Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə54/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   50   51   52   53   54   55   56   57   ...   103

***

Bəşər cəmiyyətində zaman, dövran dəyişdikcə insanlar da

onu əhatə edən mühitdən asılı olaraq dəyişir. İradəsi möh -

kəm,  əqidəsi  sabit  olan  insanlar  isə  hər  şeyə  rəğmən  öz

ideyalarına sadiq qalır, fikirlərindən dönmürlər. Bu günlərdə

əslən şamaxılı olan, bir vaxtlar bir yerdə işlədiyim şəxsdən

öyrəndim ki, adımın hallandığı məşhur dönəmlərdə onunla

işləyən Səfər Verdiyev mənim haqqımda belə deyib: biz heç

vaxt  Sahib  Sailov  ola  bilmərik,  o,  insanları  bir-birindən

ayıran  xüsusiyyətləri,  kadrların  dəyərini,  iş  qabiliyyətini

bilirdi. Tutduğu mövqeyə, savadına, bacarığına, işgüzarlığına

görə hamıdan seçilirdi. O, böyük təşkilatçı, yüksək idarəçilik

xüsusiyyətlərinə,  psixoloji  anları  hissetmə  qabiliyyətinə

malik insan idi.

İndi də Şamaxı Partiya Təşkilatının görmüş olduğu işin

əsas  meyarlarını  diqqətinizə  çatdırıram.  Hamıya  məlum

olduğu kimi AKP MK-nin 1969-cu il avqust plenumu respub-

likada  bütün  sahələrdə  ciddi  dəyişikliklər  etdi.  MK-nin



avqust 1969-cu il plenumun qərarı ilə əlaqədar olaraq

aşağıdakı yazını verməyi məqsədə uyğun sayıram. 

Zəkanın gücü

203


AZƏRBAYCAN KP MK-NIN AVQUST 

1969-CU İL PLENUMUNUN QƏRARI

ŞAMAXI RAYONUNDA NECƏ YERİNƏ

YETİRİLİR

1

Azərbayan KP MK-nın avqust (1969-cu il) plenumunun

qərarlarını rəhbər tutaraq Şamaxı Rayon Partiya Komitəsi son

illər, xüsusilə 1974-cü ildən sonra partiya təşkilatçılığı və par-

tiya  siyasi  işini  təkmilləşdirmək,  ideya-siyasi  işləri  daha

səmərəli təşkil etmək, partiya-dövlət intizamını möhkəmlən -

dir mək, kadrların seçilib yerləşdirilməsi və tərbiyə edilməsini

yaxşılaşdırmaq, iqtisadiyyata partiya rəhbərliyini yüksəl t -

mək, habelə partiya, sovet və təsərrüfat orqanlarının və digər

təşkilatların işində olan nöqsanları vaxtında aşkara çıxarıb

aradan qaldırmaq məqsədilə xeyli iş görmüşdür.

Bu zaman əsas diqqət Sov. İKP XXIV və XXV qurultay -

la rının, Azərbaycan KP XXVIII və XXIX qurultaylarının,

digər partiya və hökumət direktivlərinin həyata keçiril məsinə,

təsərrüfat və mədəni quruculuq vəzifələrinin müvəffəqiyyətlə

yerinə yetirilməsinə yönəlmişdir.

Rayon partiya komitəsi Azərbaycan KP MK-nın avqust

(1969-cu  il)  plenumunun  qərarlarına  uyğun  olaraq  bütün

dərəcələrdən  olan  kadrlara,  ən  əvvəl  yüksək  vəzifə  tutan

rəhbər işçilərə, onların öz vəzifələrini yerinə yetirmələrinə

ciddi  tələbkarlıqla  yanaşmış,  partiya  və  dövlət  intizamını

pozanları,  fəaliyyətsizlik  göstərənləri,  vəzifəsindən  sui-



Sahib Sailov

204

                                                      

Azərb.  KP  MK-nın  1969-cu  il  plenumunun  qərarının  Şamaxı  rayonunda  necə  yerinə

yetirilməsi haqqında arayış MK-ə təqdim olunmuşdur. 




istifadə edənləri, məişətdə əxlaq qaydalarına mənfi hərəkətə

yol  verənləri  partiya  prinsipiallığı  ilə  cəzalandırmışdır.

Ümumiyyətlə,  1974-cü  ildən  müddət  ərzində  özünü

doğrultmayan, plan tapşırıqlarının yerinə yetirilməsini təmin

etməyən və qanunsuz hərəkətlər edən 35 nəfər nomenklatu-

raya daxil olan rəhbər işçi vəzifədən götürülmüş və partiya

məsuliyyətinə cəlb olunmuşdur.

Məsələn,  RİK-in  sədrinin  müavini  S.Stepanyan,  kənd

təsərrüfatı idarəsinin rəisi Qulu Qasımov, RXMŞ-nin müdiri

Ə. Hüseynov, Kənd təsərrüfatı texnikumunun direktoru A.

Qədirov,  rayonun  baş  baytar  həkimi,  Rayon  avtoba -

zasının rəisi A. Mirzəyev, 7 kolxoz sədri, 11 sovxoz direk-

toru, onlardan (C.Rəhimov, F. İsgəndərova, H. Həmidov,

M.  Məlikov, A.Ohanyan, A.  Babayev, A.  Süleymanov,

T.Frolov  və  başqaları)  məhz  belə  keyfiyyətlərinə  görə

vəzifələrindən azad olunmuşlar. Bundan əlavə son üç il

yarımda Nizam namə tələblərinə əməl etməyən və işdə ciddi

nöqsanlara  yol  verən  136  nəfər kommunist  partiya

məsuliyyətinə cəlb edilmiş, 47 nəfər Sov. İKP üzvü isə par-

tiya sıralarından xaric olun muşdur.

Rayon  partiya  komitəsi  inzibati  orqanlarda  kadrların

düzgün  tərbiyə  olunması  və  saflaşdırılması  üçün  xeyli  iş

görmüşdür. Son üç ildə vəzifələrindən sui-istifadə etdiklərinə,

sosialist  qanunçuluğunu  pozduqlarına  və  kommunistə

yaraşmayan nalayiq hərəkətlər etdiklərinə görə 14 nəfər inz-

ibati orqan işçisi, o cümlədən rayonun keçmiş xalq hakimi

Ə.Abbasov,  rayon  daxili  işlər  şöbəsinin  keçmiş  rəisi

H.Həsənov,  H.Əlizadə  SƏDM  xətti  üzrə  keçmiş  baş

Zəkanın gücü

205



inspek toru A.Ağayev, müstəntiqlər F.Bayramov, S.Qur-

banov,  sahə  inspektoru  T.  Bünyadov  və  başqaları

sistemdən götürülmüş, vəzifədən çıxarılmış və ya partiya

məsuliyyətinə cəlb edilmişdir.

Rayon  partiya  komitəsi  kadrlarla  iş  apararkən  partiya

həyatının  Lenin  normalarına  ciddi  riayət  etməklə  yanaşı,

kollegiallıq  prinsipinə  dönmədən  əməl  edir.  Ona  görə  də

rayon partiya komitəsinin kadrlar haqqında hər bir qərarı ray-

onun  kommunistləri  və  bütün  zəhmətkeşləri  tərəfindən

yekdilliklə bəyənilmişdir.

Rayon partiya komitəsinin kadrlarla apardığı iş Azərbay -

can KP MK tərəfindən müdafiə olunmuşdur. 1974-cü ilin

sentyabrında rayon partiya fəalları yığıncağındakı nitqində

sov. İKP siyasi bürosunun üzvlüyünə namizəd, Azərbaycan

KP MK-nin birinci katibi H. Ə.Əliyev yoldaş demişdir:

"Bizə məlum olduğu kimi Şamaxı rayon partiya komitəsi

son vaxtlar kadrların tərbiyəsi və seçilib yerləşdirilməsi

sahəsində çox böyük iş görmüşdür. İşinin öhdəsindən gələ

bilməyən,  həyatın  tələbləri  ilə  ayaqlaşmayan,  dövrün

tələbini başa düşməyən, uzun müddət ümumi yüksəlişə

əngəl törədən adam lar vəzifələrindən kənar edilmiş və

ciddi partiya məsu liy yətinə cəlb olunmuşdur. Azərbaycan

KP MK rayon partiya komitəsinin kadrlar haqqında yer-

itdiyi xətti hərəkəti bəyənir və müdafiə edir".

1974-cü ildən sonra görülən tədbirlər nəticəsində ilk par-

tiya təşkilatlarının təşəbbüskarlığı və siyasi mübarizliyi xeyli

artmışdır.  Partiya  təşkilatlarında  tənqid  və  özünütənqid

bərqərar  olmuş,  partiya  yığıncaqları  işgüzarlıq  şəraitində

Sahib Sailov

206



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə