Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə63/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   59   60   61   62   63   64   65   66   ...   103

artırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, kitab

fondları yaradılması, müəllimlərlə aparılan ideya-siyasi işin

gücləndirilməsi,  onların  müstəqil  çalışması,  marksizm-

leninizm ideyasına daha dərindən və hərtərəfli yiyələnməsi,

məktəblərdə kommu-nistlərin boy sırasının artması sahəsində

tamamilə dönüş yaranmışdır.

Hər şeydən əvvəl, 1974-1975-ci dərs ilində xalq təsərrüfatı

planı müvəffəqiyyətlə yerinə yetirilmişdir. Xalq təsərrüfat

planı  gündüz  ümumtəhsil  məktəblərində  100  faiz,  o

cümlədən birinci siniflər üzrə 110 faiz, doqquzuncu siniflər

üzrə  100,5  faiz,  məktəbyanı  inter-natlar  üzrə  100  faiz,

günüuzadılmış qruplara uşaq qəbulu üzrə 100 faiz yerinə

yetirilmişdir.

Xalq maarifinin inkişaf etdirilməsi başqa sahələrlə yanaşı

bilavasitə  məktəb  tikintisinin  genişləndirilməsi  ilə  bağlı

olduğu  üçün  rayon  partiya  komitəsi  bu  sahəyə  daha  çox

diqqət yetirir. Rayonun şəhər, qəsəbə və kəndlərində son illər

13.500  yerlik  məktəb,  yardımçı  bina,  əlavə  sinif  otağı,

emalatxana,  uşaq  bağçası  tikilib  istifadəyə  verilmişdir.

Rayonda son bir neçə ildə 7 orta, 16 səkkizillik, 2 ibtidai

məktəb binası, 1350 yerlik 41 sinif otağı, 380 yerlik uşaq

bağçası binası tikilmişdir. Hazırda Məlhəm, Bağırlı, Adnalı,

Nərimankənd, Mərəzə qəsəbə, Şamaxı şəhər məktəbləri üçün

3234 şagird yeri olan yeni və müasir tipli binaların tikintisi

başa çatmaq üzrədir. Onlar tezliklə istifadəyə veriləcəkdir.

Sevindirici haldır ki, məktəb tikintisinə rayonun partiya

təşkilatları ilə yanaşı kolxoz və sovxoz rəhbərliyi də ciddi

maraq göstərirlər. Rayonumuzda bu il bir sovxoz, iki kolxoz



Zəkanın gücü

239


təşəbbüs yolu ilə orta məktəb binasının inşa etməyi qərara

almışdır. Bu işə artıq başlanmışdır. Təşəbbüs yolu ilə məktəb

tikintisi bundan sonra da davam etdiriləcəkdir.

Məlum  olduğu  kimi  "Kənd  ümumtəhsil  məktəbinin  iş

şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" Sov.

İKP  MK-nın  və  SSRİ  Nazirlər  Sovetinin  qərarında  kənd

müəllimlərinin iş şəraitinin yaxşılaşdırılması və onlara əlavə

imtiyazlar verilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Rayon partiya komitəsi, sovet və təsərrüfat orqanları gündəlik

fəaliyyətdə  həmin  qərarların  yerinə  yetirilməsinə  səy

göstərirlər. Rayon partiya komitəsi kənd məktəbi müəllimləri

üçün nümunəvi mənzil - məişət şəraiti yaradılmasına, onların

rayonun ictimai həyatında fəal iştirakına daim qayğı göstərir.

İndi kəndlərdə müəllimlər evi tikilir, qabaqcıl gənc müəl -

limlər  birinci  növbədə  partiya  sıralarına  qəbul  edilir,  öz

üzərlərində daim çalışan, marksizm-leninizm nəzəriyyəsinə

dərindən yiyələnən müəllimlər partiya və komsomol maarifi

sistemlərində dərs deməyə cəlb olunurlar. Rayonda bacarıqlı,

əməksevər  müəllimlər  kimi  tanınan  Davud  Orucov,  Əziz

Məlikov, Talıb Talıbov, Knarik Kizoqyan, Semyon Sudakov,

Gülnaz Qəribova, Şahbaz Şahbazov, Nüsrət Ağayev həm də

qabaqcıl təbliğatçılardır.

Rayon partiya komitəsi mənəvi keyfiyyətcə daha sağlam,

siyasi cəhətdən yetkin, işinə məsuliyyətli münasibət göstərən,

təşkilatçılıq qabiliyyəti olan müəllimlərin rəhbər vəzifələrə,

partiya, sovet işinə, məktəb direktorluğuna irəli çəkilməsinə

də ciddi diqqət yetirir. Belə ki, rayonun bir neçə təsərrüfat

sahələrində partiya təş-kilat katibliyi, kənd və qəsəbələrdə

Sovetlərin  işinə  rəhbərlik  müəllimlərə  etibar  edilmişdir.

Sahib Sailov

240



Qadın  müəllimlərin  irəli  çəkilməsi  də  diqqət  mərkəzin -

dədir.1975-1976-cı dərs ilinin başlanğıcında təzə təyin olunan

6  nəfər  məktəb  direktorunun  3  nəfəri  qadındır.  Sov.  İKP

XXIV qurultayının qarşımızda qoyduğu ən ümdə və təxirə -

salınmaz vəzifələrdən biri təlimin keyfiyyətini yüksəltmək

şagirdlərin dərin və əsaslı biliyə yiyələnmələri problemini

həll etməkdən ibarətdir. Rayonumuzun məktəblərinin peda -

qoji  kollektivləri  qurultayın  qarşıya  qoyduğu  bu  vəzifəni

şərəflə yerinə yetirir, gənclərin hamılıqla orta təhsilə keçməsi

sahəsində əllərindən gələni əsirgəmirlər.

Rayon məktəblərində öz ixtisasını yaxşı bilən ideya-siyasi

səviyyəsini  və  pedaqoji  ustalığını  durmadan  yüksəldən,

ölkəmizin Moskva, Leninqrad və digər şəhər məktəblərinin

mütərəqqi iş üsulunu öyrənib şagirdlərə dərin və əsaslı bilik

verən yüzlərlə qabaqcıl müəllim vardır. Rayon partiya komi -

təsi onların yaradıcı əməyini həmişə yüksək qiymətləndirir.

1974-1975-ci dərs ilində öz işini dərindən sevən, şagird -

lərə möhkəm bilik verən, rayonun ictimai həyatında yaxın -

dan iştirak edən 15 nəfər müəllim rayon partiya komitəsinin

Fəxri  Fərmanı  ilə  təltif  edilmiş,  bir  çoxunun  şəkli  şərəf

lövhəsinə vurulmuşdur.

Xalq  maarifinə  göstərilən  qayğı  və  diqqət  nəticəsində

1974-1975-ci  tədris  ilinin  sonunda  rayonda  dərs  müvəf -

fəqiyyəti 98 faiz olmuşdur. 37 məktəb, 614 nəfər müəllim

ikiilliksiz işləmişdir. Əlaçıların sayı 1973-1974-cü dərs ilinə

nisbətən 1562 nəfərdən 1756 nəfər, fizika, kimya, biologiya

və riyaziyyat kabinetlərinin sayı 110-dan 265-ə çatdırılmışdır.

Görülən  bütün  tədbirlərə  baxmayaraq  xalq  maarifi

sahəsində  nöqsanlarımız,  həlli  vacib  olan  mühüm  prob-

Zəkanın gücü

241



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə