Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə58/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   54   55   56   57   58   59   60   61   ...   103

disinin mədəni üzümçülükdə xüsusi rol oynadığını deyirdi.

A.M. Neqrul, bəşər tarixində mədəni üzümçülüyün vətənini

Zaqafqaziya,  Orta  Asiya,  eləcə  də  qonşu  ölkələr  İran,

Əfqanıstan  və  Kiçik  Asiyanı  hesab  edirdi. Düzdür,

Azərbaycanda üzümçülüyün sürətli inkişafı 1965-ci ildən

sonra başlanmışdır. Hazırda respublikamızda üzümlüklərin

sahəsi  yarım  milyon  hektardan  çoxdur.  Azərbaycanda

üzümçülük  tarixinin  həm  də  öyrənilməmiş,  dərin  tədqiq

edilməmiş sahələri çoxdur. Respublikamızda üzümçülüyün

elmi əsaslarla öyrənilməsinə demək olar ki, yenicə qədəm

qoyulur. Üzümçülüyün biologiyası sahəsində aparılan elmi

tədqiqat işləri 1975-ci ildən sonra öyrənilməyə başlamışdır.

Respublikamızda üzümçülük münbit torpaqlarda, Muğan-

Mil, Kür-Araz çayları boyu suvarılan torpaqlarda və dağlıq

zonalarda  Şamaxı,  İsmayıllı,  Cəlilabad,  Dağlıq  Qarabağ,

Zəngilan, Qubadlı və Füzuli rayonları daxil olmaqla dəmyə

torpaqlarda  (yəni  suvarılmayan)  yetişdirilir.  Azərbaycan

ərazisində yetişdirilən süfrə üzümünün şahı "Təbrizi" sor-

tudur ki, bu üzümün şöhrəti bütün dünyada, vaxtilə Peter-

burqda, Moskvada, Varşavada və Qərbi Avropa bazarlarında

şöhrət tapmışdır. Onu da xüsusi ilə qeyd etmək lazımdır ki,

ta qədimdən Şamaxı, Gəncə, Qazax eləcə də başqa rayon -

ların ərazisində yaşayan ermənilər əsasən şərab istehsalı üçün

yararlı sortlar yetişdirmişlər. Azərbaycanda üzümçülük və

şərabçılığı inkşaf etdirmək üçün SSRİ Nazirlər Soveti 1969-

cu il 19 iyul tarixli 355 nömrəli xüsusi qərar qəbul etmişdir.

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  bu  qərardan  sonra

respublikanın 114 kolxozunun bazasında yeni üzümçülük

Zəkanın gücü

219



sovxozları təşkil edilmiş, qərardan sonrakı birinci beşillikdə

100 min hektar yeni üzüm bağları salınmışdır. Azərbaycanda

geniş yayılmış süfrə üzüm sortlarından 1) Ağ şanı; 2) Qara

şanı; 3) Təbrizi; 4) Ağadayı; 5) Rişbaba; 6) Pişraz şanı;

7)  Ağ  xəlili;  8)  Salyan  üzümü;  9)  Kişmiş  sortları;

Mərəndi, İsgəndəriyyə muskati, Keçiəmcəyi, Qəzəl üzüm,

Qaraburnu kimi növləri yetişdirilir.

Respublikamızda süfrə üzümü ilə yanaşı Şərabçılıq sortları

da  yetişdirilir.  Məsələn,  Ağşirə  (Bayanşirə),  Qaraşirə

(Mədrəsə) və Həməşirə yerli texniki sortdur.

Respublikanın bütün təsərrüfatlarında 29 texniki və 15

süfrə sortu geniş yayılmışdır. Respublikamızda üzümçülüyün

inkişafı üçün əkin materiallarının hazırlanması, bunun üçün

şitillik  tingliklərinin  təşkil  edilməsi,  yeni  üzümlüklərin

salınması üçün sahələrin ayrılması, xüsusi əhəmiyyət kəsb

edir. Aqrotexniki tədbirlər, yəni sahələrin əkinə hazırlanması

plantas şumunun qaldırılması və tənəklərin aqrotexniki qay-

dada əkilməsi xüsusi rol oynayır.

Respublikamızda üzümçülüyün əsasını texniki üzümlüklər

və  şərabçılıq  təşkil  edir.  Respublikamızda  yetişdirilən

üzümlər yüksək şəkərlilik, normal turşuluq və yüksək effektli

kimyəvi  tərkibə  malikdir.  Respublikanın  kolxoz  və

sovxozlarında yetişdirilən üzümdə kifayət qədər şirə vardır.

Üzüm  kütləsində  kifayət  qədər  şəkərin,  normal  suyun  və

turşunun  olması  iqlim  şəaiti  ilə  bağlıdır.  Günəşin  kifayət

qədər olması onun normal və yaxşı inkişafına səbəb olur. 

Normal şəraitdə yetişən üzümdə ümumi çıxdaş 25-30 faiz

olur. Orta hesabla tam ekoloji şəraitdə yetişən üzümdə 3-6



Sahib Sailov

220


faiz tum, 15-20 faiz üzüm qabığı, 3-7 faiz saplaq, 75-85 faiz

isə üzüm suyu istehsal olunur.

Üzümdən alınan məhsul və ondan çıxarılan çıxdaş yetiş -

kən liyindən və üzümün sortundan,  onun kimyəvi tərkibindən

asılıdır. Əlbəttə, texniki sortla süfrə sortları arasında o qədər

də böyük olmayan fərq vardır. Üzümün kimyəvi tərkibi çox

müxtəlifdir, onun tərki-bində su, sulu məhlul, turşu, fenolmin,

vitamin,  fer-ment,  yağ,  piy  maddələri  vardır.  Üzümün

tərkibində maddələrin ayrı-ayrı hissələr ayrılması aşağıdakı

kimidir.

Zəkanın gücü

221



ÜZÜMÜN KİMYƏVİ TƏRKİBİ CƏDVƏLİ

Bu yuxarıda göstərilən cədvəlin analizi göstərir ki, üzüm

ictimai cəmiyyət üçün nə qədər əhəmiyyətə malik olan kənd

təsərrüfat bitkisidir. Üzümün tərkibində aşağıdakı mineral

maddələr vardır.

Kaliy 1200 ml.q qədər

Fosfor 600 ml.q qədər

Kalsiy 200 ml.q qədər

Maqniy 120 ml.q qədər

Natriy 15 ml.q qədər

Üzümün tərkibində mineral maddələrdən başqa mikroele -

mentlər vardır.

Marqans - 1 - 3

Bor - 1 - 5

Rubidiy - 0,3 - 4

Ftor və yod - 0,2 - 0,3

Üzümün  yeyinti  sənayesində  tutduğu  mövqe  onun

kimyəvi tərkibindən çox asılıdır. Respublikamızın müxtəlif

zonalarında yetişdirilən üzüm sortları öz xüsusiyyətlərinə

görə müxtəlifdir. Onun hansı istiqamətdə istifadə olunması

şəkərliliyindən və turşuluğundan asılıdır. Üzüm materialın -

dan  konyak, şampan, süfrə üçün ağ çaxır, qırmızı çaxır, şirin,

kəmşirin, tünd seçilmiş, ayrılmış şirin, likor və üzüm soku və

s. hazırlanır. Əlbəttə, yuxarıda adlarını çəkdiyim üzümdən

hazırlanan  hər  bir  növ  məhsulun  üzərində  ayrı-ayrılıqda

dayanıb ətraflı izahat verməyə ehtiyac yoxdur.

Sahib Sailov

222



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə