Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


partiya  təşkilatının  diqqət  mərkəzində



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə61/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   57   58   59   60   61   62   63   64   ...   103

artırılması  rayon  partiya  təşkilatının  diqqət  mərkəzində

durmuşdur.  Sumqayıt  şəhər  partiya  komitəsi  nəz dində

fəaliyyət göstərən ikiillik marksizm-leninzm univer si te tində

tam  kursu  müvəffəqiyyətlə  başa  vurmuşdur.  Təb li ğat -



çılardan Baxış Əliyev, Bulqeyis Hüseynova, Əlimövsüm

Abbasov və başqaları universiteti fərqlənmə diplomu ilə

bitirmişlər.

Partiya maarifi şəbəkəsinin də dərs ili yüksək ideya-siyasi

səviyyədə  başa  çatmış,  aparılan  yoxlamalar  keçirilən

mövzuların  dinləyicilər  tərəfindən  tam  mənimsənildiyini

göstərmişdir. Hazırda rayon partiya komitəsinin perspektiv

ideoloji iş planına uyğun olaraq partiya maarifi sistemində

yeni dərs ilinə ciddi hazırlıq görülür.

Təcrübə göstərir ki, ideoloji işin təsirliliyini artır-maqla

əya ni təşviqat vasitələrindən yerli-yerində istifadə edilmə -

sinin böyük əhəmiyyəti vardır. Əyani vasitələrin rəngarəng

tərtibi, həmin vasitələrin qarşıda duran təsərrüfat vəzifələri

ilə  əlaqələndirilməsi  ümumi  işə  böyük  fayda  verir.  Şərəf

lövhələri,  perspektiv  təsərrüfat  planlarını  əks  etdirən  di-

aqramlar, şüarlar, stendlər və s. qüvvələri səfərbərliyə al-

maqda mühüm vasitədir. Bunlar hər bir əməkçi üçün sadə və

anlaşıqlıdır, konkret vəzifələri dürüst və aydın əks etdirir. Son

illərdə  rayon  mərkəzində,  kolxoz  və  sovxozlarda  əyani

təşviqata, onun təsirliliyinə diqqət artırılmışdır.

Doqquzuncu beşilliyin yekun ilində əməkçilərimiz qarşı -

sın da şərəfli vəzifələr durur. Təsərrüfatlarımız bu il 100 min

ton üzüm, 50 min ton taxıl, 7150 ton süd, 3250 ton ət, 7,1 mi-

lyon  ədəddən  sox  yumurta,  480  ton  yun  satmaq  uğrunda



Zəkanın gücü

231


mübarizə aparırlar. Göründüyü kimi, bunlar heç də asanlıqla

yerinə yetirilməli öhdə-liklər deyil. Bu raykomdan və ilk par-

tiya təşkilatlarından siyasi-kütləvi işi hər vasitə ilə gücləndir -

məyi, zəhmətkeşlərin qüvvəsini bacarıqla səfərbərliyə almağı

tələb edir. Yekun ilinin tapşırıqlarını müvəffəqiyyətlə yerinə

yetirmək uğrunda hələ keçən ilin payızından ümumrayon

hərəkatı başlanmışdır.

Hələ  keçən  ilin  axırında  əməkçilərimiz  bol  məhsul

yetişdirmək  haqqında  respublika  üzümçülərinə  müraciət

etmişlər. Azərbaycan KP MK bu vətənpərvərlik təşəbbüsünü

bəyənmiş  və  respublikada  geniş  yayılmasını  məsləhət

görmüşdür. Rayon partiya komitəsi qəbul edilmiş yüksək

sosialist öhdəliyinin yerinə yetirilməsini təmin etmək üçün

geniş tədbirlər planı işləyib hazırlamışdır. Burada sosializm

yarışının təşkilinə, üzümçülərin maddi və mənəvi marağının

artırılmasına geniş yer verilmişdir. Təsərrüfatlarda səyyar

büro iclaslarının, elmi-təcrübi və elmi-nəzəri konfranslarının

keçirilməsi  nəzərdə  tutulmuşdur.  Raykomun,  "Bilik"



cəmiy yəti rayon şöbəsinin, habelə kolxoz və sov-xozların

mühazirəçiləri bütünlüklə üzümçülər arasında kütləvi

təbliğat işinə cəlb olunmuşlar.

Hazırda əsas diqqət partiya, sovet, həmkarlar ittifaqları,

komsomol təşkilatlarının və təsərrüfat orqanlarının sosializm

yarışı ilə əlaqədar apardıqları işlər üzərində cəmlənmişdir.

Sosializm  yarışının  təşkilində  və  ideoloji  işin  güclən di -

rilməsində təsərrüfatlara konkret kömək göstərilir. Yaz işləri

ərəfəsində rayon partiya komitəsinin bürosunda Partiyanın

XXI qurultayı adına və "Pravda" sovxozlarında sosializm



Sahib Sailov

232


yarışının  genişləndirilməsi  sahəsində  həmkarlar  ittifaqı

təşkilatlarının fəaliyyəti haqqında fəhlə komitələri sədrlərinin

hesabatları dinlənildi. Bir qədər sonra raykom yenidən bu

məsələyə qayıtdı. Məlum oldu ki, aparılan təşkilatçılıq işi

sayəsində  həmin  təsərrüfatlarda  becərmənin  gedişi  xeyli

sürətləndirilmiş, keyfiyyət məsələlərinə münasibət kökündən

dəyişmişdir. Büro gözə çarpan nöqsanları da yenidən ətraflı

təhlil etdi, onların aradan qaldırılması üçün konkret tədbirlər

müəyyənləşdirdi.

Hazırda rayonun kolxoz və sovxozlarında, idarə və müəs -

sisələrində cari işlərin gedişi göstərir ki, bütövlükdə rayon

zəhmətkeşləri  Azərbaycan  KP  MK-nin  və  rayon  partiya

komitəsinin müəyyən etdiyi tədbirlərdən irəli gələn vəzifələri

düzgün  başa  düşmüş,  həmin  vəzifələrin  müvəffəqiyyətlə

həyata keçirilməsi işinə var qüvvələri ilə girişmişlər.

Sov. İKP MK-nın aprel (1975-ci il) plenumu yekun ilinin

ən böyük siyasi hadisələrindən oldu. Sov. İKP-nin növbəti

XXV qurultayının gələn ilin fevralında çağrılacağı xəbəri

əmək adamlarımızın qollarına yeni qüvvət gətirdi. İndi ray-

onumuzun bütün təsərrüfatlarında qurultay şərəfinə əmək

fəallığı durmadan artır.

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda

da Azərbaycan SSRİ Ali Sovetinə və yerli Sovetlərə seçkilər

əməkçilər arasında böyük ruh yüksəkliyinə səbəb oldu. Bu

siyahı kampaniya kənd təsərrüfatı işlərinin sürətləndirilməsi,

kollektivlər arasında sosializm yarışının yeni vüsət alması

üçün güclü vasitəyə çevrildi. Respublika Ali Sovetinə və yerli

Sovetlərə seçkilər şərəfinə zərbəçi əmək növbəsi rayonda yun



Zəkanın gücü

233


qırxımı, yem tədarükü, üzümlüklərin becərilməsi, taxıl biçini

kimi tədbirlərlə bir vaxta düşmüşdü. Biz seçkilərə hazırlıq və

onun keçirilməsi ərəfəsində bir sıra mühüm ideoloji tədbirlər

həyata keçirdik. Partiya fəallarının, sovet işçilərinin seminar-

müşavirələrində yığıncaq və toplanışlarında seçkilərlə əlaqə -

dar  konkret  vəzifələr  ətraflı  izah  edildi.  Təşviqatçı,

mü ha zirəçi  və  siyasi  məlumatçıların  fəaliyyəti  seçkilərin

böyük  əmək  coşqunluğu  şəraitində  keçirilməsi  məqsədilə

yönəldilmişdi.  Rayonun  kolxoz  və  sovxozlarında  çalışan

minlərlə əməkçi böyük siyasi hadisəni yeni nailiyyətlərlə

qarşıladı. Təsərrüfatlarımızda dövlət illik yun təhvili planı elə

birinci qırxında artıqlaması ilə yerinə yetirildi.

Bağlarımızda bol məhsul yetişdirilmişdir. Yığıma mütəşə -

kil hazırlıq görmüşük. Bütün kommunistlərin vəzifəsi aydın -

laşdırılmış,  yığım  texnikası,  qəbul  məntəqələri  tam  hazır

vəziyyətə gətirilmişdir.

Yekun ilində taxılçılıq və heyvandarlıq məhsulları istehsalı

sahəsində  də  müvəffəqiyyətləri  möhkəmlətmək  əzmi  ilə

çalışırıq. Dənli bitkilərin və yem bitkilərinin vəziyyəti ilə

əlaqədar Azərbaycan  KP  MK  və  respublika  hökumətinin

göstərişinə  uyğun  olaraq  rayonda  bir  sıra  vacib  tədbirlər

görülmüş,  biçinə  mütəşəkkil  hazırlıq  başlanmış,  bol  yem

ehtiyatı yaratmaq üçün bütün imkanlar hərəkətə gətirilmişdir.

Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin "1975-ci ildə

məhsul yığımını və kənd təsərrüfatı məhsulları tədarükünü

təmin  etmək  tədbirləri  haqqında"  qərarı  rayon  partiya

komitəsinin geniş büro iclasında müzakirə olunmuş, partiya,

sovet,  həmkarlar  ittifaqı  təşkilatları,  təsərrüfat  və  tədarük



Sahib Sailov

234


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə