Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


və Respublika Nazirlər Sovetinin Birinci Keçici Qırmızı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə51/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   47   48   49   50   51   52   53   54   ...   103

və Respublika Nazirlər Sovetinin Birinci Keçici Qırmızı

Bayrağını almağa nail oldu.

Etiraf etməliyəm ki, kadr dəyişiklikləri asan başa gəlmirdi.

Vəzifədən çıxarılan adamlar dinc oturmur, rayonun stabil-

liyini pozmağa çalışır, ümumi işimizin ahəngini pozurdu.

Konkret faktlar göstərərək onu demək istəyirəm ki, Rayon

Milis  şöbəsinin  rəisi  Mirzə  Abbasov  yeni  kadrla  əvəz



edildi. Bu kadr dəyişikliyindən sonra uzun müddətdən

bəri açılmayan 17 cinayət işinin üstü açıldı. Artıq orqan

işçiləri öz fəaliyyətində ciddi dəyişiklik etməyə başladılar.

Rayon prokuroru yenisi ilə əvəz edildi. RXMŞ-si, RSŞ-si, İs-

tehsalat İdarəsi, Seyid Əzim Şirvani adına, Nərimanov adına

sovxozun rəhbərləri yeniləri ilə əvəz edildi. Bütün bunların

hamısı bir il müddətində qaydaya salındı. Kolxoz və sovxoz -

larda  aparılan  yoxlamalar  onu  göstərirdi  ki,  təsərrüfatın

rəhbərləri  işə  məsuliyyətsiz  münasibət  göstəriblər.  O

cümlədən Nərima nov adına, Seyid Əzim Şirvani adına sovx-

ozun, Kommunizm kolxozunun və başqa təsərrüfat rəhbərləri

yeniləri  ilə  əvəz  edildi.  Kadr  siyasəti  sahəsindəki  köklü

dəyişikliklər  artıq  başa  çatırdı.  Lakin  kadr  dəyişiklikləri

mütəmadi  olaraq  raykomun  prioritet  sahələrindən  idi.

Maraqlı bir faktı qeyd etmək istəyirəm ki, rayonda erməni

qruppasına rəhbərlik edən Rayon İcraiyyə Komitəsinin sədr

müavini Sarkis Stepanyan idi. O, vəzifədən kənarlaşdırılan -

dan sonra rayondan, xüsusilə PK-nin fəaliyyətindən bir sıra

şikayətlər yazdı. Nəhayət, o, Moskvaya gedərək yuxarıda



qeyd etdiyim himayədarları – marşallar Baqramyanın,

Babacanyanın  vasitəsilə  SSR  Ali  Sovetinin  sədri

Zəkanın gücü

191


Podqornının  köməkçisinin  qəbuluna  düşdü.  Bir  gün

axşam üstü kabinetdə oturub işlə məşğul idim, dedilər

Moskvaya cavab ver. Telefon xəttində Podqornının birinci

köməkçisi idi (familiyası yadımdan çıxıb). O, telefonda mənə

dedi: Siz Sarkis Stepanyanı düzgün işdən çıxarmamısınız.

Mən ona dedim: Sarkis Stepanyanı RPK-nin bürosu işdən

çıxarıb, partiya cəzası verib. O, hədə- qorxu gələrək dedi:

Sizin  büro  qərarınızı  ləğv  etdirib,  sizi  də  partiya

məsuliyyətinə cəlb edəcəyik. Bu söhbətdən sonra məsələnin

daha ciddi və böyük olduğunu hiss edərək AKP MK-nin bir-

inci katibi Heydər Əliyevə zəng vurub, məni qəbul etməsini

xahiş  etdim.  Dedi  ki,  gəl.  Mən  MK-yə  gəlib  baş  verən

hadisəni ona olduğu kimi məruzə elədim. O, eyni zamanda

MK-nin Partiya Komissiyasına və Təşkilat Şöbəsi nə tapşırıq

verdi ki, Şamaxı Rayon Partiya Komitəsinin qərarında heç

bir  dəyişiklik  etmək  lazım  deyil.  Üstündən  bir  neçə  gün

keçmişdi, Sarkis Stepanyan Moskvadan qayıdıb gəldi. Xəbər

yayıldı  ki,  artıq  Sailov  burdan  getməli,  partiya  rəhbərliyi

dəyişməli və Stepanyan da öz işinə qayıtmalıdır. Bu söhbət

bütün rayon zəhmətkeşləri və partiya aktivi arasında yayıldı.

Hətta,  PK-nin  büro  üzvləri  yanıma  gələrək  bildirdilər  ki,

yoldaş Sailov Siz gedirsiniz, bəs biz necə olacağıq? O adama

sual verdim ki, siz hardan bilirsiz mən gedirəm? Dedi ki,

Sarkis Stepanyan dedi ki, Moskvadan göstəriş verilib, o

cəzalanmalıdır  və  RPK  –nin  birinci  katibi  vəzifəsindən

çıxarılmalıdır. Beləliklə, bu hadisələr bir müddət danışıldı və

getdikcə  sönməyə  başladı.  RPK-nin  bürosunun  qərarı

haqqında heç bir dəyişiklik olmadı, Sarkis Stepanyan işinə

Sahib Sailov

192



qayıtmadı.

Bununla  yanaşı,  Nərimanov  adına  sovxozun  direktoru



Fəri də İsgəndərova, Kommunist kolxozunun sədri F.Frolov

və  başqaları  da  partiya  intizamına  dəvət  edilərək  vəzifə -

lərindən  götürüldü  və  materiallar  tədbir  görmək  üçün

prokurorluq orqanına göndərildi. 

RPK-si kadrların seçilib-yerləşdirilməsi sahəsindəki işi

daimi gündəlik nəzarətdə saxlaylırdı. Xeyli müddət keçəndən

sonra  artıq  rayonda  sakitlik,  intizam,  qayda-qanun  bərpa

edildi.


***

Şamaxı rayon PK-si Respublikadan göndərilən rəsmi və

qeyri-rəsmi bütün nümayəndə heyətlərini yüksək səviyyədə

qəbul edib, onlara rayonun iqtisadi göstəriciləri haqqında

məlumat verirdi. Astrofiziklərin ümumi ölkə simpoziumu

möhtəşəm bir tərkibdə iştirak edirdi. Rayona gələn qonaqlar

arasında yeddi nəfər Sosialist əməyi qəhrəmanı vardı. Çox

möhtəşəm bir tədbirin iştirakçılarını RPK-də qəbul edib rayo -

nun  iqtisadi-siyasi  vəziyyəti  haqqında  ətraflı  məlumat

verdim. Rayona gələn bütün qonaqları elektron tabloda olan

göstəricilər vasitəsilə məlumatlandırırdıq. Elektron tablo res -

publikada  heç  bir  yerdə  yox  idi.  Tablo  rayonun  fizika

müəllimlərinin köməyi ilə yaradılmışdı. Tablonun 10-dan

artıq  göstərici  nöqtəsi  vardı  (məs.  1-ci  nöqtə  Şamaxı

şəhərini,  2-ci  nöqtə  elm  mərkəzi  –Rəsədxananı,  3-cü

nöqtə  kolxozları,  sovxozları  və  4-cü  nöqtə  sənaye

obyektlərini və s. göstərirdi). Bu əyani göstəricidən başqa

Zəkanın gücü

193



ilk  gündən  RPK-nin  inzibati  binasında  qayda-qanun,

təmizlik, səliqə-səhman yaradılmışdı. İnzibati binanın bir-

inci  mərtəbəsindən  dördüncü  mərtəbəsinə  kimi  bütün

pilləkənlərin hər iki tərəfi gül dibçəkləri ilə bəzədilmişdi.

Aparatın bütün əmlakı ciddi qorunur, təmizliyə xüsusi fikir

verilirdi.  O  vaxt  Sov.İKP  MK-si  rayon  partiya  komitəsi

binalarının və avadanlığının nümunəvi saxlanması haqqında

ölkə üzrə təşkil etdiyi yarışda Şamaxı rayonu qalib gəldiyi

üçün  RPK-nin  bütün  işçiləri  bir  aylıq  məvacibləri

müqabilində mükafatlandırıldılar.

*** 

Rayon partiya komitəsi intizam tərbiyəsinə, məsuliyyət

hissinə  xüsusi  fikir  verirdi.  Məhz  bunun  nəticəsində  18

gündə  rayonda  Məhsul  bayramı  keçirmək  üçün  Zəfər

meydanı  tikdirdi. Heç  kim  təsəvvür  etmirdi  ki,  qısa  bir

müddətdə möhtəşəm Zəfər meydanı tikilə bilər. Təsərrüfat ili

məhsul bayramının keçilirməsi ilə yekunlaşırdı. 1976-cı ilin

məhsul  bayramı  daha  möhtəşəm  keçirildi.  Bayramda



Azərb.KP MK-nin katibi Daniel Quliyev, respublikanın

görkəmli  elm  xadimləri,  qonşu  rayonların  partiya

xadimləri,  radio,  televiziya  və  kütləvi-informasiya

vasitələrinin nümayəndələri iştirak edirdi.

***

Respublikada birinci dəfə rayonun bütün göstəricilərilə

elektron tabloda əyani tanışlıq qonaqlarımızda xüsusi fikir

yaratdı. Daha sonra rayonun elm mərkəzi olan Astrofizika



Sahib Sailov

194


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə