Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə49/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   45   46   47   48   49   50   51   52   ...   103

qırmızı Əmək Bayrağı ondeni bəzəyir. Təcrübə göstərir ki,

partiya təşkilatının kütlələr arasında canlı siyasi-təşkilatçılıq

işi  apardığı,  adamların  qüvvəsini  kolxoz  istehsalatının  ən

vacib  sahələrinə  vaxtında  yönəldə  bildiyi  təsərrüfatlarda

qarşıya  qoyulan  məqsədə  çatmaq  asan  olur.  Lenin  adına

kolxoz  partiya  komitəsinin  timsalında  bunu  daha  aydın

görmək  olar.  Komitə  81  nəfər  kommunisti  və  Sov.  İKP

üzvlüyünə namizədi birləşdirən 6 briqada və ferma ilk partiya

təşkilatını  əhatə  edir.  İlk  təşkilatlara  bacarıqlı  və  işgüzar

kommunistlər başçılıq edirlər.

Təşkilat katibləri ilə daim iş aparılır. Hər həftənin şənbə

günü partiya günü müəyyən edilmişdir. Həmin gün təşkilat

katibləri və onların müavinləri partiya komitəsinə toplaşıb

fikir mübadiləsi edir, görüləcək işləri planlaşdırırlar. Bundan

başqa, ayda bir dəfə təşkilat katiblərinin seminarı keçirilir.

İlk partiya təşkilatlarında kommunistlərin vaxtaşırı hesa -

ba tı  dinlənilir.  Keçən  il  briqada  partiya  təşkilatlarında  12

nəfər kommunist hesabatı dinlənilmiş, kommunist sürücü-

mexanik Gülxanım Hüseynovanın iş təcrübəsinin ümumiləş -

dirilib yayılması haqqında məsələ müzakirə edilmişdir.

Briqada partiya təşkilatlarına düzgün rəhbərliyin nəticə -

sində kolxoz keçən il pambıqçılıqda daha yüksək nailiyyətlər

qazanmışdır. 730 hektar sahənin hər hektarından 21,7 sentner

əvəzinə  32,3  sentner  məhsul  yığılmış,  dövlətə  1590  ton

əvəzinə 2359 ton pambıq satılmışdır ki, bu da illik planın

148,4 faizini təşkil edir. 11 pambıqçılıq briqadasının hamısı

plan və sosialist öhdəliyini artıqlaması ilə yerinə yetirmişdir.

"Ağ qızıl" ustalarımız yubiley ilini rayonumuzun tarixində



Zəkanın gücü

183


ən yüksək məhsuldarlıq ili kimi qeyd etmişlər. Onlar pam -

bıqçılıq respublikaları partiya-təsərrüfat fəallarının Daşkənd

müşavirəsinin qətnaməsindən ruhlanaraq artırılmış sosialist

öhdəliyinə də vaxtından əvvəl əməl etmiş, tədarük məntəqə -

lərinə 21220 tondan çox məhsul təhvil verərək illik planı 137

faiz ödəmişlər. Hər hektardan orta hesabla 28 sentner məhsul

əldə edilmişdir.

Yüksək məhsul uğrunda mübarizədə sürətli yığım ustaları -

mızın fədakar əməyin xüsusilə qeyd etmək lazımdır. B.Bağı -

rov adına kolxozda Südabə Bayra-mova, Zümrüd Quliyeva,

Xədicə Vəliyeva, Kalinin adına kolxozda Salatın İsmayı lova,

Dünya  İmanova,  Qatır  Məmməd  adına  kolxozda  Lumu

Mirzəyeva, Orconikidze adına kolxozda Azəbaycan SSR Ali

Sovetinin  deputatı  Şəkər  İsayeva,  Ağca  İsmayılova  və

başqaları mövsüm ərzində adama 8-10 ton pambıq yığmışlar.

Ümumiyyətlə, rayon üzrə 600 nəfərdən çox pambıqçının hər

biri 5 tondan artıq məhsul toplamışdır. Onların bir çoxu orden

və  medallarla  təltif  olunmuş,  o  cümlədən  Südabə  Bayra-

movaya Lenin ordeni verilmişdir.

Bu il yenə də 7620 hektar sahədə pambıq əkməyi nəzərdə

tutmuşuq. Sahələr vaxtında çör-çöpdən təmizlənmiş, torpağa

şumdan qabaq kifayət qədər gübrə verilmiş və hər yerdə bir

bərabərdə  30-33  santimetr  dərinliyində  şum  edilmişdir.

Suçularımız qış aratını yüksək keyfiyyətlə və aqrotexniki

müddətlərdə başa çatdırmışlar.

Arzu əməldən doğur, deyirlər. Keçən ilki nailiyyətlərimiz

bizi daha yüksək göstəricilərə ruhlandırır. Beşilliyin üçüncü

ilində rayonumuzun pambıq istehsalı planı 650 ton artırılmış,



Sahib Sailov

184


əməkçilərimiz  isə  daha  yüksək  öhdəliklər  qəbul  etmişlər.

Sürücü-mexaniklərimizi də çətin və şərəfli sınaq gözləyir.

Onlar bu il 4 min hektar sahənin məhsulunu toplamalı, "mavi

gəmi"lərin bunkerlərindən 6 min ton "ağ qızıl" boşaltma -

lıdırlar.

Rayonumuzun  iqtisadiyyatında  mühüm  yer  tutan  sa-

hələrindən biri də taxılçılıqdır. Keçən il taxılçılarımız çətin

hava  şəraitində  yaxşı  işləyərək  dənli  bitkilər  yığımı  və

dövlətə satışını yüksək göstəricilərlə başa vurmuşlar. Rayon

üzrə  10842  hektar  sahənin  hər  hektarından  orta  hesabla

(nəzərdə tutulan 14,8 sentner əvəzinə) 16,3 sentner məhsul

götürülmüş, ümumiyyətlə, 16 min tona yaxın taxıl istehsal

edərək planı 135 faiz yerinə yetirmişdir. Bunun sayəsində

rayon dövlətə 3530 ton əvəzinə 4000 tondan çox taxıl sataraq,

tapşırığa 115 faiz əməl etmişdir.

Lakin  təsərrüfatlarımız  bu  müvəffəqiyyətlərlə  heç  də

arxayınlaşmırlar.  Beşilliyin  üçüncü  ilində  biz  zəmilərin

məhsuldarlığını hektarda 18-20 sentnerə çatdırmağı, 20 min

tondan çox taxıl istehsal etməyi qərara almışıq.

İctimai heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq

məhsulları istehsalının durmadan yüksəldilməsi rayon partiya

komitəsinin,  ilk  partiya  təşkilatlarının,  habelə  sovet  və

təsərrüfat orqanlarının daim diqqət mərkəzində duran əsas

məsələlərdən biridir. Rayonun heyvandarları beşilliyin ikinci

ilində  dövlətə  süd,  ət,  yun,  yumurta  satışı  planlarını

artıqlaması ilə yerinə yetirmişlər. 1971-ci ilə nisbətən keçən

il dövlətə 360 tondan çox süd, 14 tondan çox yun, 150 min

ədəddən çox yu-murta satılmış, rayon üzrə hər inək-camışdan



Zəkanın gücü

185


orta hesabla 190 kiloqram çox sağılmışdır.

Kolxoz və sovxozlarımızda 13100 baş qaramal, 42275 baş

davar və 36100 baş quş qışlayır. Mal-qaranı qışdan gümrah

və salamat çıxarmaq üçün təsərrüfat-larda 22928 ton qaba və

18131 ton şirəli yem istehsal edilmişdir. Qış və yaz aylarında

mal-qaranı  yaşıl  yemlə  təchiz  etmək  üçün  2150  hektar

əvəzinə 2241 hektar sahədə fəsillik arpa əkilib suvarılmışdır.

Mövcud olan 1936 hektar biçənək və 4785 hektar yoncalıq

da suvarılıb qorunur və mal-qaraya hissə-hissə otarılır. Sov.

İKP MK-nın, SSRİ Nazirlər Sovetinin və ÜİHİMŞ-in "1972-

1973-cü  illərin  qış  dövründə  heyvan-darlıq  məhsulları

istehsalını  və  tədarükünü  artırmaq  uğrunda  heyvandarlıq

işçilərinin Ümumittifaq sosializm yarışını genişləndirmək

haqqında"  qərarı  rayonun  heyvandarlarının  böyük  əmək

fəallığına səbəb olmuşdur. Həmin qərarla əlaqədar olaraq

rayon partiya komitəsi xüsusi tədbirlər proqramı müəyyən

etmişdir.

Bütün bunlarla yanaşı, qarşımızda həlli yalnız rayon təşki -

latlarından asılı olmayan bir sıra mühüm problemlər də durur.

Cari ildə rayonumuzda 5 min hektardan çox şoran torpaqda

meliorasiya işləri aparılmalı, Kürək çayı üzərində su anbarı

tikintisinə başlanılmalı, yuxarı Qarabağ kanalından su kəməri

çəkilib SəfiKürd su anbarına çatdırılmalı, subartezian quyu -

ları şəbəkələri xeyli genişləndirilməlidir. Bu işləri gör mək

üçün isə respublika təşkilatları bizə kömək göstərməlidirlər.

Yeri gəlmişkən qeyd edim ki, hazırda kənd təsərrüfatının

bütün  sahələrində  işlər  texnikanın  gücü  ilə  görüldüyü  bir

vaxtda,  maşın  və  traktorların  ehtiyat  hissələrinə  tələbat



Sahib Sailov

186


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə