Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə52/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   48   49   50   51   52   53   54   55   ...   103

Rəsədxanasına  getdik.  Rəsədxananın  rəhbəri  akademik

Acubəy Sultanov 2 metrlik (o dövr üçün SSRİ-də birinci)

teleskopla aparılan elmi-tədqiqat işləri ilə bağlı elmi müşahi -

dələrin nəticələrini ətraflı izah etdi.

Tanışlıqdan  sonra  Rəsədxananın  qonaq  otağında  təşkil

olunmuş nahar yeməyinə getdik. Ev sahibi kimi məclisə mən

rəhbərlik edirdim. Təxminən bir saatdan sonra Respublika



Nazirlər  Soveti  sədrinin  birinsi  müavini  akademik,

Sosialist Əməyi Qəhrəmanı İbrahimov İsmayıl gəldi. O,

məclisə daxil olarkən, yanıma dəvət edib, şərab badələrini

sağlığına qaldırıb, məclisi idarə etməyi ondan xahiş etdim. O

məclisə başlayarkən birinci növbədə görkəmli elm korifey -

lərini salamladı. SSRİ Elmlər Akademiyasının prezidenti



Keldış başda olmaqla astrofiziklər ordusunun sağlığına

badə qaldırdı. Artıq mən bir balaca özümə gəldim, gərgin -

liyim aradan qalxdı. Məclis çox gözəl başa çatdıqdan sonra

qonaqları Bakıya yola saldım. Respublika Elmlər Akade mi -

yasının prezidenti Həsən Abdullayevin əhvalı çox yaxşı idi.



***

Respublika miqyaslı tədbirlərin iştirakçıları birinci növbə -

də  Şamaxıya  göndərilirdi.  O  cümlədən  akademik  Həsən

Əliyevin rəhbərlik etdiyi Torpaqşünasların Simpoziumu,



akademik Mirməmməd Cavadzadənin rəhbərlik etdiyi

uroloqların nümayəndə heyəti, daha sonra AMEA-nın

prezidenti  Həsən  Abdullayevin  rəhbərlik  etdiyi

Astrofiziklərin nümayəndə heyətləri Şamaxıya gəldilər.

Onlar  rayonun  iqtisadiyatı,  Partiya  Təşkilatının  aparmış



Zəkanın gücü

195


olduğu siyasi-kütləvi işlərlə tanış oldular. RPK-si bununla

yanaşı,  digər  rəsmi  qonaqları  da  yüksək  səviyyədə  qəbul

edirdi. Məsələn, ölkə kosmonavtları Rukavişnikov, Ko-

marov, Kubasov və başqaları SSRİ Statistika Komitəsinin

sədri Voladarski, SSRİ Yazıçılar İttifaqının birinci katibi

Markov, Azərbaycan Yazıçılar  İttifaqının  sədri  İmran

Qasımovun rəhbərliyi ilə ölkəmizdə keçirilən ədəbiyyat

və incəsənət ongünlüyünün iştirakçıları (qonaqların sayı

100  nəfərdən  çox)  Şamaxıya  gəldilər.  Bunlar  yüksək

səviyyədə qəbul edilib, rayonun iqtisadi-siyasi inkişafı haq -

qın da məlumatlandırıldılar.

***

Rayonda keçirilən bir çox tədbirlər, o cümlədən üzümçü -

lərin respublika müşavirəsi MK-nin səyyari keçirilən büro

iclasında müzakirə olundu. Büroda MK-nin birinci katibi



Heydər Əliyev, Nazirlər Sovetinin sədri Əli İbrahimov,

katiblər  C.Kozlov,    H.İbrahimov  və  müvafiq  olaraq

Respub likanın nazirləri və idarə rəisləri iştirak edirdi.

Bu məqamda Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin

birinci katibi Boris Gevorkovun çıxışı oldu. O, öz çıxışında

üzümçülərin  respublika  müşavirəsinin  və  MK  -nın  büro

iclasının hər il Şamaxıda keçirilməsinə etirazını bildirdi. Bu

müşavirənin başqa rayonlarda və Dağlıq Qarabağda keçiril -



məsini məsləhət gördü. Bu çıxışa cavab olaraq, MK-nin

birinci katibi Heydər Əliyev belə dedi: MK düzgün edir,

səyyar  büro  –  üzümçülərin  respublika  müşavirəsinin

məhz  Şama xıda  keçirilməsini  MK  qərara  alıb.  Çünki

Sahib Sailov

196


Şamaxı  rayonu  üzümçülük  sahəsində  respublikanın

flaqmanıdır.  Eyni  zamanda  rayonun  bütün  iqtisadi

göstəriciləri MK tərəfindən nəzər-diqqətdə saxlanılır.

***

Axşam büro iclası qurtardıqdan sonra MK-nin bütün büro

üzvləri Astarofizika Rəsədxanasının qonaq evində qaldılar.

Səhər tezdən qonaqlar, başda Heydər Əliyev olmaqla, ətrafda

olan meşə sahəsinə gəzintiyə çıxdılar. Gəzintidən qayıdarkən

bulağın ətrafında olan alma bağları nəzər-diqqəti cəlb etdi.



Yoldaş  Əliyevin  alma  bağlarından  iki  böyük  almanı

dərməsi  hamının  diqqət  mərkəzində  idi. Səhər  yeməyi

zamanı həmin almalar stolun üstündə idi. Səhər yeməyi çox

yüksək  səviyyədə  keçdi.  Ortalığa  gətirilən  yeməklərin

içərisində diqqəti çəkən bildirçin kababı və ağ muskat çaxırı

idi. Əliyev məndən soruşdu: Sailov bu nə quşdur? Dedim:

bildirçindir. Bəs bu çaxır? Dedim: ağ muskatdır. Gülə-gülə

qayıtdı: artıq bizim katiblərimiz bildirçin yeyib, ağ muskat

içirlər.  Bizim  isə  bundan  xəbərimiz  yoxdur.  Çox  şən  və

yüksək səviyyədə keçən səhər yeməyindən sonra qonaqları

rayondan yola saldıq. 

Mən MK-nin birinci katibi Heydər Əliyev və büro üzv -

lərini Mərəzə rayonuna qədər ötürüb, geri qayıtdım. Yol boyu

Nəsimi, Sabir, Nərimanov adına sovxozların zəhmətkeşləri

qonaqları  səmimi  salamladılar.  Onlarla  görüşən  H.Əliyev

soruşdu: sizin nə şikayətiniz var? Dedilər, heç bir şikayətimiz

yoxdur, Allah canınızı sağ eləsin. Şikayətimiz olarsa, birinci

katibimizə deyərik. 

Zəkanın gücü

197



***

Yaddaqalan  əsas  hadisələrdən  biri  SSR  Ali  Sovetinin

deputatı, Amerika və Kanada İnstitutunun direktoru və Sov.

İKP-nın baş katibi Brejnevin Amerika və Kanada məsələləri

üzrə  məsləhətçisi  Georgi  Arkadeviç  Arbatovun  rayonda

olması  idi.  O,  bir  deputat  kimi  rayona  tez-tez  gələr,

zəhmətkeşlərlə görüşər, onların suallarına cavab verərdi. Eyni

zamanda  o,  rayonun  problemlərinin  həllində  bizə  lazımi

köməklik göstərərdi. 

***

SSRİ Yazıçılar İttifaqının birinci katibi Georgi Markovla

görüş unudulmaz oldu. İmran Qasımov, Süleyman Rüstəm,

Əzizə  Cəfərzadə  və  başqa  yazıçılar,  şairlər  onu  müşayiət

edirdilər.  SSRİ  Yazıçılar  İttifaqının  üzvlərinin  rayon

zəhmətkeşləri  ilə  görüşündə  Sosialist  Əməyi  Qəhrəmanı

Georgi  Kiselyov  çıxış  edərək,  bir  təklif  verdi:  nə  üçün

Şamaxı-Bakı su kəməri çəkilir, amma çaxır kəməri çəkilmir

(vinoprovod). Əlbəttə, bu bir zarafat olsa da, zəhmətkeşlərin

çox xoşuna gəldi.



***

Azərbaycanda keçirilən Ədəbiyyat və İncəsənət Ongün-

lüyünün iştirakçıları (100 nəfərdən çox) qruplara bölünərək

rayonla tanışlığa başladılar. Qrupların birinə raykomun işçisi



Fatma  Quliyeva  rəhbərlik  edirdi.  Həmin  qrupun

üzvlərindən biri qatı millətçi şairə Marietta Şaqinyan idi.

Sahib Sailov

198


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə