Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə57/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   53   54   55   56   57   58   59   60   ...   103

MK-nın qərar və göstərişlərini işdə rəhbər tutmuş, onların

layiqincə  yerinə  yetirilməsinə  ciddi  səy  göstərmişdir.  Bu

baxımdan  Şamaxının  respublikanın  xarici  qonaqları  və

turistləri qəbul edən rayonlar sırasına daxil edilməsi haqqında

Azərbaycan KP MK-nın mart 1970-ci il tarixli qərarı xüsusilə

daim diqqət mərkəzində olmuşdur.

Rayon  partiya  komitəsi  bu  qərarın  böyük  siyasi

əhəmiyyətini nəzərə alaraq həmişə hər bir xarici nümayəndə

heyətinin və turist kollektivinin yüksək ideya-siyasi səviy -

yədə qarşılanmasına çalışan, buna nail olmaq üçün bütün

imkanlardan bacarıqla istifadə etmiş, belə görüşlərlə əlaqədar

keçirilən  tədbirlərdə  sosializm  cəmiyyətinin  şəksiz

üstünlüklərinin, Sovet dövlətinin humanist və beynəlmiləl

xarakterinin,  sovet  Azərbaycanının  son  illərdə  qazandığı

nailiyyətlərin  parlaq  şəkildə  nümayiş  etdirilməsinə  səy

göstərmişdir. Yalnız belə bir faktı qeyd etmək kifayətdir ki,



1974-cü  ildən  başlayaraq  rayonda  hər  il  orta  hesabla

4000-4500  nəfər  xarici  turist  və  əcnəbi  qonaqlar,  o

cümlədən  respublikanın  partiya,  sovet,  həmkarlar

ittifaqı,  komsomol,  gənclər  təşkilatlarının  və  xarici

ölkələrlə  turist  əlaqələri  cəmiyyətinin  xətti  ilə  65-70

nümayəndə heyəti qəbul edilmişdir.

Rayon  partiya  təşkilatının  rəhbərliyi  altında  rayonun

zəhmətkeşləri Sov. İKP MK-nın Oktyabr 1976-cı il plenu-

munun  qərarlarını  əməli  olaraq  həyata  keçirir,  taxıl

zəmilərində, üzüm plantasiyalarında və heyvandarlıq ferma -

larında əsl fədakarlıq göstərirlər. Onlar Böyük Oktyabrın 60

illiyi şərəfinə Ümumittifaq sosializm yarışına qoşularaq 44

Zəkanın gücü

215



min  ton  əvəzinə  60  min  tondan  çox  taxıl,  92,5  min  ton

əvəzinə 150 min ton üzüm, 2740 ton əvəzinə 2750 ton ət,

8520 ton əvəzinə 9000 ton süd, 310 ton əvəzinə 315 ton

yun, 7 milyon 400 min ədəd əvəzinə 7milyon 500 min ədəd

yumurta istehsal etməyi, hər inəkdən süd sağımını 200 kilo-

qram artırmağı öhdəyə götürmüşlər. 1977-ci ilin altı ayı arx-

ada  qalmışdır.  İnamla  demək  lazımdır  ki,  rayon  partiya

komitəsinin  gördüyü  tədbirlər  və  rayon  zəhmətkeşlərinin

gərgin  işi  sahəsində  yubiley  ilinin  plan  və  sosialist

öhdəliklərinin  müvəffəqiyyətlə  yerinə  yetirilməsi  üçün

möhkəm dövrünə zəmin yaradılmışdır. Beş ay ərzində keçən

ilin  müvafiq  dövrünə  nisbətən  süd  istehsalı  830  ton,  ət

istehsalı 56 ton, yumurta istehsalı 181 min ədəd, yun istehsalı

23 ton artmışdır. Hər inəkdən 1030 kiloqram və ya keçən

ildəkindən  150  kiloqram  artıq  süd  sağılmışdır.  İllik  yun

istehsalı 107 faiz, yun tədarükü 126 faiz yerinə yetirilmişdir.

Heyvandarlıq məhsulları tədarükünə dair yarımillik planlar

bir ay vaxtından əvvəl 103-121 faiz yerinə yetirilmişdir.

Rayonda  əldə  edilən  bu  nailiyyətlər  heç  şübhəsiz

Azərbaycan KP MK-nın, onun bürosunun, şəxsən Sov. İKP

MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-

nın birinci katibi H. Ə. Əliyev yoldaşın gərgin işi və ciddi

səyi  ilə  respublikada  yaradılmış  sağlam  mənəvi-siyasi  və

işgüzar şəraitin yaradılmasının nəticəsidir.

Respublikada  partiya  həyatının  Lenin  normaları-nın

bərqərar olunması, kadrlarla işin kökündən yaxşılaşdırılması,

nöqsanlara, əyintilərə, kommunist əxlaqı antipodlarına qarşı

prinsipial  və  amansız  mübarizə  aparılması  Şamaxı  rayon

Sahib Sailov

216



kommunistlərinin və bütün zəhmətkeşlərinin respublika par-

tiya təşkilatı ətrafında daha sıx birləşməsinə səbəb olmuşdur.

Onlar öz əməli işləri ilə Azərbaycan KP MK-nın hər bir qəra -

rına, xüsusilə Azərbaycan KP MK-nın aprel (1977-ci il) ple -

nu munun qərarlarına həmrəy olduqlarını nümayiş etdirirlər. 

***

Mən yaxşı başa düşürəm ki, bu bölmədə söhbət açdığım

məqamlar  və  onlara  münasibət  müasir  oxucular  üçün

birmənalı olmaya bilər. Amma hər zamanın öz meyarı, öz

qayda-qanunları  var.  Əgər  həyatdan  geri  qalmaq  istəmir -

sənsə, bunlara riayət etməlisən.

Bir də ki, həyatın, zamanın tələbinə uyğun olaraq hər şeyi

olduğu kimi vermişəm.



Zəkanın gücü

217


ŞAMAXININ FLAQMANI ÜZÜMÇÜLÜK

HAQQINDA

1

AQRAR SƏNAYE BİRLİYİ

MÜƏSSİSƏLƏRİNDƏ

ÜZÜM MƏHSULLARINDAN

SƏMƏRƏLİ İSTİFADƏ YOLLARI,

ÜZÜMÇÜLÜYÜN PERSPEKTİVLƏRİ

Azərbaycan kənd təsərrüfatının mühüm sahələrindən biri

üzümçülükdür.  Xalqımızın  inkişaf  tarixində  və  iqtisadiy -

yatında onun böyük rolu vardır. Ən əhəmiyyətli cəhət ondadır

ki, qədim üzümçülüyün ilk addımları Azərbaycan olmuşdur.

Respublikamızda üzümçülük iki istiqamətdə inkişaf etdirilir.

Şərabçılıq  sənayəsinin  inkişafı  üçün  əhəmiyyətli  üzüm

sortları yetişdirilmiş və bununla yanaşı süfrə üzümlərinin

artırılması da diqqət mərkəzində saxlanılmışdır. Fikrimizi

əsaslandırmaq üçün bir faktı göstərmək lazımdır ki, dəqiq

statistik məlumata görə 1986-cı ilin yekununa görə respub -

likamızda  1  milyon  194,5  min  ton  üzüm  istehsal

edilmişdir. İstehsal edilən üzümün 95 faizdən çoxu emal

sənayəsinə göndərilmişdir.

Azərbaycanda  üzümçülüyün  çox  qədim  tarixi  vardır.

Dünyanın üzümçülüklə məşğul olan alimləri Kür çayı va-

Sahib Sailov

218

                                                      

"Təşviqatçı"jurnalı, 1974-cü il, № 24, S. 2-5.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə