və Respublika Nazirlər Sovetinin Birinci Keçici Qırmızı
Bayrağını almağa nail oldu.
Etiraf etməliyəm ki, kadr dəyişiklikləri asan başa gəlmirdi.
Vəzifədən çıxarılan adamlar dinc oturmur, rayonun stabil-
liyini pozmağa çalışır, ümumi işimizin ahəngini pozurdu.
Konkret faktlar göstərərək onu demək istəyirəm ki, Rayon
Milis şöbəsinin rəisi Mirzə Abbasov yeni kadrla əvəz
edildi. Bu kadr dəyişikliyindən sonra uzun müddətdən
bəri açılmayan 17 cinayət işinin üstü açıldı. Artıq orqan
işçiləri öz fəaliyyətində ciddi dəyişiklik etməyə başladılar.
Rayon prokuroru yenisi ilə əvəz edildi. RXMŞ-si, RSŞ-si, İs-
tehsalat İdarəsi, Seyid Əzim Şirvani adına, Nərimanov adına
sovxozun rəhbərləri yeniləri ilə əvəz edildi. Bütün bunların
hamısı bir il müddətində qaydaya salındı. Kolxoz və sovxoz -
larda aparılan yoxlamalar onu göstərirdi ki, təsərrüfatın
rəhbərləri işə məsuliyyətsiz münasibət göstəriblər. O
cümlədən Nərima nov adına, Seyid Əzim Şirvani adına sovx-
ozun, Kommunizm kolxozunun və başqa təsərrüfat rəhbərləri
yeniləri ilə əvəz edildi. Kadr siyasəti sahəsindəki köklü
dəyişikliklər artıq başa çatırdı. Lakin kadr dəyişiklikləri
mütəmadi olaraq raykomun prioritet sahələrindən idi.
Maraqlı bir faktı qeyd etmək istəyirəm ki, rayonda erməni
qruppasına rəhbərlik edən Rayon İcraiyyə Komitəsinin sədr
müavini Sarkis Stepanyan idi. O, vəzifədən kənarlaşdırılan -
dan sonra rayondan, xüsusilə PK-nin fəaliyyətindən bir sıra
şikayətlər yazdı. Nəhayət, o, Moskvaya gedərək yuxarıda
qeyd etdiyim himayədarları – marşallar Baqramyanın,
Babacanyanın vasitəsilə SSR Ali Sovetinin sədri
Zəkanın gücü
191
Podqornının köməkçisinin qəbuluna düşdü. Bir gün
axşam üstü kabinetdə oturub işlə məşğul idim, dedilər
Moskvaya cavab ver. Telefon xəttində Podqornının birinci
köməkçisi idi (familiyası yadımdan çıxıb). O, telefonda mənə
dedi: Siz Sarkis Stepanyanı düzgün işdən çıxarmamısınız.
Mən ona dedim: Sarkis Stepanyanı RPK-nin bürosu işdən
çıxarıb, partiya cəzası verib. O, hədə- qorxu gələrək dedi:
Sizin büro qərarınızı ləğv etdirib, sizi də partiya
məsuliyyətinə cəlb edəcəyik. Bu söhbətdən sonra məsələnin
daha ciddi və böyük olduğunu hiss edərək AKP MK-nin bir-
inci katibi Heydər Əliyevə zəng vurub, məni qəbul etməsini
xahiş etdim. Dedi ki, gəl. Mən MK-yə gəlib baş verən
hadisəni ona olduğu kimi məruzə elədim. O, eyni zamanda
MK-nin Partiya Komissiyasına və Təşkilat Şöbəsi nə tapşırıq
verdi ki, Şamaxı Rayon Partiya Komitəsinin qərarında heç
bir dəyişiklik etmək lazım deyil. Üstündən bir neçə gün
keçmişdi, Sarkis Stepanyan Moskvadan qayıdıb gəldi. Xəbər
yayıldı ki, artıq Sailov burdan getməli, partiya rəhbərliyi
dəyişməli və Stepanyan da öz işinə qayıtmalıdır. Bu söhbət
bütün rayon zəhmətkeşləri və partiya aktivi arasında yayıldı.
Hətta, PK-nin büro üzvləri yanıma gələrək bildirdilər ki,
yoldaş Sailov Siz gedirsiniz, bəs biz necə olacağıq? O adama
sual verdim ki, siz hardan bilirsiz mən gedirəm? Dedi ki,
Sarkis Stepanyan dedi ki, Moskvadan göstəriş verilib, o
cəzalanmalıdır və RPK –nin birinci katibi vəzifəsindən
çıxarılmalıdır. Beləliklə, bu hadisələr bir müddət danışıldı və
getdikcə sönməyə başladı. RPK-nin bürosunun qərarı
haqqında heç bir dəyişiklik olmadı, Sarkis Stepanyan işinə
Sahib Sailov
192
qayıtmadı.
Bununla yanaşı, Nərimanov adına sovxozun direktoru
Fəri də İsgəndərova, Kommunist kolxozunun sədri F.Frolov
və başqaları da partiya intizamına dəvət edilərək vəzifə -
lərindən götürüldü və materiallar tədbir görmək üçün
prokurorluq orqanına göndərildi.
RPK-si kadrların seçilib-yerləşdirilməsi sahəsindəki işi
daimi gündəlik nəzarətdə saxlaylırdı. Xeyli müddət keçəndən
sonra artıq rayonda sakitlik, intizam, qayda-qanun bərpa
edildi.
***
Şamaxı rayon PK-si Respublikadan göndərilən rəsmi və
qeyri-rəsmi bütün nümayəndə heyətlərini yüksək səviyyədə
qəbul edib, onlara rayonun iqtisadi göstəriciləri haqqında
məlumat verirdi. Astrofiziklərin ümumi ölkə simpoziumu
möhtəşəm bir tərkibdə iştirak edirdi. Rayona gələn qonaqlar
arasında yeddi nəfər Sosialist əməyi qəhrəmanı vardı. Çox
möhtəşəm bir tədbirin iştirakçılarını RPK-də qəbul edib rayo -
nun iqtisadi-siyasi vəziyyəti haqqında ətraflı məlumat
verdim. Rayona gələn bütün qonaqları elektron tabloda olan
göstəricilər vasitəsilə məlumatlandırırdıq. Elektron tablo res -
publikada heç bir yerdə yox idi. Tablo rayonun fizika
müəllimlərinin köməyi ilə yaradılmışdı. Tablonun 10-dan
artıq göstərici nöqtəsi vardı (məs. 1-ci nöqtə Şamaxı
şəhərini, 2-ci nöqtə elm mərkəzi –Rəsədxananı, 3-cü
nöqtə kolxozları, sovxozları və 4-cü nöqtə sənaye
obyektlərini və s. göstərirdi). Bu əyani göstəricidən başqa
Zəkanın gücü
193
ilk gündən RPK-nin inzibati binasında qayda-qanun,
təmizlik, səliqə-səhman yaradılmışdı. İnzibati binanın bir-
inci mərtəbəsindən dördüncü mərtəbəsinə kimi bütün
pilləkənlərin hər iki tərəfi gül dibçəkləri ilə bəzədilmişdi.
Aparatın bütün əmlakı ciddi qorunur, təmizliyə xüsusi fikir
verilirdi. O vaxt Sov.İKP MK-si rayon partiya komitəsi
binalarının və avadanlığının nümunəvi saxlanması haqqında
ölkə üzrə təşkil etdiyi yarışda Şamaxı rayonu qalib gəldiyi
üçün RPK-nin bütün işçiləri bir aylıq məvacibləri
müqabilində mükafatlandırıldılar.
***
Rayon partiya komitəsi intizam tərbiyəsinə, məsuliyyət
hissinə xüsusi fikir verirdi. Məhz bunun nəticəsində 18
gündə rayonda Məhsul bayramı keçirmək üçün Zəfər
meydanı tikdirdi. Heç kim təsəvvür etmirdi ki, qısa bir
müddətdə möhtəşəm Zəfər meydanı tikilə bilər. Təsərrüfat ili
məhsul bayramının keçilirməsi ilə yekunlaşırdı. 1976-cı ilin
məhsul bayramı daha möhtəşəm keçirildi. Bayramda
Azərb.KP MK-nin katibi Daniel Quliyev, respublikanın
görkəmli elm xadimləri, qonşu rayonların partiya
xadimləri, radio, televiziya və kütləvi-informasiya
vasitələrinin nümayəndələri iştirak edirdi.
***
Respublikada birinci dəfə rayonun bütün göstəricilərilə
elektron tabloda əyani tanışlıq qonaqlarımızda xüsusi fikir
yaratdı. Daha sonra rayonun elm mərkəzi olan Astrofizika
Sahib Sailov
194
Dostları ilə paylaş: |