Rəsədxanasına getdik. Rəsədxananın rəhbəri akademik
Acubəy Sultanov 2 metrlik (o dövr üçün SSRİ-də birinci)
teleskopla aparılan elmi-tədqiqat işləri ilə bağlı elmi müşahi -
dələrin nəticələrini ətraflı izah etdi.
Tanışlıqdan sonra Rəsədxananın qonaq otağında təşkil
olunmuş nahar yeməyinə getdik. Ev sahibi kimi məclisə mən
rəhbərlik edirdim. Təxminən bir saatdan sonra Respublika
Nazirlər Soveti sədrinin birinsi müavini akademik,
Sosialist Əməyi Qəhrəmanı İbrahimov İsmayıl gəldi. O,
məclisə daxil olarkən, yanıma dəvət edib, şərab badələrini
sağlığına qaldırıb, məclisi idarə etməyi ondan xahiş etdim. O
məclisə başlayarkən birinci növbədə görkəmli elm korifey -
lərini salamladı. SSRİ Elmlər Akademiyasının prezidenti
Keldış başda olmaqla astrofiziklər ordusunun sağlığına
badə qaldırdı. Artıq mən bir balaca özümə gəldim, gərgin -
liyim aradan qalxdı. Məclis çox gözəl başa çatdıqdan sonra
qonaqları Bakıya yola saldım. Respublika Elmlər Akade mi -
yasının prezidenti Həsən Abdullayevin əhvalı çox yaxşı idi.
***
Respublika miqyaslı tədbirlərin iştirakçıları birinci növbə -
də Şamaxıya göndərilirdi. O cümlədən akademik Həsən
Əliyevin rəhbərlik etdiyi Torpaqşünasların Simpoziumu,
akademik Mirməmməd Cavadzadənin rəhbərlik etdiyi
uroloqların nümayəndə heyəti, daha sonra AMEA-nın
prezidenti Həsən Abdullayevin rəhbərlik etdiyi
Astrofiziklərin nümayəndə heyətləri Şamaxıya gəldilər.
Onlar rayonun iqtisadiyatı, Partiya Təşkilatının aparmış
Zəkanın gücü
195
olduğu siyasi-kütləvi işlərlə tanış oldular. RPK-si bununla
yanaşı, digər rəsmi qonaqları da yüksək səviyyədə qəbul
edirdi. Məsələn, ölkə kosmonavtları Rukavişnikov, Ko-
marov, Kubasov və başqaları SSRİ Statistika Komitəsinin
sədri Voladarski, SSRİ Yazıçılar İttifaqının birinci katibi
Markov, Azərbaycan Yazıçılar İttifaqının sədri İmran
Qasımovun rəhbərliyi ilə ölkəmizdə keçirilən ədəbiyyat
və incəsənət ongünlüyünün iştirakçıları (qonaqların sayı
100 nəfərdən çox) Şamaxıya gəldilər. Bunlar yüksək
səviyyədə qəbul edilib, rayonun iqtisadi-siyasi inkişafı haq -
qın da məlumatlandırıldılar.
***
Rayonda keçirilən bir çox tədbirlər, o cümlədən üzümçü -
lərin respublika müşavirəsi MK-nin səyyari keçirilən büro
iclasında müzakirə olundu. Büroda MK-nin birinci katibi
Heydər Əliyev, Nazirlər Sovetinin sədri Əli İbrahimov,
katiblər C.Kozlov, H.İbrahimov və müvafiq olaraq
Respub likanın nazirləri və idarə rəisləri iştirak edirdi.
Bu məqamda Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin
birinci katibi Boris Gevorkovun çıxışı oldu. O, öz çıxışında
üzümçülərin respublika müşavirəsinin və MK -nın büro
iclasının hər il Şamaxıda keçirilməsinə etirazını bildirdi. Bu
müşavirənin başqa rayonlarda və Dağlıq Qarabağda keçiril -
məsini məsləhət gördü. Bu çıxışa cavab olaraq, MK-nin
birinci katibi Heydər Əliyev belə dedi: MK düzgün edir,
səyyar büro – üzümçülərin respublika müşavirəsinin
məhz Şama xıda keçirilməsini MK qərara alıb. Çünki
Sahib Sailov
196
Şamaxı rayonu üzümçülük sahəsində respublikanın
flaqmanıdır. Eyni zamanda rayonun bütün iqtisadi
göstəriciləri MK tərəfindən nəzər-diqqətdə saxlanılır.
***
Axşam büro iclası qurtardıqdan sonra MK-nin bütün büro
üzvləri Astarofizika Rəsədxanasının qonaq evində qaldılar.
Səhər tezdən qonaqlar, başda Heydər Əliyev olmaqla, ətrafda
olan meşə sahəsinə gəzintiyə çıxdılar. Gəzintidən qayıdarkən
bulağın ətrafında olan alma bağları nəzər-diqqəti cəlb etdi.
Yoldaş Əliyevin alma bağlarından iki böyük almanı
dərməsi hamının diqqət mərkəzində idi. Səhər yeməyi
zamanı həmin almalar stolun üstündə idi. Səhər yeməyi çox
yüksək səviyyədə keçdi. Ortalığa gətirilən yeməklərin
içərisində diqqəti çəkən bildirçin kababı və ağ muskat çaxırı
idi. Əliyev məndən soruşdu: Sailov bu nə quşdur? Dedim:
bildirçindir. Bəs bu çaxır? Dedim: ağ muskatdır. Gülə-gülə
qayıtdı: artıq bizim katiblərimiz bildirçin yeyib, ağ muskat
içirlər. Bizim isə bundan xəbərimiz yoxdur. Çox şən və
yüksək səviyyədə keçən səhər yeməyindən sonra qonaqları
rayondan yola saldıq.
Mən MK-nin birinci katibi Heydər Əliyev və büro üzv -
lərini Mərəzə rayonuna qədər ötürüb, geri qayıtdım. Yol boyu
Nəsimi, Sabir, Nərimanov adına sovxozların zəhmətkeşləri
qonaqları səmimi salamladılar. Onlarla görüşən H.Əliyev
soruşdu: sizin nə şikayətiniz var? Dedilər, heç bir şikayətimiz
yoxdur, Allah canınızı sağ eləsin. Şikayətimiz olarsa, birinci
katibimizə deyərik.
Zəkanın gücü
197
***
Yaddaqalan əsas hadisələrdən biri SSR Ali Sovetinin
deputatı, Amerika və Kanada İnstitutunun direktoru və Sov.
İKP-nın baş katibi Brejnevin Amerika və Kanada məsələləri
üzrə məsləhətçisi Georgi Arkadeviç Arbatovun rayonda
olması idi. O, bir deputat kimi rayona tez-tez gələr,
zəhmətkeşlərlə görüşər, onların suallarına cavab verərdi. Eyni
zamanda o, rayonun problemlərinin həllində bizə lazımi
köməklik göstərərdi.
***
SSRİ Yazıçılar İttifaqının birinci katibi Georgi Markovla
görüş unudulmaz oldu. İmran Qasımov, Süleyman Rüstəm,
Əzizə Cəfərzadə və başqa yazıçılar, şairlər onu müşayiət
edirdilər. SSRİ Yazıçılar İttifaqının üzvlərinin rayon
zəhmətkeşləri ilə görüşündə Sosialist Əməyi Qəhrəmanı
Georgi Kiselyov çıxış edərək, bir təklif verdi: nə üçün
Şamaxı-Bakı su kəməri çəkilir, amma çaxır kəməri çəkilmir
(vinoprovod). Əlbəttə, bu bir zarafat olsa da, zəhmətkeşlərin
çox xoşuna gəldi.
***
Azərbaycanda keçirilən Ədəbiyyat və İncəsənət Ongün-
lüyünün iştirakçıları (100 nəfərdən çox) qruplara bölünərək
rayonla tanışlığa başladılar. Qrupların birinə raykomun işçisi
Fatma Quliyeva rəhbərlik edirdi. Həmin qrupun
üzvlərindən biri qatı millətçi şairə Marietta Şaqinyan idi.
Sahib Sailov
198
Dostları ilə paylaş: |