Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə62/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   58   59   60   61   62   63   64   65   ...   103

orqanları işçilərinin rayon müşavirəsində bu məsələ bir daha

ətraflı təhlil edilmiş, bütün ideoloji vasitələrlə həmin qərar -

dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir.

İdeoloji iş partiya işinin mühüm tərkib hissəsidir. Faktlar

göstərir  ki,  bir  sıra  hallarda  sırf  təsərrüfat  məsələləri  ilə

məşgul olub, ideoloji işi arxa plana keçirmək, təkcə siyasi

işin  özünə  deyil,  həmçinin  xalq  təsərrüfatına  ciddi  zərər

vurur.


Həyatın qarşıya qoyduğu tələbləri müvəffəqiyyətlə həll

etmək,  təsərrüfat  işini  siyasətlə  əlaqələndirmək,  adamları

şüurlu  əməyə  alışdırmaq  üçün  ideoloji  işin  forma  və

metodlarını durmadan təkmilləşdirmək, onu yeni vəzifələrə

uyğunlaşdırmaq lazım gəlir. Rayon partiya komitəsi bundan

sonra da ideoloji işin təsirliliyi və səmərəliliyi uğrunda ciddi

mübarizə  aparacaq,  kommunizm  quruculuğunun  şərəfli

vəzifələrinin  yerinə  yetirilməsində  onun  həyatı  gücündən

geniş surətdə istifadə edəcəkdir.

Zəkanın gücü

235



XALQ MAARİFİNİN İNKİŞAFI

DİQQƏT MƏRKƏZİNDƏDİR

1

Sovet məktəbi ildən-ilə zirvələr fəth edir. 1975-1976-cı

tədris ilinin birinci yarısı doqquzuncu beşilliyin son aylarına

düşür.  İkinci  yarım  il  isə  onuncu  beşilliyin  ilk  aylarına

qovuşacaq. Bu, xalq maarifi işçilərinin məsuliyyətini daha da

artırır.


Yeni tədris ili Sov. İKP-nin XXV qurultayına hazırlıqla

əlaqədar olaraq ümumxalq siyasi və əmək coşqunluğu ilə

başlamışdır. Partiyamızın XXV qurultayı xalqımızın qurucu-

luq əzminin yeni üfüqlərini aşacaq, böyük kommunizmin

təntənəsi  naminə  fəaliyyət  proqramımızı  müəyyənləşdi -

rəcəkdir. Sov. İKP-nin XXV qurultayını sovet adamları xalq

təsərrüfatının  bütün  sahələrində  qələbələrlə  qarşılayırlar.

Partiyamızın  XXIV  qurultayının  xalq  maarifi  sahəsində

qərarlarında xalq maarifinin daha da inkşaf etdirilməsinin,

uşaq və gənclərin təlim-tərbiyəsinin vahid kompleks sistem-

inin  formalaşdırılmasının  geniş  proqramı  verilmişdir.

Hamılıqla orta təhsilə keçilməsi doqquzuncu beşillikdə başa

çatdırılmalıdır. Bu əzəmətli proqramın həyata keçirilməsi

üçün Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti

mühüm  qərarlar  qəbul  etdilər.  Həmin  qərarlarda  maddi-

texniki bazanın, təlimin məzmunu və metodlarının, uşaq və

gənc lərin ideya-siyasi, əmək və əxlaq tərbiyəsinin təkmil -

ləşdirilməsi,  müəllim  kadrlarının  hazırlığı  və  ixtisasının

yüksəldilməsi üçün konkret vəzifələr müəyyənləşdirildi. Yerli

Sahib Sailov

236

                                                      

"Azərbaycan məktəbi" jurnalı Bakı,1975-ci il, № 10,S. 42-45



partiya və sovet orqanları da öz növbəsində XXIV qurultayın

Direktivlərinin  yerinə  yetirilməsində  ictimaiyyətin,  xalq

maarifi orqanlarının qüvvələrini birləşdirən qərarlar qəbul

etdilər.


Mən bu məqalədə xalq maarifinin inkişaf etdirilməsi ilə

əlaqədar  rayon  partiya  komitəsinin  həyata  keçirdiyi

tədbirlərdən, görülmüş işlərdən yığcam şəkildə bəhs etməklə

öz iş təcrübəmizlə həmkarlarımızı tanış etmək istəyirəm.

Rayonumuzda  xalq  maarifinin  daha  da  inkişaf  etdiril -

məsinə,  gənclərin  hamılıqla  orta  təhsilə  keçməsini  başa

çatdırmağa, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə,

icbari təhsil qanununun müvəffəqiyyətlə yerinə yetirilməsinə,

yeni  məktəb  binalarının  tikintisinin  genişləndirilməsinə,

məktəblərin maddi-texniki bazasının möhkəmlən dirilmə sinə,

pedaqoji  kadrların  seçilib  yerləşdirilməsinə  və  tərbiyə

olunmasına, kənd müəllimləri üçün lazımi şərait yaradılma -

sı na xüsusi qayğı göstərilir.

Rayon partiya komitəsi öz bürolarında müntəzəm olaraq

xalq  maarifinin  inkişafına,  məktəblərin  maddi-texniki

bazasının möhkəmləndirilməsinə dair məsələlər müzakirə

edir. Təkcə 1974 - 1975-ci dərs ilində rayon partiya komitə -

sinin  bürosunda  partiya  təşkilatları  ilə  ümumtəhsil

məktəblərinin  pedaqoji  kollektivlərinin  əlaqəsinə,  ümumi

icbari təhsil qanununun yerinə yetirilməsinə, ictimai fənlərin,

rus dilinin tədrisinin yaxşılaşdırılmasına, məktəb tikintisinin

və  şəbəkələrinin  genişləndirilməsinə,  məktəblərdə  bədii

özfəaliyyət kollektivlərinin işinin yaxşılaşdırılmasına, təlim-

tərbiyənin  daha  da  möhkəmləndirilməsinə  dair  9  məsələ



Zəkanın gücü

237


müzakirə edilmişdir. Bundan əlavə "Gənclərin ümumi orta

təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini

daha da inkişaf etdirmək haqqında" Sov. İKP MK və SSRİ

Nazirlər  Sovetinin  20  iyun  1972-ci  il  tarixli  və  "Kənd

ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq

tədbirləri haqqında" Sov. İPK MK və SSRİ Nazirlər Sove-

tinin 2 iyul 1973-cü il tarixli qərarlarının rayonun ümumtəhsil

məktəblərində yerinə yetirilməsinin vəziyyəti Sov. İKP MK

və Azərbaycan KP MK nümayəndələri tərəfindən yoxlanmış -

dır. Əldə olunan müvəffəqiyyətlər və buraxılan nöqsanlar

yerindəcə  təhlil  edilmiş,  araşdırılmış,  nöqsanları  aradan

qaldırmaq üçün müvafiq tədbirlər hazırlanıb həyata keçiril -

məsinə başlanmışdır. Bundan sonra isə Azərbaycan KP MK-

nın  Elm  və  Tədris  Müəssisələri  Şöbəsi  məktəb  partiya

təşkilatları katibləri, nümayəndələrinin iştirakı ilə rayonda

seminar  –  müşavirə  keçirmişdir.  Bu  müşavirənin  əməli

əhəmiyyəti çox olmuşdur.

Keçirilən tədbirlər və müzakirə daim prinsipial və əməli

xarakter daşımış, nöqsanlar kəskin tənqid olunmuş, onları

doğuran səbəblər hərtərəfli təhlil edilmiş və bu sahədə əsaslı

dönüş yaratmaq, pedaqoji kollektivlərin işini canlandırmaq,

xalq  maarif  işçilərinin  məsuliyyət  hissini  artırmaq  üçün

konkret  tədbirlər  görülmüşdür.  Bu  tədbirlər,  həqiqətən,

səmərəli nəticə vermişdir. Belə ki, məktəblərin maddi-texniki

bazasının möhkəmləndirilməsi, gənclərin ümumi orta təhsilə

cəlb edilməsi, kənd ümumtəhsil məktəblərinin normal fəaliy-

yəti  üçün  tam  şəraitin  yaradılması,  məktəblərə  metodiki

köməklik  göstərilməsi,  müəllim  kadrlarının  ixtisaslarının



Sahib Sailov

238


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə