Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə60/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   56   57   58   59   60   61   62   63   ...   103

ideoloji kadrların seçilməsi və tərbiyə edilməsi sahəsindəki

iş haqqında" qərarı fəaliyyətimizin istiqamətini müəyyən -

ləşdirən sənədlər olmuşdur. İndi ideoloji sahədə bütün vasitə -

lər Sov. İKP MK-nın partiyaya, sovet xalqına müraciətindən,

Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİLKGİ MK-

nın  kənd  təsərrüfatı  işçilərinin  şərəfli  vəzifələrin  yerinə

yetirilməsinə yönəldilmişdir. Rayon partiya təşkilatı ideoloji

işdə bir sıra yeni, daha sanballı tədbirlərin həyata keçirilmə -

sinə nail olmuşdur.

Bir hər şeydən əvvəl ideoloji işin qabaqcadan müəyyənləş -

dirilmiş dəqiq proqram əsasında ardıcıl aparılmasına və onun

təsirliliyinə diqqəti artırmaqdır. Bu məqsədlə cari və perspek-

tiv  planlar  tərtib  edilmiş  və  onların  yerinə  yetirilməsinə

nəzarət gücləndirilmişdir. Təcrübə göstərir ki, aylıq və rüblük

planlarla yanaşı perspektiv planların tərtib edilməsi olduqca

faydalıdır. Rayon partiya komitəsi tərtib edilmiş perspektiv

plan-larda  əmək  kollektivləri  arasında  soializm  yarışının

təşkilinin təkmilləşdirilməsinə, kommunistlərin avanqard rol-

unun təmin olunmasına, adamların şəxsi təşəbbüskarlığının

artırılmasına  xüsusi  diqqət  yetirir.  Bu  cəhətdən  həmçinin

ayrı - ayrı  təsərrüfat  sahələrində  vəziyyətin  hərtərəfli

öyrənilməsi, çatışan-çatışmayan cəhətlərin vaxtında aşkar

edilib  ortaya  çıxarılması  ideoloji  işin  səmərəli  təşkilində

mühüm rol oynayır. Beşilliyin müəyyənedici ilində üzümçü -

lərimiz,  ferma  işçiləri  və  taxılçılarımız  qarşısında  duran

konkret  təsərrüfat  vəzifələrinin  aydınlığı,  onları  yerinə

yetirməyin real imkan və yollarının vaxtında müəyyənləş -

dirilməsi ideoloji sahədə də işi canlı və mütəşəkkil qurmağa



Zəkanın gücü

227


səbəb oldu. Bu isə öz növbəsində təsərrüfat tapşırıqlarının

müvəffəqiyyətlə yerinə yetirilməsinə təkan verdi.

Rayon partiya komitəsi büro iclaslarında, plenumlarında,

habelə rayon partiya-təsərrüfat fəalları yığıncaqlarında ide-

oloji işin təsirliliyi, səmərəliliyi, onun təsərrüfat həyatı ilə

vəhdətdə  aparılması  kimi  məsələləri  müzakirə  etmiş,  bu

sahədə  qabaqcıl  təcrübənin  ümumiləşdirilib  yayılmasına

böyük əhəmiyyət vermişdir, beləliklə, müəyyənedici ilin plan

və sosialist öhdəliklərinin artıqlaması ilə yerinə yetirilməsinə

nail olmuşdur.

Məlumdur  ki,  rayonumuzun  iqtisadiyyatında  əsas  yeri

üzümçülük tutur. Bu sahənin inkişafına xüsusi diqqət yetirir,

Azərbaycan KP MK-nın "Üzümçülüyün inkişafında ciddi

nöqsanlar və respublikada üzüm istehsalının və şərabçılığın

daha da yüksəldilməsi sahəsində Azərbaycan KP XXVIII

qurultayının  qarşıya  qoyduğu  vəzifələri  yerinə  yetirmək

tədbirləri haqqında" qərarı ilə əlaqədar böyük siyasi-kütləvi

və  təşkilatçılıq  işi  aparırıq.  Keçən  il  rayonun  ayrı-ayrı

üzümçülük  təsərrüfatlarında  əmək  kollektivləri  arasında

sosialist öhdəlikləri geniş müzakirə olundu. Bu müzakirələr

zamanı istehsalı irəlilətməyin ehtiyat imkanları üzə çıxarıldı,

əmək  adamları  partiya  və  hökumətin  gündəlik  qayğı  və

diqqətinə cavab olaraq özlərinin daha yaxşı işləmək əzmini

nümayiş etdirdilər. Yüzlərlə üzümçü öz üzərinə bol məhsul

yetişdirmək  haqqında  şəxsi  öhdəlik  götürdü.  Üzümçülük

təsərrüfatında sosializm yarışının yeni forma və metodlarının

tətbiqi, maddi və mənəvi həvəsləndirmə tədbirlərinə geniş

meydan verilməsi, istər becərmə, istərsə də yığım dövründə



Sahib Sailov

228


yerlərdə  yarışın  hər  10  gündən  bir  yekunlaşdırılması,

qaliblərə vımpellər və keçici bayraqlar verilməsi bol məhsul

uğrunda kütləvi hərəkatı gündən-günə gücləndirdi. Bol və

keyfiyyətli  məhsul  yetişdirilib  toplanmasında  ideoloji

cəbhədə çalışanların da əməyi az olmamışdır.

Yığım dövründə gündəlik yarış vərəqləri, kolxoz və sovx-

ozlarda  isə  tarla  vərəqləri  buraxıldı.  Məhsulun  ən  qısa

müddətdə itkisiz toplanması üçün briqadalararası yarış təşkil

olundu. Yığım qabaqcıllarının şərəf lövhəsi yaradıldı. Bol

məhsul  uğrunda  fəal  mübarizə  aparan,  gündəlik  normanı

artıqlaması ilə yerinə yetirən üzümçülərə iş üstündə mükafat

verildi. Əmək bəhsləşməsi sözün tam mənasında yeni rövnəq

aldı.

Üzümçülərimiz rayonun tarixində ən yüksək göstəriciyə



nail oldular. Vətənə 95,5 min ton məhsul təhvil verildi. İlboyu

sosializm  yarışının  önündə  gedən  təsərrüfatlar  rekord

nəticələr  əldə  etdilər.  Sabir  adına  sovxoz  18,5  min  ton,

Kalinin adına sovxoz 15,5 min ton, Lenin adına sovxoz 13,5

min ton məhsul istehsal etdi.

Taxılçılarımız beşilliyin tapşırığına dörd ildə əməl edərək

dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verdilər.

Heyvandarlarımız  da  keçən  təsərrüfat  ilini  müvəf-

fəqiyyətlə başa vurdular. İlin əvvəlində M. Hüseynzadə adına

sovxozun sağıcısı Gülbuta Xəlilovanın hər inəkdən 4 min kil-

oqram  süd  sağmaq  barədə  həmkarlarına  müraciəti

heyvandarlıq  təsərrüfatlarında  böyük  razılıqla  qarşılandı.

Həmin müraciət rayon partiya komitəsinin bürosunda geniş

müzakirə edilib bəyənildi, ilk partiya təşkilatları qabaqcıl



Zəkanın gücü

229


sağıcının iş təcrübəsini hərtərəfli öyrənib, yaymaq üçün mü-

vafiq tədbirlər gördü. Beşilliyin müəyyənedici ilində rayon

üzrə hər inəkdən inişilkindən 227 kiloqram çox – 1489 kilo-

qram süd sağıldı. Ötən ilin yekunlarına görə Lenin adına



sovxoza  Sov.  İKP  MK-nın,  SSRİ  Nazirlər  Sovetinin,

ÜİHİMŞ-ni və ÜİLKGİ MK-nın keçici Qırmızı bayrağı

təqdim  edilmişdir.  Rayonumuz  isə  üzümçülük  və

heyvandarlıq üzrə Azərbaycan KP MK-nın və Azərbaycan

SSR Nazirlər Sovetinin keçici Qırmızı bayraqlarına və pul

mükafatlarına  layiq  görülmüşdür.  Kalinin  adına  və  Sabir

adına sovxozlar, rayon kolxozlararası tikinti idarəsi də re-

spublika yarışının qalibi hesab edərək Qırmızı bayraq və pul

mükafatları almışlar. Bütün bu nailiyyətlər rayonda ideoloji

işin təsərrüfat vəzifələri ilə düzgün əlaqələndirilməsi, sosial-

izm  yarışının  səmərəli  təşkili,  bütün  əməkçilərin  qarşıya

qoyulmuş  vəzifələrin  yerinə  yetirilməsinə  səfərbərliyə

alınması nəticəsində mümkün olmuşdur.

Siyasi və iqtisadi bitkilərin əməkçilər arasında geniş təbliği

ictimai istehsalın bütün sahələrinə müsbət təsir göstərmişdir.

Sov.  İKP  MK-nın  "Zəhmətkeşlərin  iqtisadi  təhsilini

artırmaq haqqında" qərarına uyğun olaraq 1974-1975-

ci dərs ilində 8 yeni iqtisadi məktəb fəaliyyət göstərmiş,

kənd təsərrüfatının aktual problemlərini öyrədən yeni xalq

universiteti təşkil edilmişdir. 4500 nəfərə qədər kommunist

və  bitərəf  universitet  və  iqtisadi  məktəblərdəki

məşğələlərə  müntəzəm  davam  etmiş,  iqtisadi  biliklərə

yiyələnmişdir. Onların təhlili ilə 282 nəfər təbliğatçı məşğul

olmuşdur.  Təbliğatçıların  səriştəsinin  və  peşə  ustalığının



Sahib Sailov

230


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə