəttə, müsbət təsiri və yaxşı nəticəsi oldu.

Məsələn,  kolxozun  heyvandarları  doqquz  aylıq  süd  satışı

planını  189,9  faiz,  yun  satışı  planını  136,6  faiz,  ət  satışı

planını 116,2 faiz, yumurta satışı planını isə 152 faiz yerinə

yetirdilər.  Kollektivin  üzvləri  beşilliyin  ikinci  ilini

müvəffəqiyyətlə başa vurmaq, SSRİ-nin təşkil edilməsinin

50  illiyini  ləyaqətlə  qarşılamaq  üçün  yarışı  gündən-günə

genişləndirir, yeni-yeni ehtiyatlar aşkara çıxarır, təsərrüfatın

bütün sahələrində qabaqcıl olmağa çalışırlar. Həmişə olduğu

kimi,  yerə  də  kommunistlər  irəlidə  gedir,  işdə  bitərəflərə

nümunə olur, onları özlərinin ardınca aparır, partiya üzvü

adını şərəflə daşıyırlar.



Zəkanın gücü

165


Məlumdur ki, hər bir ilk partiya təşkilatının mübarizliyi

onun üzvlərinin fəallığından çox asılıdır. Buna görə də hər

bir  kommunist  özünə  qarşı  daha  tələbkar,  daha  işgüzar

olmalıdır. Sov. İKP MK-nın Baş katibi L.İ.Brejnev yoldaş

"Sosializmin  böyük  qələbələrinin  əlli  ili"  məruzəsində

demişdir: "Kommunist adı qarşıya böyük vəzifələr qoyur.

Kommunistlərin yalnız bir imtiyazı vardır ki, bu da ümumi

işə hamıdan daha çox qüvvə sərf etməkdən, ümumi işin təntə -

nəsi xatirinə hamıdan yaxşı mübarizə aparmaqdan və işlə -

mək dən ibarətdir. Kommunistlərin heç bir xüsusi hüquqları

yoxdur, onların yalnız bir hüququ vardır ki, bu da həmişə

irəlidə olmaqdan, ən çətin yerlərdə olmaqdan ibarətdir".

Rayon partiya komitəsi ilk təşkilatlara rəhbərlikdə bunu

əsas götürür ki, hər bir kommunist barəsində tələbkarlıq, hər

bir işçinin tapşırılmış sahə üçün məsuliyyət hissi artırılsın,

bu isə gözəl bəhər verir. Belə bir misal göstərək. 1970-ci ildə



127 pambıqçılıq briqadasından 112-si, 1971-ci ildə 98-i

pambıq yığımı planını yerinə yetirmişdir. Kommunist -

lərin rəhbərlik etdikləri 9 taxılçılıq briqadasının hamısı,

10 yemçilik briqadasından 7-si, 15 süd-əmtəə fermasın -

dan  13-ü,  6  qoyunçuluq  fermasından  (yun  istehsalına

görə) 5-i, 4 quşçuluq fermasından  (yumurta istehsalına

görə)  3-ü  dövlət  tapşırıqlarını  müvəffəqiyyətlə  yerinə

yetirmişdir.

Ümumiyyətlə,  kommunistlərin  başçılıq  etdikləri  120

pambıqçılıq, taxılçılıq, yemçilik, bağçılıq briqadalarından

qoyunçuluq, quşçuluq, donuzçuluq və süd-əmtəə fermaların -

dan 1970-ci və 1971- ci təsərrüfat ilində 102- si tapşırıqları

Sahib Sailov

166



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə